XAN Nəşriyyatı

XAN Nəşriyyatı Bədii və qeyri-bədii kitablar nəşr edən Azərbaycan nəşriyyatı. "Məşhurlar" silsiləsi qeyr-bədii ədəbiyyat kitablarının çap olunduğu kitablar toplusudur.

Nəşriyyat yarandığı dövrdən bu günədək “Milli Ədəbiyyat”, “Çağdaş Ədəbiyyat”, “Tərcümə Ədəbiyyatı”, “Xatirə Ədəbiyyatı”, “İlk Kitab”, “Məşhurlar”, “Yerli Klassika”, “Xarici Klassika” və “Azərbaycan Ədəbiyyatı Rusca” adlı kitab silsilələri çap edir.

“XAN” nəşriyyatının “Milli Ədəbiyyat” silsiləsində Azərbaycan ədəbiyyatında əvvəlki dövrlərdə iz qoymuş müəllifləri çap edir. Yayım hüquqları alınmış

müəlliflərdən – Salam Qədirzadə, Əzizə Cəfərzadə və İsa Muğanna, eləcə də klassiklərimizdən – Yusif Vəzir Çəmənzəminli, Məmməd Səid Ordubadi, Pənahi Makulu, Həsən Seyidbəyli, Qulamhüseyn Səidi, Mirzə Əbdürrəhim Talıbov və b. müəlliflərin kitablarını nəşr edir.

“Çağdaş Ədəbiyyat” silsiləsində müasir dövrdə yaşayıb-yaradan yerli yazıçıların kitabları çap olunur. Bu silsilə ilə müntəzəm əməkdaşlıq edən Şəmil Sadiq, İlqar Fəhmi, Xanəmir Telmanoğlu, Sevinc Elsevər, Varis, Rüstəm Behrudi, İlham Tumas, Kənan Hacı, Tamerlan İsmayılzadə, Əziz Yaqubzadə və b. müəlliflərin bir çox kitabının nəşr və yayım hüququ məhz “XAN” nəşriyyatına məxsusdur.


“XAN” nəşriyyatı “Tərcümə Ədəbiyyatı” adlı silsiləsində dünyanın bir çox tanınmış yazıçılarının yaradıcılığına müraciət edir. Əsasən müəllif haqlarının alınması ilə həyata keçirilən bu kitab layihələrində müxtəlif janrlı kitablar çap olunur. Ceyms Rollins, Dmirti Qluxovski, Orhan Pamuk, Mixail Bakunin, Artur Konan Doyl, Edqar Allan Po, Qriqoriy Petrov, Teodor Drayzer, Oljas Süleymenov, Svetlana Alekseyeviç, İtalo Kalvino, Patrik Modiano, Ziqmund Freyd, Cek London, Fridrix Nitsşe, Piter Ceyms və başqa müəlliflərin əsərlərinə müraciət edərək keyfiyyətli tərcümə mətnlər ərsəyə gətirməyə çalışır. Bundan başqa Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin “Türk ədəbiyyatının xaricdə tanıdılması” layihəsinin dəstəyi ilə çap olunan kitablar da “Tərcümə ədəbiyyatı” silsiləsinə aiddir. Bu layihə çərçivəsində 30-dan çox kitab çap olunub.

“Xatirə Ədəbiyyatı” silsiləsi “XAN” nəşriyyatının ən uğurlu layihələrindən biridir. Bu silsilədə görkəmli şəxsiyyətlərin – şair, yazıçı, tarixi və incəsənət xadimlərinin həyatına həsr etdiyi kitablar nəşr olunur. Müxtəlif dövrlərdə yaşayıb yaratmış, dövrünün fikir tarixinə öz düşüncəsini qatmış, fəaliyyəti ilə tarixi hadisələrə imza atmış və öz sənətinin zirvəsinə çatmış bu şəxsiyyətlər haqda yazılan hər bir xatirə onların həyatını daha aydın anlamağımıza kömək edir. Azərbaycanda, Türkiyədə, İranda, Gürcüstanda, Rusiyada və dünyanın başqa ölkələrində yaşamış bu insanlar sənət və ədəbiyyat tarixində xatırlanmaqla yanaşı, özləri də memuar, xatirə-roman, avtobioqrafik əsər yazıblar. “Xatirə ədəbiyyatı” silsiləsində bu cür müxtəlif quruluşlu kitablara rast gəlmək mümkündür.

“İlk Kitab” silsiləsində ədəbi ictimaiyyət və oxucular arasında əsərləri vasitəsi ilə müəyyən nüfuz qazanmış, amma hələ kitabı çap olunmamış müəlliflərin kitabları nəşr edilir. Gənc yazarlara dəstək məqsədilə yaradılmış bu silsilədəki kitablar roman və ya hekayələr toplusundan ibarət olur. Bu silsilə müxtəlif mövzulu kitablarla zəngindir.

“Yerli Klassika” və “Xarici Klassika” silsilələri həm yerli, həm də dünya müəlliflərinin klassik nümunələrini çap edir. Bu silsilələrdə bir-birindən maraqlı əsərlərə rast gələ bilərsiniz.

“Azərbaycan Ədəbiyyatı Rusca” silsiləsi Azərbaycanda oxucu rəğbəti qazanmış yerli kitabların rus dilinə tərcümə edilməsi və yayılması məqsədi ilə yaradılıb. Bundan başqa, qeyri-ədəbi nümunələr arasında motivasiya və şəxsi-inkişaf müəlliflərindən – Co Novarro, Martin Karlins, Entoni Robinz, Piter Kouter, Brian Treysi, Andrey Kosenko, Ceylan Mumoğlu və s. kimi müəlliflərin kitablarının çapı “XAN” nəşriyyatının fəaliyyət dairəsinə aiddir.

“XAN Nəşriyyatı” Moskva Beynəlxalq Naşirlər Həftəsində!9-12 sentyabr tarixlərində Moskva Beynəlxalq Naşirlər Həftəsi çər...
18/09/2025

“XAN Nəşriyyatı” Moskva Beynəlxalq Naşirlər Həftəsində!

9-12 sentyabr tarixlərində Moskva Beynəlxalq Naşirlər Həftəsi çərçivəsində keçirilən tədbirdə Azərbaycandan “XAN Nəşriyyatı” təmsil olunub. Nəşriyyatın yazıçısı və ədəbi agent Xəyalə Muradın iştirakı ilə baş tutan tədbirdə dünyanın müxtəlif ölkələrindən gəlmiş naşirlərlə silsilə görüşlər keçirilib. Xəyalə Murad proseslə bağlı təəssüratlarını bölüşüb:

“Ədəbiyyatımıza maraq həmişəki kimi aktiv hiss edilirdi. Sırf hüquqi məsələlərin müzakirəsində iştirak etdiyim üçün qarşı tərəfin baxış bucağını və mütaliə seçimini aydın hiss edirdim. Xüsusilə, Şəmil Sadiqin “Yuxu maşını”, Elayın “Kolleksioner”, Erix Qauzerin “Великий проект” və mənə məxsus “Alter”, “Vanuatu adasının sakinləri” kitabları diqqət çəkdi. Təkliflər səsləndi. Ətraflı məlumat yaxın zamanlarda açıqlanacaq”.

Bu gün Azərbaycanın dahi bəstəkarı, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Eyni zamanda onun...
18/09/2025

Bu gün Azərbaycanın dahi bəstəkarı, musiqi mədəniyyətimizin korifeyi Üzeyir Hacıbəyovun doğum günüdür. Eyni zamanda onun dünyaya göz açdığı gün ölkəmizdə Milli Musiqi Günü kimi qeyd olunur.✨️

Hörmətlə anırıq!

Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anım günüdür.Hörmətlə anırıq!
18/09/2025

Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anım günüdür.

Hörmətlə anırıq!

📚Əziz oxucular, “XAN Nəşriyyatı” da XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir!İlin ən böyük kitab bayramında “XAN...
16/09/2025

📚Əziz oxucular, “XAN Nəşriyyatı” da XI Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edir!

İlin ən böyük kitab bayramında “XAN Nəşriyyatı” həmişə olduğu kimi bu dəfə də oxucuların görüşünə yeni, bir-birindən maraqlı nəşrlərlə gəlir. Gəlin kitablaşaq!❤️

Dostlar, yeni macəra axtarışındasınızsa, Yusuf Yıldızın “Elm tarixinə səyahət”i lap sizlik kitabdır.😍📚Bu kitab vasitəsil...
15/09/2025

Dostlar, yeni macəra axtarışındasınızsa, Yusuf Yıldızın “Elm tarixinə səyahət”i lap sizlik kitabdır.😍📚

Bu kitab vasitəsilə elm və düşüncə tarixinə doğru əyləncəli səyahətə çıxa bilərik. Səyahətimizə qoşulsan, Sokratdan Aristotelə, Konfutsidən Fərabiyə, İbn Bətutədən Leonardo da Vinçiyə, Edisondan Eynşteynə qədər bir çox elm adamları ilə tanış olacaqsan.😊

Kitab tezliklə satışda olacaq!

🇦🇿Tarixdə bu gün: Bakının işğaldan azad olunmasından 107 il ötür.
15/09/2025

🇦🇿Tarixdə bu gün: Bakının işğaldan azad olunmasından 107 il ötür.

Bu gün  xanımın başlatdığı "Klassik Azərbaycan Ədəbiyyatına Səyahət" adlı marafon iştirakçılarının "XAN Nəşriyyatı" nüma...
13/09/2025

Bu gün xanımın başlatdığı "Klassik Azərbaycan Ədəbiyyatına Səyahət" adlı marafon iştirakçılarının "XAN Nəşriyyatı" nümayəndələri ilə görüşü keçirildi.❤️✨

Oxucular marafon boyunca oxuduqları kitablarla bağlı öz təəssüratlarını, ümumi düşüncələrini bölüşdülər.

Müzakirədə "XAN Nəşriyyatı"nın direktoru Səbuhi Şahmursoy da iştirak etdi, kitablarla bağlı öz fikirlərini bölüşdü, ümumi nəşriyyat işindən danışdı, marafona dəstəyini bildirdi, daha sonra oxucuların maraqlı suallarını cavablandırdı.

Maraqlı müzakirə üçün dəyərli oxucularımıza təşəkkür edirik!🥰📚

Bu gün eyni zamanda nəşriyyatımızın müəllifi Rüstəm Behrudinin doğum günüdür.Müəllifimizə uzun ömür, can sağlığı, yaradı...
12/09/2025

Bu gün eyni zamanda nəşriyyatımızın müəllifi Rüstəm Behrudinin doğum günüdür.

Müəllifimizə uzun ömür, can sağlığı, yaradıcılığında yeni uğurlar arzu edirik!🥰✨️

Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür.Hörmətlə anırıq!                ...
12/09/2025

Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür.

Hörmətlə anırıq!

Qriqoriy Petrovun Finlandiyadan, ölkənin çətin vəziyyətdə necə böyük uğurlar qazandığından və hansı çətinlikləri dəf etd...
07/09/2025

Qriqoriy Petrovun Finlandiyadan, ölkənin çətin vəziyyətdə necə böyük uğurlar qazandığından və hansı çətinlikləri dəf etdiyindən bəhs edən "Ağ zanbaqlar ölkəsi" kitabı🩵

Məktəblilər üçün nəzərdə tutulmuş, milli və bəşəri dəyərləri özündə əks etdirən "Dəyərlər" və "Balabilgə gündəliyi"❤️   ...
06/09/2025

Məktəblilər üçün nəzərdə tutulmuş, milli və bəşəri dəyərləri özündə əks etdirən "Dəyərlər" və "Balabilgə gündəliyi"❤️

Bu gün görkəmli macar yazıçısı Artur Köstlerin doğum günüdür. Hörmətlə anırıq!
05/09/2025

Bu gün görkəmli macar yazıçısı Artur Köstlerin doğum günüdür.

Hörmətlə anırıq!

Address

Həsən Əliyev 80 D
Baku

Opening Hours

Monday 10:00 - 17:00
Tuesday 10:00 - 17:00
Wednesday 10:00 - 17:00
Thursday 10:00 - 17:00
Friday 10:00 - 17:00

Telephone

+994773300134

Alerts

Be the first to know and let us send you an email when XAN Nəşriyyatı posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to XAN Nəşriyyatı:

Share

Category