MediaPost

Call Directions Website Contact the business

MediaPost informasiya portalı Rəsmi saytımız: https://az24.az

Oktyabrın 4-də Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən yolötürücülərində instrumental müayinə işləri çərçivəsində Ziya...
03/10/2026

Oktyabrın 4-də Bakı şəhəri və ətraf qəsəbələrdə yerləşən yolötürücülərində instrumental müayinə işləri çərçivəsində Ziya Bünyadov prospektində yolötürücüsü müayinə olunacaq.

Mediapost.ws xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, müayinə işləri gecə saat 01:00-dan 05:00-dək həyata keçiriləcək.

İnstrumental müayinə işlərinin digər yolötürücülərində də davam etdirilməsi nəzərdə tutulur. Belə ki, oktyabrın 10-da M-1 Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun 10-cu km-də yerləşən Ekologiya postunda, oktyabrın 11-də isə həmin avtomobil yolunun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı hissəsində müayinə aparılacaq.

Müayinələr körpü və yolötürücülərinin etibarlı istismarına, mümkün risklərin vaxtında müəyyənləşdirilməsinə və hərəkət təhlükəsizliyinin artırılmasına xidmət edir.

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib və oktyabrın 1-də Zəngəzurun Şəki kəndind...
03/10/2026

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib və oktyabrın 1-də Zəngəzurun Şəki kəndində Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Ermənistan Baş Prokurorluğu onun barəsində cinayət işi başladıb.

Mediapost.ws xəbər verir ki, hüquqşünas Əliməmməd Nuriyev Oxu.az-a açıqlamasında hərbçinin Azərbaycana qaytarılmasının mümkün olduğunu bildirib.

Onun sözlərinə görə, əvvəllər də yolu azaraq sərhədi keçən hərbçilərin geri qaytarılması halları olub. Hüquqşünas qeyd edib ki, 2024-cü ildə Ermənistan tərəfinə keçən Azərbaycan hərbi qulluqçusu Ruslan Pənahov barəsində cinayət işinə xitam verilib və onun Azərbaycana qaytarılması barədə qərar qəbul edilib.

Ə.Nuriyev vurğulayıb ki, Nəsimi Musayevə qarşı irəli sürülən ittihamlar obyektiv və sübutlarla araşdırılmalıdır. Hərbçiyə vəkil və tərcüməçi, ailəsi ilə əlaqə imkanları yaradılmalı, səhhəti və saxlanma şəraiti müstəqil şəkildə qiymətləndirilməlidir.

Hüquqşünasın sözlərinə görə, hərbi qulluqçu olması avtomatik olaraq onun hərbi əsir statusu yaratmır. Hazırkı məlumata əsasən, o, döyüş əməliyyatı zamanı deyil, Ermənistan ərazisində baş verdiyi iddia olunan hadisədən sonra saxlanılıb.

Ə.Nuriyev hesab edir ki, hazırkı mərhələdə əsas məsələ dərhal ekstradisiya deyil, hərbçinin hüquqlarının və təhlükəsizliyinin təmin olunması, istintaqın qərəzsiz aparılması və Azərbaycan-Ermənistan arasında hüquqi təmasların davam etdirilməsidir. O bildirib ki, tərəflər arasında danışıqlar fonunda hərbçinin Azərbaycana qaytarılması məsələsinin həlli mümkündür.

Bakının Nəsimi rayonu ərazisində vətəndaşların etibarından sui-istifadə edilərək pul vəsaitlərinin ələ keçirilməsi faktl...
03/10/2026

Bakının Nəsimi rayonu ərazisində vətəndaşların etibarından sui-istifadə edilərək pul vəsaitlərinin ələ keçirilməsi faktları qeydə alınıb.

Mediapost.ws xəbər verir ki , verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən M.Ələkbərzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, M.Ələkbərzadə müxtəlif vətəndaşlara övladlarının xaricdə təhsil almasına, digər təhsil müəssisələrinə transferinə və bu sahədə müxtəlif məsələlərin həllinə köməklik göstərəcəyini vəd edib. O, bu məqsədlə vətəndaşlardan birindən 9000, digərindən isə 3000 manat alaraq verdiyi vədlərə əməl etməyib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Avtomobil yollarında vəziyyət açıqlanıb.Mediapost.ws Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyab...
03/10/2026

Avtomobil yollarında vəziyyət açıqlanıb.

Mediapost.ws Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar magistral avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacağı gözlənilir.

Görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.

Bu il oktyabrın 1-də Ermənistan Respublikasının Sünik rayonunun Şəki kəndinə keçən Azərbaycan əsgəri N. Musayev tək olub...
02/10/2026

Bu il oktyabrın 1-də Ermənistan Respublikasının Sünik rayonunun Şəki kəndinə keçən Azərbaycan əsgəri N. Musayev tək olub.

Mediapost.ws xəbər verir ki, bu barədə Ermənistanın Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Azərbaycan hərbçisi N. Musayevlə bağlı hadisə ilə bağlı müxtəlif sosial media və digər ictimai platformalarda yayılan yalan məlumatları nəzərə alaraq, yalnız bir nəfərin – N. Musayevin Ermənistan Respublikasının dövlət sərhədini qanunsuz keçdiyini bir daha aydınlaşdırmağı zəruri hesab edirik. O, hazırda cinayət işi çərçivəsində məhkəmə qərarı ilə həbsdədir. Birdən çox şəxsin olması və hüquq-mühafizə orqanlarının hələ də axtarış aparması ilə bağlı bütün digər məlumatlar tamamilə əsassız və həqiqətə uyğun deyil. İctimaiyyəti rəsmi açıqlamalara əməl etməyə çağırırıq”, – deyə məlumatda qeyd edilib.

Oktyabrın 2-də Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Kommunikasiya üzrə İşçi Q...
02/10/2026

Oktyabrın 2-də Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Kommunikasiya üzrə İşçi Qrupunun Qarabağ Universitetində tələbələr və işğaldan azad edilmiş ərazilərdə yaşayan inflüenserlərlə görüşü keçirilib.

Mediapost.ws xəbər verir ki, görüş zamanı iştirakçılara İşçi Qrupun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Bildirilib ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazilərimiz işğaldan azad edildikdən sonra İşçi Qrupun əsas fəaliyyət istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı işlər barədə yerli və xarici ictimaiyyətin davamlı məlumatlandırılması və maarifləndirilməsinin təmin edilməsi olub.

Qeyd edilib ki, bərpa-quruculuq və minatəmizləmə fəaliyyəti, regionda iqtisadi canlanma, əhalinin məşğulluğu və dayanıqlı məskunlaşması, təhsil imkanları, eləcə də ərazilərdə formalaşan gündəlik həyat barədə geniş kommunikasiya fəaliyyəti həyata keçirilir.

Görüşdə tələbə və inflüenserlərin işğaldan azad edilmiş ərazilərlə bağlı sosial media platformalarındakı fəaliyyəti təqdir edilib. Vurğulanıb ki, bu ərazilərə həyatın qayıtmasını, insanların uğur hekayələrini, gündəlik həyatını, yaradılan yeni imkanları və dövlət tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərini əks etdirən yaradıcı kontentlər ictimaiyyət tərəfindən böyük maraq və rəğbətlə qarşılanır.

Tələbə və inflüenserlərin öz müşahidə və təəssüratlarına əsaslanan belə məzmunlar görülən işlərin ictimaiyyətə daha təbii və səmimi formada çatdırılmasına töhfə verməklə yanaşı, uzun illər doğma torpaqlarına həsrət qalmış insanlarda müsbət emosiyalar yaradır və ərazilərdə formalaşan yeni həyatın daha geniş auditoriyaya çatdırılmasına imkan verir. Bu baxımdan, həmin istiqamətdə fəaliyyətin genişləndirilməsinin və yeni, yaradıcı kontentlərin hazırlanmasının əhəmiyyəti qeyd edilib.

Görüş zamanı tələbə və inflüenserlər tərəfindən bir sıra yeni təşəbbüs və təkliflər səsləndirilib, onların reallaşdırılması imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Preziden...
02/10/2026

Prezident İlham Əliyev "Bakı Metropoliteni" QSC-nin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında" fərmanında dəyişiklik edib.

Mediapost.ws xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Sənədə əsasən, "Bakı Metropoliteni" sərnişin kanat yolları ilə sərnişindaşıma üzrə xidmətlər göstərilməsini, onların keyfiyyətinin və təhlükəsizliyinin yüksəldilməsini, həmin xidmətlərin təşkili və gediş haqqının ödənilməsi üzrə innovativ və rəqəmsal həllərin tətbiqi, eləcə də layihələndirilməsini və tikintisini, maddi-texniki bazanın gücləndirilməsini və müasirləşdirilməsi, xidmətlərin qarşılıqlı inteqrasiyasını, vahid mərkəzdən idarə olunmasını və əlaqələndirilməsini təmin edəcək.

“Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etmə...
02/10/2026

“Bizə heç kimin köməyi də lazım deyil, himayədarlığı da lazım deyil. Bizə lazım olan vaxtda bizə heç kim kömək etməyib. Bir milyon qaçqınımız olanda heç kim bizə əl uzatmayıb. Nə almışıqsa, pulla almışıq. O cümlədən bütün silahları da pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər”.

Bu sözləri Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı deyib.

“Mən sizə tam məsuliyyətlə deyirəm, Ali Baş Komandan kimi, bütün bu məsələlərə rəhbərlik edən şəxs kimi. Bilirsiniz ki, 2003-cü ildən bu yana Azərbaycan nə qədər silahlanıb, həm yerli istehsalı yaradıb, həm xaricdən alıb. Bir dəfə də bizə bir manat, bir dollar güzəşt etməyiblər. Hətta bəzən dünya qiymətindən bir neçə dəfə baha satıblar. Biz də məcbur olub buna göz yummuşuq. Ona görə bu, çox ciddi bir məsələdir”, - deyə dövlətimizin başçısı əlavə edib.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.Mediapost.ws xəbər verir ki, partiyanın VIII Qurulta...
02/10/2026

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin yeni tərkibi müəyyənləşib.

Mediapost.ws xəbər verir ki, partiyanın VIII Qurultayında İdarə Heyətinin 40 nəfərdən ibarət yeni tərkibi səsverməyə çıxarılaraq qəbul edilib.

Beləliklə, İdarə Heyətinin yeni tərkibi aşağıdakı kimidir:

İlham Əliyev
Mehriban Əliyeva
Tahir Budaqv
Əli Əhmədov
Arif Rəhimzadə
Elnarə Akimova
Bayram Aslanov
Azər Badamov
Tofiq Cahangirov
Kamal Cəfərov
Samir Cəfərov S
Rauf Əliyev
Asif Əsgərli
Vazeh Əsgərov
Ziyafət Əsgərov
Eldar Əzizov
Ülviyyə Həmzəyeva
Ramiz Hüseynov
Hicran Hüseynova
Eldar İbrahimov
Fuad İbrahimov
Anar İsgəndərov
İsmayılov Amin
İsmayılov İmamverdi
İsmayılov Şahin
Kərimzadə Pərvin
Qasımov Elmar
Quliyev Musa
Qurbanlı Mübariz
Mahmudov Rəşad
Məmmədov Hikmət
Məmmədov İlham
Mirkişili Tahir
Muradov Ədalət
Muradova Bahar
Musayev Alqış
Sadıqov Elnur
Sofiyeva Aynur
Sucayev Əfsun
Zabelin Mixael

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslə...
02/10/2026

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb.

Mediapost.ws xəbər verir ki, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 aprel tarixli 622 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nın İqtisadiyyat Nazirliyi üzrə bölməsində yer alan “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru bəndi ləğv olunub.

Address

Baku
203

Alerts

Be the first to know and let us send you an email when MediaPost posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to MediaPost:

Shortcuts

Share