Beynəlxalq Münasibətlər, Diplomatiya və Təhlil

Beynəlxalq Münasibətlər, Diplomatiya və Təhlil Bu səhifənin əsas məqsədi Sizi beynəlxalq münasibətlər və diplomatiya sahəsində fərqli

SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı) necə istifadə olunur və niyə tənqid olunur ?  (əvvəli rəydə)- SPUA istifadə edən öl...
14/12/2020

SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı) necə istifadə olunur və niyə tənqid olunur ? (əvvəli rəydə)

- SPUA istifadə edən ölkələr

Münaqişələrdə SPUA istifadə edən ölkələrin sayı az olsa da, bu say hər keçən il artmaqdadır. Amerikada yerləşən “New America” quruluşunun hesabatlarına görə 2014-cü ildən əvvəl ancaq ABŞ və İngiltərə münaqişələrdə SPUA–lardan istifadə etdiyi halda, 2016-cı ildə bu siyahıya Nigeriya, Türkiyə, İraq, İran, Azərbaycan, BƏƏ və Pakistan da əlavə olundu. Hələlik heç bir münaqişədə istifadə etmədiklərinə baxmayaraq

İspaniya, Fransa, İtaliya, İsveçrə, Yunanistan, İsveç, Belarusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, CAR, Hindistan, Türkmənistan, Çin və Tayvan kimi ölkələrin silah arsenalında da SPUA–lar mövcuddur.
Bu ölkələrdən başqa Rusiya, Avstraliya və İordaniya SPUA sistemləri inkişaf etdirdiklərini və satın alma niyyətlərinin olduğunu bildirmişlərdir.

Öz sərhədləri daxilində və ya öz vətəndaşlarını SPUA hücumları ilə hədəf alan başqa ölkə varmı ? Türkiyə, PKK terror təşkilatının üzvü olan vətəndaşlarını SPUA ilə haqlı olaraq hədəf alır. Bu çox nadir rast gəlinən bir hal olsa da, dünyadakı tək örnəyi deyil. Belə ki, “New America”nın hesabatlarına görə dünyada öz vətəndaşını SPUA hücumu ilə öldürmüş ilk ölkə Amerika Birləşmiş Ştatlarıdır.
ABŞ, Əl-Qaidə terror təşkilatının İngilis dilindəki nəşri olan “Inspire” jurnalının redaktoru olan Səudiyyə Ərəbistanında dünyaya glmiş ABŞ vətəndaşı Samir Xanı 30 sentyabr 2011-ci ildə qətlə yetirməklə öz vətəndaşını SPUA vasitəsilə öldürən ilk ölkə olaraq tarixə keçmişdir. 2015-ci ildə isə Birləşmiş Krallıq vətəndaşları Məhəmməd Emvazi, Riyad Xan və Ruhul Amin Suriyada Krallıq Hava Qüvvələri tərəfindən qətlə yetirildi. Bu iki ölkədən başqa Pakistan Taliban üzvü vətəndaşlarına qarşı, İraq İŞİD terror təşkilatının üzvü olan vətəndaşlarına qarşı, Nigeriya isə Boko Haram terror təşkilatının üzvü olan vətəndaşlarına qarşı öz sərhədləri daxilində SPUA hücumları təşkil etmişdir. İsaril isə Qəzza şəhərində “terrorçu” olduğunu iddia etdiyi Fələstinliləri SPUA–lar ilə hədəf almaqdadır. Ancaq öldürülənlər əksərən uşaqlar olmaqla mülki əhali olduğu üçün bu hərbi siyasət tənqidlərə məruz qalmaqdadır.

- SPUA-lar niyə tənqid olunur ?

SPUA–ların istifadəsi ilə bağlı hüquqi, insani, əxlaqi və fəlsəfi cəhətdən bir çox tənqidlər olunur. Amerika Mülki Azadlıqlar Birliyi insanların SPUA–larla, mühakimə edilmədən öldürülməsini ABŞ Konstitusiyasına və beynəlxalq hüquqa zidd hesab edir.

Qlazqo Universitetində (Glasgow University) çalışan Beynəlxalq Hüquq professoru və BMT-nin işkəncə aktlarına dair xüsusi hesabatını hazırlayan Nilse Melzerin “Beynəlxalq Hüquqda hədəf alaraq öldürmə” adlı kitabında bir şəxsin hədəf alınaraq öldürülməsinin qanunlara uyğun olması üçün “insan həyatına qarşı qanunsuz bir hücum aktı həyata keçirmə ehtimalı olan şəxsin dayandırılması üçün öldürülməsindən başqa bir yol olmaması” halının reallaşmasının lazım olduğunu yazır.

Münaqişələrdə iştirak edən mülki əhaliyə qarşı öldürülməkdən başqa daha az zərərli və ya daha az ölümcül bir yol olduğu halda qətlə yetirmənin Beynəlxalq Hüquqa zidd olduğunu bildirən Melzer buna İsrail Ali Məhkəməsinin eyni yöndəki qərarlarını nümunə olaraq göstərmişdir. Digər yandan isə SPUA hücumlarını dəstəkləyən ölkələr SPUA–larla öldürülənlərin imkan yarandığı təqdirdə insanları öldürmə məqsədində olan “terrorçular” olduğunu, bu adamları nəzarətə almaq mümkün olmadığı üçün qətlə yetirməkdən başqa bir yolun olmadığı fikrini müdafiə edirlər.

ardı var...

10/12/2020

Siyasi arenada son zamanlar daha çox istifadə edilən belə bir deyim var: “Masada ola bilməsəniz, menyuda olarsınız.” Silahınızın süngüsünün kölgəsi düşmədiyi masaya isə Sizi almazlar. Biz bunu Qarabağ münaqişəsində bir daha gördük. Azərbaycan Respublikası yalnız öz hərbi gücünü artırdıqdan sonra Qarabağ münaqişəsinin həllinə nail ola bildi.

Bundan sonra da bu regionda söz sahibi ola bilmək üçün iqtisadi və mədəni inkişafla yanaşı daimi olaraq hərbi sənayeni də inkişaf etdirməliyik.

SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı) necə istifadə olunur və niyə tənqid olunur ?  (əvvəli rəydə)- Niyə məhz SPUA? SPUA ...
10/12/2020

SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı) necə istifadə olunur və niyə tənqid olunur ? (əvvəli rəydə)

- Niyə məhz SPUA? SPUA necə istifadə olunur?
Orduların SPUA–lardan istifadə etməsinin müxtəlif səbəbləri vardır. Bunlardan biri, döyüşlər zamanı pilot itkilərinin qarşısının alınmasıdır. SPUA–lar operatorlar tərəfindən müəyyən bir ərazidə yerləşən idarə mərkəzindən idarə edilir. İdarə mərkəzində olan monitorlarda uçuş aparatının üzərinə yerləşdirilən kamera və termal sensorlar kimi izləmə vasitələrindən gələn görüntüləri izləyən operator pilotlar, SPUA–nı istənilən nöqtəyə yönləndirə və bir toxunuşla hücum həyata keçirə bilirlər. Pilotlar uçuş aparatının içərisində olmadığı üçün SPUA–lar vurulma ehtimalı olan ərazilərə rahat şəkildə, pilotun həlak olma, yaralanma və əsir götürülmə riski olmadan göndərilə bilinir. SPUA–ların digər üstünlüyü isə təyyarələrin uça biləcəyindən daha çox havada qala bilməsidir. Döyüş təyyarəsini idarə edən pilot müəyyən vaxt uçuş həyata keçirə bildiyi halda SPUA–lar növbə ilə işləyən operatorlar sayəsində onlarla saat havada qala bilər. İnkişaf etmiş SPUA modelləri avtomatik şəkildə eniş və qalxışlar həyata keçirə, avtomatik olaraq uça və idarə mərkəzi ilə hər-hansı bir səbəbdən əlaqə kəsildiyi zaman öz-özünə bazaya geri dönə bilirlər. Süni intellektin gedərək artan təsirlərinə bağlı
olaraq PUA – ların hücum əməlliyatları da daxil olmaqla bütün qərarları müstəqil qəbul etməsi üçün işlər mütəxəssislər tərəfindən davam etdirilir.

- Türk SPUA–larının xüsusiyyətləri nələrdir?
Türkiyənin 1990-cı illərdə arsenalına əlavə etdiyi ilk PUA–lar İsrail istehsalı “Heron” və ABŞ istehsalı olan “GNAT” pilotsuz uçuş aparatları idi. 2000-ci illərdə “GNAT”-ın inkişaf etmiş versiyaları olan “Predator” və “Repaer” PUA–larının Türkiyəyə satışına ABŞ kongresi tərəfindən qadağa qoyulması ilə birlikdə Türkiyə öz pilotsuz uçuş aparatlarının istehsalı prossesini sürətləndirməyə məcbur oldu.
Bugün Türkiyədə istifadə olunan milli SPUA–lar arasında Anka və Bayraktar vardır. Bayraktarın istehsalçısı olan Baykar, 2015-ci ildə verdiyi açıqlamada aparatın 250 kiloqram sürsat daşıya bildiyini bildirmişdir.
Baykar-ın qurucusu, idarə heyəti sədri və prezident Rəcəb Tayyib Ərdoğanın qudası olan Özdəmir Bayraktardır. Bayraktarın oğlu Selçuk ilə Ərdoğanın qızı Sümeyyə 2016-cı ildə ailə həyatı qurmuşdur. Ərdoğanın İstanbul Bələdiyyə Sədri olduğu illərdə Özdəmir Bayraktar İstanbul Şəhər idarəsində yer almaqdaydı.
2016-cı ilədək Anka PUA-larında silah-sürsat təchizatı yox idi və müşahidə məqsədi ilə istafadə olunurdu. Bu uçuş aparatına 2017-ci ildə roket sistemləri əlavə edildi.

Bayraktar və Anka TÜRKSAT peykinin əhatə dairəsində olan istənilən yerdə uçmaq imkanına sahibdir. Türk Havacılıq ve Uzay Sanayii A.Ş (TUSAŞ) tərəfindən inkişaf etdirilən Anka 200 kiloqrama qədər silah daşıya bilməkdədir.
Hər iki SPUA Roketsan tərəfindən istehsal olunan silahlarla təchiz olunmuşdur. Milli SPUA – ların mühərrik kimi vacib detalları isə xaricdən idxal olunmaqdadır. Məhz bu səbəbdən TUSAŞ öz mühərriklərini istehsal etməyi planlayır.

TUSAŞ–ın səhmdarları arasında Türk Silahlı Qüvvələrini Gücləndirmə Fondu, Müdafiə Sənayesi Müşavirliyi və Türk Hava Qurumu yer almaqdadır. Bundan başqa Vestel şirkətinin istehsalı olan Karayel SPUA–sı da inkişaf etdirilməkdədir. 2017-ci ilin may ayında Karayel SPUA–sının 120 kiloqrama qədər silah daşıya biləcəyi bildirilmişdi. Müdafiə Sənayesi Müşaviri İsmayıl Dəmir 6 sentyabr 2019-cu il tarixində, “bugünə qədər Türkiyədə istehsal olunumş SPUA–lar vasitəsilə 3000 PKK üzvünün öldürüldüyünü” bildirmişdir.
Ötən il Vaşinqtonda yerləşən Atlantik Şurasında çıxış edən İ. Dəmir, ABŞ-ın Türkiyəyə SPUA satışını qadağan etməsi və bununla Türkiyənin öz SPUA–larını istehsal etməyə başlaması haqqında bunları demişdir – “Kinayəli danışmaq istəmirəm amma, ABŞ kongresinin təsdiq etmədiyi bəzi layihələrə görə onlara təşəkkür etmək istərdim. Çünki bu vəziyyət bizi öz SPUA sistemlərimizi inkişaf etdirməyə yönləndirdi.”

ardı var...

10/12/2020

Prezident İlham Əliyev:
“Zəngəzur, İrəvan və Göyçə mahalı Azərbaycanın tarixi torpaqlarıdır.”

Gələcək nəsillərin qarşısına qoyulmuş yeni hədəf, yeni “Kızıl Elma”.

10/12/2020

Azerbaycan Prezidentinin 2020-ci il 9 dekabr tarixli sərəncamı ilə şəhid Polad Həşimov, şəhid İlqar Mirzəyev və İbad Hüseynova "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Bununla da, Azərbaycan Respublikasının Milli Qəhrəman sayı 218 oldu.

SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı) necə istifadə olunur və niyə tənqid olunur ? İnkişaf etmiş SPUA modelləri avtomatik...
09/12/2020

SPUA (Silahlı Pilotsuz Uçuş Aparatı) necə istifadə olunur və niyə tənqid olunur ?

İnkişaf etmiş SPUA modelləri avtomatik şəkildə eniş və qalxışlar həyata keçirə, avtomatik olaraq uça və idarə mərkəzi ilə hər-hansı bir səbəbdən əlaqə kəsildiyi zaman öz-özünə bazaya geri dönə bilirlər. Süni intellektin gedərək artan təsirlərinə bağlı olaraq SPUA–ların hücum əməlliyatları da daxil olmaqla bütün qərarları müstəqil qəbul etməsi üçün işlər mütəxəssislər tərəfindən davam etdirilir.
İnkişaf edən texnoloji nailiyyətlərə paralel olaraq son illərdə PUA–ların (Pilotsuz Uçuş Aparatı) istifadə intensivliyi də artmaqdadır. Əyləncə və sairə kimi sivil məqsədlərlə yanaşı silahla təchiz olunduğu zaman hərbi məqsədlər üçün də istifadə oluna bilən SPUA–ların necə meydana çıxması, dünyada və ayrı-ayrı ölkələrdə necə istifadə olunması, dünya ictimaiyyəti tərəfindən niyə birmənalı qarşılanmaması kimi maraq doğuran suallara cavab tapmağa çalışdıq.

- SPUA nədir? Necə meydana çıxmışdır?

İlk PUA hücumu kimi qəbul edilə biləcək hadisə 1846-cı ildə Avstriya-Macarıstan İmperiyası tərəfindən Venesiya Dövlətinə qarşı baş vermişdir. Həmin hadisədə İmperiya təmsilçilərinin məqsədi uçan hava şarlarına bağlanmış bombaların şəhərdə partlaması idi.
Bombaların müəyyən hissəsi hədəfinə çatsa da, küləyin istiqamətini dəyişməsi ilə birlikdə bir qismi də Avstriya-Macaristan əsgərlərinin üstünə düşmüşdü. 1899-cu ildə Haaqa Sülh Konfransında imzalanan müqaviləyə görə hava şarları ilə bombalama qanunsuz prosses olaraq qəbul edildi. Ancaq bu qadağa növbəti illərdə ortaya çıxan təyyarə inkişaf sistemlərinə tətbiq edilməmişdir. Sonrakı illərdə isə əvvəl Sovet İttifaqına qarşı torpedo ata bilən vertolyot mexanizmi inkişaf etdirən ABŞ ordusu, Vyetnam Savaşında PUA–ları testdən keçirməyə başlamış oldu. İnkişaf edən texnologiyalarla birlikdə SPUA–ların istifadəsi də daha geniş hal almağa başlamışdır. Xüsusən də 2000-ci illərin əvvələrində döyüş təyyarələri kimi uzun uçuş zolaqlarına ehtiyac duymayan, daha uzun müddət havada qala bilən və köhnə modellərə nəzərən daha ağır bombalar daşıya bilən SPUA sistemləri inkişaf etdirilməyə başlandı.
Günümüzdə onlarla ölkənin silah arsenalında SPUA–lar mövcuddur.

ardı var...

Süni intellekt etik qərarlar qəbul edə bilərmi?Süni intellekti ümumi olaraq, keçmişdə yalnız insanların edə bildiyi işlə...
09/12/2020

Süni intellekt etik qərarlar qəbul edə bilərmi?

Süni intellekti ümumi olaraq, keçmişdə yalnız insanların edə bildiyi işləri maşınların da həyata keçirməsinə imkan tanıyan proqramlaşdırma olaraq izah etmək olar. Süni intellektin inkişafı ilə birlikdə, maşınların etik qərarlar verə bilməsi mexanizminin inkişafı da zəruriliyini artırır. Stanford Universitetindən olan mütəxəssislər süni intellektin insanlar üçün daha çox qərarlar qəbul etdiyini bildirmişdir. Avtomobil idarə etmə, xəstəliklərlə mübarizə və internetdə qarşımıza çıxan şeylərin nizamlanması – bunlar sadəcə bu qərarların bəziləridir. Mütəxəssislərə görə süni intellekt təkmilləşdikcə, ona insani dəyərlərin qorunmasını öyrətmək də labüdləşməkdədir.

Bir çoxlarına görə bunun yolu, BMT-nin Beynəlxalq İnsan Haqları Bəyannəməsini süni intellektlə birləşdirməkdir. 1948-ci ildə qəbul edilən bəyənnamə yaşama hüququ, azadlıq, köləlik və işkəncəni rədd etmə kimi təməl anlayışların dəstəklənməsi aktıdır. Ancaq süni intellektin onu yaradan insanlar qədər p*s və ya yaxşı olacağı fikrini müdafiə edənlərə görə süni intellekt proqramçılığını nəzarət altına almaq bu sahəni tənəzzül etdirəcəkdir. Google, Facebook, Baidu və Tencent kimi firmaların süni intellekt sahəsində əldə etdikləri irəliləyiş bu sahədə nəzarət mexanizmləri qurulmasından daha sürətlə baş verdi. Bu da öz növbəsində saxta xəbərlər, məxfiliyin pozulması, qərəzli süni intellekt qərarları və s. kimi çətinlikləri ortaya çıxardı.

(Əvvəli rəydə)Bu yeni texnologiya müdafiə şəbəkəsində də önəmli roy oynayacaqdır. Müəyyən olunmuş bir ərazidə milyonlarl...
08/12/2020

(Əvvəli rəydə)

Bu yeni texnologiya müdafiə şəbəkəsində də önəmli roy oynayacaqdır. Müəyyən olunmuş bir ərazidə milyonlarla alıcı-vericiyi eyni zamanda əlaqələndirmək xüsusiyyətiylə, hərbi personalın demək olar ki, real zamanda xəritələr, fotolar və davam edən əməliyyat əlaqədar digər məlumatları bir-birinə ötürə bilməsinə imkan yaradacaqdır. 5G eyni zamanda gizli təhlükəsizlik gücləri üçün son dərəcə vacib olacaqdır. Bugün istifadə etdiyimizdən daha səmərəli olan nəzarət və cəsusluq (spy) sistemlərini istifadə etməyə imkan yaradacaqdır.

Silahlı insansız hava aparatlarının və müharibə robotlarının ölümcüllüyünü, insanları üz tanıma və digər xüsusiyyətlər təməlində tanıma, izləmə və hədəf seçmə imkanlarını daha da artıracaqdır. Yüksək texnoloji tutuma sahib bir silah olan 5G şəbəkəsi, yeni nəsil silahlarla həyata keçirilən siber hücumların və müharibə fəaliyyətinin də əsas hədəfi olacaq. ABŞ-la bərabər bu texnologiya Çin və digər ölkələr tərəfindən də inkişaf etdirilməkdədir. Bu səbəbdən 5G ilə bağlı beynəlxalq səviyyədə olan anlaşılmazlıqlar sadəcə kommersiya sahəsində deyil. 5G-nin hərbi sənayedə istifadəsi nəticəsində ortaya çıxacaq nəticələr demək olar ki, göz ardı edilir çünki bir çox alimlər və ekspertlər də daxil olmaqla bu texnologiyanı tənqid edənlər diqqəti insanların sağlamlığı və ətraf mühit üçün toksik təsirlərin üzərində cəmləşdirir.

Bu qatılım əlbəttə ki, böyük önəmə sahibdir, lakin sıravi istifadəçilər tərəfindən maliyyələşdirilən bu texnologiyanın hərbi sənayedə istifadəsi ilə bağlı araşdırmalar da eyni zamanda aparılmalıdır. 5G ağıllı telefonların (smartphone) yayılmasını dəstəkləyən ən böyük cazibə mərkəzlərindən biridir, belə ki, bu texnologiya abunelik üsulu ilə dünyanın istənilən nöqtəsindən olan oyunçularla birbaşa təmas halında, reala çox yaxın müharibə oyunlarına qatılma imkanı verəcək. Bu qaydada oyunçular özlərinin də xəbəri olmadan müharibəyə hazırlığı maliyyələşdirəcəklər – lakin bu dəfə real müharibə olacaq.

5G texnologiyasının hərbi istifadəsi – Manlio Dinucci London görüşündə (2019-cu il dekabr) NATO-nun 29 ölkəsi “5G daxil ...
08/12/2020

5G texnologiyasının hərbi istifadəsi – Manlio Dinucci

London görüşündə (2019-cu il dekabr) NATO-nun 29 ölkəsi “5G daxil olmaqla əlaqəmizin təhlükəsizliyini təmin etmə” mövzusunda qərar verdilər. Bəs mobil məlumat ötürülməsinin (mobile data transfer) beşinci nəsli NATO üçün niyə bu qədər önəmlidir? Daha əvvəlki texnologiyalar daha təkmil ağıllı telefonlar (smartphone) yaratmaq üçün mükəmməlləşdirilərkən, 5G sadəcə bunların performanslarını artırmaq üçün deyil, eyni zamanda avtomatik olaraq işləmək üçün çox böyük miqdarda məlumata ehtiyacı olan rəqəmsal sistemləri bir-birinə bağlamaq üçün dizayn edilmişdir.

Ən vacib məqam isə 5G texnologiyasının mülki məqsədlər üçün deyil, daha çox hərbi məqsədlər üçün istifadə olunacağıdır. Bu yeni texnologiyanın təqdim etdiyi imkanlar Pentaqona elmi tövsiyələr verən bir federal komitə olan Müdafiə Elmləri Şurası (Defence Science Board) tərəfindən dərc olunan 5G Şəbəkə Texnologiyasının Müdafiədə (Hərbidə) Tətbiqləri ilə açıqlanmaqdadır: “Artıq bazarda mövcud olan 5G texnologiyasının ortaya çıxması, Müdafiə Nazirliyinə öz əməliyyat ehtiyacları üçün bu sistemin üstünlüklərindən minimum xərclə istifadə etmə fürsəti verir”. Başqa sözlə, özəl şirkətlər tərəfindən yaradılan və istifadəyə verilən 5G ticarət şəbəkəsi sadəcə hərbi məqsədlə qurulacaqsa tələb olunandan daha aşağı bir xərcləmə ilə ABŞ silahlı gücləri tərəfindən istifadə ediləcəkdir.

Hərbi ekspertlər 5G sisteminin Mach 5-dən daha yüksək sürətdə (səs sürətinin 5 qatı) hərəkət edən nüvə silah başlıqları daşıyanlar da daxil olmaqla, hipersonik silahların istifadəsində vacib bir rol oynayacağı ehtimal edirlər. Fərqli orbitlərdə onları yönləndirmək, önləyici raketlərin durdurulması, saniyədən dəfələrlə az bir vaxtda istiqamət dəyişdirmək üçün qısa bir vaxtda çox miqdarda məlumat toplamaq, detallandırmaq və ötürmək lazımdır. Bu tipli bir silahla sizə hücum olacağı halda da müdafiə sistemini aktivləşdirmək üçün eyni şey lazmdır – bu tipli qərarları qəbul etmək üçün lazımi zaman olmadığı üçün tək seçim 5G avtomatik sistemlərinə güvənməkdir.

ardı var...

(əvvəli bir öncəki postda) Mürəkkəb geosiyasi vəziyyətə görə Qara dəniz bölgəsini təkbaşına idarə edə bilməyəcəklərini n...
07/12/2020

(əvvəli bir öncəki postda)

Mürəkkəb geosiyasi vəziyyətə görə Qara dəniz bölgəsini təkbaşına idarə edə bilməyəcəklərini nəzərə alsaq, NATO-nun Varnadakı mövcudluğu Rusiya limanlarına və provakatif olaraq istifadə edə biləcəyi Ukraynaya yaxın olduğu üçün çox vacibdir. Lakin NATO-nun Rusiyaya yönəlməsi ilə Bolqarıstan artıq Rusiya üçün qanuni hədəf olma riski daşıyır. NATO, Türkiyənin ittifaqa qarşı gəlməsi və Rusiyanın Qara dənizi Bosfor və Çanaqqala boğazlarından tərk etməsini əngəlləməməsi halında Bolqarıstan, Rumıniya, Ukrayna, Gürcüstan və digər Qara dəniz ölkələrindən istifadə edərək Rusiyanın əhatə olunmasını ümid edir. Bu boğazlar Rusiyanın dəniz ticarəti üçün çox vacibdir və Türkiyənin Avrasiya divinə qarşı bir müharibə olması halında bu su yollarını bağlayacağı NATO tərəfindən gözlənilir. NATO, ittifaqa üzv olmaq arzusunu açıq şəkildə elan edən və üzv olmaq yolunda olan Gürcüstanla sıx əməkdaşlıq edir. Qara dənizin digər tərəfində şimaldan Bolqarıstan ilə qonşu olan Rumıniyanın hava limanları da ABŞ tərəfindən istifadə olunur. Ukraynada bir Amerika bazası yaradıldı və bu baza əsasən hərbi istifadə üçündür. Bolqarıstanın da ABŞ-a “qul, kölə” olmaq arzusu Qara dənizi hövzəsində Vaşinqton maraqlarının Türkiyə xaric digər ölkələr ilə üst-üstə düşdüyünü göstərir. Türkiyə NATO-nun sadiq bir üzvü hesab edilsə də, son dövrlər Rəcəb Tayyib Ərdoğan tərəfindən aparılmış müstəqil siyasət ittifaq ölkələrinin qəzəb və hiddətinə səbəb olur.

Türkiyəyə Bosfor və Çanaqqala boğazında keçid nəzarətini verən Montrö Boğazlar Anlaşması (Montreux Convention Regarding the Regime of the Straits), dəniz savaş gəmilərinin keçidini təşkil etməklə bərabər sülh zamanında mülki gəmilərin keçidinə də zəmanət verir. Bu anlaşma və Türkiyə ilə olan soyuq münasibətlər boğazlardan çox sayda ABŞ həbi gəmilərinin keçidi əngəllənməkdədir. Bu səbəbdən Vaşinqton bu anlaşmanı ləğv etməyin yollarını axtarır.

Həqiqət belədir ki, sadəcə Türkiyə və Yunanıstan Qara dənizdə Rusiyanı çevrələmək potensialına sahibdir. ABŞ bu səbəbdən B planı olaraq Yunanıstana döndü. İlk başda Rumıniya, Bolqarıstan, Ukrayna və Gürcüstanın birləşmiş gücünün Qara dənizdə Rusiyanı mühasirəyə almaq üçün yetərli olacağı düşünülsə də, əslində o ölkələrin donanmalarının Türkiyənin qatılımı olmadan Qara dənizdə Rusiyaya meydan oxumaq gücündə olmadığı bəlli oldu. Bununla bərabər Rusiya Qara dənizdə önəmli problemlərlə üz-üzə gəlmir, eyni zamanda Yunanıstanın nəzarətindəki Egey dənizinə də getmək məcburiyyətindədir. Qara dənizi bölgəsində Rusiyaya qarşı tam NATO qatılımı, Rusiya üçün böyük problem yarada bilər.
Dolayısıyla, Bolqarıstan NATO-nun maraqlarına boyun əyməyə davam edərsə Rusiya Bolqarıstan, Rumıniya və digər ölkələrdəki bu bazaları tapmaq və onları hərbi hədəf halına gətirmək məcburiyyətində qalacaq; belə ki, ABŞ və NATO Rusiyanı artıq indidən çıxılmaz bir vəziyyətə gətiriblər. Ümumi olaraq bolqar xalqının bu son provokasiyalara necə reaksiya verəcəyini zaman göstərəcək; xüsusən də Bolqarıstanın Osmanlı imperiyasının nəzarətindən ancaq Rus-Türk müharibəsi (1877-1878) sayəsində mümkün olduğu və hələ də güclü bir Ortodoks həmrəyliyinin mövcudluğu düşünüldüyündə...

Eyni zamanda Bolqarıstanın öz ərazisində NATO-ya Donanma Mərkəzi qurmaq niyyətiylə birlikdə, ölkənin siyasi fəaliyyətinin “Atlantikçilərin” əlində olduğu düşünüldüyündə Bolqarıstanın yaxın zaman Rusiya əleyhinə mövqeyindən əl çəkəcəyi real görünmür. Bununla bərabər, Qara dənizdə NATO-ya aid Donanma İdarəetmə Mərkəzinin qurulması ciddi bir təhdiddir və Moskvadakı siyasətçilərin bu təhdidi diqqətli şəkildə izləyəcələri və nəzərdə saxlayacaqları hər kəsə aydındır.

Bolqarıstanın paytaxtı Sofianın NATO-nun mərkəzinə ev sahibliyi etmək istəməsində məqsəd.Qaradənizdə Rusiyanı mühasirəyə...
07/12/2020

Bolqarıstanın paytaxtı Sofianın NATO-nun mərkəzinə ev sahibliyi etmək istəməsində məqsəd.

Qaradənizdə Rusiyanı mühasirəyə almaq

Sadəcə Türkiyə və Yunanıstan Qara dənizdə Rusiyanın qarşısını almaq potensialına malikdir. ABŞ bu səbəbdən B planı olaraq Yunanıstana döndü. İlk başda Rumıniya, Bolqarıstan, Ukrayna və Gürcüstanın birləşmiş gücünün Qara dənizdə Rusiyanı mühasirəyə almaq üçün yetərli olacağı düşünülsə də, əslində o ölkələrin donanmalarının Türkiyənin qatılımı olmadan Qara dənizdə Rusiyaya meydan oxumaq gücündə olmadığı bəlli oldu.

NATO Baş Katibi Jens Stoltenberg və Bolqarıstan Baş Naziri Boyko Borissovun ortaq açıqlamasında Borissov keçən cümə axşamı günü, Bolqarıstanın Qara dəniz sahilindəki Varna şəhərinin NATO Hərbi Dəniz Qüvvələri Koordinasiya Mərkəzinin yeni evi olmağa namizəd olduğunu açıqladı. NATO-nun Baş qərargahı hazırda Birləşmiş Krallıqda yerləşir. Stoltenberg, bolqar həmkarına "güclü öhdəlik" və "Qara dəniz təhlükəsizliyinə güclü diqqət" üçün təşəkkür etdi. Qara dəniz təhlükəsizliyi dedikdə, əlbəttə ki, Rusiyanı Qara dənizdə istəyi nəzərdə tutulurdu. Stoltenberqin irəli sürdüyü kimi, "NATO bir ittifaq olaraq Qara dəniz bölgəsindəki varlığını həm havadan, həm qurudan, həm də dənizdən daha çox dəniz təlimləri ilə artırdı." Qara dəniz, ABŞ liderliyindəki NATO-nun Rusiyaya qarşı bölgədəki altyapı və raket sistemini çoxaltmağa yönəlik üçün açıq bir cəhdidir və Türkiyə ilə mürəkkəb münasibətlər səbəbindən də bu proses sürətlənməkdədir.

ardı var...

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Beynəlxalq Münasibətlər, Diplomatiya və Təhlil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category