TvPress.Az

TvPress.Az Новостная страница, которая охватывает ежедневные события происходящие как в стране ,так и в мире.

04/11/2025
04/11/2025

İrlandiyada 24 oktyabr president seçkilərində anti-müharibə və anti-Atlantik mövqeyi ilə tanınan müstəqil namizəd 68 yaşlı Ketrin Konnolli (şəkildə) 63% səslə qalib gəldi. 2-ci yerdə qərar tutan rəqibi cəmi 29% səs toplaya bildi. Noyabrın 11-dən Konnolli vəzifəsinin icr...

“Azərbaycanda əsas problem erkən evlilik deyil, bu nadir halda baş verir. Problem gec evlənməkdir ki, bu milyonlarla olu...
04/11/2025

“Azərbaycanda əsas problem erkən evlilik deyil, bu nadir halda baş verir. Problem gec evlənməkdir ki, bu milyonlarla olur. Ən dəhşətli problem də budur”. Bu fikirləri Yenicag.az-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib.
Onun sözlərinə görə, Azərbaycanda evlənmə yaşı 30-u keçib:
“Bu dünyada ən yüksək rəqəmlərdən biridir. Bu həm də tamamilə qeyri təbii, qeyri bioloji, qeyri sağlam bir məsələdir. Gec evlənmək çox böyük problemlər yaradır. Milli genefondu məhv edir, uşaq doğumunu aşağı salır, uşaqların xəstə doğulmasına səbəb olur. Min illərdir insanlarımız 15-17 yaşında evlənib, heç bir problem olmayıb, sağlam, düzgün insanlar olub. Gec evlilik isə ailə institutunu dağıdır, əhalinin artımını azaldır, ailə qurulmasını çətinləşdirir”.

Sosioloq vurğulayıb ki, bu da əsasən sosial səbəblərdən ola bilər:

“Yoxsulluq, işsizlik, evsizlik və s. Bununla mübarizə aparsınlar. Azərbaycanın əsas problemlərini kənara qoyub az problem yaradacaq məsələləri qabardırlar. Belə məsələlərə ağıllı, məntiqli yanaşmaq lazımdır”.

Sosioloq son illər Azərbaycan cəmiyyətində erkən evliliyə qarşı aparılan mübarizə haqqında öz düşüncələrini bölüşərək onları sərt tənqid edib:

“Bu kimi problemlərə səbəb olan elə qanunun özüdür. Azərbaycan qanunları çox anormal şəkildə formalaşıb. Açıq şəkildə qanun 16 yaşdan etibarən hər bir qıza müxtəlif kişilərlə hər cür əxlaqsızlıq etməyə imkan verir. Bundan bir il sonra- 17 yaşda isə qanuni ailə qurub öz qanuni əri ilə cinsi münasibətdə olmağa icazə vermir. Bu paradoksdur, biabırçılıqdır. Bunun nəticəsi də bu kimi hallardır.
İnsanın yetkinlik yaşına çatması bioloji olaraq ortalama 14-15 yaş götürülür amma daha aşağı yaşlarda da bu təbii olaraq baş verir. Dünyanın əksər ölkələrində də evlənmə yaşı 15-16 yaş qəbul edilib, 14 yaşında evlənməyə icazə verən ölkələr də var. Bu təbii qanunlara uyğundur. Bizdə isə zorakı şəkildə 18 yaşa qaldırılıb, 17 yaşında evlənmək istəyən şəxslərin hüquqları əlindən alınıb ki, bu onun təbii, bioloji haqqıdır. Bunu da onlara Allah verib, orqanizmi də icazə verir ki, 15 yaşdan sonra o ana və ya ata olmaq hüququna malikdir. Elələri var ki, hərtərəfli buna hazırdır. Adamlar tanıyıram ki, 17 yaşında fiziki cəhətdən də güclüdür, ağıllıdır, psixologiyası da, savadı da yerindədir, ailə dəyərlərini də, məsuliyyətini də bilir. Onun hüququnu necə məhdudlaşdırmaq mümkündür, hansı məntiqlə? Bunun da nəticəsində belə hallar baş verir. Yalnız zorakı şəkildə baş verərsə qarışmaq olar. Əgər qız zorla satın alınarsa, kiminləsə zorla evləndirilərsə bu artıq qanun pozuntusudur. Başqa heç bir halda heç kim buna qarışa bilməz”.

Nurlan Cəfəri

04/11/2025

Bakıda 7 övladı olan qadın ailəsini atıb, evi tərk edib. Birinci elə bildim əri bezdirib, bu da hər şeyi geridə qoyub çıxıb gedib. Amma, əri danışdı tüklərim biz-biz oldu. Bu yaşa gəlmişəm hələ belə hal nə eşitmişəm, nə şahidi olmuşam. Qadın kişi evdə olmayanda 2 cavan oğlanı evə salırmış, onlar da elə uşaqların yanında (digər otaqda) bildiyiniz işlərlə məşğul olurmuşlar. Adamlar da narkomanmış, getdikcə qadını da narkotikə qurşandırıblar. Hətta elə olub ki, həmin şərəfsiz gədələr uşaqlara da sataşmaq istəyirmişlər. Vəziyyət o yerə çatıb ki, qadının videosu falan çəkilib, gədələr də bunu əllərində buna qarşı şantaj kimi istifadə edirmişlər. Bir müddət sonra qadın evi tərk edib. Bu bir ailə faciəsidi, mənəvi dəyərlər məhv olur, ailə institutları dağılır. Ailələrinizi, övladlarınızı qoruyun, ölkədə çox p*s şeylər baş verir.
Elmir Muradov

Address

Baku

Telephone

+994702900270

Alerts

Be the first to know and let us send you an email when TvPress.Az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to TvPress.Az:

Share

Category