13/02/2026
Prezident İlham Əliyevin yeni Sərəncamı ilə bütün pensiyalar 2025-ci il üzrə orta aylıq əməkhaqqının illik artım göstəricisinə uyğun olaraq bu il yanvarın 1-dən 9,3 faiz indeksləşdirilməklə artırılır. 📈
ℹ️ Pensiyaların indeksləşdirilərək artırılması bütün pensiyaçılara, yəni, 1,1 milyon pensiyaçıya şamil olunur və bu artımlar üçün illik əlavə 640 milyon manat vəsait ayrılıb.
📌 Sərəncamla fərdi hesablardakı pensiya kapitalları da istehlak qiymətləri indeksinin ötən il üzrə illik səviyyəsinə uyğun olaraq 5,6 faiz indeksləşdirilərək artırılır.
➡️ https://sosial.gov.az/az/media/xeberler/prezident-ilham-eliyevin-yeni-serencami-ile-pensiyalar-indekslesdirilerek-93-faiz-artirilir-8989