29/04/2025
1. Şəhər 118 ada üzərində qurulub.
Onları birləşdirən 400-dən çox körpü var. Küçə azdır, kanal çox.
2. Venesiyada avtomobil, velosiped, hətta skuterlər də yoxdur. (biz maşın icarəyə götürdüyümüz üçün Venesiyanin girişində park etdik 5 saata 70 azn🤯)
Burada hərəkət ya piyada, ya da qayıqla.
3. Şəhər yavaş-yavaş batır.
Torpaq çökməsi və dəniz səviyyəsinin qalxması Venesiyanı yox olmaq təhlükəsi ilə üz-üzə qoyur.
4. San Marco meydanı ildə bir neçə dəfə su altında qalır.
Buna “acqua alta” deyilir — venesiyalılar üçün adi haldır.
5. Kruiz gəmiləri şəhəri zədələdiyinə görə artıq əsas kanal girişi qadağan olunub.
Çox gec olsa da…
6. Venesiya Karnavalı 12-ci əsrə gedib çıxır.
Ən məşhur atributu isə əlbəttə ki, maskalardır.
7. Şəhər sakinlərinin sayı ilbəil azalır.
Hazırda şəhərdə gündəlik turist sayı, yerli əhalidən çoxdur.
8. Venesiyanın təməli… taxtadandır!
Binalar suyun içindəki uzun ağac dirəklərinin üzərində dayanır. Bu ağaclar illərdir çürümür – çünki oksigen çatmır.