Azerbaijan News24

Directions Website Contact the business

Azerbaijan News24 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azerbaijan News24, Media/News Company, Baku. Nobel Avenue, 15, Baku.

Ağdərə rayonunun Həsənriz kəndində mina təhlükəsinə dair maarifləndirmə sessiyaları keçirilibAzərbaycan Respublikası Qaç...
08/10/2026

Ağdərə rayonunun Həsənriz kəndində mina təhlükəsinə dair maarifləndirmə sessiyaları keçirilib

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) əməkdaşlığı çərçivəsində doğma yurda qayıdan Ağdərə rayonunun Həsənriz kənd sakinləri arasında mina və partlamamış hərbi sursatların (PHS) yaratdığı təhlükələrə dair maarifləndirmə sessiyaları keçirilib.

“Qapı-qapı” formatında təşkil olunan sessiyalar çərçivəsində 128 maarifləndirmə sessiyası keçirilib, 124 qadın və 256 kişi olmaqla, ümumilikdə 380 nəfər mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə məlumatlandırılıb.

Maarifləndirmə tədbirlərinin əsas məqsədi doğma yurda qayıdan sakinlər arasında mina və partlamamış hərbi sursatlarla bağlı məlumatlılığın artırılması, təhlükəsiz davranış qaydalarının təşviqi və mümkün risklərin minimuma endirilməsindən ibarət olub.
Sessiyalar zamanı könüllülər sakinlərə mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr, təhlükəli ərazilərin tanınması, qadağanedici, xəbərdaredici və məlumatlandırıcı nişanların mahiyyəti, habelə təhlükəli hallarla qarşılaşdıqda riayət edilməli davranış qaydaları barədə ətraflı məlumat veriblər. Eyni zamanda, aidiyyəti dövlət qurumları və əlaqə vasitələri barədə məlumat təqdim olunub, mövzu üzrə hazırlanmış maarifləndirici broşürlər sakinlərə paylanılıb və onların sualları cavablandırılıb.

Tədbirlərin həyata keçirilməsi zamanı aidiyyəti yerli qurumlarla zəruri koordinasiya təmin olunub, könüllülərin fəaliyyətinin səmərəli təşkili üçün müvafiq şərait yaradılıb.

Sessiyalarda iştirak edən sakinlər bu cür maarifləndirici tədbirlərin doğma yurda qayıdan əhali arasında mina təhlükəsi ilə bağlı məlumatlılığın artırılması, təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və mümkün risklərin qarşısının alınması baxımından əhəmiyyətini vurğulayıblar.

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıbİşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində bu g...
08/10/2026

Cəbrayılda mina partlayıb, 1 nəfər xəsarət alıb

İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Dağmaşanlı kəndi ərazisində bu gün mina partlayışı hadisəsi baş verib.

Bu barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (DİN), Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, 2000-ci il təvəllüdlü Cəbrayıl rayon sakini Orxan Əşrəf oğlu Qəhrəmanov minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Orxan Qəhrəmanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblə...
08/10/2026

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Oktyabrın 8-də Ermənistanın Gorus şəhərində Azərbaycan Respublikasının və Ermənistan Respublikasının müvafiq strukturlarının nümayəndələri arasında TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişi məsələlərinə həsr olunmuş texniki görüş keçirilib.

Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə edib, həmçinin bu istiqamətin müvafiq aspektləri üzrə fikir mübadiləsi aparıblar.

Müvafiq qurumlar arasında əlaqələndirmə məsələlərinə və işlərin irəli aparılması üçün tələb olunan növbəti addımlara xüsusi diqqət yetirilib.

Beynəlxalq səyyahlar ŞuşadaDünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun təxminən 40 nəfərlik h...
08/10/2026

Beynəlxalq səyyahlar Şuşada

Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun təxminən 40 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfəri çərçivəsində Şuşa şəhəri ilə tanış olub. On üç ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir.

Səyyahlar əvvəlcə Şuşa şəhərinin mərkəzi meydanında Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinə baxıblar. Qonaqlara Şuşa şəhəri, onun işğal dövründəki vəziyyəti və burada həyata keçirilən yenidənqurma işləri barədə məlumat verilib.

Bildirilib ki, otuz illik işğal dövründə Şuşa şəhərindəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şəhər işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Səyyahlar sonra Aşağı Gövhər Ağa məscidi, Sadıqcanın ev muzeyi, Xurşidbanu Natəvanın evi, Xan qızı bulağı olan ərazi və qala divarları ilə tanış olublar.

Sonda Cıdır düzünə gələn səyyahlar buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Bu, dünyanın əsas səyyah klublarının 2021-2026-cı illərdə Qarabağ və Şərqi Zəngəzura qrup şəklində 17-ci səfəridir. Belə səfərlər səyyahlara işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmağa imkan yaradır.

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış ü...
08/10/2026

Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb

2026-cı ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində Xüsusi Təyinatlı Qüvvələrin N hərbi hissəsində bir qrup hərbi vəzifəlilərin cəlb olunması ilə keçirilən növbəti təlim toplanışı başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, plana uyğun olaraq hərbi hissəyə qəbul edilən hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər zəruri təminat vasitələri ilə təmin olunublar.

Sonra toplanışın başlanması ilə əlaqədar təntənəli mərasim keçirilib. Tədbirdə toplanışın məqsədi iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, bu cür tədbirlər ehtiyatda olanların hərbi hazırlığının və nəzəri biliklərinin artırılması, eləcə də praktiki vərdişlərinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Tədbir hərbi vəzifəlilərin təntənəli marşla tribuna önündən keçidi ilə başa çatıb.
Daha sonra tədris proqramına uyğun olaraq toplanışa cəlb edilən şəxsi heyətə Azərbaycan Ordusunun arsenalında olan müasir silah və texnikalar barədə ətraflı məlumatlar verilib.
Qeyd edək ki, toplanış müddətində hərbi vəzifəlilərə müasir döyüşaparma və özünümüdafiə üsulları öyrədiləcək, həmçinin real döyüş şəraitinə uyğunlaşdırılmış taktiki və digər hazırlıqlar üzrə nəzəri-praktiki məşğələlər keçiriləcək.

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olubQəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunda ilk mər...
08/10/2026

Qəbələ-Xankəndi Ultramarafonunda ilk mərhələnin qalibi bəlli olub

Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunda ilk mərhələyə yekun vurulub.

Ultramarafon iştirakçıları Qəbələdən Ağdaşadək 52.5 kilometr məsafə qət ediblər.

İlk mərhələnin qalibi gürcüstanlı David Xarazişvili olub. İkinci yeri litvalı Andrey Yeqorov, üçüncü yeri isə gürcüstanlı İrakli Canaşia tutub.

Yarışda 6 ölkədən 97 atlet iştirak edir.

Bundan sonra Ağdaş–Bərdə (65 kilometr), Bərdə–Ağdam (44 kilometr) və Ağdam–Xankəndi (28 kilometr) mərhələləri olacaq.

Qeyd edək ki, Xankəndi Ultramarafonu ilk dəfə 2024-cü ildə Xankəndi–Bakı marşrutu üzrə təşkil olunub. 380 kilometrlik məsafəni əhatə edən yarışda dörd ölkədən 64 atlet iştirak edib. 2025-ci ildə isə ultramarafon Qəbələ–Xankəndi marşrutu üzrə keçirilib və yarışa altı ölkədən 81 atlet qatılıb.

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblərDünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun...
08/10/2026

Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər

Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veleyin (Charles Veley) rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzura səfərə gələn beynəlxalq səyyahlar ilk olaraq Xocavənd rayonundakı qədim yaşayış məskəni olan Azıx mağarasını ziyarət ediblər.

Səfərin ilk dayanacaq məntəqəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Nihad Rəhimli qonaqlara mağara haqqında ətraflı məlumat verib. Bildirilib ki, Xocavənd rayonunda yerləşən Azıx mağarası Cənubi Qafqazın ən böyük əhəngdaşı mağarası və Avrasiyanın ən qədim insan məskənlərindən biridir.

1960-cı ildən arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində burada ümumi qalınlığı 14,5 metr olan 10 mədəni təbəqə, minlərlə daş alət və fauna qalığı aşkar edilib. Mağarada insan məskunlaşmasının izləri təxminən 1,2 milyon il əvvələ aid olunur. 1968-ci ildə tapılan və 300–400 min il əvvələ aid edilən qədim insanın (Azıxantrop) alt çənə sümüyü fraqmenti, habelə 700–500 min illik daş divarla əhatələnmiş ocaq xüsusi elmi əhəmiyyət daşıyır. Mağara 2021-ci ildə Tağlar mağarası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına (Tentative List) daxil edilib.

Diqqətə çatdırılıb ki, işğal dövründə – 2002-ci ildən etibarən mağarada Ermənistan arxeoloqları tərəfindən xarici tədqiqatçıların iştirakı ilə Azərbaycanın razılığı olmadan qanunsuz qazıntılar aparılıb, əldə olunan tapıntılar Ermənistana daşınıb. Bu qanunsuz əməllər 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il İkinci Protokolunun və Arxeoloji irsin qorunması haqqında 1992-ci il Avropa Konvensiyasının tələblərinə ziddir.

Hazırda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leybnits Arxeologiya Mərkəzi (LEIZA) arasında imzalanmış memorandum əsasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası artıq üçüncü ildir ki, tədqiqatları davam etdirir. Ekspedisiyada Azərbaycan və Almaniya ilə yanaşı daha 10 ölkədən mütəxəssislər iştirak edir. Mağaranın ikinci girişində (Azıx 2) əvvəllər məlum olmayan geniş qalereya aşkar olunub, 2025-ci ildə III təbəqədən götürülmüş nümunələr OSL (Optik Stimullaşdırılmış Lüminessensiya) üsulu ilə təxminən 300 min il əvvələ aid edilib.

Qeyd edək ki, budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və s.) 40-a yaxın nümayəndə daxildir. Səfər proqramına Azərbaycanın qədim tarixini özündə əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.

Bu, dünyanın əsas səyyah klublarının 2021–2026-cı illər ərzində Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil olunan 17-ci səfəridir. Belə səfərlər beynəlxalq heyətlərə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmaq imkanı yaradır.

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcəkÇini X...
08/10/2026

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək

Çini Xəzər dənizi vasitəsilə və daha sonra Avropa bazarları ilə birləşdirən genişmiqyaslı avtomobil yolu layihəsinin həyata keçirilməsinə başlanılır. Əminəm ki, Qazaxıstanın nəqliyyat infrastrukturunun genişmiqyaslı modernləşdirilməsi bütün regionun tranzit rolunun artırılmasına töhfə verəcək.

Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafına xüsusi əhəmiyyət verilir. Nəqliyyat infrastrukturumuz onun uğurunu əyani şəkildə nümayiş etdirir. Bu, bizim tez-tez Orta Dəhliz adlandırdığımız marşrutdur.

Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkmənbaşı şəhərində keçirilən Mərkəzi Asiya və Azərbaycan Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

“Rusiya ilə əməkdaşlıq çərçivəsində “Şimal-Cənub” marşrutu Qazaxıstan üçün xüsusilə aktualdır. Dünya Bankının hesablamalarına görə, əgər bütün qurulmuş infrastruktur layihələri həyata keçirilərsə, Xəzər dənizi vasitəsilə yükdaşımalar 2040-cı ilə qədər dörd dəfə arta bilər.

Hesab edirəm ki, Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası ekspertlər səviyyəsində müzakirə oluna, mövcud potensialı genişləndirə və bütün ölkələrimizin uzunmüddətli maraqlarına xidmət edə bilər”, - deyə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olubOktyabrın 8-də Türkmənbaşı şəhərin...
08/10/2026

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub

Oktyabrın 8-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla görüşü olub.

Söhbət zamanı Azərbaycan Prezidentinin Türkmənistana, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun isə Azərbaycana, o cümlədən Qarabağa səfərləri məmnunluqla xatırlandı, bu səfərlərin ikitərəfli münasibətlərin inkişafında mühüm rolu vurğulandı. Qeyd edildi ki, ötən ildən etibarən ölkələrimiz arasında ən yüksək səviyyədə beş səfərin həyata keçirilməsi siyasi dialoqun intensivliyinin və qarşılıqlı əlaqələrin dinamikasının bariz göstəricisidir.

Görüşdə Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin son illərdə dinamik şəkildə inkişaf etdiyi məmnunluqla qeyd olundu. Siyasi, iqtisadi, nəqliyyat, tranzit, logistika, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, həmçinin Xəzər dənizi mövzusu və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edildi.

Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün ölkəmizlə region dövlətləri arasında tərəfdaşlığın daha da möhkəmləndirilməsi, regional əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm əhəmiyyəti vurğulandı.

Prezident İlham Əliyev bu tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd etdi.

Dövlətimizin başçısı ötən ilin noyabrında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşləri formatına tamhüquqlu üzv qəbul edilməsini xatırladaraq, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülmüş bu tarixi təşəbbüsün yekdilliklə dəstəklənməsinə görə bir daha minnətdarlığını bildirdi.

Dövlət başçıları ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi apardılar.

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirEnergetika sahəs...
08/10/2026

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir

Energetika sahəsi əməkdaşlığımızda xüsusi yer tutur.

Bu barədə Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə bildirib.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan enerji resurslarının Mərkəzi Asiyadan beynəlxalq bazarlara tranzitində mühüm rol oynayır. Türkmənistan və Qazaxıstan nefti ölkəmiz vasitəsilə nəql olunur və bu daşımaların həcmi artır. Bərpaolunan enerji sahəsində əməkdaşlığımız davamlı olaraq genişlənir. Biz Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyirik”.

Address

Baku. Nobel Avenue, 15
Baku
AZ1000

Alerts

Be the first to know and let us send you an email when Azerbaijan News24 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azerbaijan News24:

Shortcuts

Share