11/09/2020
Əziz izləyicilərimiz!
Sentyabrın 14-dən etibarən Sunar Medianın təşkilatçılığı ilə həftə içi hər gün “Araz 103.3” FM-də yayımlanacaq “Finala addımlayan bəxtəvər” yarışmasında “Omid” mağazalar şəbəkəsində bəyəndiyiniz əşyaları bilik və bacarığınızın köməyi ilə qazana biləcəksiniz.
Bunun üçün Araz radiosunun efirinə qoşularaq hər bir dinləyici www.omid.az səhifəsində toplam 90 manat məbləğində seçdiyi üç əşyanı aparıcıların elan etdiyi 3 sualı düzgün cavablandırmaqla qazana biləcək. Hər addımda seçdiyiniz əşyalardan biri sizin olacaq, amma 3 mərhələdən hər hansında səhv etsəniz, bütün hədiyyələri itirəcəksiniz.
Yarışma iştirakçılarına bol şans arzu edirik!