25/01/2026
Füzuli rayonunda yollar buz bağladı, vətəndaşlar köməksiz vəziyyətdə qaldı
Füzuli rayonu ərazisində hava şəraitinin kəskin pisləşməsi nəticəsində yolların buz bağlaması vətəndaşlar üçün ciddi çətinliklər yaradıb.
Versiya.az xəbər verir ki, güclü şaxta səbəbindən bir neçə avtomobil sürüşkən yol şəraitində hərəkətini davam etdirə bilməyərək yolda qalıb.
Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Əraziyə operativ qruplar cəlb olunaraq buz bağlamış yolda qalan avtomobillərə köməklik göstərilib, nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.
Hadisə zamanı xəsarət alan olmayıb. Sürücülərə qarlı və buzlu hava şəraitində ehtiyatlı olmaları, sürət həddinə riayət etmələri və yol şəraitini nəzərə almaları tövsiyə olunur.