AzerNewMedia

AzerNewMedia Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from AzerNewMedia, Broadcasting & media production company, Ahmed Rajably 1/8, Baku.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatında "AzerNyuMedia" "REAL FM"-də “Sinema Radio”nun 379-cu buraxı...
05/09/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatında "AzerNyuMedia" "REAL FM"-də “Sinema Radio”nun 379-cu buraxılışını təqdim edir. Qonağımız “Üç Dost” animasiya şirkətinin rəhbəri Rəşad Əfəndiyevdir.

Azernyumedia MMC-nin istehsalı olan “Küldə şərqi deyənlər” sənədli filmi Moldovada keçirilən Serbest Beynəlxalq Film Fes...
03/09/2026

Azernyumedia MMC-nin istehsalı olan “Küldə şərqi deyənlər” sənədli filmi Moldovada keçirilən Serbest Beynəlxalq Film Festivalının yarımfinal mərhələsinə seçilib. Bu barədə filmin rejissoru Kamran Qasımov məlumat verib.

29/08/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatında "AzerNyuMedia" "REAL FM"-də “Sinema Radio”nun 378-ci buraxılışını təqdim edir. Qonağımız Laçın Beynəlxalq Film Festivalının direktoru Amil Amaldır.

28/08/2026

I Laçın Beynəlxalq Film Festivalı sona çatdı.

AzerNewMedianın məlumatına əsasən ''Cinema Radio'' Kino Radio Kanalının ənənəvi Müasir Audiovizual Baxış Mükafatı bərpa ...
26/08/2026

AzerNewMedianın məlumatına əsasən ''Cinema Radio'' Kino Radio Kanalının ənənəvi Müasir Audiovizual Baxış Mükafatı bərpa olunacaq. AzerNewMedia Şirkətinin baş redaktoru Aytən Nəsirli bildirib ki, Mükafatın VI təqdimatı bu ilin noyabr ayında keçiriləcək və Cinema Radionun son 1 il üzrə nəticələrinə əsasən laureat müəyyən ediləcək.

25/08/2026

Real Təhlil İnformasiya Mərkəzinin direktoru, Əməkdar jurnalist Mir Şahin Ağayev müsahibəsində “Cənnətin İqamətgahı” sənədli, musiqli-etnoqrafik filmini xüsusi vurğulayıb.

24/08/2026

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təqdimatında "AzerNyuMedia" "REAL FM"-də “Sinema Radio”nun 377-ci buraxılışını təqdim edir. Qonağımız ssenarist, kinoprodüser Sərvər Bayramovdur.

Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanov vəfat edibAzərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, gör...
24/08/2026

Xalq artisti, görkəmli bəstəkar Tofiq Bakıxanov vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Xalq artisti, görkəmli bəstəkar, pedaqoq, professor Tofiq Bakıxanov 23 avqust 2026-cı il tarixində, ömrünün 96-cı ilində vəfat edib.
Tofiq Bakıxanov 1930-cu il dekabrın 8-də Bakıda ustad tarzən, pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) skripka ixtisası üzrə təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasını iki ixtisas – 1953-cü ildə skripka (Aleksandr Amitonun sinfi), 1957-ci ildə bəstəkarlıq ixtisasları üzrə (Qara Qarayevin sinfi) bitirib.
Tofiq Bakıxanov tələbəlik illərindən ifaçılıq fəaliyyəti ilə məşğul olub. Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan Radiosunun simfonik orkestrində solist kimi fəaliyyət göstərib.
Zəngin yaradıcılığa malik bəstəkar üç balet ("Xəzər balladası", "Şərq poeması", "Xeyir və Şər"), beş simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Hümayun", "Dügah"), 8 simfoniya, 100-ə qədər mahnı və romans ərsəyə gətirib. Həmkarı Nəriman Məmmədovla birlikdə üç komediyaya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir") musiqi yazıb. Bəstəkar həmçinin skripka, viola, violonçel, fleyta ilə fortepiano üçün 20-dən artıq sonatanın, trio, kvartet və kvintetlərin, eləcə də müxtəlif alətlərlə simfonik orkestr üçün 26 konsertin müəllifidir.
Professor Tofiq Bakıxanov eyni zamanda yarım əsrdən çox Bakı Musiqi Akademiyasında pedaqoq kimi çalışıb, yeni musiqiçi nəsillərin yetişdirilməsinə öz töhfəsini verib.
Yaradıcı fəaliyyətində bəstəkarlıqla ifaçılığı ahəngdar şəkildə birləşdirən görkəmli musiqi xadimi Fransa və Şimali Kipr Türk Cümhuriyyətində beynəlxalq festivallarda iştirak edib, Türkiyə, İran, Bolqarıstan, Gürcüstan və Rusiyada müəllif konsertləri verib.
Tofiq Bakıxanovun Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətləri dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilib. O, respublikanın “Əməkdar incəsənət xadimi” (1973), “Xalq artisti” (1990) fəxri adlarına, "Şöhrət" (2000), "Şərəf" (2021) və 1-ci dərəcəli “Əmək” (2025) ordenlərinə layiq görülüb. Sənətkar 2002-ci ildən Prezidentin fərdi təqaüdçüsü idi. Allah rəhmət eləsin!

21/08/2026

Gənc kinorejissor, Varşava Kino Məktəbinin tələbəsi Ayan Məlikin ''Laylay'' qısametrajlı bədii filminin təqdimat mərasimindən geniş reportajı təqdim edirik. Mərasim AzerNewMedia tərəfindən çəkilib.

Address

Ahmed Rajably 1/8
Baku
AZ1075

Opening Hours

Monday 09:30 - 19:00
Tuesday 09:30 - 19:00
Wednesday 09:30 - 19:00
Thursday 09:30 - 19:00
Friday 09:30 - 19:00
Saturday 09:30 - 17:00
Sunday 11:00 - 14:00

Alerts

Be the first to know and let us send you an email when AzerNewMedia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to AzerNewMedia:

Shortcuts

Share