Turizmplus.az

Turizmplus.az “Turizmplus.az” saytı 2019-cu ildən fəaliyyət göstərir.
(1)

Platformanın əsas missiyası cəmiyyəti turizm sənayesinə aid informasiyalarla təmin etməkdir.

“Turizmplus.az” Plus Media Production məhsuludur.

Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüd...
29/11/2024

Azərbaycan Hökuməti ilə Səudiyyə Ərəbistanı Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasport sahiblərinin qısamüddətli vizadan qarşılıqlı azad edilməsi haqqında Anlaşma Memorandumu və Azərbaycan Hökuməti ilə İndoneziya Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında Saziş təsdiq edilib.

Turizmplus.az Oxu.Az-a istinadənn xəbər verir ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası komitəsində baxılan hər iki layihə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hər iki layihə səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, hər iki dövlətin vətəndaşları üçün Azərbaycan tərəfindən sadələşdirilmiş viza rejimi tətbiq edilirdi.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 30 noyabr tarixindən etibarən Bakıdan İsrailin Təl-Əviv şəhərinə və əks istiqamət...
29/11/2024

Azərbaycanın milli aviadaşıyıcısı AZAL 30 noyabr tarixindən etibarən Bakıdan İsrailin Təl-Əviv şəhərinə və əks istiqamətdə olan uçuşları bərpa edir.

Turizmplus.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aviaşirkət uçuşları həftənin hər günü yerinə yetirəcək.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, eləcə də AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.

Qeyd edək ki, uçuşlar bu il aprelin 14-də dayandırılmışdı.

Türkiyənin bir çox hava limanlarında pasport nəzarəti üçün istifadə edilən polis qüvvələrinin POLNET sistemində nasazlıq...
26/11/2024

Türkiyənin bir çox hava limanlarında pasport nəzarəti üçün istifadə edilən polis qüvvələrinin POLNET sistemində nasazlıq yaranıb.

Turizmplus.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, minlərlə sərnişin nasazlıqlara görə pasport nəzarətindən keçə bilmir.

Esenboğa, Sabiha Gökçen və Antalya hava limanlarında güclü sıxlıq müşahidə olunur.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə “Uçuran Cümə” kampaniya...
26/11/2024

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlər üçün səyahətləri daha əlçatan etmək məqsədilə “Uçuran Cümə” kampaniyasına start verib.

Turizmplus.az xəbər verir ki, 26 noyabr–1 dekabr tarixlərində sərnişinlər AZAL-ın 50-dən çox istiqaməti üzrə aviabiletləri 30%-dək endirimlə əldə edə biləcəklər. Təklif 2024-cü il noyabrın 30-dan 2025-ci il aprelin 30-na kimi həyata keçirilən reyslərə şamil olunur.

Endirim kampaniyası müntəzəm beynəlxalq uçuşların ekonom büdcə, premium ekonom və biznes sinifi tarifləri üçün keçərlidir, lakin vergi və yığımlara tətbiq edilmir.

Qeyd edək ki, kampaniya yüksək tələbat dövrlərini, həmçinin kodşerinq, çarter və ölkədaxili uçuşları əhatə etmir. Endirimli biletlərin sayı məhduddur.

Baku Holiday Travel (www.bht.az) turizmin müxtəlif sahələrində (Satış, Marketinq, Müştəri Xidmətləri və s.) təcrübə proq...
25/11/2024

Baku Holiday Travel (www.bht.az) turizmin müxtəlif sahələrində (Satış, Marketinq, Müştəri Xidmətləri və s.) təcrübə proqramına start verir.

Turizmplus.az xəbər verir ki, təcrübə proqramı üzrə vakansiyaların olduğu departamentlər:

-Marketinq şöbəsi (analitik, SEO mütəxəssisi)
-HR Departamenti
-Turizm Satış şöbəsi
-Gəlmə turizm və tədbirlərin təşkili şöbəsi
-Biznesin inkişafı şöbəsi
-Layihənin idarə edilməsi şöbəsi
-Hüquq şöbəsi
-Müştəri xidmətləri şöbəsi
-Ofis meneceri və assistant şöbəsi

🔗 Link "story"də...

Şengen vizası almaq məqsədilə səfirliklərdə görüş götürmək üçün yerlər açıq bazarla satılır. Turizm şirkətlərinə müraciə...
25/11/2024

Şengen vizası almaq məqsədilə səfirliklərdə görüş götürmək üçün yerlər açıq bazarla satılır. Turizm şirkətlərinə müraciət etdikdə yalnız VİP yerlərin mövcud olduğunu və bunun üçün qiymətin 200-300 AZN aralığında dəyişdiyini bildirirlər.

Şengen ölkələrindən hər hansı birinə səyahət etməyə icazə verən sənəd vətəndaşlar üçün əlçatmaza çevrilib. Səbəb? Əgər vizaya gedən yolda bir tərəfdən süründürməçiliyi yaradan xarici ölkələrin səfirlikləri və konsulluqlardırsa, digər tərəfdən, yerli turizm və vasitəçi şirkətlərdir.

🔗 Link "story"də...

“Kazunion Turoperator”u turizm şirkətləri üçün sərfəli qiymətlərlə Maldiv turlarını təklif edir.Turizmplus.az xəbər veri...
23/11/2024

“Kazunion Turoperator”u turizm şirkətləri üçün sərfəli qiymətlərlə Maldiv turlarını təklif edir.

Turizmplus.az xəbər verir ki, 25.11 – 02.12 tarixlərində baş tutacaq turlar üçün son yerlər qalıb. Belə ki, aşağıda adları çəkilən hotelləri sərfəli qiymətlərlə əldə etmək mümkündür:

Bougain Villa – 575 USD
Feridhoo Beach Villa Guest House – 590 USD

Qeyd edək ki, təklif olunan qiymətlərə aviabilet, baqaj, hotel, səhər yeməyi, qrup transfer və sığorta daxildir.

Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş innovativ te...
23/11/2024

Heydər Əliyev Beynəlxalq Aeroportu xidmət keyfiyyətinin və əməliyyat səmərəliliyinin artırılmasına yönəlmiş innovativ texnologiyaların tətbiqini davam etdirir.

Turizmplus.az xəbər verir ki, Hava limanının 1-ci Terminalında uçuşa qeydiyyat (Self Check-In) və baqaj təhvili (Baggage Drop-Off) üçün özünəxidmət köşklər quraşdırılıb. Gələcəkdə bu avadanlıqların 2-ci Terminalda da quraşdırılması planlaşdırılır.

Sərnişinlərdən baqajlarında artıq çəki olduğu zaman ənənəvi qeydiyyat məntəqələrindən istifadə etmələri xahiş olunur.

Hazırda “Self check-in” və “Baggage drop off” xidmətlərindən “Azərbaycan Hava Yolları”nın sərnişinləri istifadə edə bilirlər. “Turkish Airlines”, “Qatar Airways”, “Uzbekistan Airways” və “Kuwait Airways” aviaşirkətləri də yaxın gələcəkdə bu xidmətlərə qoşulmaq niyyətindədirlər.

Tranzit sərnişinlər üçün qeydiyyat proseduru ənənəvi olaraq qalır.

Yeni özünəxidmət sistemlərindən istifadə qaydaları haqqında daha ətraflı məlumat əldə etmək üçün hava limanının əməkdaşlarına müraciət edə və ya Heydər Əliyev Beynəlxalq Hava Limanının rəsmi saytını ziyarət edə bilərsiniz airport.az

Azərbaycan və Braziliya arasında turizm əlaqələrin inkişaf perspektivləri noyabrın 22-də Dövlət Turizm Agentliyinin sədr...
23/11/2024

Azərbaycan və Braziliya arasında turizm əlaqələrin inkişaf perspektivləri noyabrın 22-də Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev və Braziliya Federativ Respublikasının turizm naziri Selso Sabino arasında keçirilən görüşdə müzakirə edilib.

Həmçinin turizm üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı tədbirlərin təşkili məsələləri müzakirə olunub.

Görüş çərçivəsində Dövlət Turizm Agentliyinin inzibati binasının önündə Agentlik sədri Fuad Nağıyev və Braziliya Federativ Respublikasının turizm naziri Selso Sabino nar ağacı əkiblər.

Fuad Nağıyev Selso Sabinoya öz ölkəsində əkməsi üçün simvolik olaraq nar ağacı hədiyyə edib ki, COP29-da turizm sahəsində əldə edilmiş razılaşmalar, COP30-un evsahibi kimi Brazilyada da davam etdirilsin və bununla da turizm və iqlim mövzularının COP-un davamlı olaraq gündəliyinə salınması təmin edilmiş olsun.

Birləşmiş Ərəb Əmirliklərinin tanınmış aviaşirkətlərindən bir  “FlyDubai” Azərbaycanda fəaliyyətə başlamasının 15 illiyi...
23/11/2024

Birləşmiş Ərəb Əmirliklərinin tanınmış aviaşirkətlərindən bir “FlyDubai” Azərbaycanda fəaliyyətə başlamasının 15 illiyini qeyd edir.

Turizmplus.az xəbər verir ki, aviaşirkət ilk uçuşu 2009-cu ildə Dubay-Bakı-Dubay reysi ilə həyata keçirib. Hazırda şirkət Bakıdan Dubaya birbaşa, ordan isə dünyanın bir istiqamətinə ən müasir təyyarələri ilə uçuşlar həyata keçirir.

Qeyd edək ki, “FlyDubai” aviaşirkətinin Azərbaycanda rəsmi tərəfdaşı “Aviapartner” şirkətidir.

“Green Apple MICE and Leisure Travel Azerbaijan” turizm agentliyi Beynəlxalq “Rixos” Hotel Qrupunun ənənəvi Brilliant Mü...
23/11/2024

“Green Apple MICE and Leisure Travel Azerbaijan” turizm agentliyi Beynəlxalq “Rixos” Hotel Qrupunun ənənəvi Brilliant Mükafatlandırma mərasimində 2024-cü satış ilinin yekun nəticələrinə görə, Azərbaycan üzrə “bestseller” satış agentliyi mükafatı ilə təltif olunub.

Turizmplus.az xəbər verir ki, dünyanın 7 ölkəsində 25 hotel şəbəkəsi olaraq fəaliyyət göstərən Rixos Hotellər Qrupunun satış liderləri arasında, Qazaxıstan, Rusiya, Böyük Britaniya, Qətər, Səudiyyə Ərəbistanı kimi ölkə təmsilçilərinin sırasında, lider satış mövqelərini qoruyub saxlayır.

Qeyd edək ki, “Green Apple MICE and Leisure Travel Azerbaijan” şirkəti həm də “Rixos”un Diamond Partnyorudur.

Azərbaycanda bu aylar yeni istiqamətlər üzrə tur-paketlər satışa çıxarılıb. Qlobal qiymət artımına baxmayaraq uzaq istiq...
22/11/2024

Azərbaycanda bu aylar yeni istiqamətlər üzrə tur-paketlər satışa çıxarılıb. Qlobal qiymət artımına baxmayaraq uzaq istiqamətlərə turların qiymətləri “cibə uyğun” görünür. Məsələn, qaynar turlar zamanı vətəndaşlarımız Bakıdan Maldivə hər şey daxil cəmi 380 USD-ə səyahət edə bilərlər.

Bəs səyahətsevərlər bu aylar ərzində hansı istiqamətlərə daha çox üstünlük verir? Bu barədə Turizmplus.az turizm peşəkarlarının fikirlərini öyrənib.

🔗 Link "story"də...

Turizmplus saytının yeni layihəsi Azərbaycanda fəaliyyətə başlamış dəyərli “startup”lar və turizm sektorunda artıq uğur ...
19/11/2024

Turizmplus saytının yeni layihəsi Azərbaycanda fəaliyyətə başlamış dəyərli “startup”lar və turizm sektorunda artıq uğur qazanmış şirkətlərlə bağlı olacaq. Bu silsilə yazılarda biz həmin şirkətlərin yaranma tarixləri, inkişaf mərhələləri və uğurları barədə danışacayıq. Siz də şirkətinizi bu layihədə görmək istəyirsinizsə +99450 212 36 96 nömrəsinə yazaraq məlumat ala bilərsiniz.

Beləliklə, ilk müsahibəmiz belə uğurlu şirkətlərdən biri, yerli brendimiz “Frisaga” şirkətinin İcraçı direktoru Elçin Əsgərovla baş tutdu.

🔗 Link "story"də...

Bundan öncə də turizm şirkətlərinin rəhbər şəxslərinin mühasibatlıqda yol verdiyi səhvlər və bu səhvlərin ağır nəticələr...
18/11/2024

Bundan öncə də turizm şirkətlərinin rəhbər şəxslərinin mühasibatlıqda yol verdiyi səhvlər və bu səhvlərin ağır nəticələri ilə bağlı yazılar dərc edilib.

Bu dəfə Turizmplus.az maliyyə sahəsində yeni texnoloji həllər təqdim edən “TRAVACCO” şirkətinin İcraçı direktoru Kənan Alpaşayevlə danışıb.

🔗 Link "story"də...

“Rəsmi statistikaya görə, bu tədbirdə 70 mindən çox insan iştirak edir. Onların 90%-i xarici vətəndaşlardır”.Turizmplus....
17/11/2024

“Rəsmi statistikaya görə, bu tədbirdə 70 mindən çox insan iştirak edir. Onların 90%-i xarici vətəndaşlardır”.

Turizmplus.az xəbər verir ki, bu sözləri AzVision.az-a açıqlamasında turizm üzrə ekspert Rəhim Qədirov COP29-un turist axınına təsirindən danışarkən deyib.

🔗 Link "story"də...

Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiy...
13/11/2024

Xəbər verdiyimiz kimi, Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası (COP29) tədbiri keçirilir. Rəsmi məlumatlara əsasən, beynəlxalq tədbirdə 70 mindən artıq insan iştirak edir ki, bunların da 90%-i xarici vətəndaşlardır. Bu da ondan xəbər verir ki, siyasi arenada öz gücünü günü-gündən artıran ölkəmizin tanınması da sürətlə davam edir və Azərbaycan turizminin təbliğatı güclənir.

Ümumiyyətlə, COP29 tədbirinin Azərbaycanda keçirilməsinin ölkəmizin turizm sənayesinə hansı təsirləri var?

🔗 Link "story"də...

Xəbər verdiyimiz kimi bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu ...
11/11/2024

Xəbər verdiyimiz kimi bu gün Bakıda BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası start götürüb.

Bu əlamətdar tədbir Bakı Olimpiya Stadionunun ərazisində keçirilir. Tədbirlə bağlı stadionun ərazisi 2 hissəyə – Mavi zona və Yaşıl zonaya bölünüb. Bəs, bu zonalar hansı məqsədlər üçün istifadə ediləcək?

🔗 Link "story"də...

Bakıda keçirilən COP29 konfransı ilə əlaqədar şəhərin əsas küçə və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətlə...
11/11/2024

Bakıda keçirilən COP29 konfransı ilə əlaqədar şəhərin əsas küçə və prospektlərində tətbiq edilən nəqliyyat məhdudiyyətləri səbəbindən sərnişinlərə hava limanına vaxtında və rahat çatmaq üçün alternativ marşrutlardan və ictimai nəqliyyatdan istifadə etmələri tövsiyə olunur.

Turizmplus.az xəbər verir ki, bu barədə Heydər Əliyev adına Beynəlxalq Hava Limanı açıqlama yayıb.

🔗 Link "story"də...

Address

Səməd Vurğun Küç
Baku
AZ1000

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 10:00 - 18:00
Wednesday 10:00 - 18:00
Thursday 10:00 - 18:00
Friday 10:00 - 18:00
Saturday 10:00 - 16:00

Telephone

+994502123696

Alerts

Be the first to know and let us send you an email when Turizmplus.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Turizmplus.az:

Share

Turizmplus.az – Turizm İnformasiya Portalı

Turizmplus.az – Turizm İnformasiya Portalı turizm sferasında baş verən bütün yeniliklər, tədbirlər, info-turlar barədə cəmiyyəti operativ və obyektiv məlumatlandırmaq missiyası daşıyır. Portalın müxtəlif kateqoriyalarına yerləşdirilmiş informasiyalardan həm turizm peşəkarları həm də bu sahəyə, ümumiyyətlə səyahətə marağı olan insanlar yararlana bilər. Komandamızın əsas məqsədlərindən biri jurnalistikanın bütün qanunlarına riayət edərək ictimaiyyətdə bu sahəyə maraq oyatmaq, eyni zamanda turizmin inkişafına dəstək olmaqdan ibarətdir.

Turizmplus.az – Turizm İnformasiya Portalı 2019-cu ilin fevral ayında yaranmasına baxmayaraq oxucular tərəfindən böyük marağa səbəb olub. Saytda yazılan məqalələr, aparılan araşdırmalar və hazırlanan materiallar cəmiyyətin maariflənməsi ilə yanaşı bəzi qaranlıq qalan məsələlərin də həllinə gətirib çıxarıb.

Əsasən iki dildə fəaliyyət göstərən saytda 6 əsas kateqoriya (xəbərlər, səyahət, kokteyl, afişa, iş var, video reportaj), 6 alt kateqoriya (aviabiletlər, otellər, təşkilat və operatorlar, qastronomik turizm, texnologiya, tədbirlər) mövcuddur. Bununla yanaşı turizmplus.az saytında müəllif yazıları – elmi məqalələr və səyatçilərin xatirələri də dərc olunur.