06/06/2024
🎨✨ Möhkəm daşlardan ifadəli obrazlara gedən yol. Bu gün Azərbaycan monumental heykəltaraşlığının ilk qadın nümayəndəsi, əməkdar rəssam Münəvvər Rzayevanın doğum günüdür. Psixoloji portret ustası olan heykəltaraş 100-ə yaxın müxtəlif heykəl, büst və barelyeflərin müəllifidir. Münəvvər xanım 1929-cu il iyun ayının 6-da Şuşa şəhərində xalça ustası Məcid kişinin ailəsində dünyaya göz açıb. O, 1950-ci ildə Ə.Əzimzadə adına rəssamlıq məktəbini, 1956-cı ildə isə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasının heykəltəraşlıq fakültəsini bitirmişdir.
Azərbaycan heykəltaraşlıq tarixində özünəməxsus yeri olan Münəvvər xanımın bir çox əsərləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşdirilib. Həmçinin, onun əsərləri Azərbaycan Milli İncəsənət Muzeyi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi, Ordubadi muzeyi, Siyəzən mədəniyyət evi və Bədii Fondda saxlanılır.
🌟🖌️