1937.az

1937.az 1937.az saytı artıq yeni ünvanda: kult.az

Sultan II Bəyazidin zamanında Şah İsmayıl Osmanlı imperiyası ilə savaşa girməkdə maraqlı deyildi, ən azı o səbəbdən ki, ...
20/05/2025

Sultan II Bəyazidin zamanında Şah İsmayıl Osmanlı imperiyası ilə savaşa girməkdə maraqlı deyildi, ən azı o səbəbdən ki, Osmanlı taxt-tacının varisi şahzadə Əhməd özü də sufi-qızılbaş ideologiyasının ardıcılı, Xətainin mənsub olduğu Ərdəbil ocağının müridlərindən idi. Bunu onun Səfəvi dövlətindən sığınacaq istəyən oğlu Murad Şah İsmayıla yazdığı məktubda ayrıca vurğulayırdı. O zaman artıq Sultan Səlim Osmanlı taxtında çox qısa müddət oturandan sonra devrilmiş Sultan Əhmədi də, o biri qardaşı şahzadə Qorqudu da, üstəlik, onların övladlarının çoxunu da qətlə yetirmişdi, Əhmədin oğlu əmisinin təqibindən yayınmaq üçün Şah Xətaiyə pənah aparmağa məcbur olmuşdu.

Əgər Osmanlı tacı öz müridinin başına qoyulacaqdısa, Şah İsmayılın qonşu dövlətə qarşı savaş tədarükü görməsinə nə ehtiyac vardı? O dövrdə qızılbaş ideologiyası Anadolu ərazisində onsuz da populyar idi, Osmanlı xanədanlığının gözdən saldığı, məmurluğa, orduya yolunu bağladığı türkmən tayfaları Səfəvi torpaqlarına könüllü axışırdılar, oranı özlərinə cənnət bilirdilər. Bu axın elə bir təhlükəli həddə çatmışdı ki, Sultan Bəyazid türkmənlərin yolunu kəsmək üçün sərt tədbirlər görməyə məcbur olmuşdu. Bu da təəccüblü deyil, çünki insan işğalı torpaq işğalından daha təhlükəlidir. Şah İsmayıl eləyəcəkdisə, Osmanlı ərazisini yox, oradakı insanların beynini, qəlbini zəbt eləyəcəkdi, hətta bu proses bir xeyli irəliləmişdi artıq...

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

19/05/2025

1982-ci ildə ABŞ-ın Corciya ştatında Angela Cavallo adlı qadın ağlasığmaz bir şey edir. Onun oğlu köhnə Chevrolet Impala avtomobilinin altında təmir işləri görərkən qəfildən hidravlik domkrat qırılır. Çəkisi bir ton yarımdan çox olan avtomobil gurultu ilə oğlunun üzərinə düşür.

Səs-küyü eşidən Angela dərhal evdən çölə qaçır və yalın əlləri ilə maşını oğlunun üstündən qaldırır.Qonşular gəlib metalın altında qalan oğlunu xilas edənə qədər ana maşını havada saxlamağı bacarır.

O, nə idmançı, nə də bodibilder idi. İdman zallarına da heç vaxt getməzdi.
O, sadəcə ana idi.
Elm adamları bunu "hipermaternal reaksiya" adlandırırlar: ana instinktinin yaratdığı an, bədənə qeyri-adi adrenalin verir və bir neçə saniyə ərzində ona fövqəlbəşəri güc gəlir.

Bütün analar avtomobil qaldıra bilməsələr də, onların hər biri sizi öz bildiyi yol ilə xilas etmək gücünə malikdir.
Ona görə də onları qucaqlayın. Onlara zəng edin.Onları unutmayın.

Çünki əsl möcüzənin adı... Anadır...(C)

Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb. Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib....
14/02/2025

Evlərin maya dəyəri 3 dəfəyə yaxın artıb. Rəsmi məlumatlara əsasən, ötən il ərzində 20 min 149 ədəd yaşayış evi tikilib. Bu evlərin tikintisinə 2 milyard 572 milyon manat vəsait sərf olunub.

Hesablamalar göstərir ki, 2024-cü ildə ölkədə yaşayış evinin 1 kv. metrinə orta hesabla 1 089 manat xərclənib. Müqayisə üçün bildirək ki, 2023-cü ildə yaşayış evinin 1 kv. metrinə orta hesabla 387 manat, 2022-ci ildə 357 manat sərf olunub.

Publika.az xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, yaşayış evlərinin maya dəyərinin artmasına bir neçə amil təsir göstərib. Onlardan biri tikinti şirkətlərinin və ya sahibkarların qarşısına qoyulan tələblərdir. Bura vergi ödənişləri və s. xərclər daxildir. İkinci səbəb isə tikinti materiallarının qiymətindəki artımdır.

Cəmiyyət sədri qeyd edib ki, evlərin maya dəyərinin artması onun bazar qiymətinə də təsirsiz ötüşmür. Belə ki, yaşayış evinin 1 kv. metrinə xərclənən vəsait sonda toplanaraq bazar qiymətinin artmasına səbəb olur. Bu isə daşınmaz əmlak bazarında qiymət artımı ilə nəticələnir.

Vüqar Oruc onu da əlavə edib ki, bundan sonrakı dövr üçün də mənzil və evlərin qiymətində artım gözlənilir. Ümumilikdə isə 2025-ci il ərzində daşınmaz əmlak bazarında 15-20 faiz artım proqnozlaşdırılır.

🇦🇿⚡️🇦🇲 Azərbaycanlılar tikir, ermənilər sakitcə izləyir - Sərhəddən şok videoƏtraflı:
18/07/2024

🇦🇿⚡️🇦🇲 Azərbaycanlılar tikir, ermənilər sakitcə izləyir - Sərhəddən şok video

Ətraflı:

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

⚽️ Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.🇦🇿 Azərbaycanı bu turnirdə təmsil edən ...
18/07/2024

⚽️ Bu gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunları keçiriləcək.

🇦🇿 Azərbaycanı bu turnirdə təmsil edən “Zirə” də növbəti sınağına məhz bu gün çıxacaq. Azərbaycan təmsilçisi Moldovanın “Şerif” komandasını qəbul edəcək.

🕗 Matç 20:00 da start götürəcək

18/07/2024

🚨Bakıda avtomobil piyada keçidinə düşdü.

17/07/2024

Kirantsda yeni sərhəd belə görünür, divarın o biri tərəfində artıq Azərbaycan sərhədçiləri dayanır

‼️ ⚡️ Ukraynada müharibə bu tarixdə bitəcək, ardınca Cənubi Qafqaza... - Şok xəbərdarlıqƏtraflı:
17/07/2024

‼️ ⚡️ Ukraynada müharibə bu tarixdə bitəcək, ardınca Cənubi Qafqaza... - Şok xəbərdarlıq
Ətraflı:

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

16/07/2024

🇦🇿🥀 İtkin şəhidimiz İbrahim Vəlizadənin atası oğlunun şəkil çəkdirdiyi ərazidə

Xatırladaq ki, Azərbaycan Ordusunun leytenantı olan İbrahim Vəlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. İbrahim Vəlizadə sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşüb.

Müdafiə Nazirliyi tərəfindən rəsmi olaraq itkin düşən hərbi qulluqçu hesab olunmuşdur və onun tapılıb ailəsinə məlumat verilməsi üçün zəruri tədbirlər görülmüşdür, lakin uzunmüddətli axtarışlar nəticə vermədiyindən İbrahim Vəlizadəyə “şəhid” statusu verilmişdir.

Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək.Birinci təsnifat mərhələsinin "Linkoln" (Cəbüllütar...
16/07/2024

Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı rəqibi müəyyənləşəcək.

Birinci təsnifat mərhələsinin "Linkoln" (Cəbüllütariq) - "Hamrun" (Malta) cütünün qalibi ikinci raundda Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

‼️ Aşura qurbanına çevrilən uşaqlar: “Dinə xidmət” adı altında onlara görün hansı zülm edilirƏtraflı şərhdəki linkdə
16/07/2024

‼️ Aşura qurbanına çevrilən uşaqlar: “Dinə xidmət” adı altında onlara görün hansı zülm edilir

Ətraflı şərhdəki linkdə

🇦🇲⚡️ Nikol seçimini etdi: Qərbə qarşı hərəkətə keçir, Rusiya isə... - Şok detallarƏtraflı:
16/07/2024

🇦🇲⚡️ Nikol seçimini etdi: Qərbə qarşı hərəkətə keçir, Rusiya isə... - Şok detallar

Ətraflı:

Azərbaycan və dünyada baş verən hadisələr haqqında operativ xəbərləri fasiləsiz çatdırır. Xəbərlə bitmir, foto, video, peşəkar reportyor araşdırması, müəllif layihələri və əyləncə...

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when 1937.az posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to 1937.az:

Share