25/11/2018
"SYO Law Review" akademik hüquq junalının preambulası
Gündən-günə qloballaşan dünyada hüquq sahələrini və elmlərini öyrənmək vasitələri çoxdan universitet otaqlarındakı mühazirə sərhədlərini aşmışdır. Hazırda dünyanın aparıcı hüquq məktəbləri öyrənmənin müxtəlif metodları üzərində durmadan təhqiqatlar aparır. Aparılan araşdırmaların nəticəsi olaraq universitetlər tələbələrin təkcə oxumaqla yox, həm də araşdırmaqla daha çox bilik əldə etdiyini ortaya çıxarmışdır. Bunun nəticəsi olaraq, hazırda dünyanın aparıcı universitetlərində hüquq jurnallarının çap olunması adəti gündən-günə daha da populyarlaşır.
Yuxarıda bəhs olunan jurnallar hüququn müxtəlif sferalarında tələbələrin elmi araşdırmalar apararaq hazırladıqları məqalələri çap edərək həm müəlliflərin, həm də oxucuların yeni bilikləri nəzəri və praktiki cəhətdən qavraması üçün şərait yaradır. Tələbələr hər məqaləni yazmaq üçün müxtəlif ədəbiyyatlara müraciət edir, bu da onların analitik tədqiq etmə keyfiyyətlərini inkişaf etdirməklə yanaşı, həm də onların müəyyən hüquq sahəsindəki problemli mövzu üzrə yazılmış əsərlərlə tanışlığı üçün şərait yaradır.
Bakı Dövlət Universiteti Hüquq fakültəsi Tələbə Gənclər Təşkilatının “SYO Law Review” jurnalını dərc etdirməkdə məqsədi aşağıdakılardan ibarətdir:
-Məqalə yazan tələbələrin müxtəlif mövzular haqqında araşdırma apararaq nəzəri biliklərə yiyələnməsi,və ya mövcud bilikləri inkişaf etdirməsi,
-Oxucuların məqalələri oxuyaraq müəyyən sahə üzrə nəzəri biliklərə yiyələnməsi,
-Məqalə yazan tələbələrin müxtəlif mövzular haqqında araşdırma apararaq praktiki biliklərə yiyələnməsi və ya mövcud bilikləri inkişaf etdirməsi,
-Oxucuların məqalələri oxuyaraq müəyyən sahə üzrə praktiki biliklərə yiyələnməsi,
-Məqalə yazan müəlliflərin karyeralarının inkişafı üçün şəraitin yaradılması,
-Məqalə yazan tələbələrə analitik tədqiq etmə biliklərinin öyrədilməsi.
Jurnal preambula və məqalələrdən ibarətdir. Jurnalda dərc olunan məqalə hüququn müxtəlif problemli sahələrinə sirayət etməklə bu sahələrin araşdırılması, aydınlaşdırılması və müəyyən problemlərin həll olunması üsullarının göstərilməsi funksiyalarını daşıyır. Jurnalda dərc olunan hər bir məqalə giriş, əsas hissə və nəticə hissələrindən ibarətdir. Giriş hissəsində müəyyən problemli sahə haqqında ümumi məlumat oxuculara çatdırılır. Əsas hissədə müəllif bu sahəni analiz etməklə qaranlıq qalan nüansları aydınlaşdırır, izah edir və qarşıya qoyulmuş problemləri həll etməyə çalışır. Nəticə hissəsi adalanan son hissədə müəllif məqalədə qarşıya qoyduğu məsələlər haqqında yekun rəy bildirir.
Bu jurnalda dərc olunacaq məqalələr üçün əsas şərtlər aşağıdakılardır:
1. Həcmi 3-10 səhifə olmalıdır.
2. Məqalənin adı məqalənin başlanğıcında qeyd edilməlidir.
3. Times New Roman-la 12 şriftdə yazılmalıdır.
4. Məqalələr Azərbaycan, Rus və İngilis dillərində ola bilər.
5. Məqalənin 4-5 cümlədən ibarət xülasəsi olmalıdır. Xülasədə konkret tədqiqat metodunuz (və ya metodlarınız) və ya hansı nəzəriyyə və ya konsepsiyalardan və ya praktik təhlildən istifadə etdiyiniz göstərilməlidir.
6. Məqalədə hansı mənbələrdən istifadə etdiyiniz məqalənin sonunda göstərilməlidir.
*******************************************************************
Преамбула академического юридического журнала "SYO Law Review"
Мировая глобализация привела к тому, что способы изучения юридических дисциплин и наук давно перешагнули лекционные границы университетских аудиторий. В настоящее время передовые мировые юридические школы активно работают над методами изучения этих наук. В результате проводимых экспериментов выяснилось, что студенты вузов приобретают знания не только в процессе обучения, но и в процессе исследовательской работы. Вследствие этого все более популярным становится публикация научных журналов в ведущих юридических вузах.
Юридические журналы, публикующие научные работы студентов в различных сферах юриспруденции, способствуют формированию теоретических и практических знаний и у авторов, и у их читателей. Авторы, работая над научными статьями, обращаются к различным источникам, и это повышает их уровень аналитического мышления , а также знакомит их с проблемными вопросами в сфере юридических наук.
Основные цели публикации научного журнала "SYO Law Review" Студенческой Молодёжной Организации
Юридического факультета Бакинского Государственного Университета нижеследующие:
- повышение уровня теоретических знаний студентов, работающих над научными статьями;
- повышение уровня теоретических знаний читателей в определенных юридических сферах;
- повышение уровня практических знаний студентов, работающих над научными статьями;
- повышение уровня практических знаний и приобретение новых знаний в различных сферах юриспруденции читателями;
- создание условий для повышение карьерного роста авторов;
- создание условий для изучения методов аналитического мышления и развития существующих знаний студентов.
Журнал состоит из преамбулы и статей. Статьи, напечатанные в журнале, должны осуществлять функции разъяснения проблемных вопросов в юриспруденции, а также показывать способы решения этих проблем. Статьи, принятые для печати, должны состоять из предисловия, основной части и заключения.
В предисловии должны быть общие сведения по представленной проблеме. В основной части автор, анализируя данную проблему, представляет основные нюансы решения проблемы и разъясняет и предлагает способы решения.
В заключении автор должен суммировать решение проблемы.
Основные требования к публикации статей:
1. Статьи должны быть в обьеме 3-10 страниц.
2. Название статьи должно быть в начале, далее следует данные об авторе.
3. Ключевые слова должны состоять как минимум из пяти слов.
4. Статья должна быть написана 12-м шрифтом Times New Roman .
5. Статья должна иметь краткое резюме. В резюме должны быть указаны основной метод (или методы), теории или концепции, а также практический анализ, используемый в написании статьи.
6. В конце статьи должен быть указан список использованной литературы.
*******************************************************************
Preamble of academic law journal "SYO Law Review"
In the day-to-day getting globalized world, learning the law sciences and branches has crossed the borders of lectures in University labs. Today, outstanding law schools of the whole world are searching new methods of learning. As a result of researches, it is known that, persons get more information not only with reading the materials, but also with researches. So, publication of law reviews (law journals) is getting popularized day to day.
Above mentioned law reviews give opportunity to students to learn theoretical and practical information with learning and publishing them. Students analyze many sources, and this helps them to improve their analytic research skills.
Main goals of Baku State University Law Faculty Student Youth Organization on publishing “SYO Law Review” are the following:
-Getting new practical and theoretical information or improving their knowledge on concrete field of law by article writing students.
- Getting new practical and theoretical information or improving their knowledge on concrete field of law by article reading students.
- Getting analytical research skills by article writing students.
- To create opportunities for future career of article writing students.
The law review is consisted of preamble and articles. The articles in law review have the functions to analyze, clear and explain the some problematical issues on concrete field of law. Each article in the review has the introduction, main part and conclusion. In the introduction, the author attempts to introduce the issue he or she is writing about. In main part, the author analyzes the issue and its problems, attempts to find the solution of these problems. In conclusion, the person writes his or her final statement about the issue.
Main provisions that have to be followed, are following:
1. The article has to be 3-10 pages.
2. The name of the article should be pointed on the head of article.
3. The article should be written with 12 font, Times New Roman.
4. The articles may be in Azerbaijani, Russian, English, German and French.
5. The article should have the conclusion part that consists of research methods, conceptions that you have used.
6. Sources that you used in article, should be pointed at the end of article.