22/08/2026
Hindistanın Maharaştra ştatında bir ailənin 3 üzvünün öl*ümü ilə nəticələnən tükürpədici faciənin təfərrüatları bəlli olub.
🔸Dəhşətli hadisə 18 yaşlı gəncin kreditlə aldığı “iPhone” smartfonunun aylıq ödənişi üstündə baş verib.
🔹Belə ki, valideynlərindən ödəniş üçün pul ala bilməyən gənc kəskin mübahisədən sonra təpənin zirvəsinə qalxaraq özünü aşağı atacağını bildirib. Hüquq-mühafizə orqanlarının və xilasedicilərin 3 saatlıq danışıqlarına baxmayaraq, gənci fikrindən daşındırmaq mümkün olmayıb.
🔸Bu zaman atası oğlunu xilas etmək üçün ona yaxınlaşaraq uçurumun kənarından çəkməyə çalışıb, lakin hər ikisi müvazinətini itirərək uçurumdan aşağı yuvarlanıb. Hadisəyə şahidlik edən ana isə şok keçirərək özünü onların arxasınca atıb.