Chinastore

Chinastore Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chinastore, News & Media Website, Baku.

Nadir fotolardan biri. Azərbaycanın mənəvi sərvəti bir fotoda.Oturanlar (soldan sağa)1. Cəlil Məmmədquluzadə 2. Hüseyn C...
29/10/2025

Nadir fotolardan biri.
Azərbaycanın mənəvi sərvəti bir fotoda.
Oturanlar (soldan sağa)
1. Cəlil Məmmədquluzadə
2. Hüseyn Cavid
3. Ə. Haqverdiyev
4. Cabbar Əfəndizadə
5. S.Sani Axundov
6. İbrahim Eminbəyli
7. Hacı Kərim Sanılı

Ayaq üstə duranlar (soldan sağa)
1. Xəlil İbrahim
2. Cəfər Cabbarlı
3. Seyid Hüseyn
4. Süleyman Rüstəm
5. Mikayl Müşfiq
6. Abdulla Şaiq
7. Əhməd Cavad
8. Məhəmməd Rahim

“Arşın mal alan” tamaşasının premyerası zamanı Lütfəli Abdullayev xəstələnir. Səyavuş Aslan teatrın rəhbəri Ələsgər Şəri...
22/10/2025

“Arşın mal alan” tamaşasının premyerası zamanı Lütfəli Abdullayev xəstələnir. Səyavuş Aslan teatrın rəhbəri Ələsgər Şərifovdan xahiş edir ki, Vəli rolunu əzbər bildiyi üçün ona Lütfəlini
əvəz etməyə icazə versin. Başqa yol yox idi. Səyavuş Aslan Vəli obrazında yeni heç nə deyə bilməsə də rolun öhdəsindən gəlir. Təpədən-dırnağa Lütfəlini yamsılamağı onu vəziyyətdən çıxardır. Həmin illər onların arasında ata-bala münasibəti yaranmışdı. Lütfəli bu inadkar, oynamaq istəyi ilə yanıb-qovrulan gənci çox sevirdi, hətta hərdən özünü xəstəliyə vururdu ki, Səyavuşun
səhnəyə çıxıb özünü göstərmək imkanı yaransın.
"33 pərdəli dram" kitabından.

Paylaşdı: "Azərbaycanfilm".

22/10/2025

Dözümlülüyü və fərqli görünüşü ilə dünya ayaqqabı istehsalında ön cərgədə qərarlaşan və lider mövqeyini qoruyub saxlayan CAMPER ayaqqabı markasının Bakıda ilk sərgi satış salonu fəaliyyətə başlayıb.

17-18-19 Oktyabr tarixlərində Park Bulvarda Avtomedia.az saytının təşkilatçılığı ilə "Drift idmandır, yollarda isə təhlü...
17/10/2025

17-18-19 Oktyabr tarixlərində Park Bulvarda Avtomedia.az saytının təşkilatçılığı ilə "Drift idmandır, yollarda isə təhlükə" adlı idman avtomobillərinin sərgisi keçiriləcək. Sərginin məqsədi cəmiyyətə sosial mesaj ötürərək yol hərəkəti təhlükəsizliyin vacibliyini çatdırmaq və avtomobil idmanını təbliğ etməkdir

Qadınlar əslində nə istəyir?Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :-Həyatını bağışlayaram, amma bir şərtim var...
15/10/2025

Qadınlar əslində nə istəyir?

Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
-Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.
Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir, qurtar kəlləni.- deyir.
General bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadudərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır...
-Evlən mənimlə!!! O zaman öyrənərsən ancaq istədiyini…
General bu ölümcül təklifi qəbul edir və doğru cavabı alar-almaz qaçır Harun Rəşidə və sualın cavabını deyir:
-Qadınlar ən çox öz azad iradələriylə hərəkət etmək istər!
Harun Rəşid Generalın həyatını bağışlayır, ancaq qadına da evlənmək üçün söz vermişdir General. Nəysə evlənirlər.
İlk gecə General görür ki, o qorxunc cadugər dünyalar gözəli bir qadına çevrilmişdir qaranlıq otaqda. Cadugər danışmağa başlayır:
— Mənim taleyim belədir… Günün yalnız yarısı gözəl ola bilərəm, digər yarısı çirkin oluram. Seçim et. Gecələri səninlə olarkənmi gözəl olum, yoxsa gündüzləri sən çöldə olarkənmi?
General düşünür və :
— Sən bilərsən, qərarı özün ver- deyir. Və o an qorxunc cadugər sonsuza qədər gözəl bir qadın olaraq qalır.

Yaxşı, bu əhvalatdan çıxarılacaq 3 dərs nədir?

1. Qadınlar ən çox öz azad iradələriylə hərəkət etmək istəyərlər.
2. Azad iradəsiyle hərəkət edən bir qadın hər vaxt gözəldir.
3. İstər gözəl olsun, istər çirkin olsun hər qadın əslində bir cadugərdir.

Həyatınız seçdiyiniz qadındır. Zövqlü bir qadına rast gəlsəniz zövqünüz, məlumatlı bir qadına rast gəlsəniz məlumatınız, ağıllı bir qadına rast gəlsəniz zəkanız inkişaf edər. Şəfqətli bir qadına rast gəlsəniz vicdanınız inkişaf edər. Anlayışlı bir qadına rast gəlsəniz xoşbəxt, eqoist bir qadına rast gəlsəniz filosof olarsınız.
Həyat qat-qatdır. Babilin Asma Bağçaları kimi laylar halında yüksələr, bir mərtəbədən digər mərtəbəyə sizi yanınızdakı qadın aparar. Və bu gün olduğunuz mərtəbə, seyr etdiyiniz mənzərə, gördüyünüz həyat yanınızdakı qadının olduğu yerdir.
Həyatınız seçdiyiniz qadındır!

70 il birlikdə olduqdan sonra arzularını həyata keçirmək qərarına gəldilər 🥂92 yaşında cənab və xanım Evans ilk Porsche-...
15/10/2025

70 il birlikdə olduqdan sonra arzularını həyata keçirmək qərarına gəldilər 🥂

92 yaşında cənab və xanım Evans ilk Porsche-ni aldılar və sübut etdilər ki, istənilən yaşda doğru zaman ola bilər. Onlar 911 GT3, təxminən 500 at gücünə malik trekə hazır idman avtomobili seçdilər və bu bayram hiss olunduğu qədər də gözəl səslənir.

Bornmutdakı Porsche Mərkəzi yeni 911 GT3 almasını qeyd edən cütlüyün fotosunu paylaşıb.

Sakit bir şam yeməyindən imtina etdilər və yeddi onilliyi birlikdə qeyd etdilər... açar dəsti ilə. 🔑

🗣 İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç həyat yoldaşı ilə rəsmi olaraq evlənmədiyini bildirib:“Həyat yolda...
13/10/2025

🗣 İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç həyat yoldaşı ilə rəsmi olaraq evlənmədiyini bildirib:

“Həyat yoldaşım? Xeyr, biz evli deyilik. Mən ona bir zamanlar evlilik təklifi etmişdim, amma rədd cavabı aldım. Dünyada mənə “yox” deyən tək insan odur”

Bir dəfə Üzeyir bəy küçədə Əliağa Vahidlə rastlaşır. Vahid onu evinə dəvət edir. Evə gələn Üzeyir bəyin diqqətini burada...
08/10/2025

Bir dəfə Üzeyir bəy küçədə Əliağa Vahidlə rastlaşır. Vahid onu evinə dəvət edir. Evə gələn Üzeyir bəyin diqqətini buradakı acınacaqlı şərait - rütubət, yaradıcı şəraitin olmaması, kasıb otaq cəlb edir. "Siz belə şəraitdə yazırsınız?", - Üzeyir bəy soruşur. Vahid "bəli" cavabını verir. Üzeyir bəy bir az söhbət etdikdən sonra çıxıb gedir. Bir müddət sonra onun təşəbbüsü ilə Vahidə yeni mənzil verilir.

Bu gün İstanbulun Sarıyer Bələdiyyəsi ərazisində  yerləşən parkda 100 illiyi münasibəti ilə dahi Bəxtiyar Vahabzadənin q...
07/10/2025

Bu gün İstanbulun Sarıyer Bələdiyyəsi ərazisində yerləşən parkda 100 illiyi münasibəti ilə dahi Bəxtiyar Vahabzadənin qorelyefinin açılışı olub.

Uca Allahdan dahi şairimizə rəhmət diləyirik

III MDB Oyunlarının Bağlanış Mərasimi çərçivəsində Azərbaycanın Xalq artisti Aygün Kazımova Gəncə şəhərində möhtəşəm kon...
07/10/2025

III MDB Oyunlarının Bağlanış Mərasimi çərçivəsində Azərbaycanın Xalq artisti Aygün Kazımova Gəncə şəhərində möhtəşəm konsert proqramı ilə çıxış edəcək.

Konsert 8 oktyabr saat 19:00-da Gəncə Şəhər Stadionunda baş tutacaq. Tamaşaçılar üçün qapılar isə saat 16:00-dan etibarən açılacaq.

Biletlərin qiyməti 20–30 manat arasında dəyişir.

Xalq artisti səhnədə öz repertuarından ən sevilən mahnıları səsləndirəcək. O, artıq komandası ilə birgə məşqlərə başlayıb.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Chinastore posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share