AmediaTv

AmediaTv Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AmediaTv, Broadcasting & media production company, .

26/05/2025

Əminə Şirin və Manaf qalmaqalı getdikcə böyüyür...

25/05/2025

Şakiranın bu videosu heyaranlıqla qarşılanıb. Yıxılarkən vəziyyətdən çıxan dünya ulduzu haqqında "yıxılarkən belə gözəl" və s. xoş şərhlər yazıblar.

24/05/2025

Yolunu azaraq ticarət mərkəzinə daxil olan dana paltar mağazasında olan hər kəsdə çaşqınlıq yaradıb.

23/05/2025

Ukrayna xalqı Azərbaycanlı şəhidini belə yola saldı...

23/05/2025

Bir neçə gündür qüvvəyə minən qərara əsasən AZAL pəncərə kənarında oturmaq istəyən sərnişinlərə bu xidməti pullu edib. Əməkdaşlar bunun üçün müştərilərə 15 eurodan 30 euroya kimi əlavə qiymət söyləyirlər.

22/05/2025

Saray qəsəbəsində "Kia" markalı avtomobilin qadın sürücüsü idarəetməni itirərək Saray MTK binasının 1-ci mərtəbəsində yerləşən "Araz" marketə çırpılıb. Qəza zamanı xəsarət alan olmayıb.
Şahidlərin sözlərinə görə, sürücü qaz pedalı ilə əyləci səhv salıb.

19/05/2025

İsrail təmsilçisinə səs verdiyinə görə Azərbaycana təşəkkür etdi.

19/05/2025

İsrail əsilli müğənni Linet konsert verəcəyi məkanda etirazlarla qarşılaşdığı üçün səhnəyə çıxa bilməyib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, baş verən hadisələrdən sonra Linet video paylaşaraq Prezident Rəcəb Tayyib Ərdoğana səslənib və “Can təhlükəsizliyim yoxdur” ifadələrini işlədib.
Müğənni Linet Menaşinin Maslakda konsert verəcəyini öyrənən bir qrup insan etiraz üçün bir yerə toplaşıb. Sıxlığın artması səbəbindən təhlükəsizliyi təmin etmək məqsədilə polis qüvvələri də hadisə yerinə cəlb olunub.
Linet baş verənləri sosial media hesabından paylaşdığı video ilə izləyicilərə çatdırıb. Qorxduğu açıq-aşkar görünən məşhur müğənni bu sözləri deyib:
“Çox çətin bir vəziyyətdən sizə səslənirəm. Hazırda kulisdəyəm və konsertə hazırlaşıram. Bəlkə eşidirsiniz, çöldə etiraz edirlər. Çox məyusam və can təhlükəsizliyim yoxdur. Sizdən xahiş edirəm, mənə sahib çıxın”.
Linet Menaşi sözlərinə belə davam edib:
“Mən bir türk vətəndaşıyam, bir sənətçiyəm. Bu günə qədər yalnız səslə var olmuşam. Cənab Prezidentim, hörmətli Emine Erdoğan xanım, xahiş edirəm mənə dəstək olun, bu zülm artıq bitsin. Türkiyəyə buradan səslənirəm: Mən yalnız səslə var olmuşam və bundan sonra da belə olacaq. Sizdən xahiş edirəm, bu yolda məni tək qoymayın”.

17/05/2025

Dərsə gecikdiyi üçün piyada keçidindən istifadə etməyən tələbə.

28/08/2022

Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Lənkəranda qəza enişi edib.
Bu barədə Redaktor.az FHN-ə istinadən xəbər verir.
Masallı rayonunun Məmmədoba kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi əməliyyatına cəlb olunmuş FHN-ə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarədə texniki problem yaranıb.
Bununla bağlı təyyarənin ekipajı tərəfindən Lənkəran Beynəlxalq Hava Limanına təcili enmə qərarı verilib.
Ekipaj üzvlərinin peşəkarlığı sayəsində təyyarə saat 16:38-də Lənkəran Beynəlxalq Hava Limanına qəza enişi edib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.

28/08/2022

İsrail Baş naziri Yair Lapid İsrail Müdafiə Ordusuna və kəşfiyyat xidməti MOSSAD-a İran ətrafında situasiyanın istənilən inkişaf ssenarisinə və mümkün nüvə razılaşmasına hazır olmağı tapşırıb.
Redaktor.az xəbər verir ki, Y. Lapid “Tvitter” səhifəsində İsrailin təhlükəsizliyini müdafiə etmək üçün hərəkətə keçməyə hazır olacaqlarını yazıb.
Baş nazir qeyd edib ki, amerikalılar, bütün dünya bunu başa düşür və İsrail cəmiyyəti də bunu bilməlidir. Y. Lapid İsrailin İranla yeni nüvə razılaşmasına qarşı olduğunu da xatırladıb: “Bu, p*s razılaşma idi. Bu razılaşma hələ 2015-ci ildə imzalananda p*s razılaşma idi. İndi isə İran texnologiyanın inkişafı baxımından fərqli vəziyyətdədir”.
Y. Lapid İsrail üçün əsas prioritetin İranla yeni nüvə razılaşmasına qarşı çıxmaq olduğunu vurğulayıb: “Biz ilk gündən ABŞ-la strateji münasibətlərimizə ziyan vurmadan bütün gücümüzlə bu razılaşmaya qarşı mübarizə aparmışıq”.

28/08/2022

Rusiya ordusunun 752-ci alayının batalyonlarından birinin şəxsi heyətinin 95 faizi məhv edilib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Komandanlığı məlumat yayıb.
“Batalyon Voronej vilayətinin sakinlərindən təşkil olunmuşdu. Hətta bölüyün birində cəmi 3 nəfər sağ qalıb. Hazırda 752-ci diviziya cəbhənin ən qaynar nöqtələrindən biri olan İzyumda döyüşür”, - məlumatda bildirilib.

Address


Telephone

0507976604

Alerts

Be the first to know and let us send you an email when AmediaTv posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Address
  • Telephone
  • Alerts
  • Claim ownership or report listing
  • Want your business to be the top-listed Media Company?

Share