Hekayeler

Hekayeler Hekayələr hıyatımızdan qısa parçalardır!!! Hekayələr, Anlamlı sözlər , Şeirlər və s. hamısı burda :)

Bir adam: “Həyatın mənası nədir görəsən?” - deyə, elə hey düşünərmiş. Bir gün qərar verir ki, nə qədər uzaq məsafə qət e...
27/02/2021

Bir adam: “Həyatın mənası nədir görəsən?” - deyə, elə hey düşünərmiş. Bir gün qərar verir ki, nə qədər uzaq məsafə qət etsə də bu sualının cavabını tapmalıdır...

Çox kəndlər, şəhərlər gəzir. Bir kənddə ona deyirlər ki, qarşıdakı dağın arxasında bir müdrik qoca yaşayır. Sənin sualına cavab versə-versə, o verə bilər. Adam yolu əlinə alıb qocanın yanına yollanır.

Sualını ona verir. Müdrik adam deyir: “Bir şərtim var, əgər sən bunun öhtəsindən gəlsən mən sənin sualına cavab verərəm”. Müdrik bir qaşığın içinə zeytun yağı töküb: “Bununla o bağda gəz, amma elə et ki, sən qayıdanda qaşıqdakı yağdan bir damla da azalmasın.

Adam gedib bağı gəzib gələr və qaşıqda zeytun yağı olduğu kimi qalar. Müdrik deyər: “Bağ xoşuna gəldimi?” Adam deyər: “Qaşığa elə diqqətlə baxırdım ki, bağa baxa bilmədim.

Müdrik gülüb deyər ki, indi yenə qaşıqla bağı gəz, amma elə elə ki, bağı görə biləsən. Adam bağa baxır valeh olur. Lakin qayıdanda qaşıq tam boş olar. Qoca deyər: “Bax həyat da belədir. Həyat sənin baxışında məna qazanar. Ya sadəcə bir nöqtəyə baxarsan həyat axıb gedər, sən fərqinə varmarsan, ya da görə biləcəyin gözəlliklərin ortasında həyatı yaşayarsan, axıb gedən zamanın məna qazanar. Həyatın mənası sənin baxışında gizlidir”.

30/06/2018

Sizə ordu yeməyindənmi, yoxsa komandir yeməyindənmi gətirək?

Vaxtilə Ömər İbn Xattab (Allah ondan razı olsun) Şamdakı İslam ordusunu yoxlamaq üçün yola çıxdı. Şam sərhədlərinə gəldikdə Şam ordusunun Komandanı Əbu Ubeydəyə aid bir çadırda yerləşdi. Əbu Ubeydə ilə görüşdü. Nahar vaxtı idi. Ömərə: "Sizə ordu yeməyindənmi, yoxsa komandir yeməyindənmi gətirək?" deyə soruşdular.
Ömər ibn Xattab:
"İkisindən də gətirin!" buyurdu. Ordu xörəyini gətirdilər ki; ət, şorba və tirit idi.
Ömər: "Ordunun yeməyi budurmu"? deyə soruşdu. "Bəli, ey möminlərin əmiri" dedilər. "Ordunun komandanının yeməyini gətirin görək!" dedi. Onu da gətirdilər. Quru çörək parçaları və bir az süd! Ömər İbn Xattab bu mənzərə qarşısında ağladı və "Sənə Əmin adını verən, əlbəttə, doğru söyləmiş!" dedi... Sevimli Peyğəmbərimiz sallallahu aleyhi və səlləm onun haqqında buyurmuşdur: “Hər Ümmətin əmini vardır. Bu Ümmətin də əmini Əbu Ubeydə Bin Cərrahdır!
***PERVIZ***

Belədə olurmuş :)
27/01/2017

Belədə olurmuş :)

2000 yılının aralık ayıydı. Üniversiteden yeni mezun olmuştum. Bir devlet okulunda heyecanla derslere giriyordum. Sınıfl...
24/11/2016

2000 yılının aralık ayıydı. Üniversiteden yeni mezun olmuştum. Bir devlet okulunda heyecanla derslere giriyordum. Sınıflardan birinde, şartlı cümleleri anlatırken tahtaya İngilizce bir cümle yazdım.

“Evet çocuklar, tahtada ‘Eğer çok zengin olsaydım anneme ....... alırdım.’ yazıyor. Cümledeki boşluğu, hayal gücünüzü de kullanarak doldurun. Anlaşıldı mı?” dedim.
Anlaşılmış olmalı ki herkes sessiz bir şekilde dağıttığım küçük kâğıtları aldı ve gözlerini tavana dikip düşünmeye başladı. Beş dakika sonra sınıfı dolaşıp kâğıtları topladım ve tek tek okudum. Uzay gemisi, Ferrari, Miami’de yazlık, Maldivler’de ada... Ben okuyorum, sınıf gülüyordu. Son kâğıdı içimden okudum. “If I were rich, I would buy flowers for my mom.”

Cümlenin sahibi, o sene sınıfa yeni gelen çelimsiz, içine kapanık bir çocuktu. “Aramızda çok duygusal bir arkadaşımız var!” dedim. “Selim, kalk bakalım. Ne yazdığını arkadaşlarına söyleyebilir misin?”

“Çiçek alırım, yazdım öğretmenim.”

Sınıfta hafif bir kahkaha koptu. “Ben çok zengin olduğunuzu düşünün, hayal gücünüzü kullanın demiştim. Buna rağmen çiçek alırım yazdığına göre önemli bir sebebin olmalı” dedim.
Bir süre sessizce bekledi, sonra ayağa kalkıp “Aklıma başka bir şey gelmedi öğretmenim” dedi usulca. Yüzünde Mona Lisa tablosunu andıran gülmekle ağlamak arası garip bir ifade vardı.
“Oğlum, dalga mı geçiyorsun?” dedim sertçe. “Aklınıza bir şey gelmesi için illa not mu vermemiz gerekiyor?”

Hiç cevap vermedi. Kâğıtları geri dağıttım. Sınıf, çalan zille birlikte kovanı kurcalanmış arı sürüsü gibi bahçeye aktı. Dışarıda ince bir yağmur yağıyordu.

Ertesi sabah okula geldiğimde Selim’in babasını lobide beni beklerken buldum. Önündeki sehpada bir gün önce sınıfta dağıttığım buruşuk kâğıt parçası duruyordu. Oturup biraz konuştuk. Kısa bir görüşmeden sonra ayrıldı. Zorlukla zümre odasına doğru yürüdüm. Başım dönüyordu. Hıçkırığa benzer garip bir şey diyaframdan gırtlağıma kadar tırmanmış, patlamaya hazır bekliyordu.

2000 yılının aralık ayıydı ve ben, kâğıttaki küçük boşluğu çiçekle dolduran Selim’in, hayatındaki en büyük boşluğu da çiçekle doldurmaya çalıştığını öğrendim.
Üç ay önce bir trafik kazasında annesini kaybettiğini ve o günden beri, babasıyla, hiç aksatmadan her cuma günü annesinin mezarını ziyaret edip mezarlığa çiçek diktiklerini...
Önceki gece babası duymasın diye yüzünü yastığa gömerek sabaha kadar hıçkırdığını...

Ve üniversiteden alınan diplomayla öğretmen olunamayacağını...
Hepsini, hayatımın o en serin aralık sabahında öğrendim .
"Öğretmenlik sabah gidip öğlen geldiğin, cumartesi, pazar, sömestır ve yazın tatil yaptığın bir meslek değildir. Öğretmenlik Anne olmaktır. Baba olmaktır. Abi olmaktır.. Kısacası İnsan olmaktır.

Bütün öğretmenlerimizin önünde saygı ile eğiliyorum ve ÖĞRETMENLER GÜNÜNÜ KUTLUYORUM.

İki kardeşBir çiftlikte iki erkek kardeş babalarından kalma çiftlikte birlikte çalışıyorlardı. Kardeşlerden biri evliydi...
17/06/2016

İki kardeş

Bir çiftlikte iki erkek kardeş babalarından kalma çiftlikte birlikte çalışıyorlardı. Kardeşlerden biri evliydi ve beş çocuğu vardı. Diğer kardeş ise bekardı. Her günün sonunda iki erkek kardeş ürünlerini eşit olarak bölüşürlerdi.

Günün birinde bekar kardeş şöyle düşündü;

– Ürünümüzü eşit olarak bölüşmemiz hiç de adaletli değil. Ben bekarım ve pek fazla ihtiyacım yok. Kardeşimin geniş bir ailesi var. Onun daha fazla ihtiyacı olur.

O günden sonra bekar olan kardeş her gece evinden çıkıp, bir çuval tahılı gizlice erkek kardeşinin evindeki tahıl deposuna götürmeye itti.

Bu arada evli olan kardeş de kendi kendine;

– Ürünümüzü eşit olarak bölüşmemiz hiç de doğru değil. Ben evliyim, eşim ve çocuklarım var ve yaşlandığım zaman onlar bana bakabilirler. Fakat kardeşim yaşlandığı zaman ona bakacak hiç kimsesi yok. İlerde onun daha fazla ihtiyacı olacak.

Böylece evli olan kardeş de her gece evinden çıkıp, bir çuval tahılı gizlice erkek kardeşinin tahıl deposuna götürmeye başladı. İki kardeş de yıllarca ne olup bittiğini bir türlü anlayamadılar. Çünkü her ikisinin de deposundaki tahılın miktarı değişmiyordu. Sonra, bir gece iki kardeş gizlice birbirlerinin deposuna tahıl taşırken karşılaştılar. O anda olan biteni anladılar. Çuvallarını yere bırakıp birbirlerini kucakladılar.



Hayatın akışında kardeşlik bencilce sadece kendini düşünmek değil başkalarını da düşünmek ve kardeşçe paylaşmaktır.

Joker

Günün birində səhrada iki qum dənəsiqarşılaşmış və bir-birlərini çox sevmişlər. Uzunbir müddət çox yaxın olmuşlar. Bir-b...
29/09/2015

Günün birində səhrada iki qum dənəsi
qarşılaşmış və bir-birlərini çox sevmişlər. Uzun
bir müddət çox yaxın olmuşlar. Bir-birlərini
yanlarında, canlarında olaraq sevməyi
öyrənmişlər. Və bir gün külək əsir, qum
dənələrindən birini yerində saxlayıb, digərini bir
az uzağa atır. Çox uzaq deyillərmiş, amma yenə
də bir-birilərini görə bilmirlərmiş. Sevgiləri isə
heç azalmamış, yenədə bir-birilərini sevməyə
davam etmişlər. Bir-birlərinə çatdıra bildikləri
səsləriylə, xəbərləriylə yaşayırlarmış və artıq
görmədən səsləri ilə sevməyi öyrənmişlər.
Bir gün biri digərinə «sevgimizin sonsuz olması
üçün eyni anda bir arzu arzulayaq» demiş. İkisi
də eyni anda bir arzu arzulamış və tam o anda
fırtına başlamış. Bu qovuşmamız sevgimizin
sonsuza qədər davam etməsi ola bilər deyə ikisi
də özlərini fırtınaya atmışlar. Gözlərini bağlayıb
fırtına dayandığında sevgilərinin yanında
olmasını arzulamışlar. Fırtına o qədər
qüvvətliymiş ki, o günə qədər illərcə yerlərindən
tərpənməyən qumlar belə başqa yerlərə
sovrulmuşlar.
Fırtına günlərlə davam etmiş, qum dənələri də
dayanmadan sovrulumuşlar. İkisində də bir
səbirsizlik baş qaldırmış. Fırtına dayanmamış əksinə
artırmış. Fırtına dayanmaq bilmədikcə onlar da
səbrlə sevməyi öyrənmişlər. Günlər keçmiş sonunda
fırtına dayanmış gözlərini açdıqlarında ikisi də
özlərini başqa aləmdə tapmışlar. Bu fırtınanın onları
birləşdirəcəyinə o qədər inanmışlar ki bir-birlərini
yanlarında tapa bilməyincə ürəklərində dərin bir
kədər hiss etmişlər və kədərlə sevməyi öyrənmişlər.
Özlərinə bir az gəldiklərində ikisi də bu fırtınayla
başqa-başqa yerlərə sovrulduqlarını anlamışlar. Bir
an ölmək istəmişlər, amma sonra bir-birlərini heç
görmədən, məsafələrə, maneələrə baxmayaraq
sevməyi öyrənmişlər.
"Əvvəlki kimi çağırsaq da səsimiz çatmaz ki bir-
birimizə" demişlər. İkisi də yeni yerlərində heç
kimlə danışmamışlar və illərcə susmuşlar. Hər zaman
yeni bir fırtına ümidiylə bir-birlərinə xəyanət
etmədən gözləmişlər. Beləcə ümidlə sevməyi
öyrənmişlər. İllər keçmiş amma sevgiləri heç
bitməmiş. Bir-birlərindən həmişə ümidli olaraq
yaşamışlar.
Bir gün ikisi də bir-birlərindən xəbərsiz eyni anda
gözlərini bağlamış və qovuşmaq üçün yenidən fırtına
çıxmasını arzulamışlar. Gözləmişlər, gözləmişlər
amma fırtına olmamış. Özlərini bütün mənlikləriylə
fırtınaya buraxmaq üçün olduqları yerdə dönmüş,
dayanmışlar amma hamısı hədərmiş kiçik bir külək
belə olmamış.Sonunda gözlərini açmışlar.
Sevdiklərinin, illərcə gözlədiklərinin tam qarşısında
dayandıqlarını görmüşlər və dərhal ikisi də illər
əvvəl arzuladıqları arzularını xatırlamışlar.
Sonunda anlamışlar ki, bir-birlərindən çox uzaqda
keçirdiklərini düşündüyü illəri əslində bir-birinin
yanında keçirmişlər. Arzularının qəbul olması üçün
illərin keçməsi lazım olduğunu öyrənmişlər çünki,
onlar sevməyi hər çətinliyi ilə öyrənməyi
arzulamışlar. Arzuları qəbul olmuş. Ümidlə, səbrlə, k­
ədərlə, məsafələrlə, maneələrlə — hər çətinliyi ilə
sevməyi öyrənib bir-birlərinə qovuşmuşlar.
Sevməyi öyrəndikdən sonra bütün çətinliklər heç
vaxt sevgini azaltmaz, amma sevməyi bilmədikdən
sonra yanındakı sevdiyini belə illərcə görməyə
bilirsən…

10/08/2015

Sultan və
Vəzir
Bir vəzir 30 il idi ki, hökümdara xidmət edirdi. Öz
sədaqəti, doğru danışmağı, Allaha inamı ilə hamının
böyük hörmətini qazanmışdı. Ancaq o öz dürüstlüyü
ilə sarayda çoxlu düşmən qazanmışdı. Onlar vəzirin
ikiüzlülüyü və xəyanətkarlığı barədə şaiyələr yayır,
hər gün sultanın qulağına vəzir haqqında böhtanlar
pıçıldayırdılar. Nəhayət, təqsirsiz vəzirə qarşı
sultanda şübhələr yarandı və o, uzun illər ona
sədaqətlə xidmət etmiş vəziri ölümə məhkum etdi.
Bu ölkədə ölümə məhkum edilmişlərin əl qolunu
bağlayır və sultanın yırtıcı ov itlərinin saxlandığı
qəfəsə atırdılar. İtlər isə dərhal onları tikə-tikə
edirdi. Ancaq vəziri köpəklərin qabağına atmazdan
əvvəl, ondan son arzusunu soruşdular. Vəzir dedi:
“Borclarımı qaytarmaq, mənə borcu olanlardan
pullarımı yığmaq, mənə əmanət olunmuş əşyaları
sahiblərinə geri vermək, var dövlətimi uşaqlarım və
yaxın adamlarım arasında bölmək üçün mənim
edamımı on gün təxirə salın”. Sultan vəzirə qaçmağa
cəhd etməyəcəyi baradə and içdirib onun arzusunu
yerinə yetirdi. Vəzir tez evə gəlib, yuz qızıl sikkə
götürdü və sultanın itlərinə baxanın yanına gəldi. O
yüz qızılı sultanın itlərinə baxanın qarşısına qoyaraq
dedi: “İtlərə on gün qulluq etməyə mənə icazə
ver”. Sultanın itlərinə baxan isə bu şərtə razı oldu.
Vəzir on gün itlərə qulluq etdi, onlara nəvaziş
göstərdi, sevə-sevə tüklərini daradı və yaxşı
yedizdirdi. On günün axırında itlər artıq onun əl-
ayağını yalayırdılar. On birinci gün vəzir sultanın
hüzuruna getdi və bütün iddihamlar yenidən onun
üzünə oxundu.
Sultan vəzirin əl qolunun bağlanmasına və itlərin
qarşısına atılmasına tamaşa edirdi. Lakin itlər vəziri
görən kimi onun ayaqlarına yıxılıb, quyruqlarını
buladılar. Onlar sevinərək atılıb düşür və vəzirlə
oynayırdılar.Sultan və buna şahid olanlar gördükləri
mənzərə qarşısında dəhşətə gəldilər.Sultan itlərin
nə üçün ona toxunmadığını soruşanda vəzir cavab
verdi: “ Mən bu itlərə on gün qulluq etmişəm.
Bunun nəticəsini isə hər biriniz görürsüz. Lakin mən
sədaqət və düzlüklə sənə 30 il qulluq etdim, nəticəsi
nə oldu? Düşmənlərimin iftirası ilə ölümə məhkum
edildim”. Sultan vəzirin bu sözlərini eşidib,
utandığından qızardı. O, vəziri təkcə əfv etmədi,
həm də ona gözəl xalat verdi. Böhtançıların
mühakiməsini isə onun özünə tapşırdı. Xeyirxah vəzir
isə onlara azadlıq verdi və onlarla yaxşı davrandı.

"Biletin qiyməti"Bir dəfə bir kişi iki kiçik oğlunu mini-qolfoynamağa gətirir. Kassaya yaxınlaşan kişi soruşur:— Biletin...
26/05/2015

"Biletin qiyməti"

Bir dəfə bir kişi iki kiçik oğlunu mini-qolf
oynamağa gətirir. Kassaya yaxınlaşan kişi soruşur:
— Biletin qiyməti nə qədərdir?
Kassada dayanan gənc oğlan cavab verir:
— Sizin üçün 3 dollar və 6 yaşdan yuxarı olan
uşaqlar üçün də 3 dollar. 6 yaşdan kiçik uşaqlar
üçün xidmət pulsuzdur. Övladlarınızın neçə yaşları
var?
Kişi cavab verir:
— Birinin 3, digərinin isə 7. Beləliklə mən sizə 6
dollar ödəməliyəm.
Kassir maraqla soruşur:
— Cənab, siz o qədərmi zənginsiniz? Axı siz 3 dollar
qənaət edə bilərdiniz. 7 yaşında olan oğlunuzun 6
yaşı olduğunu deyə bilərdiniz. Mən fərqinə
varmayacaqdım.
Həmin şəxs cavab verir:
— Bəli, ola bilsin ki, siz varmayacaqdınız, lakin axı
mənim övladlarım fərqinə varacaqdılar.

13/05/2015

Heç bir ölü bu gün mənim son sabahım düşüncəsilə yatağından qalxmamışdı Ama bu gün onların son sabahı oldu !!!

Joker ♣

07/04/2015

Azim Azimli adlı userimizdən belə bir hekayə

Xususi qonaqlar ( 1 bolum bawlangic ) Yene seher
acildi . Xaraba seher. Ustumde agir yorgan var
idi. Menle uzbe uz saat . Saat 11 olardi.Evde her
kes durmuwdu diyesen. Boylanib masanin ustune
baxdim Darvinin kitabi var idi gece saat 3e qeder
o, kitabi oxudum. Masanin sag kuncunde "Qurani
Kerim " vardi. Masa boyuk oldugundan cox kitab
var idi . Biraz qiraqda ise sevdiyim kitab
"Prometey " kitabi vardi. Reflerde dolu ildi
kitblarla. Hamsi din, elm kitablari. Bir kitab Allahi
inkar edir bir kitab Allaha tabe ol deyir. Beynim
dolu idi sualarla goresen insan nece yarandi?
Gorsen darwin duz deyirdi her wey tesadufen
yarandi. Bes Allah torpaqdan yaraniw.?? Yerimin
icinde biraz duwunub oyana buyana firlandim.Bu
gun bazar gunudu iw yoxdu diye diye atam iwde
deyildi. Uzumu goren kimi dedi : iwi gucu ancaq
bir otaqa girib gic gic kitablar oxusun. Coxda fikir
vermedim. Yemek yedikden sonra otaq dondum
yene. Otaq daginiq idi wekiler , yazilar sonu
olmayan elmi kitablar. Ureyimde Allaha qarwi
sevgi var belkede amma bu suallar . Cavabsiz
sular. Kaw mende her kes kimi hec neyi bilmeden
Allaha inanardim. Amma bu aradiwdirma meni
mehv etdi. Artiq guzgude ozumu tanimiram .
Guzgude oz gozlerime baxdim. Kecmiwim var
menimde ozume dair menimde bir mesum
uwaqliqim var yenede uwaq olmaq isteyerem
hecne bilmeyib anlamdan. Indi xowbext deyilem.
Ozumu oldurmek isteyirem amma eyer dogurdan
Allah varsa bes onda nece olacaq Allah
qarwisinda ne cavab verecem. Eyer Allaha
inansam hecne itiremerem , eger yox inanmasam
cox wey itirmiw olaram guzguden ayrildim.
Dostlarim teze kitablar getirmiwdi . Onlari
goturmeye gedirdim yari yolda iki piwik dava
edirdi. Icimde dedim Eyer Allah varsa bu iki piwik
ayrilsin. Ele hemin deyqe iikisde ayrildi. Yox ola
bilmez bu sadece tesadufdu bele bir wey belkede
tesaduf ewi neyse yola davam edim. Kitablari
getiren oglanin adi Allah qulu idi mene qeribe
geldi duz hem adi Allah quludu hemde ateistdir.
Bunu ona zarafatca deyende mene bele cavab
verdi eyer Meleyke adinda Pozgun qiz varsa Allah
qulu adinda Ateist olar. Dogurdanda duz dedi. Tez kitablari alib eve geldim
hele o, piwikler axlimda idi. Otaga giren kimi
qapini aarxadan baglayib sehifeleri ceviremeye
bawladim. Artiq gec oluwdu hami yatib menden
bawqa amma kitablarda maraqli idi. Yuxum gelirdi
yerime girib birazda o, piwikleri duwunub yatdim.
Yene seher acildi xaraba seher. Yene o,, piwkler
aglima geli. Yemek yemeden cole cixdim yene
hemen piwikler dava salmirdilar ikisde gozlerimin
icine baxirdilar duzu qorxdum. Suretle kecdim
yanlarindan araxaya donub baxanda yene fikirleri
mende idi. Iwim bitirib eve qayidanda gece idi
piwikler helede aglimda. Ve yene aglima bir wey
geldi ele kucede Allahda bir wey daha isteyim
dedim Ey Allah eyer varsansa mene insanlarin
icini uzu goster. Duayi tam etmeden bir it sesi
geldi sonra bir qiz sesi geldi. It qizi qatmiwdi it
meni goren kim qacdi. Qiz yaxinlawdim amma
helede itin arxasiyaca baxirdim birden uzumu
cevrib qiz baxanda qizin icinde sanki eybecer ruh
var bu qorxu filmindende beter idi dayanmadan
qacdm artiq uzaq idim.....ikinci bölümü gözdürük

joker♣

Psixatriya xəstəxanasında iki nəfər bir-biri iləsöhbət edirdi. Biri o birisindən soruşdu: “Nə üçünburadasınız?”Həmin ada...
06/04/2015

Psixatriya xəstəxanasında iki nəfər bir-biri ilə
söhbət edirdi. Biri o birisindən soruşdu: “Nə üçün
buradasınız?”
Həmin adam üzünü sual soruşana tərəf tutub cavab
verdi:”Hər kəsin məndən olmaq istədiyi insan ola
bilmədiyim üçün.” “Anlamadım, nə demək
istəyirsən?”
“Atam mənimlə fəxr etmək üçün çox yaxşı şagird
olmağımı istəyirdi, amma mən yaxşı qiymətlər
almadığım üçün mənim kimi övladı olduğu üçün
utanırdı. Mənim orta səviyyəli bir şagird olmağımı
qəbul etmədiyi üçün məni tənbəllikdə ittiham
edirdi. Çünki, “onun övladı” çox insan kimi “adi” ola
bilməzdi. Bir gün məni ova apardı. Oğlunun əsl kişi
olduğunu sübut etmək üçün məndən bir ceyranı
tüfənglə vurmağımı istədi.”
Özü də yaxşı ovçu olan digəri ondan soruşdu: “Neçə
xal aldın?” “Heç nə… Ağlamağa başladım və atam
məni bir də heç vaxt ova aparmadı. Atam mənim
onun kimi vəkil olmağımı istəyirdi. Babam isə özü
kimi dülgər. Amma anam dayım kimi bank işçisi
olmağımı istəyirdi. Nənəm isə din xadimi olmağımı
istəyirdi.
Məhəlləmizin mollası mələk kimi qüsursuz olmağımı,
dostlarım isə film aktyorlarına oxşamağımı
istəyirdi.” Deyə davam etdi: ”Nişanlım hər şey
olmağımı istəyirdi. Atası isə qızının gözündə
qiymətdən düşməsin deyə mənim “heç nə” olmağımı
arzulayırdı. Televiziya proqramları içkidən istifadə
etməyim, avtomobillərə və siqaretə aludə olmağım
üçün məni həvəsləndirir, “xəbərlər” isə belə
şeylərdən uzaq olmağımı istəyirdi.”
Bu sözlərdən sonra bir qədər duruxdu: “Üzr
istəyirəm, sizi də narahat etdim. Mən bir ildir
buradayam və artıq dəqiq bilirəm ki, dəli olmaq
istəmirəm. Siz nə qədər vaxtır buradasınız?”
“Mən buraya öz qohumumu görmək üçün gəlmişəm
““Hə başa düşdüm, siz də divarın o biri tərəfindəki
dəlixanada yaşayırsınız.”

Gəlin doğmalarımızı bizim
ağlımızdakı “ideal” insan olmağa məcbur etməyək.
Unutmayın bizim ideal insan kimi düşündüyümüz bir
stereotip heç də əsl ideal insan demək deyil.
Dünyanın ən ideal insanı, özü kimi olmağı bacaran
insandır.

HəyatdanBir neçə gün bundan əvvəl həmişəki kimi dostlarımdan ayrılıb evə gedirdim. Hava yaxşı, səma açıq olduğundan Dağü...
16/03/2015

Həyatdan

Bir neçə gün bundan əvvəl həmişəki kimi dostlarımdan ayrılıb evə gedirdim. Hava yaxşı, səma açıq olduğundan Dağüstü parkda siqaret çəkmək keçdi könlümdən. Sözün qısası, marketdən bir red-bull alıb, getdim. Ora çatanda artıq gecə 11-12 idi. Elə gec olduğuna görə də demək olar ki, heç kim yox idi. Maşından düşüb ən sevdiyim yerə yaxınlaşdım. Yoldan çox uzaqda olmağıma baxmayaraq yenə də avtomobillərin səsi gəlirdi. Cibimdən siqareti qutusunu çıxardım amma alışqanı tapa bilmədim. Yenə də itirmişəm. Bu anda məndən bir az aralıda 24-25 yaşında bir oğlanın siqaret çəkdiyini gördüm. Yaxınlaşıb soruşdum:

– Alışqanı olar?

– Səndə də yoxdu?

Bu sualdan sonra məndə elə bir təsürrat yarandı ki, bu cavan oğlan alışqanı olmayan 30 nəfərə kömək etmək üçün hər axşam gəlir burda dayanır. Sonra isə davam elədi:

– al siqaretdən yandır, məndə də yoxdu

Siqareti yandıra-yandıra diqqətlə oğlana baxdım. Saçına elə bil heç vaxt daraq dəyməyib, gözlər axır, mimika – hər şeydən narazı, əynində köhnə cins, geyimindəki heç nə ilə uyğun gəlməyən idman ayaqqabıları və havaya görə çox isti olan gödəkcə.
Siqaretini qaytarıb çox sağ ol deyib getmək istəyirdim ki, sanki çoxdan tanışıq kimi bir sual verdi:

-Sən niyə çəkirsən?

-Elə-belə

-Həyatda heç nə elə-belə olmur

-Bəs sən niyə çəkirsən?

-Bilirsən necədi?

-Bilsəydim soruşmazdım

(dodağının altından gülümsəyərək) Mən özümü biləndən hər şeyə tələsmişəm. Yeriməyə də, dil açmağa da, məktəbə getməyə də, universitetə də, əsgərliyə də. Ümumiyyətlə həyatı yaşamağa (mən artıq getmək istəyirdim, bu söhbətlər mənə maraqlı deyildi). Amma bir gün adi həkim yoxlanışından keçəndə mənə dedilər ki, tələsməli bir şey qalmayıb. Onda başa düşdüm ki, ad günümdəki tortun üstündəki şamları möhkəm üfürmüşəm (gülür). İnanmadım. Mənə elə gəlirdi ki, belə hadisələr ya kiçik büdcəli bolywood kinolarında, ya da 17-18 ci əsr avropa yazıçılarının əsərlərində olur. Heç kimə heç nə demədim daha doğrusu deyə bilmədim. Özün fikirləş də, əsgərlikdən təzə gəlib yeni həyatı duelə çağırmaq istədiyin zaman həkimin bu xəbəri Yaponiyanı Tsunami silkələdiyi kimi səni tutur. Cini bir kənara atıb, Şeytanı axtardığım vaxtlar idi. Bilirsən bunları sənə niyə danışıram?

-Yəqin ki, psixoloqa oxşayıram, ona görə

-Yox, sadəcə səni tanımıram ona görə. Bu şad xəbəri biləndən heç kimlə bölüşməmişəm

-Məni buna layiq bildiyivə görə çox sağ ol – mızıldandım (artıq narkoman olması haqqında fikirlərim güclənirdi)

-Bölüşə də bilmərəm. Amma sən məni tanımırsan, mən də səni. Mən gedəndən sonra maksimum fikirləşəssən ki, dəli idi. Yaxınlarıma danışsam ya onlar əzab çəkəcəklər, ya da məni vakkumda saxlayıb, yazıq insan kimi davranacaqlar. Bəziləri isə sevincindən mini-infarkt keçirdəcək. Bilirsən, brat, necədi? Əslində belə olmağı yaxşı oldu. Hamı elə fikirləşir ki, o seçilmiş insandı, p*s hadisələr onun başına gələ bilməz. Hamı fərqli olmaq istəyir, elə mən də. Amma indi ən istədiyim şey normal olmaqdı. Hamı kimi gələcək haqqında plan qurmaq, bahalı maşın sürməyi ən böyük problem hesab etmək, eziyyətlə pul qazanıb, mənasız xərcləmək, iPhone – nun yoxsa Blackberry-nin daha yaxşı olması haqqında saatlarla mübahisə eləmək bir sözlə adi insan olmaq istəyirəm. Mən bunları istəyirəm və edirəm də. Çox vaxt isə alınmır, elə indi alınmadığına görə də bura gəlmişəm. (söhbət get-gedə mənə maraqlı olmağa başladı. Bunları danışarkən artıq 2 siqareti bir-birindən yandırıb tullamışdı və ancaq 1 nöqtəyə baxırdı). Ən p*si bilirsən nədi?

-Nə?

-Yaxınlarıvı həmin gün təsəvvür etmək. İndidən desəm bir problem, mən gedəndən sonra isə başqa. Mən ölüm qorxusunu çoxdan aşmışam amma yaxınlarımın məndən sonrakı əzabları məni hələ də qorxuzur. Ona görə də çox vaxt heç kimin izah verə bilmədiyi hərəkətlər edirəm. Sanki, hamının məndən nifrət etməsini istəyirəm. Çox təəssüf ki, həmişə alınmır, axı insanıq. Bəzi özünü ağıllı sayanlar deyirlər ki, hər günü axırıncı gün kimi yaşamaq lazımdı. Boş şeydi, ancaq axırıncı günü axırıncı gün kimi yaşamaq olar. Hər günü sabaha bir iş planlaşdırmaqla yaşamaq lazımdı. (bu anda telefonuna zəng gəldi.)

-Gəlirəm, gəlirəm, narahat olmayın.

Mən yavaş-yavaş gedim, sabah bütün normal insanlar kimi işdə olmalıyam. Həm də nigaran qalmasınlar. Axı mən evin tək oğluyam (gülür)

sağ ol, səni də yordum.

-Xoş idi, ….(adını demək istədim)

-Adım Ruslandı

-Mənim də Azad

-Şad oldum.

Bu anda arxadan səs gəldi, mən arxaya baxandan sonra döndüm o isə artıq yoxuydu. Yavaş-yavaş maşına tərəf getdim, dayanacaqdakı 2 oğlanın mənə çox qəribə baxdığını gördüm. Mən onların yanından keçəndən sonra birinin-o birindən “dəliyə oxşamır, bu niyə öz-özünə danışırdı?”- deyə soruşduğunu eşitdim. Yerimdə donub, qaldım.

Joker

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Hekayeler posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share