Baku Reds

Baku Reds Baku Reds. Official Supporters Club of Manchester United in Azerbaijan 🇦🇿 🇾🇪
Telegram: t.me/Bakuredsaz

Maykl Karrikin Holandın qolu ilə bağlı şərhi:"Mən həqiqətən başa düşmürəm, necə belə oldu, ağlıma sığdıra bilmirəm. Düzg...
13/09/2026

Maykl Karrikin Holandın qolu ilə bağlı şərhi:

"Mən həqiqətən başa düşmürəm, necə belə oldu, ağlıma sığdıra bilmirəm. Düzgün qərar vermək üçün onların bu qədər ekranı var... Çəkdikləri xətt yumşaq desək şübhəli idi və bu narahatlıq doğur.

Mənə verilən izahat budur ki, Fernandeş t**a toxunmayıb. Bağışlayın, amma mən bunu başa düşmürəm - sən qapıdan 5 metr aralıdasan, bütün bədəninlə t**a sarı atılırsan və məlum olur ki, epizodda iştirak etmirsən.... Biz hakimlərə kömək etməyə çalışırıq, onlara texnologiya, bir sürü ekran, ofis veririk ki, yalnız düzgün qərar qəbul etsinlər, amma əgər onlar oyunu belə qəbul edirlərsə, bu ciddi narahatlıq doğur!" - Maykl oyundan sonra dedi.

Hətta skauzerlər də bizə tərəfdi."Tamamilə aydındır ki, Enzo ofsayd vəziyyətindədir və t**a toxunmağa çalışır. Vəssalam....
13/09/2026

Hətta skauzerlər də bizə tərəfdi.

"Tamamilə aydındır ki, Enzo ofsayd vəziyyətindədir və t**a toxunmağa çalışır. Vəssalam. Bu çox p*s hakimlikdir, çünki "Mançester Yunayted" indi VAR-ın dəhşətli səhvi ucbatından yaralarını sarımalı olacaq... Bu sadəcə ağlasığmazdır!".

Ser Aleks final fitindən əvvəl "Old Trafford"u tərk etdi 💔
13/09/2026

Ser Aleks final fitindən əvvəl "Old Trafford"u tərk etdi 💔

Matçın statiatikası!
13/09/2026

Matçın statiatikası!

Matç bitdi.
13/09/2026

Matç bitdi.

Fasilə.
13/09/2026

Fasilə.

Qeri Nevil:"Bunun hansısa qiyamət günü olduğunu deməzdim, amma hesab edirəm ki, bu oyun "Mançester Yunayted"in mövsümə y...
13/09/2026

Qeri Nevil:

"Bunun hansısa qiyamət günü olduğunu deməzdim, amma hesab edirəm ki, bu oyun "Mançester Yunayted"in mövsümə yaxşı başlayıb-başlamadığını anlamaq üçün açar oyundur.

Əgər bu gün qalib gəlsələr, növbəti həftə "Fulhem"lə oyuna çox yaxşı vəziyyətdə gələcəklər. Onda dərin nəfəs alıb deyə bilərik: "Yaxşı, yenə qaydasındayıq".

Amma uduzsalar, mövsümün startını zəif adlandıracaqlar. Çox zəif. Düzünü desək, bu günə qədər də elə idi. O oyunlarda 4 xal toplayıb hər şeyin yaxşı olduğunu düşünmək olmaz.

Ona görə də bəli, bu "Yunayted"dəki əhval-ruhiyyə üçün ən vacib gündür. Və açığı, məncə bu gün onlarda hər şey yaxşı olacaq.

"Mançester Yunayted"in kozuru - sürətli əks-hücumlardır. Bəzi komandalar buna imkan vermirlər, çünki özləri bir az dərinə çəkilirlər. Amma "Siti"nin, düşünürəm ki, oyunu irəli aparan tərəf olacaq.

Onların əla futbolçuları var, irəli gedəcəklər və topu ələ alacaqlar. Və burada hər şey "Yunayted"in əks-hücumlarda kifayət qədər keyfiyyəti olub-olmamasından asılı olacaq. Düşünürəm ki, var. Öndə çox yaxşı oğlanlar oynayır".

Start heyətimiz!
13/09/2026

Start heyətimiz!

Maykl Karrikin derbi öncəsi azarkeşlərə müraciəti."Biz bilirik ki, Mançester derbisi tamamilə fərqli oyundur. "Mançester...
13/09/2026

Maykl Karrikin derbi öncəsi azarkeşlərə müraciəti.

"Biz bilirik ki, Mançester derbisi tamamilə fərqli oyundur. "Mançester Yunayted"də olmaq üçün elə bu cür günlər və matçlar üçün dəyərmiş.

Bu həmişə mövsümün əsas oyunlarından biri olub və özünü göstərmək üçün əla şansdır. Belə matçda yaxşı oynamaq komandaya real impuls verir və illərlə danışılacaq xatirələr yaradır.

Hələ yanvarda, məşqçi kimi ilk oyunumda "Old Trafford"un sehrini gördük, bütün stadion enerji ilə dolu idi.

Mən qayıtdığımdan bəri tribuna ilə komanda arasında əla bağ yaranıb və ümid edirəm bu gün yenə onu hiss edəcəyik.

Bizə Enzo Mareskanın "Mançester Siti"si gəlir. Güclü tərəflərimizdən çıxış etməli və stadionun atmosferini öz xeyrimizə çevirməliyik.

Sizə həm evdə, həm də səfərdə göstərdiyiniz daimi dəstəyə görə təşəkkür etmək istəyirəm.

Biz hamımız istəyirik ki, bu gün xüsusi olsun, ona görə də gəlin birlikdə sona qədər mübarizə aparaq".

The Red Army azarkeş qrupu bu günkü matçda "Stretford End"də bayraq asmayacaqlarını və "Yunayted" rəhbərliyinin bileti y...
13/09/2026

The Red Army azarkeş qrupu bu günkü matçda "Stretford End"də bayraq asmayacaqlarını və "Yunayted" rəhbərliyinin bileti yenidən satanlara qarşı mübarizə çərçivəsində mübahisəli hərəkətlərinə qarşı etiraz aksiyası keçirəcəklərini açıqlayıb.

Azarkeşlər futbolçular üçün nəzərdə tutulan tunelin üzərində "Sizin bizə münasibətiniz rüsvayçılıqdır!" yazılı böyük bir banner asacaqlar - "THE WAY YOU TREAT US IS A DISGRACE".

Xatırladaq ki, "Mançester Yunayted" biletlərlə alverdə şübhəli bilinən 685 mövsümlük abunəni dayandırıb, lakin abunə sahiblərinə bu pozuntunun birbaşa sübutunu təqdim etməyib. Azarkeşlərin dediyinə görə, abunə sahiblərinin bir hissəsi bu siyahıya haqsız yerə düşüb.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Baku Reds posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share