1news.az Azərbaycanca

Call Directions Website Contact the business

1news.az Azərbaycanca Azərbaycanda və dünyada baş verən ən son yeniliklərdən xəbərdar olmaq istəyirsizsə izləyin

Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistanın başçısı Ramzan Kadırovu qəbul edib.
10/10/2026

Oktyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistanın başçısı Ramzan Kadırovu qəbul edib.

10/10/2026

🎒 Məktəblərdə geyim qaydalarına nəzarət gücləndirilir!

📌 Ölkə üzrə dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli forması və müəllimlərin geyim qaydalarına əməl olunması ilə bağlı monitorinqlərə başlanılır.

👔 Monitorinqlər zamanı şagirdlərin təsdiq olunmuş məktəbli formasına, müəllimlərin isə pedaqoji fəaliyyətə və işgüzar mühitə uyğun geyim tələblərinə riayət etməsi yoxlanılacaq.

👨‍👩‍👧‍👦 Şagirdlərin məktəbli formasında dərsə gəlməsini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir. Geyim qaydalarına nəzarət isə məktəb rəhbərliyi tərəfindən həyata keçirilir.

📣Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək
10/10/2026

📣Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək

🌧️🚘 DYP-dən sürücülərə xəbərdarlıq: Yağışlı və dumanlı hava yollarda təhlükə yarada bilər!⚠️ Ölkə ərazisində müşahidə ol...
10/10/2026

🌧️🚘 DYP-dən sürücülərə xəbərdarlıq: Yağışlı və dumanlı hava yollarda təhlükə yarada bilər!

⚠️ Ölkə ərazisində müşahidə olunan yağışlı və dumanlı hava, xüsusilə gecə və səhər saatlarında yollarda görünüş məsafəsini azalda, yaş yol örtüyü isə əyləc məsafəsini uzada bilər.

🚔 Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, avtomobillərinin texniki sazlığını yoxlamağı, sürət həddini yol və hava şəraitinə uyğun seçməyi və təhlükəsiz ara məsafəsini saxlamağı tövsiyə edib.

❗️DYP ötmə və manevr zamanı, eləcə də dayanma və durma yerlərini seçərkən təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.

🙏 Unutmayın: sükan arxasında diqqət və məsuliyyət həm sizin, həm də digər hərəkət iştirakçılarının həyatını qoruya bilər.

10/10/2026

🔥 Masazırda 4 avtomobil yanıb!

Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Yeni Bakı yaşayış massivində dörd avtomobil yanıb. 🚗🔥

🚒 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə qüvvələri və texnikaları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb.

📌 Hadisənin səbəbi və digər təfərrüatlar dəqiqləşdirilir.

09/10/2026

🔥 Abşeron rayonu, Ceyranbatan qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

🚒 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

⚠️ Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

📌 Hadisə ilə bağlı əlavə məlumat veriləcək.

🏫 Məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydalarına əməl olunması ilə bağlı monitorinqlər keçiriləcək.Məktəbəqəd...
09/10/2026

🏫 Məktəblərdə şagirdlərin və müəllimlərin geyim qaydalarına əməl olunması ilə bağlı monitorinqlər keçiriləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) yanında Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil ediləcək monitorinqlər zamanı şagirdlərin vahid məktəbli forması tələblərinə, müəllimlərin isə pedaqoji fəaliyyətin xarakterinə və işgüzar mühitə uyğun geyim qaydalarına əməl etməsi yoxlanılacaq.

📌 Təhsil müəssisələrində vahid geyim formaları ilə bağlı qaydaların icrasına nəzarət məktəb rəhbərliyi tərəfindən həyata keçirilir. Geyim forması ilə bağlı məsələlər Pedaqoji Şuralarda müzakirə olunaraq həll edilir.

👨‍👩‍👧‍👦 Şagirdlərin müəyyən edilmiş məktəbli formasında dərsə gəlməsini təmin etmək valideynlərin birbaşa məsuliyyətidir.

Monitorinqlərin əsas məqsədi təhsil müəssisələrində intizamlı, səliqəli və bərabər təhsil mühitinin formalaşdırılmasıdır.

09/10/2026

🇦🇿🇮🇷 İlham Əliyev Məsud Pezeşkianla görüşdü

🤝 Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində İran Prezidenti Məsud Pezeşkianla görüşüb.

Görüşdə iki ölkə arasında tarixi dostluq və qohumluq əlaqələri, qarşılıqlı səfərlər, telefon danışıqları və ikitərəfli əməkdaşlığın inkişafı müzakirə olunub.

📌 Tərəflər Ağbənd–Kəlalə layihəsinin icrasında işlərin yekunlaşma mərhələsində olduğunu məmnunluqla qeyd ediblər. Həmçinin Bişkekdə əldə olunan razılaşmaların icrası və əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.

🔎 İran Prezidenti Azərbaycanın İranda baş verən hadisələr zamanı dost və mehriban qonşu kimi nümayiş etdirdiyi mövqeyi yüksək qiymətləndirdiyini bir daha vurğulayıb.

⚠️ 🏫 Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktı qeydə alınıb.🍽️ İ...
09/10/2026

⚠️ 🏫 Beyləqan rayonunun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktı qeydə alınıb.

🍽️ İlkin məlumata görə, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özlərinin hazırladıqları qidanı qəbul etməsindən sonra baş verib.

🏥 Şagirdlərə müvafiq tibb müəssisəsində tibbi yardım göstərilir.

🔎 Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) hadisəni dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb. Hazırda araşdırmalar davam etdirilir.

"Silk Way West Airlines" "CargoAi" ilə tərəfdaşlıq çərçivəsində rəqəmsal bronlaşdırma imkanlarını genişləndirərək 30 000...
09/10/2026

"Silk Way West Airlines" "CargoAi" ilə tərəfdaşlıq çərçivəsində rəqəmsal bronlaşdırma imkanlarını genişləndirərək 30 000-dən artıq ekspeditora ABŞ, Avropa və Asiyanın əsas bazarlarında mövcud yükdaşıma həcmləri və aktual tariflər barədə məlumatlara, eləcə də elektron bronlaşdırma xidmətlərinə rahat onlayn çıxış imkanı yaradır.

"Silk Way West Airlines" "CargoAi" ilə tərəfdaşlıq çərçivəsində rəqəmsal bronlaşdırma imkanlarını genişləndirərək 30 000-dən artıq ekspeditora ABŞ, Avropa və Asiyanın ...

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when 1news.az Azərbaycanca posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 1news.az Azərbaycanca:

Shortcuts

Share