AzVision

AzVision Ölkənin və dünyanın xəbər məkanına Azərbaycanlı Baxışı Vaxtında. Aydın. Lazımlı

🇺🇿 Beynəlxalq arxeoloqlar qrupu Özbəkistanın Surxandərya vilayətində 4000 il əvvəl - bürünc dövründə yaşamış uşağa aid k...
05/06/2026

🇺🇿 Beynəlxalq arxeoloqlar qrupu Özbəkistanın Surxandərya vilayətində 4000 il əvvəl - bürünc dövründə yaşamış uşağa aid kəllə sümüyü aşkarlayıb. Sümükdə cərrahiyyə əməliyyatının izləri var.

Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştira...
03/06/2026

Azərbaycan Respublikasının Mərkəzi Bankının yeni inzibati binasının açılışı olub. Prezident İlham Əliyev açılışda iştirak edib.
Bina 35 mərtəbədən ibarətdir, burada ümumilikdə 1300 nəfərlik iş sahəsi, konfrans və mətbuat zalları, müxtəlif təlim və toplantı otaqları var.

🇹🇷🚀   Sintzsyan rayonundakı səhralıqda qitələrarası ballistik   şaxtalarının yaxınlığında buraxılış meydançaları və komm...
02/06/2026

🇹🇷🚀 Sintzsyan rayonundakı səhralıqda qitələrarası ballistik şaxtalarının yaxınlığında buraxılış meydançaları və kommunikasiya obyektləri tikməyə başlayıb.
Kosmosdan çəkilən şəkillərdə Pekinin artıq Hami nüvə obyekti yerləşən ərazidə 80 buraxılış meydançası və 3 böyük səkkizguşəli kompleks inşa etdiyi qeydə alınıb. Analitiklərin fikrincə, infrastrukturdan mobil raket qurğularının və HHM sistemlərinin, radioelektron mübarizə və peyk rabitəsi vasitələrinin yerləşməsi üçün istifadə oluna bilər.
Vəziyyəti “Reuters” agentliyinə şərh edən ekspertlər bildiriblər ki, yeni infrastruktur tərəfindən mümkün hücum halında Çinin cavabı vermək imkanlarını artırmaq məqsədi daşıyır. Tikintinin miqyası Çinin nüvə arsenalını əhəmiyyətli şəkildə genişləndirməsindən xəbər verir.Mütəxəssislərin fikrincə, Çin 2030-cu ilə qədər nüvə başlıqlarının sayını 1000-ə çatdıra bilər.

02/06/2026

🇺🇦🚀🇷🇺 ordusu Rusiya ərazisinə zərbə endirmək üçün "Palantir Technologies" şirkətinin süni intellekt sistemindən istifadə edir. Sistem minlərlə müxtəlif parametrləri, o cümlədən, HHM-nin nəzarət imkanlarını hesablayaraq, dronlar və raketlər üçün optimal marşrutu seçir.
# Sİ

  ordusu indiyə qədər Ukraynada 500.000 nəfər itki verib. Bu rəqəmi Britaniyanın Hökumət Əlaqələri Mərkəzinin ( ) rəhbər...
02/06/2026

ordusu indiyə qədər Ukraynada 500.000 nəfər itki verib. Bu rəqəmi Britaniyanın Hökumət Əlaqələri Mərkəzinin ( ) rəhbəri Enn Kist-Batler səsləndirib.
O, 5 illik müharibə ərzində Rusiyanın itkiləri barədə rəsmi rəqəm səsləndirən ilk Britaniya məmurudur.
Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin ( ) dəyərləndirməsinə görə, bu ilin yanvarında Rusiyanın itkiləri 325.000 nəfər olmuşdu. Ölənlərin və yaralananların birlikdə sayı isə 1,2 milyon nəfərə çatır. İkinci Dünya Müharibəsi bitəndən sonra heç bir ölkə müharibələrdə bu qədər itki verməyib.
Bir müddət əvvəl Ordusunun 3-cü korpusunun rəhbəri, general Andrey Biletski “Reuters”ə müsahibəsində demişdi ki, Rusiya Ordusu ağır itkilər səbəbindən zəiflədiyi üçün hücuma keçə bilmir.

🚢 Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında Rusiyadan gələn və beynəlxalq sanksiyalar siyahısında olan daha bir ne...
01/06/2026

🚢 Fransa Hərbi Dəniz Qüvvələri Atlantik okeanında Rusiyadan gələn və beynəlxalq sanksiyalar siyahısında olan daha bir neft tankerini saxlayıb.
“Tagor” adlı gəminin ələ keçirilməsi Fransa tərəfindən son on ay ərzində həyata keçirilən dördüncü belə əməliyyatdır.
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, “Tagor” tankeri bazar ertəsi səhər saatlarında Atlantik okeanında beynəlxalq hüquqa uyğun şəkildə saxlanılıb. "Qətiyyətimiz dəyişməz və tamdır”, – deyə o, X platformasında yazıb.
Davamı ⬇️

🇦🇿 Xankəndi şəhərində iki gün davam edən çay və qəhvə festivalına atəşfəşanlıqla yekun vurulub. Xankəndi səması rəngarən...
31/05/2026

🇦🇿 Xankəndi şəhərində iki gün davam edən çay və qəhvə festivalına atəşfəşanlıqla yekun vurulub. Xankəndi səması rəngarəng işıqlara bürünüb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 20-dən çox yerli və xarici şirkətin qatıldığı festivalda qonaqlara müxtəlif çay və qəhvə növləri təqdim olunub.
Festival yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
Tədbirin əsas məqsədi çay və qəhvə mədəniyyətinin təbliği, yerli istehsalçıların tanıdılması və Xankəndinin sosial-mədəni həyatının canlandırılmasına töhfə vermək olub.

❗️ Ən yaxşı müəllimlər
31/05/2026

❗️ Ən yaxşı müəllimlər

Okan Bayülgen: "Tamahkarlıqdan və cahillikdən ölkəni mafiya serialları ilə doldurdular. Hamı bir-birini öldürür. Vaxtınd...
31/05/2026

Okan Bayülgen: "Tamahkarlıqdan və cahillikdən ölkəni mafiya serialları ilə doldurdular. Hamı bir-birini öldürür. Vaxtında demişdim ki, əgər belə davam edərsə, uşaqlarınızı məktəbə mühafizəçi ilə göndərməli olacaqsınız".
üçün də aktualdır.

29/05/2026

🚀 Floridada sınaq zamanı milyarder Cef Bezosun "Blue Origin" şirkətinə məxsus "New Glenn" raketi buraxılış meydanında partlayıb. Raket genişzolaqlalı internet təminatı üçün nəzərdə tutulmuş "Amazon LEO" peyklərini orbitə çıxarmalı idi.

Address

Bül-Bül Prospekti, 41/43
Baku
AZ1000

Telephone

994 12 5975224

Website

http://t.me/Azvisionaz

Alerts

Be the first to know and let us send you an email when AzVision posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AzVision:

Share