Kitab Evi Atlas

Kitab Evi Atlas Istediyiniz kitabi sehifemizden sifarish vere bilersiniz.Türkiyeden türk romanlarinin sifarişi q?

28/05/2019
Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, an­­caq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anla­...
16/02/2017

Bu şəhərdə kimsə yoxdur! İnsanlarla dolu kimi görsənir, an­­caq başını çiyninə qoyub ağlayacağın biri yoxdur. Səni anla­ya­­caq, yıxılanda əl uzadaraq səni qaldıracaq biri yoxdur. Bu şə­­hərdə milyonlarla insanın içində sən təksən, kimsəsiz və gö­zəgörünməz! Bütün şəhərlər də eynən bu cürdür. Ölkələr də elə şəhərlərdən təşkil olunduğuna görə nəticədə
bütün bu dün­ya­da sən təksən. –Qoca mənə tanış fikirləri elə içdən dedi ki, elə hesab etdim ki, düşüncələrimi oxuyur. Həqiqətən də, mən on beş il idi ki, bu şəhərdə kimsənin olmadığını hesab edirdim. Mənə elə gəlirdi ki, şəhərlər tamamilə boş və sakinsizdir. Və mən ucsuz-bucaqsız bir səhrada tənha yaşayıram.

Luiza Klark adi bir həyat yaşayan,  öz balaca kəndindən bir addım belə qırağa çıxmayan sadə qızdır. O, işə olan ehtiyacı...
06/09/2016

Luiza Klark adi bir həyat yaşayan, öz balaca kəndindən bir addım belə qırağa çıxmayan sadə qızdır. O, işə olan ehtiyacı üzündən qəza nəticəsində ömürlük əlil arabasında yaşamağa məhkum olmuş Uill Treynora baxmaq məcburiyyətindədir. Uill hər zaman dəbdəbəli həyat yaşayıb. Bütün həyatı ekstremal idman növlərində, dünya səyahətlərində keçib – indi isə bu cür yaşamağa davam gətirməyəcəyinə əmindir…

“Səndən öncə mən” “Sevdiyiniz insanı onun sizin qəlbinizi qırdığını bilə-bilə necə xöşbəxt etməli?” sualına cavab verən romantik romandır.

Əlifba sırası ilə qətl” Aqata Kristinin əfsanəvi romanlarından biridir.Bu romanda Aqata Kristi tanınmış centlmen və dahi...
12/04/2016

Əlifba sırası ilə qətl” Aqata Kristinin əfsanəvi romanlarından biridir.

Bu romanda Aqata Kristi tanınmış centlmen və dahi detektiv Erkül Puaronun daha bir sərgüzəştindən bəhs edir. Bir-biri ilə əlaqəsi olmayan insanların dalbadal silsilə qətlləri törədilir. Bütün bu qətllərin hamısında qurbanların adları və cinayət törədilən yer ingilis əlifbası sırası üzrə seçilir. Cinayətin yerini də, vaxtını da qatil əvvəlcədən özü seçir və detektivə bildirir, ancaq fərasətli Puaro daima cinayət baş verən yerə gecikir. Bu rəqabət Puaronun qatilin corab satan ticarət agenti olduğunu təxmin edənə qədər davam edir.

«Qadın və kişi» romanında macəradolu romantika ilə komediyanı bir araya gətirir. Keçmişə boylanaraq, birinci romanının p...
22/03/2016

«Qadın və kişi» romanında macəradolu romantika ilə komediyanı bir araya gətirir. Keçmişə boylanaraq, birinci romanının personajı memar Pol Bartonu oxuculara yenidən, bu dəfə fərqli məkanda və fərqli şəraitdə təqdim edir. Fransanın ən məhşur romançılarından biri bu əsərində bizə sevgidən, dostluqdan və tanışlıq saytlarından danışır. Pol yazıçılıqla məşğul olan və Parisdə yaşayan amerikalı memardır. Mia isə problemlərdən başını götürüb Parisə qaçan ingilis aktrisadır. Paris bu iki insanın sevgi, eyni zamanda ayrılıq şəhərinə çevrilir. «Qadın və kişi» sentimental komediyası oxucunu həm əyləndirir, həm də düşündürür.

On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik, dinc şəhərdə böyüməkdədir. O,digər gənc qızlar kimi mu...
19/01/2016

On altı yaşlı Leyla paytaxt Sarayevo yaxınlığında yerləşən kiçik, dinc şəhərdə böyüməkdədir. O,digər gənc qızlar kimi musiqi dinləyir, məhəbbət romanları oxuyur, gələcək haqqında xoş xəyallar qurur.Amma Bosniyada başlayan amansız müharibə öz qorxunc tərəfləri və dəhşətləri ilə onun bütün xəyallarını çilik-çilik edir... O məsum qız filmlərdə belə baxa bilmədiyi dəhşətlərin içərisinə düşür və iki il ərzində əsir düşərgəsində qalaraq ağlagəlməz işgəncələrə məruz qalır...
İndi Leyla müharibənin qaranlıq və ört-basdır edilən səhifələrini gün işığına çıxartmaq üçün öz hekayəsini danışır. Onun verdiyi canlı, amansızcasına açıq və səmimi hesabatı sizi dəhşətə gətirəcək. Bu faciələri oxuduğunuz zaman bəzən insan olduğunuzdan utanaraqbu hadisələrin həqiqət olmamasını arzu edəcək, bəzən nifrətinizdən dişlərinizi sıxacaq, bəzən göz yaşlarınızı saxlaya bilməyəcəksiniz.Eyni zamanda kitabda baş verənlərin Qarabağ hadisələrinə bənzərliyi sizi daha da sarsıdacaq və günlərlə təsirindən çıxa bilməyəcəksiniz.

Zero Limit” bu vaxtadək yazılmış ən çox təsir gücünə malik kitablardan biridir.Bu kifayət qədər cəsarətli bəyanat ola bi...
03/10/2015

Zero Limit” bu vaxtadək yazılmış ən çox təsir gücünə malik kitablardan biridir.
Bu kifayət qədər cəsarətli bəyanat ola bilər. Lakin kitab təkcə öz kiçik dünyanızı deyil, bütün dünyanı dəyişdirməyə gücü çatan “Ho’oponopono” adlanan qədim Havay müalicə üsulundan bəhs edir. Kitab həyatınızda baş verənlərin əsl səbəbini aşkar edir və sizə “mənfi enerjini” təmizləyərək Tanrıya necə daha yaxın olmağın yolunu göstərir.

Faciə yaşlı keşiş Mister Bebbinqton və həkim ser Bartolomyu Strencin eyni formalı qətlin araşdırılmasından bəhs edir. De...
03/10/2015

Faciə yaşlı keşiş Mister Bebbinqton və həkim ser Bartolomyu Strencin eyni formalı qətlin araşdırılmasından bəhs edir. Detektiv-yazıçı qatilin özünü məharətlə cinayətin araşdırılmasına cəlb edir… Bəs qatil kimdir?!Dünyanın məşhur yazıçısı, 80-dən çox roman və məcmuə, onlarla səhnə əsərlərinin müəllifi Aqata Kristi qələmə aldığı “Üç pərdəli faciə”də də öz detektiv yazıçı missiyasını davam etdirib.

Anton Çexov: tərbiyəli insanın 8 keyfiyyətiRus klassik ədibi Anton Pavloviç Çexovun doğma qardaşı, istedadlı rəssam Niko...
23/07/2015

Anton Çexov: tərbiyəli insanın 8 keyfiyyəti

Rus klassik ədibi Anton Pavloviç Çexovun doğma qardaşı, istedadlı rəssam Nikolay Çexov zəif xarakterli bir insan idi, sərxoşluğa qurşanmaqla özünü məhv edirdi. Anton onun zəif cəhətlərini bilir, ona görə həmişə narahat olur, qardaşının öz istedadına sayğısız münasibəti onu sarsıdırdı. “Güclü rus istedadı məhv olmaqdadır, heç nədən məhv olmaqdadır” – bu nida həm Antonun öz qardaşının aqibəti ilə bağlı, həm də bir istedadın məhvi ilə öz xalqının itkisindən yaranan kədərini əks etdirir.


Çexovun qardaşına məktubu çox təsirli və ibrətamizdir. İstedadını öz əli ilə məhv edən, “məni başa düşmürlər” deyib canına qəsd edən, bunula həm özünə, həm onu özünə yaxın bilənlərə yamanlıq edən adamlar üçün xüsusən vacib nəsihətdir.

________________________________________
Moskva, 1886.
.. Tez-tez şikayət edirsən ki, səni “başa düşmürlər!”. Unutma, hətta G**e və Nyuton kimi dahilər ağır həyata rəğmən heç vaxt şikayətçi olmayıblar. Şikayətçi bir tək Məsih idi, o da, öz “mən”indən deyil, təliminin diqqətdən kənar qalmasından... Səni yaxşı başa düşürlər... Əgər sən özün özünü başa düşmürsənsə, bu, başqalarının günahı deyil...

İnan ki, doğma qardaşın və yaxın adamın olaraq səni çox yaxşı başa düşürəm, bütün qəlbimlə halına acıyıram... Sənin bütün yaxşı cəhətlərini beş barmağım kimi bilirəm, onlara yüksək dəyər verirəm, dərin hörmətlə yanaşıram. İstəsən, yaxşı cəhətlərini bir-bir sadalayıb səni başa düşdüyümü isbat edərəm. Məncə, sən çox xeyirxahsan, geniş ürəklisən, eqoist deyilsən, son qəpiyini də bölüşməyə hazırsan, səmimisən; paxıllıq və nifrət sənə yaddır, qəlbin safdır, insanlara və heyvanlara qarşı rəhmdilsən, acıdil deyilsən, ürəyində kin saxlamırsan, insanlara inanırsan... Bunlardan əlavə, sənin çoxlarında olmayan istedadın var. Bu istedad səni ətrafında olan minlərlə insandan yüksəyə qaldırır, çünki böyük rəssam istedadı iki milyon insandan yalnız birinə qismət olur...

İstedad insanı yüksək mənsəb sahibi edir: p*s adam da olsan, yenə hörmət edəcəklər, çünki insanlar istedada görə çox şeyi bağışlayırlar. Sənin yalnız bir qüsurun var. Məhz bu qüsur sənin yanlış tərzinin, kədərinin və səni bürümüş xoranın kökündə dayanır. Bu, sənin tərbiyəsizliyindir. Başğıla, lütfən, amma bunu deməyə məcburam. Veritas magis amicitiae [həqiqət dostluqdan daha yüksəkdir]... Məsələ ondadır ki, həyatın öz şərtləri var... İntelligentlər mühitində öz layiqli yerini tutmaq, onlar arasında özünü yad hiss etməmək, onun ağırlığından əzilməmək üçün gərək məlum qədəri ilə tərbiyəli olasan... İstedad səni bu mühitə salıb, sən bu mühitə məxsussan, amma... bu mühit səni əzir, çünki mədəni publika və öz məşum tərzin, öz çevrən arasında balans yaratmaq lazım gəlir... Bu, çox çətindir, son dərəcə çətindir.

Tərbiyəli insanlar, mənim fikrimcə, aşağıdakı məziyyətlərə sahibdilər:

1) Onlar insan şəxsiyyətinə sayğı ilə yanaşırlar, buna görə həmişə mərhəmətli, mülayim, nəzakətlidilər, güzəşt etməyi bacarırlar... Çəkici qoyduqları yerdə tapmayanda və ya rezin qaytan itəndə onlar hədəqədən çıxmırlar; birgə yaşadıqları adamlara buna görə minnət qoymurlar, ayrılıb getdikdə isə, “sizinlə yaşamaq olmur!” demirlər. Onlar səs-küyə də, narahatlığa da, qazanın dibinin yanmasına da, xörəyin dadsızlığına da, evə xoşlmadıqları qonaqların gəlişinə də dözümlü ola bilirlər...

2) Onlar təkcə səfillərə və pişiklərə qarşı mərhəmətli deyillər. Adi gözlə nəzərə çarpmayan çox şeylər var ki, onların qəlbini dağlayır...

3) Onlar özgəsinin mülkiyyətinə ehtiramla yanaşırlar, buna görə də borclarını vaxtında ödəməyə çalışırlar.

4) Onlar səmimidilər, riyakarlıqdan uzaq olmağa çalışırlar. Əhəmiyyətsiz söhbətlərdə belə yalan danışmağı özlərinə rəva bilmirlər. Onların fikrincə, yalan danışmaq dinləyiciyə hörmətsizlikdir, bununla dinləyicinin gözündən düşə bilərsən. Onlar əzilib-büzülmürlər, evdə necə isə, küçədə də özlərini elə aparırlar, özlərini gözə soxmağa çalışmırlar... Onlar çərənçi deyillər, yeri gəlmədən danışmırlar, burunlarını hara gəldi soxmurlar... Qulaq dəng etmək onlara xas olmayan məziyyətdir.

5) Onlar özlərinə qarşı şəfqət və yardım hissi oyatmaq üçün canlarına qəsd etmirlər. Onlar kiminsə qəlbinin həssas tellərinə toxunub, əvəzində qaygı və himayə gözləmirlər. Onlar “məni başa düşmürlər!” kəlməsini dilə gətirmirlər...

6) Onlar fani deyillər. Onların məhşurlarla tanışlıqdan, dəbdəbəli salonlara sakin olmaqdan fərəhlənmək ehtiyacı yoxdur.

7) Özlərində istedad duyurlarsa, ona mütləq ehtiramla yanaşırlar. İstedada həyat vermək naminə dinclikdən, qadınlardan, içkidən, fanilikdən imtina etməy hazırdılar...

8) Onlar özlərini estetik tərbiyə edirlər. Onlar paltarlı yatmazlar, otaqda taxtabitilərin məskən salmasına yol verməzlər, üfunətli hava ilə nəfəs almazlar, nimdaş döşəməyə ayaq basmazlar, kerosin sobada bişmiş xörəkdən yeməzlər... Onlar cinsi instinkti mümkün qədər ram etməyə və nəcibləşdirməyə çalışırlar... Onlar mətbəxdən ötrü sinov getmirlər... Onlar qadına şəhvət oyuncağı və ya əl buyruqçusu kimi baxmırlar... Hiylə-kələklə tora salmağa çalışan, yalançılıqdan usanmayan qadınlardan uzaq gəzirlər... Onlar, xüsusən rəssamlar təravətə, zərifliyə, insaniyyətə möhtacdılar... Onlar ayaqüstü araq içməzlər, dolablarda qoxu axtarmazlar, çünki donuz olmadıqlarını fərq edirlər... İçirlər, fəqət sərbəst olanda, yeri düşəndə... Çünki bilirlər: mens sana in corpore sano [sağlam bədəndə sağlam ruh olar]...

Bəli, tərbiyəli adamlar belədir... Özünü tərbiyə etmək və düşdüyün mühitdə səviyyəni saxlamaq üçün yalnız Pikviki oxumaq və Faustdan monoloq əzbərləmək yetərli deyil. Faytona oturub Yakimankaya bir həftəlik səfərə çıxmaq yetərli deyil... Bunun üçün gecə-gündüz çalışmaq, daim oxumaq, dərin biliklər qazanmaq, iradəli olmaq lazımdır... Hər saatının qədrini bilməlisən... Səni məhv edən hər şeyə tüpürməyi bacarmalısan... Sındır araq şüşələrini, otur oxu... Heç olmasa Turgenevi oxu

09/06/2015

MƏNƏ YÜZ İL ÖMÜR ARZULAMAYIN...
Mənə yüz il ömür arzulamayın -
Xəzan yarpağı tək qovmasın külək,
Gözlərim görsə də, ayağım -əlim
Əsalıq olanda dayansın ürək.
Mənə -" Yüz il yaşa" - deməyin dostlar,
Yerişim, gülüşüm, səsim itməsin,
Məndən cavan olan, gümrah olanlar
Çiynimdə dünyadan köçüb- getməsin.
Mən yüz il ömür arzulamayın -
Bu qədər yaşayan hansı çiçədir?!
Sən yaşda qalmırsa taytuşun-tayın,
Qurdnan qiyamətə qalmaq deməkdir.
Mənə elə ömür arzulayın ki,
Ölüncə ümmantək çağlaya bilim,
Qapı pəncərəni öz evimdəki
Özüm aça bilim bağlaya bilim.
Sağlıqlar deyəndə hərdən şənimə,
Nə özüm kövrəlim, nə sizə gülüm,
Tanrıdan bir ömür diləyin mənə,
Hər vaxt sevə bilim, sevilə bilim.
Taleyim sevgiylə baxsın üzümə,
Görsün yad payına şərik deyiləm
Gərək olmayanda özüm-özümə,
Deməli heç kəsə gərək deyiləm!
Mənə yüz il ömür arzulamayın -
Ləyaqət ,təmiz ad atıb getməsin
Dünyaya qalacaq malı dünyanın -
Karvanın lənətə batıb getməsin
Mənə yü il ömür arzulamayın
Vahid Eziz

V.Sinelnikov – tanınmış və təcrübəli psixoterapevt, psixoloq, sadəliyi və müalicəvi effektliliyinə görə minlərlə adama s...
01/06/2015

V.Sinelnikov – tanınmış və təcrübəli psixoterapevt, psixoloq, sadəliyi və müalicəvi effektliliyinə görə minlərlə adama sağlamlığını qaytarmağa, rifahını yüksəltməyə, həyat sevincini dərk etməyə kömək edən unikal psixoloji metodikaların müəllifidir. Onun kitablarından hələ lazımınca ifadəsini tapmamış, instinktiv gücünüzdən qüvvə və enerji toplamaq, öz problemlərinizdən baş çıxarmaq, stress və xəstəliyin nə olduğunu birdəfəlik unutmaq üçün necə istifadə etməyi öyrənəcəksiniz. Kitab müalicəvi gücə malikdir və onun pozitiv təsiri onu əlinizə götürdüyünüz andan başlayır.

Address

Sədərək Ticarət
Baku

Telephone

+994552884462

Website

Alerts

Be the first to know and let us send you an email when Kitab Evi Atlas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share