Milli.xeber

Milli.xeber Azərbaycanın ictimai, siyasi, sosial xəbər portalıdır.

Buzovnada dənizdə batan gənclərin meyitləri tapılıb.“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, 23 yaşlı İsgəndər Əhmədov v...
23/06/2023

Buzovnada dənizdə batan gənclərin meyitləri tapılıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, 23 yaşlı İsgəndər Əhmədov və 22 yaşlı Samir Əhədlinin nəşi FHN xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Zərdab rayonun, Gəlmə kənd sakini olan S. Əhədli tələbə olub. O, Azərbaycan Texniki Universitetində təhsil alırmış.

Polşada keçirilən 3-cü Avropa Oyunlarında Azərbaycan ilk qızıl medalını qazanıb.“Qafqazinfo” xəbər verir ki, karate yarı...
22/06/2023

Polşada keçirilən 3-cü Avropa Oyunlarında Azərbaycan ilk qızıl medalını qazanıb.

“Qafqazinfo” xəbər verir ki, karate yarışlarında 67 kq çəkidə Tural Ağalarzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

O, finalda Dionisos Ksenos üzərində qələbə qazanaraq qızıl medal əldə edib.

"WhatsApp" daha bir yeni xüsusiyyətini açıqlayıb. Hələ beta testində olan bu xüsusiyyət axtarışı məhdudlaşdıracaq bir ye...
22/06/2023

"WhatsApp" daha bir yeni xüsusiyyətini açıqlayıb.

Hələ beta testində olan bu xüsusiyyət axtarışı məhdudlaşdıracaq bir yeniləmə ilə gəlir.

İstifadəçilərin məxfiliyinə və təhlükəsizliyinə əhəmiyyət verən "WhatsApp"ın son yeniləməsi hər kəsi əhatə edir.


"WhatsApp"ın yeni yeniləməsi ilə bütün istifadəçilər üçün əlçatan olacaq funksiyaya naməlum zənglərin bloklanması daxildir. Zəng məhdudiyyəti kimi tanınan bu funksiya hələ də beta testindədir. Hələ inkişaf mərhələsində olan bu funksiyanın müəyyən çatışmazlıqları olduğu üçün onun dərc olunması bir qədər vaxt aparacaq kimi görünür. Əvvəllər spam zəngləri öz-özünə susduran "WhatsApp" yeni spam zəngləri susdurmaq xüsusiyyəti olan bu yeniləmədə Məxfiliyə Nəzarət sekmesinden zəngləri gizlətmək imkanını aktivləşdirməyə imkan verir.

Lakin bu funksiyanı aktivləşdirdiyiniz zaman zəng edən şəxs kataloqunuzda qeydiyyatdan keçməyibsə, o, spam kimi aşkarlanır və zəng susdurulur. Belə ki, hətta tanıdığınız birinin yeni nömrəsinə zəng gəlsə belə, bu, spam kimi qəbul edilir. Hələlik "WhatsApp" bu çatışmazlığı aradan qaldırmaq üzərində işləməyə davam edir. Tam formada yeniləmə ilə spam axtarışları inanılmaz olacaq.

03/06/2023

Şuşaya dolu yağır

Prezident İlham Əliyev ailə üzvləri ilə birgə “Sea Breeze Resort”də olub.“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən g...
02/06/2023

Prezident İlham Əliyev ailə üzvləri ilə birgə “Sea Breeze Resort”də olub.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən görüntüləri Xalq artisti Emin Ağalarov instaqram hesabında paylaşıb.

Fotolarda birinci xanım Mehriban Əliyeva, qızları Arzu Əliyeva və nəvələri də yer alıb.

O, fotoları “Gözəl bir gün, təşəkkürlər, cənab Prezident” başlığı ilə izləyiciləri ilə bölüşüb.

İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casuslu...
01/06/2023

İranda itkin düşdüyü bildirilən Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərliyə casusluq ittihamı irəli sürülüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə APA-ya açıqlamasında anası Dilarə Əsgərova məlumat verib.
O bildirib ki, Fərid Səfərli İranda həbs edilib:

"Bu gün Azərbaycan Xarici İşlər Nazirliyindən mənə məlumat verildi ki, İran tərəfi onlara rəsmi cavab verib. Cavabda qeyd edilib ki, Fərid Səfərli İranda casusluq ittihamı ilə həbs edilib. Hətta bizim konsulluq tərəfindən Fəridlə bir neçə dəfə telefon danışığı olub. Hazırda biz Fəridlə görüş tələb edirik. Konsuluğumuz da bu barədə İranın adiyyati qurumlarına müraciət edib".
Dilarə Əsgərova qeyd edib ki, oğluna verilən ittiham əsassızdır:
"İttiham saxtadır, oğlum casusluq etməyib. Biz verilən ittihamları qəbul etmirik".
Qeyd edək ki, Fərid Səfərli fevralın 20-də eyni universitetdə təcrübə keçmiş həkim sevgilisini görmək üçün Tehran şəhərinə gedib. F.Səfərli martın 5-də Almaniyaya qayıtmalı olsa da, geri qayıtmayıb. Martın 4-dən etibarən Fəridin telefonu sönüb, onunla əlaqə tamamilə itib.

Emin Əmrullayevin uşaqlıq - Fotosu
01/06/2023

Emin Əmrullayevin uşaqlıq - Fotosu

2017-ci ildə Azərbaycan gözəli seçilən model Razi Əliyevanın sevgilisi Ziya Hüseynzadə tərəfindən bir il işgəncələrə və ...
01/06/2023

2017-ci ildə Azərbaycan gözəli seçilən model Razi Əliyevanın sevgilisi Ziya Hüseynzadə tərəfindən bir il işgəncələrə və şiddətə məruz qalması ölkə gündəmini silkələyib. Cütlük arasında baş verən qalmaqallı olaya aktrisa Pərvin Abıyeva münasibət bildirib.

Yenisabah.az Bizim.Media-ya istinadən xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında canlı yayım açaraq Ziyanın Raziyə dəfələrlə əl qaldıraraq şiddətli şəkildə döyməsi faktını pisləyib.

“Bu bir il ərzində Ziya Razinin telefonundan götürdüyü çılpaq şəkillərlə, videolarla və bir-birinə atdığı fotolarla başlayıb şantaj etməyə. Razidə "cəhənnəm olsun" deyib, Ziyanın yanından qaçıb gedir. Burada “Biri vardı, biri yoxdur” söhbəti yoxdur. Son bir ildir ki, Razini heç görmüsünüz? Razi bundan əvvəl Ziyanın evli olduğunu bilməyib.

Bir həftədir bilib ki, Ziya ailəlidir. Bunu biləndən sonra Razi ondan qaçıb. Bundan sonra Ziya Razinin anasının qapısına gəlsə də, qız deyir ki, bizim bir yerdə olmağımız artıq mümkün deyil. Oğlan da acığa düşüb, qızın foto və videolarını sosial şəbəkələrdə yayır. Mən Razi ilə çörək kəsmişəm. Biz yaxın rəfiqə olmamışıq. Razinin xətrini çox istəyirəm.

Özü ilə birgə Razini Amsterdama aparıb. Orada restoranların birində xoşaqəlməz şeylər edir. Gizlincə elə çəkir ki, guya bunu edən Razidir. Sabah da qız bundan ayrılsa onun haqqında əlində şantaj etmək üçün material olsun. Ayıb deyil? Guya indi nə oldu? Özünü biabır etdin, şəklin ortalığa çıxdı. Özünlə bərabər ailən də biabır oldu. Guya Raziyə nə oldu ki?

Raziyə başımla cavabdehəm. O qız həyatı boyu narkotik vasitələrinin yanına belə yaxınlaşmayıb. İnsanı döymək, əsarətdə saxlamaq, vuraraq göm-göy etmək, üzünü-gözünü dağıtmağa sənə kim haqq verib? Kiminsə dünyaya gətirdiyi övladın; sən necə belə döyə bilərsən? Kimi bu qədər döysələr, anasını və özünü şantaj etsələr qaçıb gedər də.

Heç xəbəriniz var yaşadıqlarına görə bu dəqiqə Razi hansı ruh halında və vəziyyətdədir? Ziya bütün günü Razini döyüb, küncə qoyub. Qızın sifəti “it günündə”dir. Bunlardan sonra Razi ictimaiyyət arasına neçə çıxmalı idi ki? Bütün günü sual verirdiniz ki, Razi niyə şəkil paylaşmır? Bax? buna görə o fotolarını yayımlamırdı.

Burada heç bir xəyanətdən söhbət getmir. Razi heç zaman ictimaiyyət və cəmiyyət içində özünü əxlaqsız, tərbiyəsiz, hörmətsiz, səviyyəsiz kimi apamayıb”.

Pərvinin sözlərinə görə, bir neçə il əvvəl Razinin ad gününə avtomobil alan Ziya bu hadisələrdən sonra nəqliyyat vasitəsini geri istəyir:

“Ziya özün də bilirsən ki, Razi necə bir qızdır... Marka geyinən, xarici ölkələri gəzən qızdır. Necə və nə cür edir, əcəb edir, özü bilər. Fakt odur ki, sən bu qızı tanıyanda belə tanımısan. Bu qızın əynində “Chanel”, “Dior” və s. olub.

Əgər bu qızdan istədiyini istəyirsənsə, ona da verməlisən. Avtomobil hədiyyə almısan, indi də onu geri istəyirsən. İki il qızın başına oyun açmısan və evə qapatmısan. Bir dəfə dalaşdılar, qız avtomobili keçirdi oğlanın adına və dedi ki, “Qırıl, uzaq dur məndən”. Oğlan getdi-gəldi yalvardı, özünü öldürdu ki, yenidən keçirdi avtomobili qızın adına.

O gün də yazıb ki, gətir avtomobili qaytar. Allah kəssin sənin verdiyin maşını. Verib, dərdindən ölən. Pul xərcləmək istəmirsiniz, gedib kasıb qız sevin. Sən Razi ilə sevgili olanda bilmirdin ki, gəlib deyəcək ki, ayda mənim bu qədər xərcim var”.

Xəbər verdiyimiz kimi, ötən gün “Report” İnformasiya Agentliyinin əməkdaşı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Əd...
01/06/2023

Xəbər verdiyimiz kimi, ötən gün “Report” İnformasiya Agentliyinin əməkdaşı, Vətən müharibəsi veteranı Məmmədov Səbuhi Ədalət oğlu dəm qazından vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, 2020-ci ilin aprelində hərbi xidmətdən qayıdan Səbuhinin atası 3 ay sonra gözünün qarşısında dünyasını dəyişib.
Səbuhi Məmmədov atasının vəfatından 40 gün keçməmiş Vətən müharibəsinə yollanıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsindən zəng gələndə Salyana atasının ölüm kağızını almağa gedirmiş. Yoldan kağızı almamış geri qayıdıb ki, birdən gecikər...

44 günlük Vətən müharibəsi vaxtı Xocavənddə xidmət göstərib. Müharibədən sağ-salamat qayıdan Səbuhinin iyunun 4-də bacısının toyu olacaqmış.
Kirayədə qalan Səbuhi ev sahibinə dəm qazından şikayət edirmiş. O isə hər dəfə bir bəhanə ilə vaxtı uzadırmış. Təəssüf ki, elə həmin evdə dəm qazından vəfat etdi.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Milli.xeber posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share