Pro Media Group / PMG

Pro Media Group / PMG Hazırda “Avto FM” “Space FM” “Port Baku Bazar”,“Araz” və “Rahat” supermarketl?

Şirkət 2009-cu ildə təsis edilib. 2018-ci ildə şirkət “rebranding” edərək “PRO MEDİA GROUP” adı altında işini
davam etdirir. Şirkətin komandası əvvəllər müxtəlif radiolarda çalışmış peşəkar heyətdən ibarətdir.
“PMG”-nin əsas fəaliyyət növü istər FM, istər daxili radioların yaradılması, idarə edilməsi, radio reklam,
radio jingle-ların, ssenarinin yazılması və radio verilişlərin istehsalı ilə məşğul

olur. Azərbaycanda ilk dəfə səs aktyorlarının bazasını bir platformada birləşdirən “Rolik.az” saytı “PRO MEDİA GROUP” şirkətinin məhsuludur. Hal-hazırda “Avto FM” “Space FM” “Port Baku Bazar” “Araz” və “Rahat” supermarketlər şəbəkəsinin radiolarının menecmenti bizim şirkətə həvalə olunub.

18/05/2022
04/04/2022

📄 Radio Space 104FM-də yeni layihə !
Qanunları daha yaxşı bilmək, bu sahədəki çətinliklərinizi aradan qaldırmaq üçün "Qanunnamə" verilişini dinləyin !

📻 Həftəiçi hər gün, saat 14:00-15:00-a kimi Radio Space 104FM-də qanunu qanunvericilərin dilindən öyrənə biləcəksiniz !
Bizi dinləməyə davam edin !

02/04/2022

🇦🇿 Azərbaycanın şanlı ordusunun parlaq qələbəsi ilə başa çatan və 44 günlük Vətən müharibəsindəki zəfərimizin başlanğıcı olan Aprel döyüşlərindən 6 il ötür !

Vətən yolunda canından keçən şəhidlərimizi böyük ehtiramla yad edirik !

02/04/2022

🌙 Əzəmətli və bərəkətli Ramazan ayının gəlişi münasibətilə Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edirik !

💙 Allah niyyətlərinizi, tutduğunuz orucları və dualarınızı qəbul etsin !

08/02/2022

Fevralın 19-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, nazirliyin yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidməti, AzerNewMedia şirkəti və "Avto FM"in birgə “Danışır Şuşa” radiolayihəsi start götürəcək.

Layihə Azərbaycanın mədəniyyət paytaxtı – Şuşanın tarixinə, mədəniyyətinə, adət-ənənələrinə, mətbəxinə, bu şəhərdə dünyaya göz açmış və onunla əbədi bağlılığı olan şəxsiyyətlərə həsr olunacaq.

Layihədə əsas xətti təşkil edəcək cəhətlərdən biri Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı üzrə Dövlət Xidmətinin Qarabağda, xüsusilə Şuşada apardığı mədəni monitorinqlər barədə məlumatların təqdim edilməsidir.

"Danışır Şuşa" layihəsinin hər buraxılışı beş bölmədən: "Şuşa kimi tarix", "Şuşa tərzi", “Qafqaz mirvarisi”, "Zəfər yolu", "Unutma" rubrikalarından ibarətdir.

Radiolayihə hər həftənin cümə günü efirdə olacaq. Layihənin rəhbəri Kamran Qasımov, aparıcısı RJ Yaqut, səs supervayzeri Yaşar Baxış, məsləhətçisi, tarixçi Elçin Əhmədovdur.

01/02/2022

Address

Cəfər Cabbarlı 33
Baku
AZ1000

Telephone

+994123100104

Website

Alerts

Be the first to know and let us send you an email when Pro Media Group / PMG posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pro Media Group / PMG:

Share