27/02/2022
İngiltərənin Mİ6 məxfi xidmətinin rəhbəti Riçard Mur deyib ki, Rusiya Ukraynada “qalib gələ bilməyəcəyi” bir nöqtəyə gəlib çatıb. Kiyev Moskvaya 10 gün dirəniş göstərsə, Rusiyanın pulu və silahı tükənəcək. Murun açıqlaması başqa mənbələrin də uyğun fikirləri ilə eyni vaxta təsadüf edib. Putinin Ukraynada qarşılaşdığı müqavimətdən “şok” keçirdiyi iddia edilir. Müharibənin hər günü Rusiyaya 20 milyard dollara başa gəlir. İddia edildiyinə görə, Putin məsələnin maksimum 4 günə bitəcəyini gözləyirmiş. Bu barədə İngiltərənin “Daily Mail” qəzeti yazıb.
Bir videoda döyüşlərin üçüncü günündə ölkənin cənubunda, Xerson yaxınlığında “Z” işarəsi olan, məhv edilmiş Rusiya konvoyu göstərildi. Başqa bir videoda isə Xarkovda 20 avtomobildən ibarət Rusiya hərbi kolonunun məhv edilməsi göstərilib. Qırğının görüntülərindən aydın olur ki, orada sağ qalan olmayıb. Putin qüvvələrinin amansız itkilərə məruz qaldığı aydın görünür.
Rusiya ordusuna indi "bütün istiqamətlərdən" irəliləyişini genişləndirmək əmri verilib, Kiyev sakinləri daha bir gecə yerin altına sığınmağa hazırlaşırlar. ABŞ-ın yüksək rütbəli müdafiə rəsmiləri Rusiyanın Ukraynaya müdaxiləsində Moskvanın gözlədiyindən daha çox müqavimətlə üzləşdiyini və sürətini itirdiyini iddia edib. Ukraynalılar şiddətli müqavimət nümayiş etdirərək işğalçıları itkiyə məruz qoydular. Ukrayna Müdafiə Nazirliyi tvitində "Ukraynanı mümkün qədər tez Rusiya işğalçılarından təmizləmək üçün əlimizdən gələni edəcəyik!" deyə bildirilir.
Estoniyanın keçmiş müdafiə rəisi Riho Terras deyib ki, Putin müharibəni uzada bilməyəcək, çünki pulu və silahı sürətlə tükənir. Kiyev onları 10 gün saxlasa, Putin Zelenski hökuməti ilə danışıqlara getməli olacaq.
Kəşfiyyat xəbərinə görə, Putin Ural dağlarındakı bunkerdə məmur-oliqarxlarla görüş keçirib və onlara deyib ki, müharibənin "asan olacağını və hər şeyin 1-4 gün aralığında həll ediləcəyini" düşünürmüş. Kəşfiyyat mənbələrinə görə, müharibə Rusiyaya gündə təxminən 20 milyard dollara başa gəlir, 3-4 günlük raket ehtiyatı qaldığına görə silahlardan qənaətlə istifadə edirlər. Putin düşünürmüş ki, Ukraynada panika yaranacaq, “təsadüfi” yaşayış binalarına raketlər atmaqla əhalini qorxudacaq,