Azərbaycan müəllimi

Azərbaycan müəllimi Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mətbu orqanı “Azərbaycan müəllimi” qəzetininin rəsmi facebook səhifəsi.

Qəzet həftənin cümə günü nəşr edilir.

1934-cü il sentyabrın 2-də “ Kommunist maarifi” qəzeti nəşrə başladı. Qəzet “mədəni inqilab”ın əsas təbliğat vasitələrindən olmaqla respublikada milli elmi–pedaqoji kadrların formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilin inkişafında müstəsna rol oynayırdı. Sırf pedaqoji məsələlərə daha geniş yer ayırdığı üçün 1938-ci ildə qəzetin adı dəyişdiri

lərək “Müəllim qəzeti” adlandırıldı.
1946-cı ilin aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən nəşrə başlayan qəzet sonrakı illərdə də öz üslubuna, dəst-xəttinə, başlıcası isə məramına və amalına sadiq qalıb. Onu çoxminli oxucu auditoriyasına sevdirən də məhz bu keyfiyyətlərdir. Artıq 90 ildir ki, qəzet təhsil strategyası üzrə aparılan işlər və fəaliyyət, müəllimlərin metodiki yazıları, təhsil ekspertlərinin fikirləri, təhsil sahəsində aparılan islahatlar haqqında mütəzəm olaraq öz oxucularını məlumatlandırır. Qəzetə abunə olmaq istəyənlər "Azərmətbuat yayım", "Kaspi" və “Qaya” Mətbuat yayımlarının abunə şöbəsinə zəng vurub abunə ola bilərlər. Qəzetin internet saytı oxucu auditoriyasının daha da genişlənməsinə, pedaqoji maarifçilik, təhsil islahatlarının ictimaiyyətə çatdırılması işinin səmərəliliyinin artırılmasına müsbət təsir göstərir.

Azərbaycan Respublikasının Təhsil İnstitutu məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin diaqnostik qiymətləndirmə çər...
24/09/2025

Azərbaycan Respublikasının Təhsil İnstitutu məktəbəqədər təhsil müəssisələri rəhbərlərinin diaqnostik qiymətləndirmə çərçivəsini təqdim edib.

Ətraflı: muallim.edu.az/news/68d3a4615845f5b88e2d5aa9

2025-ci il 23 sentyabr tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçilər...
24/09/2025

2025-ci il 23 sentyabr tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrinin ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib.

Ətraflı: muallim.edu.az/news/68d3c16cf94672164c7b36cd

“Özbəkistanda bütün qadınların magistr və doktorantura pillələrində təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi ilə ...
24/09/2025

“Özbəkistanda bütün qadınların magistr və doktorantura pillələrində təhsil xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı təşəbbüs nəzərdən keçirilir”.

Bu fikirləri Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”ndə “Universitetlər necə sosial innovasiyaya ilham verir?” adlı panel müzakirə zamanı Yeni Özbəkistan Universitetinin akademik işlər üzrə birinci vitse-rektoru Bahodir Əhmədov deyib.

Ətraflı: muallim.edu.az/news/68d3b8d565f7798e6b85d435

🌎📚İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı “Bir baxışda təhsil” (Education at a Glance 2025) illik hesabatını təqdim edi...
24/09/2025

🌎📚İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı “Bir baxışda təhsil” (Education at a Glance 2025) illik hesabatını təqdim edib.

Ətraflı: muallim.edu.az/news/68d3a90f993da5bc157279f3

"“THE Avrasiya Universitetləri Sammiti” çərçivəsində bir çox universitetlərlə əlaqələr rəsmiləşdiriləcək".Bunu Elm və Al...
24/09/2025

"“THE Avrasiya Universitetləri Sammiti” çərçivəsində bir çox universitetlərlə əlaqələr rəsmiləşdiriləcək".

Bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlamasında deyib.

Ətraflı: muallim.edu.az/news/68d3ac56993da5bc157283ef

"Oktyabr ayında “World University Rankings”in növbəti mərhələsi formalaşdırılacaq və gözləntilərə görə, bizim universite...
24/09/2025

"Oktyabr ayında “World University Rankings”in növbəti mərhələsi formalaşdırılacaq və gözləntilərə görə, bizim universitetlərimizin sayı burada iki dəfə artacaq. Əvvəlcə sıfır idisə, keçən il iki universitetimiz reytinqdə yer aldı. Bu il isə daha da artım gözlənilir”.

Bunu Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova jurnalistlərə açıqlaması zamanı deyib.

Ətraflı: muallim.edu.az/news/68d3ae6b993da5bc15728ae6

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki iki məktəbdə yeni təmayül tədris modelinin  ...
24/09/2025

2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki iki məktəbdə yeni təmayül tədris modelinin tətbiqinə başlanıb.

Ətraflı: muallim.edu.az/news/68d3a0bf993da5bc15725f78

Prezident İlham Əliyev Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda B...
24/09/2025

Prezident İlham Əliyev Bakıda keçirilən “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Ətraflı: muallim.edu.az/news/68d39db36bb33181e2acf7e4

"  regionu mövcud fundamental elm sahəsində böyük potensiala malikdir, lakin mürəkkəb   problemlər aparılan fundamental ...
24/09/2025

" regionu mövcud fundamental elm sahəsində böyük potensiala malikdir, lakin mürəkkəb problemlər aparılan fundamental elmi-tədqiqatlarla həll olunmur. Buradakı möhtəşəm istedadları istifadə edərək, bu problemləri həll edə biləcək sahələrarası tədqiqatlar yaratmaq vacibdir".

Bu fikirləri Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”nin açılış mərasimində Böyük Britaniyanın Vorvik Universitetinin (University of Warwick) strateji inkişaf direktoru Karet Roberts səsləndirib.

Ətraflı: muallim.edu.az/news/68d39f725845f5b88e2d4b57

"Transmilli tədqiqat qlobal miqyasda biliklərə ədalətli çıxışın təmin olunmasına və yeni həllərin tapılmasına mühüm töhf...
24/09/2025

"Transmilli tədqiqat qlobal miqyasda biliklərə ədalətli çıxışın təmin olunmasına və yeni həllərin tapılmasına mühüm töhfə verəcək".

Bunu Con fon Neyman Universitetinin (John von Neumann University) Müşahidə Şurasının sədri Norbert Csizmadia Bakıda keçirilən “THE Avrasiya Universitetləri Sammiti”ndə beynəlxalq tədqiqat əməkdaşlığına həsr olunmuş çıxışında deyib.

Ətraflı: muallim.edu.az/news/68d3996ff94672164c7abdae

“Dünyanın nüfuzlu universitetlərində oxuyan tələbələrimizin sayı olduqca çoxdur. Ölkəmizdə universitet məzunlarının sayı...
24/09/2025

“Dünyanın nüfuzlu universitetlərində oxuyan tələbələrimizin sayı olduqca çoxdur. Ölkəmizdə universitet məzunlarının sayı demək olar ki, maksimum səviyyədədir. Bəzi sosial göstəricilər də göstərir ki, tələbələrimizin çoxu nüfuzlu xarici universitetlərdə təhsil almaq istəyir. Hesab edirəm ki, tələbə mübadiləsini artırmalıyıq".

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev Bakıda keçirilən “ Avrasiya Universitetləri Sammiti”nin açılış mərasimində səsləndirilib.

Ətraflı: muallim.edu.az/news/68d394e55845f5b88e2d27cc

📌Məlumat üçün bildiririk ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil...
24/09/2025

📌Məlumat üçün bildiririk ki, 11 mart 2025-ci il tarixində Lənkəran rayonu M.Qarayev adına Zövlə kənd tam orta ümumtəhsil məktəbinin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqov tərəfindən şagirdə və kiçik xidmətedici işçisinə fiziki zorakılıq davranışı iddiası əsasında Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb.

‼️Bildirilib ki, təlim-tədris prosesi zamanı belə halların yolverilməzliyi nəzərə alınaraq, 17 aprel 2025-ci il tarixində məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı Qurban Sadıqovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

Ətraflı: muallim.edu.az/news/68d3903b310eb6e97f1c780d

Address

Fətəli Xan Xoyski 109, Azərbaycan Respublikası Təhsil İnstitutunun Təhsil Texnologiyaları Mərkəzi
Baku
AZ-1100

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Website

https://linktr.ee/muallim.edu.az

Alerts

Be the first to know and let us send you an email when Azərbaycan müəllimi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category