ANSPress

ANSPress ANS ÇM - dəqiq, qərəzsiz və vicdanlı xəbərlər! ANS ChM - accurate, impartial and honest news!
АНС ЧМ - точные, беспристрастные и честные новости!

anspress.com portalı

RUSİYA HAVA MƏKANINDAKI VƏZİYYƏT BAKI REYSLƏRİNƏ TƏSİR EDİB Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun saytı məluma...
03/09/2026

RUSİYA HAVA MƏKANINDAKI VƏZİYYƏT BAKI REYSLƏRİNƏ TƏSİR EDİB
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun saytı məlumat verib
Bakıdakı Heydər Əliyev Beynəlxalq Aeroportunun saytında bildirilir ki, Moskvanın Vnukovo hava limanından Bakıya uçan UTair aviaşirkətinin UT 745 reysinin vəziyyəti bəlli deyil. Əvvəllər müəyyən edilmiş cədvələ əsasən, təyyarənin yerli vaxtla saat 14:05-də Bakıya enməsi planlaşdırılırdı.
Moskvanın Şeremetyevo hava limanından Bakıya uçan Aeroflot aviaşirkətinin SU 1854 reysinin vəziyyəti də bəlli deyil. Bu reysi yerinə yetirən təyyarənin yerli vaxtla saat 14:30-da Bakıya enməsi planlaşdırılırdı.
Moskvanın Domodedovo hava limanından Bakıya uçan AZAL J2 182 reysinin vəziyyəti də bəlli deyil. Bu reysi yerinə yetirən təyyarənin yerli vaxtla saat 17:05-də Bakıya enməsi planlaşdırılırdı.
Rusiya mediasının məlumatına görə, gecə dron hücumu səbəbindən Moskva hava limanlarında 100-dən çox uçuş təxirə salınıb və ya ləğv edilib. Hazırda Şeremetyevoda 59 gecikmə var.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski "Rusiyanın hava məkanı daha təhlükəsiz olmayacaq" bəyanatı ilə çıxış etmişdi.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun saytı məlumat verib

ŞKTR-DA BƏRƏ QƏZASI İLƏ BAĞLI 3 AZƏRBAYCANLI SAXLANILIB Onlar hadisə ilə bağlı aparılan araşdırmalar çərçivəsində həbs e...
03/09/2026

ŞKTR-DA BƏRƏ QƏZASI İLƏ BAĞLI 3 AZƏRBAYCANLI SAXLANILIB
Onlar hadisə ilə bağlı aparılan araşdırmalar çərçivəsində həbs ediliblər
Şimali Kipr Türk Respublikasında (ŞKTR) sahillərində bərənin qəzaya uğraması ilə bağlı 3 azərbaycanlı saxlanılıb.
Onlar hadisə ilə bağlı aparılan araşdırmalar çərçivəsində həbs ediliblər. Saxlanılanlar - Valeh Qumbətov, Rəşad İbrahimov və Qədir Quliyev - hamısı dənizçi olub.
Yaxınları bildirdilər ki, onlar təxminən bir aya yaxındır gəmidə işləyirdilər. Onların sözlərinə görə, qəzadan sonra dənizçilər qohumları ilə əlaqə saxlaya bilib, onlar sağ olduqlarını bildiriblər, lakin sonradan nəzarətə götürülüblər. Ailələr saxlanma barədə sosial şəbəkələrdən xəbər tutaraq, orada qandallı şəkil görüblər.
Gəmi sahibi şirkət bildirib ki, saxlanma qurbanların çoxluğu səbəbindən standart prosedurdur. Saxlanılanlara hüquqi dəstək və vəkil vəd edilib.

Onlar hadisə ilə bağlı aparılan araşdırmalar çərçivəsində həbs ediliblər

"ERMƏNİSTANDAN AZƏRBAYCANA İLK İXRAC ƏMƏLİYYATI BAŞ TUTUB"Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyibErmənistandan A...
03/09/2026

"ERMƏNİSTANDAN AZƏRBAYCANA İLK İXRAC ƏMƏLİYYATI BAŞ TUTUB"
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib
Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı artıq baş tutub.
Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O, detalları açıqlamayıb.
“Düşünürəm ki, şirkətlər özləri bunu elan edəcəklər”, - Paşinyan qeyd edib.
Qeyd edək ki, avqustun sonunda Ermənistan xarici işlər naziri Ararat Mirzoyan yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü ilə bağlı məlumatların açıqlanacağını bildirib

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib

PUTİN : HƏR ŞEY QARABAĞ MƏSƏLƏSİNDƏN BAŞLADI Rusiya Prezidenti Ermənistanla münasibətlərindən danışıbBişkekdə keçiriləcə...
02/09/2026

PUTİN : HƏR ŞEY QARABAĞ MƏSƏLƏSİNDƏN BAŞLADI
Rusiya Prezidenti Ermənistanla münasibətlərindən danışıb
Bişkekdə keçiriləcək ŞƏT sammiti çərçivəsində əsas (intriqalı - ANS Press) görüşlərdən biri Moskva ilə Paşinyan administrasiyası arasında - son zamanlar siyasi fikir ayrılıqları fonunda - Ermənistan-Rusiya münasibətlərinin perspektivlərini müzakirə etmək üçün Vladimir Putinlə Nikol Paşinyan arasında görüş idi.
Məlum olduğu kimi, Rusiya geniş çeşiddə Ermənistan kənd təsərrüfatı məhsullarına və ilkin emal olunmuş mallara məhdudiyyətlər tətbiq edib.
Rusiya Gümrüdəki bazasını çıxaracaqmı? Ümumiyyətlə, Putin Paşinyanla söhbətində suallarına cavab aldı?

Rusiya Prezidenti Ermənistanla münasibətlərindən danışıb

BAĞÇA UŞAĞININ QANINDA PSİXOTROP MADDƏ OLUB?Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatıAilə, Qadın ...
01/09/2026

BAĞÇA UŞAĞININ QANINDA PSİXOTROP MADDƏ OLUB?
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatı
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakının Yasamal rayonunda fəaliyyət göstərən 98 saylı uşaq bağçasında təlim-tərbiyə alan uşağın qanında psixotrop maddə aşkalanması iddiası haqqında Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciət edib.
Bu barədə Dövlət Komitəsindən məlumat verilib.
Qeyd edilib ki, azyaşlının səhhətində və davranışında neqativ dəyişikliklərin müşahidə edilməsi, habelə aparılmış tibbi müayinələr zamanı orqanizmində sağlamlığına mənfi təsir göstərə biləcək maddələrin aşkarlanması barədə yayılan məlumatlar dərhal nəzarətə götürülüb.
​"Azyaşlının valideynləri Dövlət Komitəsinə dəvət olunmuş, onlardan məsələ ilə bağlı ətraflı məlumat alınıb.
Faktın bütün təfərrüatları ilə birlikdə obyektiv və hərtərəfli araşdırılması, eləcə də azyaşlının hüquq və mənafelərinin qorunmasının təmin edilməsi məqsədilə Dövlət Komitəsi tərəfindən Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğa rəsmi müraciətlər ünvanlanıb.
​Hazırda aidiyyəti dövlət qurumları tərəfindən zəruri tədbirlər davam etdirilir. Araşdırmanın nəticələrinə əsasən qanunvericiliyin tələblərinə uyğun, müvafiq qaydada tədbirlər görüləcək", - məlumatda deyilir.

XOCALININ SEYİDBƏYLİ KƏNDİNDƏ İLK TOYƏsədova Əziz Möhübbət qızı Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişov...
01/09/2026

XOCALININ SEYİDBƏYLİ KƏNDİNDƏ İLK TOY
Əsədova Əziz Möhübbət qızı Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu doğma yurdda keçirir
Bun gün 34 illik fasilədən sonra Xocalı rayonunun Seyidbəyli kəndində toy çadırı qurulub. Uzun illər məcburi köçkün həyatı yaşayan Əsədova Əziz Möhübət qızı "Böyük Qayıdış" Dövlət Proqramı çərçivəsində Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu doğma yurdda keçirir. Aişə xanım Xocalıda Sərdar Ramazanovla ailə həyatı qurur.

Əsədova Əziz Möhübbət qızı Seyidbəyli kəndinə qayıtdıqdan sonra övladı Aişə Məmişovanın toyunu doğma yurdda keçirir

BİRİNCİ XANIMLAR BİŞKEKDƏ Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikası...
01/09/2026

BİRİNCİ XANIMLAR BİŞKEKDƏ
Sentyabrın 1-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, Özbəkistan Respublikasının birinci xanımı Ziroat Mirziyoyeva və Çin Xalq Respublikasının birinci xanımı Pen Liyuan ilə birlikdə Bişkekdə “Ala-Arça” Dövlət iqamətgahında olub.
Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanı və digər birinci xanımları qarşılayıb.
“Ala-Arça” Dövlət iqamətgahında təşkil edilən mədəni proqram çərçivəsində birinci xanımlar Qırğızıstanın xalq dekorativ-tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Ekspozisiya fəxri qonaqları qırğız xalqının zəngin mədəni irsi, özünəməxsus ənənələri, əsrlər boyu formalaşmış sənətkarlığı və milli koloriti ilə tanış edir.
Sərgidə, həmçinin keçədən hazırlanmış məmulatlar, ənənəvi məişət əşyaları, xalq sənətkarlarının əsərləri və qırğız dekorativ-tətbiqi sənətinin müxtəlifliyini əks etdirən digər əl işləri təqdim olunur.
Qonaqlar üçün konsert proqramı hazırlanıb. Yaradıcılıq kollektivləri və ifaçılar milli mədəniyyətin gözəlliyini, ənənələrin zənginliyini, qırğız xalqının qonaqpərvərliyini əks etdirən musiqi və rəqs nömrələri təqdim ediblər.

İLHAM ƏLİYEV BİŞKEKDƏ VLADİMİR PUTİNLƏ AYAQÜSTÜ SÖHBƏT EDİB Dövlət başçıları cari vəziyyəti müzakirə ediblərAzərbaycan P...
01/09/2026

İLHAM ƏLİYEV BİŞKEKDƏ VLADİMİR PUTİNLƏ AYAQÜSTÜ SÖHBƏT EDİB
Dövlət başçıları cari vəziyyəti müzakirə ediblər
Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatı sammiti (ŞƏT) çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ayaqüstü söhbət edib.
Dövlət başçıları cari vəziyyəti müzakirə ediblər.

Dövlət başçıları cari vəziyyəti müzakirə ediblər

GƏDƏBƏYDƏ 34 İL ƏVVƏL TÖRƏDİLƏN QƏTLİN ÜSTÜ AÇILIB Atasını öldürən oğul saxlanılıbGədəbəydə 34 il əvvəl törədilən qətlin...
31/08/2026

GƏDƏBƏYDƏ 34 İL ƏVVƏL TÖRƏDİLƏN QƏTLİN ÜSTÜ AÇILIB
Atasını öldürən oğul saxlanılıb
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açılıb.
Hadisə rayonun Çayrəsullu kəndində qeydə alınıb.
Müəyyən edilib ki, 1992-ci ildə kənd sakini Şahbaz Məmmədovu ağac parçası ilə döyərək qətlə yetirən onun oğlu, 59 yaşlı Polad Məmmədov olub.
Polad Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma davam etdirilir.

Atasını öldürən oğul saxlanılıb

BİŞKEKDƏ İLHAM ƏLİYEVLƏ NİKOL PAŞİNYANNIN GÖRÜŞÜ KEÇİRİLİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Ş...
31/08/2026

BİŞKEKDƏ İLHAM ƏLİYEVLƏ NİKOL PAŞİNYANNIN GÖRÜŞÜ KEÇİRİLİB
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə toplantısı çərçivəsində avqustun 31-də Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanla görüş keçirib.
Liderlər 2025-ci il 8 avqust tarixli Vaşinqton Sülh Zirvə görüşünün, ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Prezident İlham Əliyevin və Baş nazir Nikol Paşinyanın imzaladıqları Birgə Bəyannamənin, həmçinin “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin paraflanmasının tarixi əhəmiyyətini vurğulayıblar.
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, üçüncü ölkələrdən taxıl və digər əmtəənin Azərbaycan ərazisi ilə Ermənistana tranziti, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin qurulması sülh dividendlərinin mühüm əyani təzahürü kimi qeyd edilib. Liderlər, həmçinin işgüzar dairələr arasında təmasları alqışlayıb və qarşılıqlı faydalı iqtisadi, ticarət və enerji əməkdaşlığının daha da genişləndirilməsi imkanları barədə fikir mübadiləsi aparıblar.
Tərəflər Azərbaycan ilə Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə müvafiq dövlət komissiyalarının mühüm rolunu qeyd edib, onların iki ölkə arasında əldə olunmuş razılaşmalara uyğun olaraq, öz işlərini davam etdirməsinin vacibliyini vurğulayıblar.
Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə aparıb və TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini qeyd ediblər.
Liderlər parlamentarilər və vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı etimadın gücləndirilməsi və daha geniş sülh gündəliyinin dəstəklənməsinə verdikləri töhfələrini qeyd edərək, onların iştirakı ilə etimad quruculuğu üzrə təmasları müsbət dəyərləndiriblər.
Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan birbaşa ikitərəfli təmaslar vasitəsilə davamlı sülhün daha da möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin normallaşdırılması prosesinin irəlilədilməsi və bağlantıların gücləndirilməsi istiqamətində addımları davam etdirmək barədə razılığa gəliblər.
Bişkekdə Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş başa çatıb.
Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
Paşinyan-Əliyev görüşü genişləndirilmiş tərkibdə keçirilir: Azərbaycan nümayəndə heyətinə Şahin Mustafayev, Ceyhun Bayramov və Hikmət Hacıyev, Ermənistan nümayəndə heyətinə isə Mher Qriqoryan, Alen Simonyan və Ararat Mirzoyan daxildir.

YENİLƏNİB / FOTO

Address

Baku
1006

Alerts

Be the first to know and let us send you an email when ANSPress posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ANSPress:

Shortcuts

Share