Buqələmun

Call Directions Contact the business

Buqələmun "Buqələmun" gündəlik maraqlı video və fotomateriallar təqdim edən bir səhifədir.

Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndiMəlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisə...
07/10/2026

Müəllimlərin geyimi ilə bağlı yeni qaydalar təsdiqləndi

Məlum olduğu kimi, Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyim tələblərini təsdiq edib.

Buqelemun.tv xəbər verir ki, sənəddə müəllimin geyiminin onun dinamik işinə maneə yaratmamalı, şagirdlərin diqqətini yayındırmamalı, eyni zamanda şagirdlərdə geyimə, üsluba, geyimin müxtəlif situasiyalara uyğun seçilməsinə düzgün münasibət formalaşdırmalı olduğu qeyd olunub.

Həmçinin bildirilib ki, müəllimlərin geyimi mövsümə uyğun təmiz, səliqəli, sadə və işgüzar üslubda (fiziki tərbiyə, çağırışaqədərki hazırlıq, texnologiya, fizika, kimya və biologiya fənlərinin tədrisi zamanı tədris məşğələsinin xarakterinə və iş şəraitinə uyğun funksional və rahat geyimlərdən istifadə edilməsi istisna olmaqla) olmalıdır.

Kişi təhsilverənlər üçün:

– sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar);

– uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək;

– təhsilverənin öz istəyi ilə qalstuk, habelə köynəyin üzərindən geyinilən klassik üslubda sviter, pulover və ya jilet;

– klassik ayaqqabı.

Qadın təhsilverənlər üçün:

– sərbəst kəsimli klassik üslublu dəst (pencək və şalvar, pencək və ətək və ya pencək və don);

– uzunluğu diz xəttində və ya dizdən aşağı olan ətək və ya don;

– uzunqol və ya qısaqol birrəngli, yaxud zolaqlı, dama-dama və ya xırda naxışlı klassik köynək və ya kofta;

– klassik ayaqqabı.

Geyimin ölçüsü və forması müəllimin əmək funksiyasının icrasına mane olmamalıdır.

Müəllimlərin əmək funksiyalarını yerinə yetirdikləri müddətdə məktəbin işgüzar mühitinə, pedaqoji fəaliyyətin xarakterinə və təhsilalanların yaş xüsusiyyətlərinə uyğun olmayan, həmçinin bu Tələblərlə müəyyən edilmiş geyim üslubundan kənara çıxan geyimlərdən (geyim elementlərindən) istifadə etməsinə yol verilmir.

Ermənistanda 6 deputat köməkçisi cəzalandırıldıÖtən gün Ermənistan parlamentində baş verən əlbəyaxa davadan sonra müxali...
07/10/2026

Ermənistanda 6 deputat köməkçisi cəzalandırıldı

Ötən gün Ermənistan parlamentində baş verən əlbəyaxa davadan sonra müxalifətdəki “Güclü Ermənistan” fraksiyasından olan deputatın köməkçilərinin binaya girişinə qadağa qoyulub.

Buqelemun.tv xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, parlament spikeri Ruben Rubinyanın qərarı ilə deputat köməkçilərinin qarşıdurmaya mümkün müdaxiləsi ilə bağlı xidməti araşdırma aparılacaq.

Qeyd edək ki, parlamentdə dava oktyabrın 6-da keçirilən iclas zamanı baş verib. İnsident “Güclü Ermənistan” fraksiyasının deputatı Edgar Kazaryanın çıxışı zamanı spiker Ruben Rubinyanın onun çıxışını yarımçıq kəsməsindən sonra başlayıb. Kazaryan Rubinyanı dövlət vəsaitlərini israf etməkdə ittiham edib. Rubinyan deputatın gündəlikdən kənara çıxdığını bildirərək ona çıxışını davam etdirməyə imkan verməyib.

Bundan sonra hakim “Mülki Müqavilə” partiyasının deputatı Vahe Qalumyan yerindən qalxaraq müxalifət deputatlarının olduğu istiqamətə gedib. O, Vaginak Vartanyanı bir neçə dəfə itələyib və bundan sonra deputatlar arasında əlbəyaxa dava başlayıb. Ruben Rubinyan iclasa fasilə elan edib. Deputatları ayırmaq üçün parlamentin təhlükəsizlik əməkdaşları müdaxilə etməli olub.

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal…Bakının Xəzər rayonunda 24 yaşlı Fatimə Rəhmanzadənin sevgilisi tərəfi...
07/10/2026

Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal…

Bakının Xəzər rayonunda 24 yaşlı Fatimə Rəhmanzadənin sevgilisi tərəfindən qətlə yetirilməsi ilə bağlı şok təfərrüat məlum olub.

Buqelemun.tv Sfera.az-a istinadən xəbər verir ki, cinayəti törədən 1986-cı il təvəllüdlü Müseyib Əhmədov hadisədən öncə sosial şəbəkə hesabında açıq-aşkar təhdid və intiqam mesajları paylaşıb.

Şübhəlinin sosial mediadakı paylaşımlarında “Mən də səni vuracam belə, mən onsuz da sənə demişdim, özün mənə məcbur elədin”, “Can almasam, can vermərəm”, “Düz sözdür, namusu belə təmizləmək lazımdır” və “Son gün az qalıb, intiqamımı alacam” kimi ifadələr yer alıb. Bu paylaşımlar cinayətin öncədən planlaşdırıldığını nümayiş etdirir.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanılıb, istintaq tədbirləri aparılır.

Qeyd edək ki, hadisə Binə qəsəbəsində qeydə alınıb. İki il əvvəl ailəsindən boşanan Müseyib Əhmədov bir müddət sevgili olduğu Fatimə Rəhmanzadə ilə mübahisə etdikdən sonra ayrılıblar. Dünən axşam saatlarında qadının işlədiyi kafenin yaxınlığında onunla qarşılaşan Müseyib, Fatimənin onunla barışmaq istəməməyinə cavab olaraq üzərində gəzdirdiyi bıçaqla ona çoxsaylı xəsarətlər yetirib. Zərərçəkən xəstəxanada dünyasını dəyişib.

Tramp bu məsələyə görə Putinə zəng edəcəkABŞ Prezidenti Donald Tramp Rusiyada baş verən epidemiya ilə bağlı Rusiya Prezi...
07/10/2026

Tramp bu məsələyə görə Putinə zəng edəcək

ABŞ Prezidenti Donald Tramp Rusiyada baş verən epidemiya ilə bağlı Rusiya Prezidenti Vladimir Putinlə yaxın zamanda telefon danışığı keçirəcəyini açıqlayıb.

Buqelemun.tv xəbər verir ki, Tramp bunu Merilend ştatının Baltimor şəhərində keçirilən tədbirdən sonra Ağ Evə qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən bildirib.

ABŞ Prezidenti Putinlə telefon danışığının artıq planlaşdırıldığını qeyd edib. O, həmçinin ABŞ kəşfiyyat qurumlarının Rusiyadakı vəziyyəti yaxından izlədiyini və məsələ ilə bağlı hesabatın yaxın günlərdə açıqlana biləcəyini deyib.

Qeyd edək ki, Rusiyanın İrkutsk vilayətində xüsusilə təhlükəli infeksiya şübhəsi ilə bağlı araşdırma aparılır. Rusiya rəsmiləri İrkutsk Vəba ilə Mübarizə İnstitutunun əməkdaşına səbəbi müəyyənləşdirilməyən pnevmoniya diaqnozu qoyulduğunu açıqlayıblar. Sosial şəbəkələrdə isə həmin şəxsin ağciyər vəbasından öldüyü barədə iddialar yayılıb.

Aygün Kazımovadan qızına ad günü təbrikiXalq artisti Aygün Kazımova qızı İlqarəni doğum günü münasibətilə təbrik edib.Bu...
07/10/2026

Aygün Kazımovadan qızına ad günü təbriki

Xalq artisti Aygün Kazımova qızı İlqarəni doğum günü münasibətilə təbrik edib.

Buqelemun.tv xəbər verir ki, Pop kraliça qızının yeni fotosunu paylaşaraq ona ürək sözlərini yazıb.

“Gözəl qızım, yeni yaşın sənə yeni xoşbəxtliklər, gözəl xatirələr və ürəyindən keçən arzuları gətirsin. Həmişə öz işığınla parılda. Səni hər zaman belə gülən görmək istəyirəm. Uğurların bol olsun, anasının ürəyi!”, – deyə, A. Kazımova qeyd edib.

Prezident İlham Əliyev Putinə zəng etdiOktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasi...
07/10/2026

Prezident İlham Əliyev Putinə zəng etdi

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə zəng edib.

Buqelemun.tv xəbər verir ki, Dövlət başçısı İlham Əliyev Prezident Vladimir Putini ad günü münasibətilə təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və dövlətçilik fəaliyyətində yeni uğurlar arzulayıb.

Rusiya Prezidenti təbrikə və göstərilən diqqətə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

Telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin inkişafından məmnunluqlarını ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Aqşin Fatehə ağır itkiMeyxanaçı Aqşin Fatehə ağır itki üz verib.Buqelemun.tv axsam.az-a istinadən xəbər verir ki, sənətç...
07/10/2026

Aqşin Fatehə ağır itki

Meyxanaçı Aqşin Fatehə ağır itki üz verib.

Buqelemun.tv axsam.az-a istinadən xəbər verir ki, sənətçinin atası dünyasını dəyişib. Bu haqda Aqşin Fateh özü məlumat yayıb.

Allah rəhmət eləsin!

Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarıldıBakı şəhəri 98 saylı uşaq ba...
07/10/2026

Uşağın qanında psixotrop dərman aşkarlandığı iddia olunan bağçanın direktoru işdən çıxarıldı

Bakı şəhəri 98 saylı uşaq bağçasında aparılan araşdırma nəticəsində təlim-tərbiyə prosesinin təşkili, idarəetmə və uşaqlar üçün təhlükəsiz mühitin təmin olunmasında yol verdiyi nöqsanlara görə bağçanın müdiri ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.

Buqelemun.tv xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

“Qeyd edək ki, təhsil müəssisələrində hər hansı neqativ halların baş verməsi yolverilməzdir. Təlim-tərbiyə müəssisələrinin fəaliyyətində səmərəliliyin artırılması, sağlam işgüzar mühitin təmin olunması əsas prioritetlərdəndir. Yol verilən nöqsanlara qarşı qanunvericiliyin tələbləri çərçivəsində müvafiq tədbirlərin görülməsi daim diqqət mərkəzində saxlanılır”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, bir müddət əvvəl Bakının Yasamal rayonundakı 98 saylı uşaq bağçasına gedən azyaşlının qanında psixotrop dərman aşkarlanması ilə bağlı iddialar yayılıb. Uşağın səhhətində və davranışında dəyişiklik müşahidə edildikdən sonra ailəsi həkimə müraciət edib və analiz nəticələrinə əsasən belə maddənin aşkarlandığı iddia olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi məsələ ilə bağlı araşdırma aparıldığını bildirib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi valideynlərlə görüşüb və faktın obyektiv araşdırılması üçün DİN və Baş Prokurorluğa rəsmi müraciətlər göndərib. Hazırda məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Paşinyan Putinə zəng etdiErmənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danış...
07/10/2026

Paşinyan Putinə zəng etdi

Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Buqelemun.tv xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

Məlumata görə, Ermənistanın Baş naziri Rusiya Prezidentini ad günü münasibətilə təbrik edib, ona ən xoş arzularını çatdırıb.

Tərəflər Ermənistan-Rusiya münasibətlərinin aktual məsələləri barədə fikir mübadiləsi aparıblar

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurduTovuzda azyaşlını elektrik cərəyanı vurub.Buqelemun.tv APA-ya istinadən xəbər verir ...
07/10/2026

Tovuzda 9 yaşlı oğlanı cərəyan vurdu

Tovuzda azyaşlını elektrik cərəyanı vurub.

Buqelemun.tv APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düz Qırıqlı kəndində baş verib. Kənd sakini olan 2017-ci il təvəllüdlü Ə.Sofiyevi elektrik cərəyanı vurub.

Xəstəxanaya yeləşdirilən uşağa yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Address

Azerbaycan
Baku
AZ003

Telephone

+994504872288

Website

Alerts

Be the first to know and let us send you an email when Buqələmun posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Buqələmun:

Shortcuts

Share