04/12/2025
Bu ilin ilk 10 ayında Çinin dünya avtomobil bazarındakı payı 34.9% təşkil edib.
Maya.news xarici mediaya istinadla xəbər verir ki, bu barədə Çin Sərnişin Avtomobilləri Assosiasiyası (CPCA) açıqlama yayıb.
Məlumata görə, təkcə oktyabr ayında Çinin payı ötən ilin eyni ayı ilə müqayisədə 1% artaraq, 38%-i keçib.
Yanvar-oktyabr ayları arasında dünyada 79.25 milyon avtomobil satılıb ki, bu da ötən illə müqayisədə 6% çoxdur.
Çində eyni dövrdə 27.65 milyon avtomobil satılıb ki, bu da 12% artım deməkdir.
Müqayisə üçün, ilk 10 ayda ABŞ-də 13.88 milyon, Hindistanda 4.56 milyon, Yaponiyada 3.86 milyon və Almaniyada 2.61 milyon avtomobil satılıb.
Dünya üzrə ilk onluqda yer alan üç Çin avtomobil istehsalçısından BYD altıncı, “Geely” səkkizinci, “Chery” isə onuncu yerdə qərarlaşıb.