04/11/2025
“Real”ın baş məşqçisi Xabi Alonso, futbolçulardan Trent Aleksander-Arnold, Din Huysen və klubun əfsanəsi Emilio Butragenyo avtomobil qəzasında həlak olmuş “Liverpul”un futbolçusu Diogo Jotanın xatirəsinə ehtiramlarını bildiriblər.
Hadisə “Liverpul”la bu gün keçiriləcək UEFA Çempionlar Liqasının 4-cü tur oyunundan bir gün əvvəl baş verib.
İspan nəhənginin təmsilçiləri futbolçunun xatirəsinə “Enfild” stadionunda ayrılmış yeri ziyarət edərək ora gül çələngi qoyublar. Mərasim iki klubun nümayəndələrinin iştirakı ilə baş tutub və futbol dünyasında böyük duyğularla qarşılanıb.