Vipprofil

Vipprofil Aktyor

Bu gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsinə ömrünü həsr etmiş aktrisa Səmayə İsmayılovanın doğum günüdür.Sə...
17/03/2026

Bu gün İrəvan Dövlət Azərbaycan Dram Teatrının səhnəsinə ömrünü həsr etmiş aktrisa Səmayə İsmayılovanın doğum günüdür.

Səmayə xanım yalnız gözəl səsə malik aktrisa deyil, o həm də çətin şərtlər altında belə sənətə sədaqətin, doğma teatrına bağlılığın canlı nümunəsidir. İrəvanda başlayan və ağır sınaqlardan keçən yaradıcılıq yolu bu gün də teatr tariximizin yaddaşındadır.

Onu doğum günü münasibətilə təbrik edir, möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırıq.

Fəaliyyətimizi işıqlandıran mətbuat nümayəndələrinə təşəkkürümüzü bildiririk.   .az .az  .aze
27/02/2026

Fəaliyyətimizi işıqlandıran mətbuat nümayəndələrinə təşəkkürümüzü bildiririk. .az .az .aze

17/02/2026
İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verildiDekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Tea...
25/12/2025

İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası istifadəyə verildi

Dekabrın 24-də Bakıda İrəvan Dövlət Azərbaycan Dram Teatrının binası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən aparılan əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. Bu münasibətlə açılış mərasimi keçirilib.

Açılış mərasimindən əvvəl Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, teatrın kollektivi, mədəniyyət xadimləri, Qərbi Azərbaycan İcmasının nümayəndələri və millət vəkilləri binada yaradılan şəraitlə tanış olublar. Teatrın direktor əvəzi qonaqlara aparılan əsaslı təmir işləri, yaradılan müasir infrastruktur və imkanlar barədə məlumat verib.

3000 kv.m-lik teatr binasının yenidənqurma layihəsi çərçivəsində teatr səhnəsi tam müasir standartlara uyğunlaşdırılıb, əlavə olaraq yeni kiçik səhnə yaradılıb. Səhnə mexanizmləri, işıq və səs sistemləri yenilənib, texniki infrastruktur beynəlxalq teatr təcrübəsinə uyğun qurulub. Tamaşaçı zalı akustik baxımdan təkmilləşdirilib, oturacaqlar və interyer dizaynı funksionallıq və estetik ahəngdarlıq prinsipləri əsasında yenidən formalaşdırılıb.

Teatr truppasının səmərəli fəaliyyəti üçün məşq zalları, qrim otaqları, dekorasiya və yeni iki texniki xidmət sahəsi yaradılıb, inzibati və yaradıcı heyətin rahat işləməsi üçün bütün zəruri şərait təmin olunub.
Qeyd olunub ki, həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri təkcə infrastrukturun yenilənməsi deyil, eyni zamanda İrəvan Dövlət Azərbaycan Dram Teatrının yaradıcılıq potensialının gücləndirilməsinə, onun müasir teatr prosesinə tam inteqrasiyasına xidmət edir. Bu yenilənmə teatrın repertuar imkanlarını genişləndirir və milli teatr sənətinin inkişafına təkan verir.
Daha sonra açılış mərasimi və teatrın truppası ilə görüş baş tutub. Açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, millət vəkili, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Hacı İsmayılov və başqaları çıxış ediblər.

12 dekabr — Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollek...
12/12/2025

12 dekabr — Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Fəxri Xiyabanı ziyarət etmişdir.
Teatrın rəhbərliyi və əməkdaşları Ulu Öndərin məzarını dərin hörmət və ehtiramla yad edərək, onun Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi misilsiz xidmətləri böyük minnətdarlıqla xatırlamışlar.

Tarixdə bu gün - Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Güney Əliyeva Əvəz qızının doğum...
11/10/2025

Tarixdə bu gün - Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Güney Əliyeva Əvəz qızının doğum günüdür. Təbriklər və Uğurlar!

Tarixdə bu gün - Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissor asistenti  İmaməli İmaməliyev doğ...
20/09/2025

Tarixdə bu gün - Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının rejissor asistenti İmaməli İmaməliyev doğum günüdür. Bu münasibətlə ürəkdən təbrik edir, can sağlığı, uzun ömür və işlərində uğurlar arzulayırıq.

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Vipprofil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share