Doktorinfo.AZ

Doktorinfo.AZ Doktorinfo.az Həkim xəstliklər və müalicələr barədə məlumatlar

Rusiyalı terapevt Svetlana Kanevskaya payız aylarında vitamin C və digər əlavələrin soyuqdəymədən qorumaq gücünü təkzib ...
19/09/2025

Rusiyalı terapevt Svetlana Kanevskaya payız aylarında vitamin C və digər əlavələrin soyuqdəymədən qorumaq gücünü təkzib edib.

Onun sözlərinə görə askorbin turşusunu yüksək dozada qəbul etmək nə xəstəliyin qarşısını alır, nə də gedişatını yüngülləşdirir.

Mütəxəssis bildirib ki, artıq qəbul edilən vitaminlər orqanizmdən xaric olunur, bəzən isə qaraciyər və böyrəklərə yük salaraq sağlamlığa zərər vurur. Xüsusilə böyrəyində daş olan şəxslər üçün vitamin C-nin həddindən artıq qəbulu təhlükəlidir, çünki orqanizmdə oksalat kristallarının yaranmasına səbəb ola bilər.

Kanevskayanın sözlərinə görə immuniteti gücləndirməyin əsas yolu düzgün yuxu, balanslı qidalanma, fiziki aktivlik və stressin idarə olunmasıdır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin həkim-stomatoloqu Güney Həsənova izah edib.O bild...
19/09/2025

Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin həkim-stomatoloqu Güney Həsənova izah edib.

O bildirib ki, uşaqlarda qastrit, tonzillit (angina) kimi xroniki xəstəliklər ağızdan qoxunun gəlməsinə səbəb ola bilər:

"Sarımsaq, soğan və bəzi ədviyyatların çox qəbulu halitoza səbəb olur. Əgər uşaq ortodontik aparat istifadə edirsə, onların yaxşı təmizlənməməsi də halitoz yaradır. Pəhrizə də diqqət edilməli, şirin, turş və ədviyyatlı qidaları nəzarətdə saxlamalıdır. Əgər qoxu keçmirsə, bu zaman mütləq diş həkiminə müraciət etməlidir".

Həkim-stomatoloq eyni zamanda uşaqların dişlərini qıcamasının (bruksizm) qurd xəstəliyinin əlaməti olmadığına da diqqət çəkib:

"Bu, 3-6 yaş aralığında olan uşaqlarda normaldır. Uşaq ağız və çənə sistemini bir-birinə uyğunlaşdırmağa çalışır. Bu, süd dişləri olan zaman təbii və keçici haldır. 10 yaşından sonra bu hal davam edirsə, stomatoloqa müraciət etmək lazımdır. Gecə taxmaq üçün nəzərdə tutulan xüsusi aparatlar bu dövrdə lazım deyil. Valideynlər uşağı müşahidə etməli, amma narahat olmamalıdır. Əgər bu vəziyyət daimi dişlər çıxdıqdan sonra da davam edirsə, stomatoloqa müraciət etmək məsləhətdir. Həmçinin, uşaqda stres, yuxu pozuntusu və ya gündəlik gərginlik hiss olunursa, uşaq psixoloqu ilə məsləhətləşmək faydalı ola bilər".

Dəmir çatışmazlığının 8 əsas əlamətini təqdim edir:▪️Buz və ya təbaşir yemək istəyi:Bu hal qəribə gələ bilər, amma bu hə...
19/09/2025

Dəmir çatışmazlığının 8 əsas əlamətini təqdim edir:

▪️Buz və ya təbaşir yemək istəyi:
Bu hal qəribə gələ bilər, amma bu həmin adamın bədənində dəmir çatışmazlığını göstərən ilkin əlamətdir.

▪️Soyuq əl və ayaqlar:
Bu birbaşa dəmir əskikliyinə aiddir və isti havalarda belə əl-ayaqlarınız buz kimi ola bilər.

▪️Tez-tez başağrısı və baş fırlanması:
Beyinə daha az oksigen getməsi xüsusilə ayağa qalxanda baş ağrılarını və baş fırlanmasını artıra bilər.

▪️Özünü həmişə yorğun hiss etmək:
Kifayət qədər yatmağınıza baxmayaraq özünüzü hələ də yorğun hiss edirsinizsə, mütləq bədəndə dəmiri yoxlatmalısınız.

▪️Dırnaqların qırılması:
Dırnaqlarınız tez-tez qırılırsa və qaşıq formasındadırsa, o zaman bədəninizin dəmirə ehtiyacı var.

▪️Saç tökülməsi:
Əgər saçlarınız həddindən artıq tökülürsə, saç dəriniz yetəri qədər oksigenlə qidalanmır.

▪️Yorğun üz və gözaltı şişlər:
Bunlar dəmir əskikliyindən xəbər verir. Qanda oksigen çatışmır. Bu da dəmir əskikliyindən olur və yorğun görünürsünüz.

▪️Gecə yatanda ayaqlarınız sizi narahat edirsə:
Ayaqlarınızda sizi narahat edən hərəkətlər olarsa bu dəmir çatışmazlığı səbəbindəndir.

Mütəxəssislərin fikrincə, uşaqların zəkasının inkişafında genetik amillər və mühit təsirləri mühüm rol oynayır. Araşdırm...
18/09/2025

Mütəxəssislərin fikrincə, uşaqların zəkasının inkişafında genetik amillər və mühit təsirləri mühüm rol oynayır. Araşdırmalar göstərir ki, zəkanın ötürülməsində ana genləri daha aktivdir. Bu səbəbdən uşağın intellektual potensialının əsas baza hissəsi məhz anadan gəlir.

Anaların rolu niyə güclüdür?

Hamiləlik dövrü – Ananın sağlam qidalanması və psixoloji vəziyyəti birbaşa uşağın beyin inkişafına təsir edir.
İlk illərdə bağ – Ana ilə uşaq arasındakı emosional yaxınlıq və ünsiyyət dil, hafizə və düşünmə qabiliyyətini gücləndirir.
Tərbiyə və təhsil – Uşağa oxumağı öyrətmək, oyunlar vasitəsilə öyrətmək və maraq oyatmaq anaların əsas təsir yollarıdır.
Genetik faktor – Elmi araşdırmalar IQ ilə bağlı genlərin çoxunun “X xromosomu”nda yerləşdiyini göstərir, bu da ananın təsirini artırır.

Son illərdə yuxu pozğunluqlarından şikayət edənlərin sayı artıb. Xüsusilə də gecə tez-tez oyanmaq insanın həm psixoloji,...
18/09/2025

Son illərdə yuxu pozğunluqlarından şikayət edənlərin sayı artıb. Xüsusilə də gecə tez-tez oyanmaq insanın həm psixoloji, həm də fiziki sağlamlığına mənfi təsir göstərir.

Əsas səbəblər:

Stress və narahatlıq – Beyin gecə də rahatlanmır, tez oyanmağa səbəb olur.
Yatmazdan öncə telefon, televizor – Ekran işığı melatonin hormonunu azaldır.
Həddindən artıq çay, qəhvə – Kofein yuxunun dərin fazasına keçməyə mane olur.
Yuxu apnesi – Gecə nəfəsin dayanması tez-tez oyanmalara gətirir.
Nevroloji və psixoloji problemlər – Depressiya və panik pozuntularla sıx bağlıdır.

Nevroloqun məsləhətləri:

✅ Yatmazdan ən azı 2 saat əvvəl telefon, TV və kompüteri kənara qoyun.
✅ Axşam çay, qəhvə və enerji içkilərindən uzaq durun.
✅ Gecəyarısı ac qalma hissi üçün yüngül, sağlam qəlyanaltı (qatıq, alma) kifayətdir.
✅ Gündüz fiziki aktiv olun, amma yatmazdan əvvəl ağır idmandan qaçın.
✅ Əgər yuxusuzluq 2 həftədən çox davam edirsə, həkimə müraciət edin.

Harvard Universitetində aparılan araşdırmaya görə, kartofun hazırlanma üsulu tip 2 diabet (T2D) riskinə təsir edə bilər....
18/09/2025

Harvard Universitetində aparılan araşdırmaya görə, kartofun hazırlanma üsulu tip 2 diabet (T2D) riskinə təsir edə bilər.

30 ildən çox müddətdə 205 mindən çox insanın pəhrizləri izlənilib və məlum olub ki, kartof qızartması yeyənlərdə T2D riski 20 faiz yüksəkdir.

Kartofun bişmiş, qaynadılmış və püre formaları isə bu risklə əlaqələndirilməyib.

Araşdırma göstərib ki, kartofun əvəzinə tam taxıllardan (çörək, makaron və s.) istifadə etmək diabet riskini azalda bilər. Məsələn, kartof qızartmasının tam taxıllarla əvəzlənməsi riski 19 faiz azaldır.

Tədqiqatçılar bildiriblər ki, kiçik pəhriz dəyişikliklərinin insanların sağlamlığına böyük təsir göstərməsi mümkündür.

Payızda qışa hazırlıq üçün hər evdə müxtəlif turşular, mürəbbələr, şirniyyat və tərəvəz konservləri hazırlanır. Amma düz...
17/09/2025

Payızda qışa hazırlıq üçün hər evdə müxtəlif turşular, mürəbbələr, şirniyyat və tərəvəz konservləri hazırlanır. Amma düzgün sterilizasiya olunmamış bankalar sağlamlıq üçün böyük risk daşıyır.

Əsas təhlükələr:

❌ Botulizm – ən qorxulu zəhərlənmədir, sinir sisteminə təsir edir
❌ Küf və bakteriyalar – düzgün qapaqlanmayan bankalarda sürətlə artır.
❌ Çox duz və sirkə – mədə-bağırsaq sisteminə zərər verə bilər.

Özünüzü necə qorumalı?

✅ Bankaları və qapaqları yaxşıca sterilizasiya edin.
✅ Konserv hazırlayanda təmiz məhsul və keyfiyyətli duz/sirkədən istifadə edin.
✅ Şişmiş, qapağı açılarkən partlayan və ya qoxusu dəyişmiş bankaları qətiyyən yeməyin.
✅ Konservləri sərin və qaranlıq yerdə saxlayın.

İmmuniteti gücləndirir – C vitamini boldur, soyuqdəymə və qripə qarşı qoruyur.Qanı təmizləyir – Qan dövranını yaxşılaşdı...
17/09/2025

İmmuniteti gücləndirir – C vitamini boldur, soyuqdəymə və qripə qarşı qoruyur.

Qanı təmizləyir – Qan dövranını yaxşılaşdırır, təzyiqi nizamlayır.

Sidik yolları üçün faydalıdır – İnfeksiyaların qarşısını alır, böyrəklərə dəstək olur.

Mədə-bağırsağa kömək edir – İshalı azaldır, həzmi yüngülləşdirir.

Şəkəri salır – Qanda şəkərin tənzimlənməsinə yardımçı ola bilər.

Antioksidantla zəngindir – Orqanizmi yaşlanmaya və xərçəng riskinə qarşı qoruyur.

Diş və diş ətləri üçün faydalıdır – Təbii antibakterial təsiri var.

Tərləməni azaldır – Xalq təbabətində çox vaxt tərləməyə qarşı istifadə olunub.

Yüksək qan təzyiqi bir çox insanın sağlamlığını təhdid edən ciddi problem olaraq qalır. Ancaq düzgün qidalanma ilə təzyi...
17/09/2025

Yüksək qan təzyiqi bir çox insanın sağlamlığını təhdid edən ciddi problem olaraq qalır. Ancaq düzgün qidalanma ilə təzyiqi nəzarətdə saxlamaq mümkündür.

Mütəxəssislər qan təzyiqini aşağı salmağa kömək edən təbii qidaları açıqlayıblar.

Birinci yerdə yaşıl tərəvəzlər dayanır. İspanaq, kələm kimi tərəvəzlərdə olan kalium natriumu balanslayaraq damarların genişlənməsini təmin edir.

Yerkökü — tərkibindəki antioksidantlarla qan damarlarını qoruyur və təzyiqi azaldır.
Qoz-fındıq və badam — sağlam yağlar və maqnezium qaynağı olaraq ürək-damar sistemini dəstəkləyir.
Yunan qatığı — kalium və kalsium zəngini olması ilə qan təzyiqini tənzimləyir.
Alma — lif və antioksidantlarla zəngindir, damar elastikliyini artırır.
Qara şokolad — tünd şokoladda olan flavonoidlər təzyiqi aşağı salır, lakin miqdara diqqət vacibdir.
Sarımsaq — təbii qan damarlarını genişləndirici xüsusiyyətə malikdir və təzyiqi azaldır.
Balıq — xüsusilə omega-3 yağ turşuları ilə zəngin olan somon kimi növlər ürək sağlamlığını dəstəkləyir.

Mütəxəssislər həmçinin duz istifadəsini azaltmağı və balanslı qidalanmağı tövsiyə edir. Bu sadə qidalarla sağlam həyat tərzi quraraq qan təzyiqini effektiv şəkildə idarə etmək mümkündür.

Arıqlamaq üçün ən ideal üsullardan biri də darçınlı sudur. Pəhrizlə birgə bir həftə darçınlı su içsəniz 5 kiloqrama yaxı...
16/09/2025

Arıqlamaq üçün ən ideal üsullardan biri də darçınlı sudur. Pəhrizlə birgə bir həftə darçınlı su içsəniz 5 kiloqrama yaxın çəki ata bilərsiniz.

Bu möhtəşəm içkinin hazırlanmasını təqdim edir:

Bir stəkan suyu qaynadın. Daha sonra içinə bir çay qaşığı darçın əlavə edin. Mayeni ilıq halda yeməkdən əvvəl qəbul edin.

Qeyd edək ki, darçını qatığa da əlavə edərək yeyə bilərsiniz. Bu da eyni qaydada sizə arıqlamağa kömək edəcək.

Limon mətbəxdə təkcə yeməklərə dad vermək üçün yox, həm də bir çox praktik məqsədlər üçün istifadə oluna bilər.Bunun üçü...
16/09/2025

Limon mətbəxdə təkcə yeməklərə dad vermək üçün yox, həm də bir çox praktik məqsədlər üçün istifadə oluna bilər.

Bunun üçün nümunələri təqdim edir:

Qoxu aradan qaldırmaq üçün - Balıq, soğan və ya sarımsaq doğradıqdan sonra əlləri limonla ovmaq qoxunu aparır.

Kəsici taxtanı təmizləmək üçün - Taxtanın üzərinə duz səpib yarım limonla ovmaq həm mikrobları öldürür, həm də ləkələri aparır.

Soyuducudakı qoxunu götürmək üçün - Bir kasa suya limon dilimləri qoyub soyuducuya yerləşdirmək qoxunu neytrallaşdırır.

Qazan və tavalardakı pas və qaralmanı təmizləmək üçün - Limon suyu və çörək sodası qarışığı ilə ovmaq.

Meyvə və tərəvəzlərin qaralmasının qarşısını almaq üçün - Kəsilmiş almaları, armudları və avokadonu limonlu suda saxlamaq.

Çaydanın içindəki əhəng daşını təmizləmək üçün - Çaydanı su və limon dilimləri ilə qaynatmaq.

Yağlı ləkələri aparmaq üçün - Limon suyu yağlı səthləri təmizləməkdə kömək edir.

Payız gələndə rütubət, soyuma və viruslar da artır. Bədənin müqavimətini gücləndirmək üçün mətbəxində bunlara üstünlük v...
16/09/2025

Payız gələndə rütubət, soyuma və viruslar da artır. Bədənin müqavimətini gücləndirmək üçün mətbəxində bunlara üstünlük ver:

Balqabaq — A və C vitamini ilə zəngindir, göz və dəri üçün faydalıdır. Şorba və ya püre kimi istifadə et, həm də tünd rəngi antioksidant işarəsidir.

Alma və armud — Lif və antioksidantlara malikdir, həzmə kömək edir və immuniteti dəstəkləyir. Səhərə yulafla qarışdır.

Nar — Güclü antioksidant və ürək-dostu. Salatlara əlavə et və ya qatıqla birlikdə yeyə bilərsən.

Qoz-fındıq (xüsusən qoz) — Omeqa-3 və vitamin E qaynağıdır; iltihabı azaldır. Ara yemək üçün ideal.

Kök və çuğundur — Beta-karoten və folat baxımından zəngin, qan dövranını və immun sistemi dəstəkləyir. Sobada bişmiş tərəvəz kimi mükəmməl.

Sarımsaq və soğan — Təbii antibakterial və antiviral təsirə malikdir; soyuqdəymə dövründə çox faydalıdır. Yeməklərə bolca əlavə et.

Yoqurt / kefir — Probiyotiklərlə zəngindir, bağırsaq florasını qoruyur; immunitetin 70%-i bağırsaqda formalaşır.

Bal və zəncəfil — İltihaba qarşı, boğaz üçün sakitləşdiricidir. İsti limonlu suya zəncəfil və bal əlavə edib iç.

Turunçgil (limon, portağal) — C vitamini ilə immuniteti gücləndirir. Sərin günlərdə isti limonlu su yaxşıdır.

Yaşıl çay və bitki çayları (ətri, kəklikotu, adaçayı) — Antioksidantlar və rahatladıcı təsir; soyuq günlər üçün ideal içkilərdir.

Address

Baku
1040

Alerts

Be the first to know and let us send you an email when Doktorinfo.AZ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share