14/10/2026
🎭 Eyni gün, iki fərqli mənzərə
🎬 12 oktyabr tarixində Heydər Əliyev Mərkəzində İkinci Qarabağ müharibəsinə həsr olunan “44” bədii filminin premyerası keçirilib.
🧕 Tədbirin sonunda “İndi isə səhnəyə bizim qəhrəmanları dəvət edirik!” elanı səsləndirilib. Həmin anda səhnəyə Vətən müharibəsi şəhidlərinin anaları dəvət olunublar. Onların bir çoxu hicablı qadınlar olub.
🪧 Maraqlıdır ki, elə həmin gün Azərbaycanda məktəblərdə hicab qadağasına etiraz aksiyaları keçirilib.
📚 Hicablı olduqları üçün məktəbə buraxılmayan şagirdlər və müəllimlər bu qadağaya qarşı birlikdə etiraz ediblər.
🇦🇿 Sizcə, iki fərqli mənzərənin səbəbi nədir?