Express Xeberler

Directions Contact the business

Express Xeberler 🌐Sayt: Expressxeberler.az
📧 E-mail: [email protected]
📩 Hadisələri anında bizə göndərin! ✍️
©️Müəllif hüquqları qorunur
📱Xəbəri Zamanında Oxu

Xəbəri zamanında oxu .Ekskluziv videoları zamanında izlə.

Bu barədə ginekoloq Şəfəq Kamilova sosial şəbəkə hesabında paylaşım edib.O bildirib ki, pasiyentlərindən biri, uzunmüddə...
07/10/2026

Bu barədə ginekoloq Şəfəq Kamilova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, pasiyentlərindən biri, uzunmüddətli müalicədən sonra fiziki şiddətə məruz qalıb:

"Dünən arzuolunan hamiləlik ailə münaqişəsinə qurban getdi. Oğlan qızı dö*yüb, evdə söz-söhbət... Qadından qan gəlib. Həkimə də aparmayıblar ki, düzələcək. Qızın anası gəlib aparıb klinikaya".

Ginekoloqun sözlərinə görə, o, başqa həkimə getdikdə isə uşağı abort etmək lazım olduğu bildirilib:

"Nəticədə qadın hamiləliyini sonlandırmağa və boşanmağa qərar verib. Nə qədər çalışsam da, qadını abortdan yayındıra bilmədim".

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

Azərbaycanda dərman vasitələrinə olan tələbatın böyük hissəsi hələ də idxal hesabına qarşılanır.Bəs, ən çox hansı ölkələ...
07/10/2026

Azərbaycanda dərman vasitələrinə olan tələbatın böyük hissəsi hələ də idxal hesabına qarşılanır.

Bəs, ən çox hansı ölkələrdən dərman idxal olunur və yerli bazarda hansı preparatlara daha çox ehtiyac var?

Pirallahı Sənaye Parkında fəaliyyətə başlayan yeni müəssisə 60 milyon qutu illik istehsal gücü ilə bu sahədə yerli istehsalın genişləndirilməsinə və xaricdən asılılığın azalmasına imkan yaradacaq.

Bəs yeni zavod Azərbaycanın dərman bazarında hansı dəyişiklikləri formalaşdıra bilər?

Sualları Azərbaycan Əczaçı Sahibkarlar İctimai Birliyinin sədr müavini Sərdar Xudiyev cavablandırıb:

"Tələbat strukturuna baxsaq, birinci yerdə ürək-damar xəstəlikləri dayanır. Bu, təkcə Azərbaycanda deyil, bütün regionumuzda ölümün əsas səbəbidir. Real hipertenziya, yəni yüksək təzyiq əhalinin böyük hissəsində var və bu cür xəstələr dərmanı ömür boyu hər gün qəbul eləməlidirlər".

Sərdar Xudiyevin sözlərinə görə, ikinci böyük tələbat qrupuna aid dərmanlar xroniki xəstəliklərdən əziyyət çəkənlər üçündür:

"Şəkərli diabet ölkədə artan problemdir. Bu preparata tələbat ildən-ilə böyüyür. Mədə-bağırsaq dərmanları, mədə turşuluğunu azaldan çox geniş yayılmış molekullardır. Neoloji dərmanlar isə ağrı sindromu üçün preparatlardır. Yaşlı kişilərdə prostat problemləri ilə dərmanlar sabit tələbatı olan qruplara daxildir".

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

Çinə məxsus "China Eastern Airlines" şirkəti Hefey - Dalyan marşrutu üzrə həyata keçirilən uçuş zamanı qeydə alınan qalm...
07/10/2026

Çinə məxsus "China Eastern Airlines" şirkəti Hefey - Dalyan marşrutu üzrə həyata keçirilən uçuş zamanı qeydə alınan qalmaqallı hadisə ilə əlaqədar hüquq-mühafizə orqanlarına şikayət edib.
Bu barədə məlumatı "South China Morning Post" nəşri yayıb.

Məlumata görə, göyərtədə xidmət göstərən zaman bələdçi qadın bilmədən araba ilə sərnişinin dirsəyinə toxunub. Nəticədə o, təyyarənin dəhlizində sərnişinin önündə diz çökərək üzr istəmək məcburiyyətində qalıb. Aviaşirkət öz əməkdaşının hüquqlarını müdafiə edib.

Şirkət nümayəndələrinin sözlərinə görə, sərnişinin bu addımı mülki hava gəmisində nizam-intizamı pozmaqla yanaşı, stüardessanın ləyaqətini də ciddi şəkildə alçaldıb. Toplanmış materiallar polisə təqdim olunub, həmin şəxsin adı isə şirkətin qara siyahısına daxil edilib.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

ABŞ-nin Alyaska ştatında yaşayan qadın ölən ərinin adına ödənişləri almağa davam etmək üçün onun meyitini dondurucuda sa...
07/10/2026

ABŞ-nin Alyaska ştatında yaşayan qadın ölən ərinin adına ödənişləri almağa davam etmək üçün onun meyitini dondurucuda saxlayıb.
Şeril Makdonald-Paskan həyat yoldaşı Ross Paskanın ölümünü gizlədib.

Kişi ağır ürək-damar xəstəliyindən sonra vəfat edib. İstintaqın məlumatına görə, meyit ən azı 2018-ci ildən 2025-ci ilə qədər Svittser-Villidc qəsəbəsindəki evlərinin yaxınlığında yerləşən tövlədəki dondurucuda qalıb. Qadın tanışlarına ərini qocalar evinə göndərdiyini deyib.

Makdonald-Paskanın 2025-ci ilin iyulunda xərçəng xəstəliyindən ölümündən sonra evi təmizləyən şəxs brezentə bükülmüş insan qalıqları olan bağlamanı aşkar edib. Polis müəyyən edib ki, qadın ərinin adına sosial müavinətlər, pensiya ödənişləri və Alyaska Pensiya Fondunun dividendlərini almaq üçün müraciətlər etməyə davam edib. Paskanın nə vaxt öldüyü dəqiq məlum olmadığından dəymiş zərərin məbləği müəyyən edilməyib.

İş bağlanıb, lakin yeni məlumat ortaya çıxacağı təqdirdə polis araşdırmanı yenidən başlada bilər.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

2036-cı il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək üçün yeddi ölkə müraciət edib.Bu barədə Beynəlxalq Olimpiya Komitə...
07/10/2026

2036-cı il Yay Olimpiya oyunlarına ev sahibliyi etmək üçün yeddi ölkə müraciət edib.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidməti bildirib.

Qeyd olunub ki, bu ölkələr Hindistan, Türkiyə, Qətər, Almaniya, Cənubi Koreya, CAR və Macarıstandır.

Məlumatda vurğulanır ki, Olimpiya oyunlarının keçirilməsi üçün müraciətlərin qəbulu 2026-cı il oktyabrın 31-də başa çatacaq. 2027-ci ilin martınadək BOK layihələrin icrası imkanlarının qiymətləndirməsini aparacaq, daha sonra təşkilatın icraiyyə komitəsi "strateji dialoq" mərhələsini işə salacaq.

Hazırda növbəti dörd Olimpiadanı qəbul edəcək məkanlar məlumdur - 2028 və 2032-ci illər Yay Olimpiya oyunlarına müvafiq olaraq Los-Anceles (ABŞ) və Brisben (Avstraliya), 2030 və 2034-cü il Qış Olimpiya oyunlarına isə müvafiq olaraq Fransa Alpları və Yuta ştatı (ABŞ) ev sahibliyi edəcəklər.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın Bettina Andersonla toy mərasimindən sonra Baham adalarında keçir...
07/10/2026

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Trampın Bettina Andersonla toy mərasimindən sonra Baham adalarında keçirilən şənliyin xərclərini Beynəlxalq Boks Assosiasiyasının (IBA) prezidenti Umar Kremlyova geri ödəyib.

Bu barədə Kremlyov İstanbulda keçirdiyi mətbuat konfransında bildirib.

ABŞ Konqresi Trampın oğluna rusiyalı iş adamının verdiyi toy hədiyyəsini araşdırır.
Onun sözlərinə görə, kiçik Tramp xərcləri geri qaytarıb, lakin bunun səbəbini anlamayıb:

"Tədbirlə bağlı çoxlu müxtəlif şayiələr yayılıb. Mənim üçün bu, adi haldır. Biz ümumi tədbirdə olmuşuq. Toyun özündə iştirak etməmişəm. Xərclərə gəlincə, bəli, o, mənə pulu qaytardı. Amma açığı, bunun nə üçün edildiyini belə başa düşmədim, çünki bu, ümumi tədbir idi. Mən bunu xüsusi hədiyyə hesab etmirəm".

Kiçik Tramp və model Bettina Anderson bu ilin mayında evləniblər. Cütlük nikahı Florida ştatının Vest-Palm-Biç şəhərində rəsmiləşdirib, daha sonra Baham adalarında yerləşən özəl adalardan birində toy mərasimini qeyd edib.

"ProPublica" daha əvvəl Kremlyovun cütlük üçün Baham adalarında tədbir təşkil etdiyini və toy xərclərinə yüzminlərlə dollar ödədiyini yazmışdı. Bettina Anderson da Kremlyovun toydan sonra tədbirlər təşkil etdiyini təsdiqləyərək bunu "son dərəcə səxavətli toy hədiyyəsi" adlandırmışdı.

ABŞ Prezidenti Donald Tramp isə oğlunun həmin vəsaiti geri qaytaracağını bildirmişdi. Kremlyov kiçik Trampla dostluğunu gizlətmədiyini də vurğulayıb:

"Biz dostuq, bu, sirr deyil. Bu dostluq yalnız idmanın inkişafı, ənənəvi ailə dəyərləri üzərində qurulub".

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

Beynəlxalq Boks Assosiasiyası (IBA) 2027-ci ildə zərbə gücü üzrə dünya çempionatına start verəcək.Bu barədə IBA preziden...
07/10/2026

Beynəlxalq Boks Assosiasiyası (IBA) 2027-ci ildə zərbə gücü üzrə dünya çempionatına start verəcək.
Bu barədə IBA prezidenti Umar Kremlyov mətbuat konfransında bildirib.

"Biz gələn il zərbə gücü üzrə "Punch" yarışlarına start veririk. Çempionları müəyyənləşdirəcəyik, burada da pul mükafatları olacaq. Boks həvəskarlarının da iştirak edə bilməsi üçün zərbəni ölçən aparatları bütün dünyaya yayacağıq", - deyə Kremlyov qeyd edib.

Kremlyov, həmçinin əlavə edib ki, növbəti dünya çempionatının mükafat fondu 20 milyon dollar təşkil edəcək, birinci yeri tutan boksçu isə bir milyon dollar mükafat alacaq.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

Devid və Viktoriya Bekhemlərin 15 yaşlı qızı Harper Seven Bekhem öz kosmetika brendini yaratmağa hazırlaşır."Harlo by Ha...
07/10/2026

Devid və Viktoriya Bekhemlərin 15 yaşlı qızı Harper Seven Bekhem öz kosmetika brendini yaratmağa hazırlaşır.
"Harlo by Harper" brendinin təqdimatının 2027-ci ilin ikinci yarısında keçirilməsi gözlənilir. Gələn ilin iyulunda məşhur ailənin qızının 16 yaşı tamam olacaq.

Kosmetika xəttinə təmizləyici vasitə, tonik, yüngül nəmləndirici krem və dodaq balzamları daxil olacaq. Viktoriya Bekhem qızı üçün brendin yaradılmasına artıq üç milyon dollardan çox vəsait yatırıb. Beləliklə, Harper anası kimi kosmetika biznesinə qədəm qoyacaq. Viktoriya Bekhem uğurlu modelyer kimi tanındıqdan sonra 2019-cu ildə "Victoria Beckham Beauty" brendini yaradıb.

Viktoriya Bekhemin sözlərinə görə, Harperin brendi yaratmaq ideyası dərisi üzərində apardığı bir sıra təcrübələrdən sonra yaranıb. Qız da öz yaşındakı bir çox yeniyetmə kimi üzünə o qədər də keyfiyyətli olmayan vasitələr çəkib. Nəticədə dərisini korlayıb və dermatoloqa müraciət etməli olub. Bundan sonra şəxsi kosmetika brendi yaratmaq ideyası ortaya çıxıb.

Qeyd edək ki, keçmiş futbolçu Devid Bekhem və müğənni Viktoriya Bekhemin dörd övladı var. Harper Seven Bekhemin özündən böyük üç qardaşı var - 27 yaşlı Bruklin, 24 yaşlı Romeo və 21 yaşlı Kruz.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina millisindəki karyerasını başa vurub.39 yaşlı ulduz oktyabrın 7-nə keçə...
07/10/2026

İnter Mayami"nin hücumçusu Lionel Messi Argentina millisindəki karyerasını başa vurub.
39 yaşlı ulduz oktyabrın 7-nə keçən gecə milli komanda ilə vida matçını keçirib.
Argentinanın paytaxtı Buenos-Ayresdə Argentina millisi Beninlə yoldaşlıq görüşü keçirib. Qarşılaşma 3:0 hesabı ilə cənubi amerikalıların qələbəsi ilə başa çatıb. Messi yığma komanda ilə son görüşündə bir qol və bir assistə imza atıb. Belə ki, Lionel Messi 70-ci dəqiqədə penaltidən komandanın üçüncü qolunu vurub. Görüşdə digər qolları 48-ci dəqiqədə Otamendi, 61-ci dəqiqədə Niko Pas vurublar.

Qeyd edək ki, Messi Argentina millisində debütünü 2005-ci ilin avqustunda Macarıstanla yoldaşlıq matçında (2:1) edib. Ümumilikdə milli komandada 208 görüşdə 126 qol və 69 məhsuldar ötürməsi var. Messi Argentina yığması ilə 2022-ci il dünya çempionatını, iki dəfə Kopa Amerikanı (2021, 2024) və bir dəfə Finalissimanı (2022) qazanıb.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

Ümumdünya Xərçəng Tədqiqatları Fondunun apardığı genişmiqyaslı araşdırma Böyük Britaniyada 50 yaşdan aşağı şəxslər arası...
07/10/2026

Ümumdünya Xərçəng Tədqiqatları Fondunun apardığı genişmiqyaslı araşdırma Böyük Britaniyada 50 yaşdan aşağı şəxslər arasında yeddi xərçəng növünə yoluxma hallarının kəskin artdığını üzə çıxarıb.
Mütəxəsislər Britaniya, ABŞ və Niderlanddakı vəziyyəti təhlil ediblər.

2001-ci ildən bəri gənc ingilislərdə prostat xərçənginə tutulma halı dörd dəfə çoxalaraq hər 100 min nəfərə 1-dən 3.6-ya çatıb. Bağırsaq xərçəngi 3.9-dan 8.4-ə yüksəlib, uşaqlıq yolu və böyrək xərçəngi isə ikiqat artıb. Döş xərçəngində nisbətən az artım qeydə alınıb - 42-dən 47.5-ə kimi.

ABŞ-də 50 yaşdan aşağı insanlarda böyrək xərçəngi iki dəfə, Niderlandda isə bağırsaq, böyrək, qaraciyər və uşaqlıq yolu xərçəngi xəstəlikləri çoxalıb. Belfastda yerləşən Kuins Universitetinin professoru Mark Louler mövcud vəziyyəti "saatlı bomba" adlandırıb. Onun sözlərinə görə, minlərlə insanın ölümünə səbəb olan həyat tərzi amilləri fonunda bu ümumi tendensiya qorxuludur. Ekspertlər artımı piylənmə, qeyri-sağlam qidalanma, spirtli içki, siqaret çəkmə və ətraf mühitin çirklənməsi ilə əlaqələndirirlər. Onkoloji xəstəliklərin təxminən 40%-i bu cür dəyişdirilə bilən risk amillərindən qaynaqlanır.

Bununla belə, xərçəngə yaşlılar arasında daha tez-tez rast gəlinir və diaqnozun qoyulma yaşı orta hesabla 60-dan yuxarıdır. Lakin gənclər arasında müşahidə edilən həyəcanverici dinamika elmi tədqiqatlarda bu məsələyə üstünlük verilməsini tələb edir.

‼️Hər gün Expressxeberler.az saytına daxil olub ölkədə və dünyada baş verən hadisələri dərhal oxuyun.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Express Xeberler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Express Xeberler:

Shortcuts

Share