Açıq Azərbaycan

Açıq Azərbaycan Açıq Azərbaycan analitik portalının Facebook səhifəsinə xoş gəlmisiz.

29/05/2026

28 May günü Rəsulzadənin abidəsi önünə gətiriən Avropa Birliyi bayrağını mülkigeyimlilər insanların əlindən zorla alırlar…

🚆 Mayın 26-dan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə beynəlxalq dəmir yolu reysləri yenidən fəaliyyətə başlayır.Sərni...
20/05/2026

🚆 Mayın 26-dan etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə beynəlxalq dəmir yolu reysləri yenidən fəaliyyətə başlayır.

Sərnişinlər komfort sinfi üzrə biletləri məsafədən asılı olaraq 51 AZN-dən başlayan qiymətlərlə əldə edə biləcəklər.

📍 Minimum bir istiqamət üzrə gedişhaqları:
▪️ Bakı – Tbilisi — 81 AZN
▪️ Yevlax – Tbilisi — 67 AZN
▪️ Gəncə – Tbilisi — 62 AZN
▪️ Ağstafa – Tbilisi — 57 AZN
▪️ Böyük Kəsik – Qardabani — 51 AZN

✨ Səfərlər müasir “Stadler” qatarları ilə həyata keçiriləcək və qatarlar Bakıdan Tbilisiyə 9 saat 31 dəqiqə çatacaq.

17/05/2026

BMT-nin 13-cü Dünya Şəhərsalma Forumu üçün Bakıya gələn qonaqlar şəhərsalmanın real fəsadlarına şahidlik edirlər. Bakını növbəti dəfə yağış seli basıb.

Mayın 7-Avropa Parlamentinin İnsan Haqları Altkomitəsində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmə keçiril...
08/05/2026

Mayın 7-Avropa Parlamentinin İnsan Haqları Altkomitəsində Azərbaycanda insan haqlarının durumu ilə bağlı dinləmə keçirilib. Dinləmədə Avropa Birliyi qurumlarının təmsilçiləri ilə yanaşı tanınmış fəllar - hüquqşunas Samed Rahimli və jurnalsy Leyla Mustafayeva da çıxış ediblər və iştirakçıların suallarına cavab veriblər. Dinləmənin tam videosuna keçidi şərh bölməsində paylaşmışıq.

📊 Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin auditinin nəticələrinə dair məlumatı diqqət ç...
24/04/2026

📊 Hesablama Palatasının Gəncə Şəhər İcra Hakimiyyətinə ayrılan vəsaitlərin auditinin nəticələrinə dair məlumatı diqqət çəkən məqamları ortaya qoyur.

Gəncə şəhərində, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində inşa olunan 249 mənzilli yaşayış binası ilə bağlı korrupsiya aşkar edilib.

Belə ki, dövlət ekspertizasından keçmiş layihədə nəzərdə tutulandan artıq iş həcmləri smeta sənədlərinə, müqavilənin qiymət cədvəlinə və yerinə yetirilmiş işlərin qəbulu aktlarına daxil edilib.

❗ Nəticədə obyektin müqavilə dəyəri 79 371,21 manat artırılıb və podratçıya artıq vəsait ödənilib.

20/04/2026

Siyasi Menecment İnstitutunun rəhbəri Azər Qasımlının həbs olunmasında “zərərçəkən” rolunu oynayan Qurbanəli Yusifov bu dəfə onun həyat yoldaşı Samirə Qasımlını məhkəməyə verib. Qurbanəli Yusifov Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Samirə Qasımlıya qarşı xüsusi ittiham qaydasında cinayət işinin başlanması üçün iddia qaldırıb. Samirə Qasımlıya qarşı böhtan, şərəf və ləyaqətinin alçaldılması iddiası ilə Cinayət Məcəlləsinin 147.1-ci maddəsi əsasında cinayət işinin başlanması istənilir. İlk iclas aprelin 24-nə təyin olunub.

Martın 11-də Azər Qasımlı Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 12 il həbs cəzasına məhkum edilib. O, Qurbanəli Yusifov adlı şəxsə hədə-qorxu gəlməklə pul tələb etməkdə ittiham olunur. Politoloq isə əslində kriptovalyuta ticarəti üçün Yusifova pul verdiyini, geri ala bilmədikdə bununla bağlı məhkəməyə müraciət etdiyini, cinayət işinin və həbsin onun fəaliyyəti ilə bağlı siyasi sifariş olduğunu bildirir.

13/04/2026

Macarıstanda seçkini udmuş Tisa Partiyasının gələcək səhiyyə naziri Zsolt Hegedus qələbə tədbirində rəqs edir.

Bakıda intensiv yağışlardan sonra şəhərin bir çox yerlərini su basıb və yollar çöküb. Məsələ bundadır ki, Bakının infras...
03/04/2026

Bakıda intensiv yağışlardan sonra şəhərin bir çox yerlərini su basıb və yollar çöküb. Məsələ bundadır ki, Bakının infrastrukturuna qoyulan on milyardlarla manat vəsait şəhərin problemlərini nəinki həll edib, əksinə, elementar problemlər yaradıb. Yağan yağışları şəhərdən ötürəcək yağışlıqlar məhv edilib. Korrupsiya Bakının su altında qalmasının və yolların batmasının əsas səbəbidir.

26/03/2026

Azərbaycandakı siyasi məhbus məsələsi ABŞ Senatının gündəmindədir. Dünən nüfuzlu senator Dik Durbin Senatda dünyanın müxtəlif ölkələrində siyasi məhbus problemi ilə bağlı təqdimat edib. Senator 5 ölkə sırasında Azərbaycandan da hazırda ev dustağı olan iqtisadçı alim Qubad İbadoğuğlunun işindən danışıb. O bildirib ki, İbadoğlu Azərbaycanda dərhal və tam azad edilməli olan haqsız yerə saxlanılan çoxsaylı şəxslərdən biridir.

🌍 ABŞ və İsrailin İrana qarşı müharibəsi niyə məhz indi başladı? https://youtu.be/AWSS--K3OjYTramp və Netanyahunun bu pr...
10/03/2026

🌍 ABŞ və İsrailin İrana qarşı müharibəsi niyə məhz indi başladı? https://youtu.be/AWSS--K3OjY

Tramp və Netanyahunun bu prosesdə əsas maraqları nədir?

İran daxilində mümkün parçalanma ssenarilərində kürd faktoru nə qədər real və təsirli ola bilər?

Türkiyə niyə İranla mümkün müharibəyə qarşı çıxır?

Bəs Azərbaycan? Rəsmi Bakı İranda baş verə biləcək daxili gərginliklərə və mümkün regional dəyişikliklərə hazırdırmı?

Bu suallar ətrafında təhlilçilər Zöhrab İsmayil və Rauf Mirqədiov geniş müzakirə aparırlar.

▶️ Müzakirəni izləmək üçün YouTube kanalımıza keçid edin: https://youtu.be/AWSS--K3OjY

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Açıq Azərbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Açıq Azərbaycan:

Shortcuts

Share