Devran Media

Devran Media "Devran Media" bir media şrkətidir.
İnformasiya, reklam, təşkilatçılıq, piar, monitorinq, i

Bütün şəhidlərimizi ehtiramla anırıq!
27/09/2024

Bütün şəhidlərimizi ehtiramla anırıq!

Sözsüz!
12/08/2024

Sözsüz!

DÜNYA TÜRKÜN OLACAQ!Təntiməyin, tələsməyin, çaşmayın,Yerli-yersiz həddinizi aşmayın,Qazan gəlib qaynamamış daşmayın,Yold...
06/08/2024

DÜNYA TÜRKÜN OLACAQ!

Təntiməyin, tələsməyin, çaşmayın,
Yerli-yersiz həddinizi aşmayın,
Qazan gəlib qaynamamış daşmayın,
Yoldaşımız səbr, dözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Vaxt Təbrizin, dünya Ərkin dünyası,
Yol Tanrının, haqqı dərkin dünyası,
Əvvəl-axır dünya Türkün dünyası,
Üç gün, beş gün gecim-tezim olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Şəhid verin, qurban verin, can verin,
Cansızlara şah damardan qan verin,
Gəmi kimi sahillərə yan verin,
Müjdəçilər düzüm-düzüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Düşmən məni düz düşünməz, çaş anlar,
Haqq sözümü qaya duyar, daş anlar,
Qayıdacaq Çin səddini aşanlar,
Tarixlərə təzə sözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Keçidlərdə ocağımız səngidi,
Yoxuşlarda nəfəsimiz təngidi,
Tarix bir az haqq sözündə ləngidi,
Həqiqətlər çözüm-çözüm olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Yeni düzən, yeni mizan qurandı,
İlk andımız, son andımız Turandı,
Soraq verən peyğəmbərdi, Qurandı,
Nə yozulsa xeyrə yozum olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Qovuşacaq bölünənlər, bölgələr,
Nurlanacaq qaranlıqlar, kölgələr,
Diriləcək Oğuzxanlar, Bilgələr,
Türkə səcdə, Türkə təzim olacaq,
Bugün-sabah dünya bizim olacaq.

Zəlimxan Yaqub /Xalq şairi

Təbriklər, Alxasava balası. Bizə qürur yaşatdığın üçün var ol!!!
30/07/2024

Təbriklər, Alxasava balası.
Bizə qürur yaşatdığın üçün var ol!!!

Oyunçu aparsın…
26/07/2024

Oyunçu aparsın…

Peşə bayramınız mübarək, əziz mətbuat fədailəri.
22/07/2024

Peşə bayramınız mübarək, əziz mətbuat fədailəri.

Aşura faciəsi zamanı istər Əhli-beyt üzvləri, istərsə də İmam Hüseynin (ə) silahdaşları arasında olan kişilərin və yeniy...
17/07/2024

Aşura faciəsi zamanı istər Əhli-beyt üzvləri, istərsə də İmam Hüseynin (ə) silahdaşları arasında olan kişilərin və yeniyetmə oğlanların böyük əksəriyyəti şəhid edildi. Çoxusu qadın və qızlardan ibarət olan əsirlər karvanında azyaşlı oğlan uşaqları da vardı. Yetkinlik yaşına çatmış kişilərdən İmam Zeynül-abidin (ə) xəstə olduğu üçün döyüş meydanına çıxmamış və sağ qalmışdı.

O həzrətin oğlu İmam Mühəmməd Baqirin (ə) təxminən 4 yaşı vardı və O da əsirlərin arasında idi. İmam Həsənin (ə) oğlu Həsəni-müsənna döyüşdə ağır yaralanmış, amma ölümdən qurtula bilmişdi. Onu ana tərəfdən qohumları bir müddət Kufədə müalicə edib sağaltdılar, sonra Mədinəyə göndərdilər. İmam Həsənin (ə) oğulları Zeyd və Ömər, Abdullah ibn Cəfəri-təyyarın oğlu Qasim, Əqilin oğlu Mühəmməd də əsirlərin içində idilər.
Əhli-beytdən olmayanlar arasında döyüşüb ağır yaralanmış bir neçə şəxs (Süvar ibn Əbu Ümeyr Həmdani, Əmr ibn Abdullah Cündəi, Müvəqqe ibn Sümamə Seydavi) var idi ki, bir müddətdən sonra həmin yaraların təsirindən vəfat etdilər. Döyüşə qatılmayan bir neçə şəxs də aman alıb sağ qaldı. Məsələn, Rübabın nökəri Əqəbə ibn Səman, İmamın nökəri Müslim ibn Rəbah, Zöhhak ibn Abdullah.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin E...
14/07/2024

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı ilə İrəvan arasında tam hüquqlu sülh sazişi bağlandıqdan sonra Türkiyənin Ermənistanla sərhədi aça biləcəyini istisna etməyib və bildirib ki, Zəngəzur dəhlizinin açılması sazişi tamamlayacaq yekun addımdır.

Report xəbər verir ki, Türkiyə lideri barədə ABŞ-da keçirilən NATO sammitindən qayıdarkən jurnalistlərə verdiyi açıqlamada bildirib.

“Niyə bu sərhədin açılması məsələsinə baxmayaq? Bundan əvvəl biz Ermənistanın baş naziri Nikol Paşinyana bu barədə hər şeyi söylədik. İndi sülh üçün hər şeyi etməliyik. Ümid edirik ki, Türkiyənin ürəkdən dəstəklədiyi Azərbaycan və Ermənistan arasında tezliklə davamlı sülh əldə olunacaq. Zəngəzur dəhlizinin açılması sülh sazişini tamamlayacaq yekun addımdır.

Biz bu yolda pozitiv qərarların gecikmədən qəbul edilməsini istəyirik. İndi bölgədən müsbət siqnallar gəlir və ümid edirik ki, onlar sonda yaxşı xəbərlərə səbəb olacaq”, – deyə, o qeyd edib.

O, İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkian ilə Zəngəzur dəhlizi məsələsini müzakirə etmədiyini də vurğulayıb:

“Sadəcə onu seçkilərdəki qələbəsi münasibətilə təbrik etdim. Zəngəzur dəhlizi hər kəsə, xüsusilə Azərbaycan, Ermənistan və İrana fayda verəcək strateji marşrutdur. İran və Azərbaycan hiss edəcəklər ki, dəhliz, dəmir yolu xətti işə düşəndə ​​onlar üçün daha asan olacaq”.

ABŞ-ın "Virginia Commonwealth" Universitetinin Tibb fakültəsinin və "Richmond" Tibb Mərkəzinin alimləri müəyyən ediblər ...
14/07/2024

ABŞ-ın "Virginia Commonwealth" Universitetinin Tibb fakültəsinin və "Richmond" Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, idrak qabiliyyəti zəif olan insanların 13%-də yaddaş pozğunluğu qaraciyər sirrozu səbəbindən yaranır.

Medicina.az xəbər verir ki, tədqiqatda 2009-2019-cu illər arasında demensiya ilə üzləşmiş təxminən 69 min könüllü iştirak edib. Alimlər iştirakçıların həyat tərzi və sağlamlıq vəziyyəti haqqında məlumat toplayıb, sonra onların hər birinin qaraciyər toxumasının vəziyyətini qiymətləndiriblər.

Alimlər müəyyən ediblər ki, demensiyalı xəstələrin 13%-də koqnitiv geriləmə beyindəki spesifik dəyişikliklərlə deyil, qaraciyərdəki çapıqlarla əlaqəlidir.

Tədqiqatçıların fikrincə, yaddaş və diqqətin pisləşməsi qaraciyər ensefalopatiyası nəticəsində mərkəzi sinir sisteminə dəyən ziyana görə baş verə bilər. Qaraciyər ensefalopatiyası normalda qaraciyər tərəfindən təmizlənməli olan zəhərli maddələrin qanda toplanması və beyinə getməsi ilə baş verir.

Alimlər deyirlər ki, qaraciyərin zədələnməsi nəticəsində yaranan demensiyanı müalicə etmək mümkün ola bilər.
Qaraciyərdə iltihab prosesinin aktivliyini azaltmaqla yaddaşı yaxşılaşdırmaq mümkündür.

Üçrəngli bayrağımız bütün dünya səmalarında əbədi dalğalansın!
09/11/2023

Üçrəngli bayrağımız bütün dünya səmalarında əbədi dalğalansın!

Zəfərimiz mübarək!
08/11/2023

Zəfərimiz mübarək!

Dünyanın gözü önündə…
22/10/2023

Dünyanın gözü önündə…

Address

Mətbuat Prospekti, 529-cu Məhəllə, "Azərbaycan" Nəşriyyatı 3-cü Mərtəbə
Baku
AZ1073

Alerts

Be the first to know and let us send you an email when Devran Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Devran Media:

Share

Category