Bizim Yol

Call Directions Website Contact the business

Bizim Yol Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı...

Son günlərin ictimai rəy dalğalanmaları bir daha göstərdi ki, məsələ sadəcə, məktəblərdə hicab məsələsi deyil. Hisab əla...
11/10/2026

Son günlərin ictimai rəy dalğalanmaları bir daha göstərdi ki, məsələ sadəcə, məktəblərdə hicab məsələsi deyil. Hisab əlamətlərdən biridir. Dini təhsilə oturtmaq cəhdlərinin arxasında daha böyük planlar var.

Bütün valideynlərin uşaqlarını hicaba məcbur etdiyini demək olmaz. Amma şübhəzis ki, hicab geyinən azyaşlı qızların bəlk...
11/10/2026

Bütün valideynlərin uşaqlarını hicaba məcbur etdiyini demək olmaz. Amma şübhəzis ki, hicab geyinən azyaşlı qızların bəlkə də heç biri bunu öz istəyi ilə etmir. Atası israr edir, o da atasını sevdiyi üçün qəlbini qırmır və geyinir.

Belə ataları bir-bir araşdırsanız, məlum olacaq ki, böyük əksəriyyəti ömür boyu bir dəfə də olsun Quranı oxumayıb, dini bilgisi isə məsələn, qonşusu “Məşədi Ələmdar”ın nağıllarından və yas yerlərində mollalardan eşitdiyi uydurmalardan ibarətdir.

Əgər bir ata öz azyaşlı qızını dindar olaraq tərbiyə etmək istəyirsə, öncə özünün din barədə minimum bilgisi olmalıdır. Azərbaycanda dindarların 99,9 faizi Quranı oxumayan insanlardır. Dini fanatizm məhz belə insanların sayəsində ayaqda qalır. Yanlış dini tərbiyə isə çox təhlükəlidir.

Nə qədər qəribə səslənsə də, ateist, deist və aqnostiklərin arasında Quranı oxuyanların nisbəti daha çoxdur – demək olar ki, hamısı Quranı oxuyub.

Donald Tramp Vladimir Putinin Ukraynaya təcavüzünü artıq açıq şəkildə dəstəkləyir.Rusiyaya qarşı sanksiyanı ləğv edərək ...
11/10/2026

Donald Tramp Vladimir Putinin Ukraynaya təcavüzünü artıq açıq şəkildə dəstəkləyir.
Rusiyaya qarşı sanksiyanı ləğv edərək Putindən dizel yanacağı almağa qərar verən Tramp Volodimir Zelenskinin tənqidlərinə məruz qalıb. Ukrayna prezidenti Trampın qərarını “Putin üçün hədiyyə” və bu addımın müharibənin uzanmasına səbəb olacağını deyib.

Tramp isə bununla bağlı suala cavab verərkən “Ukraynaya yeni prezident lazımdır” deyə cavab verib.

Xatırladaq ki, gələn ay ABŞ-də aralıq seçkilər keçiriləcək, Trampın təmsil etdiyi partiyanın bu seçkiləri uduzma ehtimalı böyükdür. Konqresdə çoxluğu əldən versə, Trampın vəziyyəti yaxşı olmayacaq.

İrana qarşı başlatdığı və uğurla bitirə bilmədiyi müharibə üzündən Trampın reytinqi kəskin şəkildə aşağı düşüb. ABŞ-də yanacaq qiymətləri artıb və nəticədə ümumi inflyasiya tempi yüksəlib.

Böyüklərin davası, uşaqların yarasıDünən bir məktəbin yanından keçəndə bir neçə uşağın söhbətinə şahid oldum. Danışdıqla...
10/10/2026

Böyüklərin davası, uşaqların yarası

Dünən bir məktəbin yanından keçəndə bir neçə uşağın söhbətinə şahid oldum. Danışdıqları mövzu məni düşündürdü.

Uşaqlardan biri hicablı şagirdlərin məktəbə buraxılmadığını, buna etiraz edildiyini söyləyirdi. O biri bunu haqlı sayır, başqası isə evdə ona hicablı olmayan qadınların əxlaqsız olduğu deyildiyini bildirirdi.

Dayandım. Uşaqların dediklərindən çox, bu fikirlərin onların zehninə necə yerləşdiyi məni narahat etdi.

Böyüklərin mübahisəsi artıq uşaqların dilində davam edirdi. Onlar öz yaşlarına uyğun olmayan hökmlər verir, bir-birini anlamaq əvəzinə, insanları geyimlərinə görə mühakimə edirdilər.

Bəs biz uşaqlara nə öyrədirik: fərqli olana hörmət etməyi, yoxsa fərqli olanı düşmən bilməyi?

Fərqlər də müxtəlif olur haaa, qarışdırmayın.

Hicab və başörtüsü məsələsi cəmiyyətdə müxtəlif fikirlərin toqquşduğu mövzudur. İnsanların dini inancları, şəxsi seçimləri və məktəbin qaydaları haqqında müzakirələr aparıla bilər. Hər kəsin öz mövqeyi var. Lakin hansı tərəfdə dayanmağımızdan asılı olmayaraq, bir həqiqəti unutmamalıyıq: heç bir fikir ayrılığı uşağın mənəvi təhlükəsizliyindən üstün deyil.

Məktəb mübahisə meydanı deyil. Müəllim yalnız dərs deyən deyil, davranışı ilə də nümunə göstərən insandır. Valideyn isə övladına öyrətdiyi dəyərləri ilk növbədə öz münasibəti ilə nümayiş etdirməlidir.

Əgər böyüklər uşaqların gözü qarşısında qışqırır, bir-birini alçaldır, təhqir edir və qarşı tərəfin ləyaqətinə hörmətsizlik göstərirlərsə, uşaqlardan hansı mədəniyyəti mənimsəmələrini gözləyə bilərik?

“Uşağın gözü qarşısında edilən mübahisə, onun gələcəkdə qura biləcəyi sağlam münasibətlərin təməlinə qoyulan dinamitdir.” - bu, sadəcə, təsirli bir ifadə deyil, gələcəyimizə ünvanlanan xəbərdarlıqdır. Çünki uşaq böyüklərin sözlərini eşitməklə kifayətlənmir, onların davranışlarını da mənimsəyir. Bu gün sinif yoldaşının geyimini müzakirə edən uşaq sabah insanları zahiri görünüşünə görə qiymətləndirə bilər. Bu gün evdə eşitdiyi ittihamları təkrarlayan uşaq gələcəkdə həmin hökmləri öz düşüncəsi hesab edər.

Hicablı olmaq insanı avtomatik olaraq əxlaqlı, hicabsız olmaq isə əxlaqsız etmir. Əxlaq insanın geyimindən daha geniş anlayışdır; onun dürüstlüyündə, mərhəmətində, ədalətində və başqalarına münasibətində üzə çıxır. İnsan fərqli düşünə bilər, amma bu, ona başqasını alçaltmaq haqqı vermir.

Hörmət razılaşmaq demək deyil. Fərqli düşünmək düşmən olmaq demək deyil.

Böyüklərin söz davası uşaqların qəlbində heç vaxt sağalmayacaq yaralar açar. Bəzən biz bir neçə dəqiqədən sonra sakitləşir, söylədiyimiz sərt sözləri unuduruq. Amma uşaq həmin anın qorxusunu, qəzəbini və çaşqınlığını illərlə yaddaşında daşıyır. O, böyüklərin nə üçün bir-birinə bu qədər sərt davrandığını anlamasa da, yaşadığı hissləri unutmur.

Məktəbdə qaydalar varsa, onlar aydın və hörmət çərçivəsində izah edilməlidir. Qərarlarla bağlı narazılıqlar isə uşaqları qarşıdurmanın mərkəzinə çevrmədən müzakirə olunmalıdır. Nə dini inanc, nə şəxsi seçim, nə də hər hansı mövqe təhqirə və alçaltmağa bəraət qazandırmır.

Dinə hörmətdən danışırıqsa, mərhəməti də unutmamalıyıq. Əxlaq tələb ediriksə, əvvəlcə öz davranışımızla nümunə olmalıyıq.

Təhsildən danışırıqsa, onun yalnız bilik deyil, həm də insanlıq qazandırmalı olduğunu anlamalıyıq.
Biz uşaqlara hansı dünyanı miras qoyuruq? İnsanların bir-birini mühakimə etdiyi, yoxsa fərqliliklərin (söhbət normal fərqlilikdən gedir) hörmətsizliyə çevrilmədiyi bir dünyanı?

Biz uşaqlara doğru yolu göstəririk, yoxsa öz mübahisələrimizin içində onların yolunu itirməsinə səbəb oluruq?

Bəzən uşağın qəlbindəki müharibə heç bir silah səsi eşidilmədən başlayır. Onun ilk gülləsi bir təhqir, bir alçaldıcı söz, nifrət dolu bir baxış da ola bilər.

İstər dini, istər siyasi, istərsə də ideoloji müharibə olsun, onu uşaqlar başlamır, səbəbkarı da onlar deyil. Amma dağılan həyatların, nifrətin və qorxunun yükü onların çiyinlərinə düşür.

Müharibələrin də ən ağır nəticələrini çox vaxt günahsız uşaqlar çəkir.

Uşaqları böyütmək yalnız onların boyunu deyil, insanlığını da böyütməkdir. Bunun üçünsə əvvəlcə özümüz böyüməliyik.

Pərvanə Eyvazqızı

P.S. Foto süni intellektlə hazırlanıb.

Məktəblərdə vahid geyim tələbi nədən doğur? Bu, yeni bir qaydadır? Bəzən sual yaranır ki, bu addımları atarkən məktəblər...
10/10/2026

Məktəblərdə vahid geyim tələbi nədən doğur? Bu, yeni bir qaydadır? Bəzən sual yaranır ki, bu addımları atarkən məktəblərin Pedoqoji Şuraları nəyə əsaslanır? Bu addımların hüquqi əsasları varmı?

Cəmiyyətdə yaşayırıq. İnsan cəmiyyətində. Cəmiyyətin həyatı iki əsas sütun üzərində dayanıb. Hüquq və əxlaq.

Əvvəlcə məsələnin hüquq tərəfinə baxaq.

Azərbaycan 1991-ci il oktyabrın 18-də öz Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktında dünyəvi respublika qurmaq yolunu seçdi. 1995-ci il noyabrın 12-də Konstitusiya qəbul edərək 7-ci maddə ilə Azərbaycan Respublikasının dünyəvi dövlət olduğunu bir daha təsdiq etdi. Konstitusiyanın 18-ci maddəsi ilə isə dini dövlətdən ayırdı. Həmin maddənin 3-cü bəndi ilə dövlət təhsil sistemində dünyəvilik prinsipini təsdiqlədi.

Bəli, Konstitusiyanın 48-ci maddəsi vətəndaşların vicdan azadlığını da nəzərdə tutur. Ancaq bu norma dövlət institutunun neytrallığını aradan qaldırmır.

"Din dövlətdən ayrıdır" nə deməkdir?! O deməkdir ki, dövlət qurumunda dini qaydalar keçərli deyil. Dini fəaliyyətlərin icra olunduğu məkanlar məlumdur. Xüsusilə, söhbət dövlətin əsas ideoloji institutu olan təhsil sistemindən gedir. Dövlət öz ideoloji sistemini dünyəvilik üzərində qurmaq istəyir. Həm də bu istək deyil, dövlətin Konstitusion öhdəliyidir.

Başqa sözlə, bunun hüquqi əsasları var. Həm də Konstitusiyada öz əksini tapıb.
Hə, o başqa məsələdir ki, bu Konstitusion müddəalar necə icra edilməlidir ki, cəmiyyətdə gərginlik, narazılıq yaratmasın. Bu, tamam başqa söhbətin mövzusudur. Burada məktəblə valideyn, Pedoqoji Şuralarla ailələr arasında qarşılıqlı etimaddan çox şey asılıdır. Şübhəsiz, Konstitusiyanı və qanunları hərə öz istədiyi kimi təfsir edə bilməz; qanunvericilikdə dünyəvilik dövlətin əsasında duran prinsiplərdəndir və düzünə göstərişdir. Dövlətin əsasında duran prinsipdən güzəştə getmək dövləti sarsıtmaq deməkdir. Buna isə dövlətinə bağlı olan heç bir məktəb, heç bir ailə getməz, razı olmaz.

Bu dövlət şəhidlərin qanı bahasına, çox ağır müsibətlər, məşəqqətlər bahasına başa gəlib və Azərbaycan xalqının ən böyük nemətidir. Onu sarsıtmağı heç kim istəmir və istəməz də. Əgər kənar qüvvələrin təsiri ilə hərəkət etmirsə...

İlahiyyatçı Elşad Miri məktəb yaşlarında hicab mövzusunda açıqlama verib. Onun bildirdiyinə görə, bu yaşda qızların başl...
10/10/2026

İlahiyyatçı Elşad Miri məktəb yaşlarında hicab mövzusunda açıqlama verib. Onun bildirdiyinə görə, bu yaşda qızların başlarını örtməsi ilə bağlı Allah hökmü yoxdur. O deyib:

“Buna iki prizmadan yanaşmaq mümkündür: Birincisi, valideynin özünü bir növ çevrəsindəki insanlara daha dindar olduğunu göstərmək məqsədi daşıya bilər. İkinci bir tərəfi də, uşağı gələcək üçün başörtüsünə alışdırmaq, öyrəşdirmək məqsədi daşıya bilər.

Amma bu körpə yaşda onlara başörtüsü geyindirmək vacibdirmi, təbii ki, xeyr, deyil. Allahın uşaqların örtünməsi ilə bağlı belə bir əmri varmı.., belə bir əmri də yoxdur. Yəni bu, valideynlərin özlərinin verdiyi qərarlardır, buna uyğun olaraq hərəkət edirlər. Və bu edildiyi zaman da birinci növbədə həmin uşaqlar uşaqlıqlarını yaşaya bilmirlər. İkinci növbədə öz ətrafındakı sinif yoldaşlarından bir növ başqalaşdırılır, özgələşdirilir, kənarlaşdırılırlar. Bu da uşaqlara mənfi təsir edə bilir.

Mən özüm tanıdığım insanlar var ki, valideynləri vasitəsilə hətta 11-ci sinifə qədər başları örtdürülüb, daha sonra isə bu uşaqlar, özləri deyir ki, SAT və yaxud İELTS ilə hər hansı xarici ölkəyə gedib oxuyandan sonra, yaxud özü ayaq üstə durandan, valideynlərindən iqtisadi müstəqillik qazanandan sonra rahatlıqla “mən bu fikirdə deyiləm” deyib başlarını açırlar. Valideynlərlə danışanda da onlar bunu müzakirə edib sayğı durmaq məcburiyyətində qaldıqlarını deyirlər”.

P.S. Foto Elşad Mirinin sosial şəbəkə profilindən götürülüb.

10/10/2026

Məktəbli geyimi necə olmalıdır...

Son günlər ərzində məktəbli geyimi ilə bağlı sosial şəbəkə çəkişmələri bir mənzərəni açıb ortaya qoydu: Özünü dindar say...
10/10/2026

Son günlər ərzində məktəbli geyimi ilə bağlı sosial şəbəkə çəkişmələri bir mənzərəni açıb ortaya qoydu: Özünü dindar sayan və guya hicabın müdafiəsinə qalxıbmış kimi davrananlar arasında tərbiyəsiz bir çoxluq var. Bu fikir hər kəsə aid deyil, amma təəssüf ki, çoxluğa aiddir.

Bəzən sosial şəbəkə paylaşımlarının altında ard-arda 15-20 şərh tərbiyəsiz söyüşlərdən ibarət olur. Sanki söyüş söyəndə hicab əleyhdarının fikrini dəyişib öz tərəfinə çəkəcəkmiş...

Bunun əsl səbəbi isə odur ki, o admlar dindar-filan deyillər. Ömür boyu bir dəfə də olsun Quranı oxumayıblar. Quranı oxuyan, anlayan və düşünərək ibadət edən dindarlar hər şərhində aydın tanınır – təhqir etmir, tərbiyəsizlik etmir, fikrini dəlillərlə əsaslandırmağa üstünlük verir və s. Dini fanatizmin qaynağı dinlə əlaqəsi olmayan savadsız kütlədir. Savadlı dindarlar mədəni insanlardır.

P.S. Foto süni intellektlə hazırlanıb.

Donald Tramp Ukraynanı açıq şəkildə Rusiyaya satıb.Tramp elan edib ki, ABŞ Rusiyadan dizel yanacağı idxal edəcək. Volodi...
10/10/2026

Donald Tramp Ukraynanı açıq şəkildə Rusiyaya satıb.

Tramp elan edib ki, ABŞ Rusiyadan dizel yanacağı idxal edəcək. Volodimir Zelenski isə Trampı Vladimir Putinə dəstək verməkdə ittiham edib. Zelenski bildirib ki, Trampın bu addımı müharibəni dayandırmağa yox, onu uzatmağa yatırılan sərmayə kimidir. Onun fikrincə, Trampın bu qərarı Putin üçün hədiyyədir.

Analitiklər isə hesab edirlər ki, Rusiya hazırda o qədər dizel yanacağını ixrac etmək gücündə deyil.

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994504987368

Alerts

Be the first to know and let us send you an email when Bizim Yol posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bizim Yol:

Shortcuts

Share