
26/12/2023
"Bizim çardaq" haqqında
Əziz dostlar, bilənlər bilir, bilməyənləri məlumatlandırmaq istəyirəm ki, "Bizim çardaq", YouTube/ səhifəsində yayımlanan, uşaq və yeniyetmələr üçün hazırladığımız bir verilişdir. Düzü p*s də layihə deyil🙂
Heç kimə sirr deyil ki, ölkəmizdə uşaq və yeniyetmələr üçün kontent seqmentində böyük boşluq var.
"Bizim çardaq", bu boşluğun aradan qaldırılması istiqamətində atılan addımlardan biri kimi, qaranlıqları lənətləmək əvəzinə yandırılan bir şam misalı ərsəyə gələn verilişdir.
Layihə bütün təklif və iradlara açıqdır. Layihəmizə qarşı diqqətli olmağı, onu dostlarınıza, yaxınlarınıza tövsiyə etməyi xahiş edirəm.
Sonuncu verilişin linki şərhdədir, təşəkkür edirəm.