REAL TV

Call Directions Website Contact the business

REAL TV Azərbaycanın ixtisaslaşmış ilk xəbər kanalı

16/10/2026

Tənəffüs zamanı yemək yeyən balaca qızın səmimi görüntüləri təbəssüm yaratdı

Mənbə: tiktok KAPİTAN ƏSƏD HƏSƏNOV

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyibBaş Prokurorluğun beynəlxalq axtarış...
16/10/2026

Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib

Baş Prokurorluğun beynəlxalq axtarışa verdiyi Türkiyənin "Şanlıurfa Olay" qəzetinin köşə yazarı Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib.

O bu barədə "X" sosial media hesabında yazıb.

C.Çiftçi paylaşımlarının Azərbaycan xalqında inciklik yaratdığına görə peşmanlığını ifadə edib:

"Etdiyim paylaşımların qardaş Azərbaycan xalqında inciklik və məyusluq yaratmasına görə peşmanam. İstifadə etdiyim ifadələrin məqsədimi aşmasına görə Azərbaycan dövlətindən və Azərbaycan xalqından açıq və səmimi şəkildə üzr istəyirəm. Səmimi üzrümün qəbul edilməsini hörmətlə xahiş edirəm.

Fikirlərimi çatdırarkən istifadə etdiyim dilin doğura biləcəyi nəticələri daha diqqətlə qiymətləndirməli, özümü daha aydın və ehtiyatlı şəkildə ifadə etməli idim.

Azərbaycanın daxili işlərinə müdaxilə etmək, xalqı dövlətə qarşı təhrik etmək, ölkədə qarışıqlıq yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini və ya konstitusiya quruluşunun zor gücünə dəyişdirilməsini istəmək kimi bir məqsədim əsla olmayıb və ola da bilməz.

Azərbaycan qardaş dövlətdir, Azərbaycan xalqı bizim qardaşımızdır. Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmətim tamdır. Azərbaycanın gələcəyi ilə bağlı qərarların Azərbaycan xalqına və ölkənin öz konstitusion institutlarına aid olduğunu dərk edirəm".

16/10/2026

“Şahdəniz” layihəsinə nə qədər vəsait xərclənib və bunun müqabilində nə qədər qaz və kondensat hasil olunub?

Azərbaycanın ən böyük enerji layihələrindən biri olan “Şahdəniz”in sərmayə və hasilat göstəriciləri barədə maraqlı məlumatlar.

📺 Daha ətraflı bu axşam saat 19:30-da REAL TV-də!

16/10/2026

Avazada Azərbaycan və Mərkəzi Asiya arasında tərəfdaşlıq məsələlərinə toxunulub

16/10/2026

Kürdəmirdə ağır qəza: Sürücünün yuxulaması sərnişinin ölümünə səbəb olub

16/10/2026

"Real TV"nin əməkdaşı Vəfa Həmzəyeva Mətbuat Şurasının İdarə Heyətinə üzv seçilib

16/10/2026

Gürcüstanın Azərbaycana yeni təyin olunmuş səfiri etimadnaməsini dövlət başçısına təqdim edib

Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dini nifrət, düşmənçil...
16/10/2026

Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, konstitusiya quruluşunun zorla dəyişdirilməsi və dini nifrət, düşmənçiliyin salınması faktları üzrə cinayət işi başlanıb

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sosial şəbəkələrdə müxtəlif şəxslər, o cümlədən Türkiyə vətəndaşı, "Şanlıurfa Olay" qəzetinin köşə yazarı, 1975-ci il təvəllüdlü Celal Çiftçi tərəfindən qeyd olunan əməllərə yönələn materialların paylaşılması ilə bağlı Baş Prokurorluğa daxil olmuş məlumatlar əsasında araşdırmalar aparılıb.

Araşdırmalar zamanı Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli qərarından sonra hakimiyyətin çevriliş və zorla ələ keçirilməsinə, konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, eləcə də zor tətbiqi ilə dini nifrət və düşmənçiliyin salınmasına yönələn dini radikalizm məzmunlu materialların, o cümlədən süni intellekt vasitəsilə hazırlanmış məzmunların təkrar yayıldığı müəyyən edilib.

Toplanmış materiallar əsasında oktyabrın 16-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2, 283.2.1 və 167-3.1-ci maddələri ilə cinayət işi başlanıb. İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Qeyd olunub ki, Celal Çiftçi cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib və barəsində beynəlxalq axtarış elan olunub.

Hazırda onun və digər şəxslərin əməlləri ilə bağlı zəruri istintaq hərəkətlərinin aparılması məqsədilə Türkiyənin səlahiyyətli orqanlarına beynəlxalq hüquqi yardım haqqında sorğular göndərilir. Həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində digər zəruri tədbirlər həyata keçirilir.

İbtidai istintaq çərçivəsində materialların məzmununun, hazırlanma və yayılma hallarının, eləcə də iş üçün əhəmiyyətli digər məqamların obyektiv, tam və hərtərəfli araşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Baş Prokurorluq hər kəsi dini zəmində nifrət və düşmənçiliyi təşviq edən məzmunun yayılmasından çəkinməyə, sosial şəbəkələrdən məsuliyyətlə istifadə etməyə və qanunvericiliyin tələblərinə riayət etməyə çağırıb.

16/10/2026

Dron hücumları səbəbindən Moskvanın dörd hava limanında uçuşlar dayandırılıb - Real TV

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqın...
16/10/2026

Prezident İlham Əliyev Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb

Sərəncama əsasən, Elvin Astanov (nüvəitələmə), Ramil Qasımov (paracüdo), Pərvin Məmmədov (parapauerliftinq) və Oloxan Musayev (nüvəitələmə) Milli Paralimpiya Komitəsinin 30 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif olunublar.

Address

Əhməd Rəcəbli. 2. 21
Baku
AZ1075

Alerts

Be the first to know and let us send you an email when REAL TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to REAL TV:

Shortcuts

Share