Fortuna magazine

Fortuna magazine FORTUNA — глянцевый журнал об успехе
Секреты из ларца Гос?

Tarix bəzən elə insanları yetişdirir ki, onlar nəinki dövrünün, həm də gələcək nəsillərin düşüncəsində əfsanəyə çevrilir...
30/07/2025

Tarix bəzən elə insanları yetişdirir ki, onlar nəinki dövrünün, həm də gələcək nəsillərin düşüncəsində əfsanəyə çevrilir. Sovet mühəndisi və alimi, artilleriya general-leytenantı, pilotlu gəmilərin sınaq uçuşları üzrə dövlət komissiyasının sədri ,Sovet kosmik proqramının banilərindən biri General  Kərim Kərimov da belə insanlardandır – öz dövrünün ən parlaq elmi simalarından biri, texnoloji düşüncənin qabaqcılı və milli yaddaşımızda iz qoyan dəyərli şəxsiyyətdir.

Daha ətraflı: www.fortunamagazine.az
В истории рождаются такие люди, которые становятся легендой не только своего времени, но и в сознании будущих поколений. Инженер и учёный, генерал-лейтенант артиллерии, председатель государственной комиссии по испытательным полётам пилотируемых кораблей, один из основателей советской космической программы — генерал Керим Керимов был именно таким человеком — одной из самых ярких ученных фигур своего времени, пионером технологической мысли и выдающейся личностью, оставившей след в национальной памяти.

Подробнее: www.fortunamagazine.az

History sometimes produces individuals who not only become legends of their own era but also leave a lasting impression on future generations. One such individual is General Karim Karimov — a Soviet engineer and scientist, Lieutenant General of Artillery, Chairman of the State Commission for Manned Spaceflight Testing, and one of the founders of the Soviet space program. He was one of the most brilliant scientific figures of his time, a pioneer of technological thinking, and a respected individual etched in our national memory.

More details: www.fortunamagazine.az

27 iyul 2025-ci il Bakı üçün sadəcə bir tarix deyil – bu, dünya musiqisinin canlı əfsanəsi  Justin Timberlake-in Azərbay...
28/07/2025

27 iyul 2025-ci il Bakı üçün sadəcə bir tarix deyil – bu, dünya musiqisinin canlı əfsanəsi Justin Timberlake-in Azərbaycan səhnəsində çıxış etdiyi gün kimi yadda qalacaq. “The Forget Tomorrow” adlı dünya turu çərçivəsində keçirilən möhtəşəm konsert Bakı Olimpiya Stadionunda baş tutdu və minlərlə insan üçün unudulmaz gecəyə çevrildi.

Daha fazlası: www.fortunamagazine.az
27 июля 2025 года – день, который Баку запомнит надолго. В этот день на сцене Олимпийского стадиона столицы Азербайджана впервые выступил живой символ мировой поп-музыки — Джастин Тимберлейк. Концерт в рамках его мирового тура под названием “The Forget Tomorrow” стал поистине грандиозным событием, которое собрало тысячи зрителей и превратилось в незабываемый вечер для столицы.
Подробнее: www.fortunamagazine.az
July 27, 2025 is not just another date for Baku – it will be remembered as the day when the living legend of global music, Justin Timberlake, performed on the Azerbaijani stage. As part of his world tour titled “The Forget Tomorrow”, the spectacular concert took place at the Baku Olympic Stadium and turned into an unforgettable night for thousands of fans.

More details: www.fortunamagazine.az

Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olmuşdur. Atası Əbdülhüseyn bəy, anası Şirinbəyim xanım i...
28/07/2025

Üzeyir Hacıbəyov 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olmuşdur. Atası Əbdülhüseyn bəy, anası Şirinbəyim xanım idi. Atası kənd mirzəsi olmuş, anası isə Əliverdibəyli nəslindən gəlirdi. Ailədə üç oğlan və iki qız övlad var idi. Üzeyirin doğulmasından qısa müddət sonra ailə Azərbaycanın əsas mədəniyyət mərkəzlərindən biri olan Şuşa şəhərinə köçdü və o, burada böyüdü.Gələcək bəstəkarın atası uzun müddət şairə, ictimai xadim və Qarabağ xanının qızı olan Xurşidbanu Natəvanın şəxsi katibi olmuşdur.

Daha ətraflı: www.fortunamagazine.az
Узеиир Гаджибеков родился 18 сентября 1885 года в Агджабеди. Его отец — Абдулгусейн бек, мать — Ширинбейим ханум. Отец был сельским писарем, а мать происходила из рода Аливердибекли. В семье было три сына и две дочери. Вскоре после рождения Узеира семья переехала в город Шуша — один из главных культурных центров Азербайджана, где он и вырос.Отец будущего композитора долгое время был личным секретарём поэтессы, общественного деятеля и дочери карабахского хана Хуршидбану Натаван.
Подробнее: www.fortunamagazine.az
Uzeyir Hajibeyov was born on September 18, 1885, in Aghjabadi. His father was Abdulhuseyn bey, and his mother was Shirinbeyim khanum. His father worked as a village scribe, while his mother came from the Aliverdibeyli family. The family had three sons and two daughters. Shortly after Uzeyir’s birth, the family moved to Shusha — one of Azerbaijan’s main cultural centers — where he grew up.Uzeyir's father served for many years as the personal secretary of Khurshidbanu Natavan, a poetess, public figure, and daughter of the Khan of Karabakh.

More details: www.fortunamagazine.az

Şərqi Qərblə birləşdirən qədim beynəlxalq ticarət yolları Abşeron yarımadasından da keçirdi. Çindən və Hindistandan olan...
25/07/2025

Şərqi Qərblə birləşdirən qədim beynəlxalq ticarət yolları Abşeron yarımadasından da keçirdi. Çindən və Hindistandan olan karvan-ticarət yolları, Orta Asiyadan keçərək Xəzər dənizindəki Bakı, Dərbənd limanlarına çıxır və oradan Xəzər şahlığından şimala tərəf uzanırdı. Buradan mallar Kür və Rioni çayları vasitəsi ilə Qara dəniz sahillərinə çatdırılır və oradan da Bizansa aparılırdı. Bakı və Abşeron əsas ticarət yolları ilə Bakıdan dəniz sahili ilə Kür çayının aşağı axarına qədər uzanan yerli karvan yolları vasitəsi ilə birləşirdi.

Daha ətraflı: fortunamagazine.az

Древние международные торговые пути, соединяющие Восток и Запад, проходили также через Апшеронский полуостров. Караванные торговые маршруты из Китая и Индии, проходя через Центральную Азию, выходили к портам Каспийского моря — Баку и Дербенту, и оттуда тянулись на север, в направлении Хазарского каганата. Оттуда товары доставлялись по рекам Кура и Риони к берегам Чёрного моря, а затем направлялись в Византию. Баку и Апшерон были связаны с основными торговыми путями через местные караванные дороги, которые пролегали от Баку вдоль морского берега до нижнего течения реки Кура.

Более подробно:fortunamagazine.az

Ancient international trade routes connecting the East and the West also passed through the Absheron Peninsula. Caravan trade routes from China and India crossed Central Asia and reached the ports of the Caspian Sea—Baku and Derbent—and from there extended northward toward the Khazar Khaganate. From these points, goods were transported via the Kura and Rioni rivers to the shores of the Black Sea, and then onward to Byzantium. Baku and Absheron were connected to the main trade routes through local caravan roads that stretched from Baku along the seashore to the lower reaches of the Kura River.

In more detail:fortunamagazine.az

"Bəzən bir binaya baxmaq kifayətdir ki, bir şəhərin ruhunu duyasan. Qarşımda ucalan bu möhtəşəm tikili, sanki daşdan tox...
25/07/2025

"Bəzən bir binaya baxmaq kifayətdir ki, bir şəhərin ruhunu duyasan. Qarşımda ucalan bu möhtəşəm tikili, sanki daşdan toxunmuş bir şeir idi. Günəş şüaları yavaş-yavaş dam örtüyünə, incə oymalı sütunlara yayılırdı. Hava o qədər təmiz və parlaq idi ki, sanki göy üzü də bu mənzərəni heyranlıqla izləyirdi. Budapeşt öz zərifliyini təkcə memarlığında yox, həyat tərzində də göstərir. Küçələrdə dolaşarkən insan özünü heç bir plana sığmayan, sərbəst axan bir musiqinin içində hiss edir. Səhərlər kafelərdən yayılan təzə çörək və qəhvə qoxusu, axşama yaxın isə açıq havada çalınan skripka sədaları Budapeştin gündəlik melodiyasını yaradır."— Cəmalə Naxçıvani

Daha ətraflı: fortunamagazine.az

"Иногда достаточно лишь взглянуть на здание, чтобы почувствовать дух города. Возвышающееся передо мной величественное строение казалось поэмой, сотканной из камня. Солнечные лучи медленно ложились на крышу, на изящно вырезанные колонны. Воздух был настолько чистым и ярким, что казалось, будто само небо с восхищением наблюдает за этой картиной. Будапешт проявляет свою утончённость не только в архитектуре, но и в образе жизни. Прогуливаясь по улицам, человек ощущает себя частью свободно текущей музыки, не вписывающейся ни в какие рамки. Утром город наполняется ароматами свежего хлеба и кофе, доносящимися из кафе, а ближе к вечеру в воздухе звучат мелодии скрипки под открытым небом — всё это создаёт повседневную симфонию Будапешта."“— Джамала Нахчивани

Более подробно:fortunamagazine.az

Сегодня день рождения у основателя и главного редактора журнала Fortuna – Саиды ханум Мусаевой! ❤️Поздравляем от имени в...
22/07/2025

Сегодня день рождения у основателя и главного редактора журнала Fortuna – Саиды ханум Мусаевой! ❤️
Поздравляем от имени всей команды и желаем счастья, здоровья, вдохновения, радости и больших побед! Пусть каждый день будет наполнен красотой, энергией и светом!

Bu gün Fortuna jurnalının təsisçisi və baş redaktorun Səidə xanım Musayevanın ad günüdür! ❤️
Bütün komanda adından təbrik edirik! Xoşbəxtlik, cansağlığı, sevinc və böyük uğurlar arzulayırıq! Hər gününüz gözəllik və enerji ilə dolu olsun!

Today is the birthday of the founder and Editor-in-Chief of Fortuna Magazine – Ms Saida Musayeva! ❤️
On behalf of the whole team, we send our warmest congratulations and wish you inspiration, good health, joy, and great achievements! May every day be filled with light, creativity, and success!

Paris– Hər Addımında Tarix Gizlənən Bir Şəhər.Parisi görmək, sadəcə bir şəhəri ziyarət etmək deyil – bu, bir mədəniyyətl...
19/07/2025

Paris– Hər Addımında Tarix Gizlənən Bir Şəhər.

Parisi görmək, sadəcə bir şəhəri ziyarət etmək deyil – bu, bir mədəniyyətlə, bir təfəkkürlə, bir tarixlə tanış olmaq deməkdir. Avropanın qəlbində yerləşən bu şəhər, əsrlərlə formalaşmış estetik zövqün, siyasi iradənin və intellektual enerjinin parlaq nümunəsidir. Parisə ayaq basan andan etibarən hiss edilən o klassik və səliqəli harmoniya insanın daxili aləmi ilə rezonans yaradır. Sanki şəhər nəfəs alır – lakin bu nəfəs təkcə binalardan, çaydan və heykəllərdən ibarət deyil; bu, zəmanənin özüdür – yaşanmış və yaşayan bir zaman.

Париж — Город, в Каждом Шаге Которого Скрыта История.

Увидеть Париж — значит не просто посетить город – это означает познакомиться с культурой, мышлением и историей.
Этот город, расположенный в сердце Европы, является ярким примером эстетического вкуса, сформировавшегося веками, политической воли и интеллектуальной энергии.С первых шагов, сделанных в Париже, ощущается та классическая и аккуратная гармония, которая отзывается в глубине человеческой души.Кажется, что город дышит – и это дыхание состоит не только из зданий, реки и статуй; это само время – прожитое и живущее одновременно.

Sağlam sosial mühit                                                                        Məişət zorakılığı günümüzün ə...
15/07/2025

Sağlam sosial mühit Məişət zorakılığı günümüzün ən aktual və həssas sosial problemlərindən biridir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlara və uşaqlara qarşı baş verən zorakılıq halları cəmiyyətin sağlam inkişafına, ailə institutuna və sosial sabitliyə ciddi zərbə vurur.
Bu kontekstdə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tam maliyyə dəstəyi ilə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” layihəsi xüsusi aktuallıq kəsb edir. Layihənin rəhbəri və birliyin sədri Səidə Musayeva bu təşəbbüsü cəmiyyətin sosial təhlükəsizliyinin təmin olunmasına və qadın hüquqlarının müdafiəsinə yönəlmiş strateji addım kimi qiymətləndirir.Səidə Musayeva öz çıxışında bu mövzunun daim gündəmdə saxlanılmasının vacibliyini vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və dəstəyi nəticəsində ölkəmizdə qadınların və uşaqların müdafiəsinə yönəlmiş bu cür mühüm layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb.
Eyni zamanda, o, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya onun humanist yanaşmasına, daim göstərdiyi qayğı və dəstəyə, qadınların sosial-iqtisadi inkişafına və ailə dəyərlərinin qorunmasına verdiyi böyük töhfələrə, eləcə də bu mövzuya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.
Məhz bu tədbirlərdə birliyin sədr müavini Cəmalə Naxçıvani moderator qismində çıxış edərək peşəkar yanaşması, dərin analitik baxışı və cəmiyyətə ünvanladığı açıq çağırışları ilə iştirakçıların diqqətini cəlb edib.
Layihənin eksperti, hüquqşünas-psixoloq Natiq Babayev öz çıxışında maarifləndirmənin, sosial dəstəyin və cəmiyyətin birgə fəaliyyətinin zorakılığın qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, məişət zorakılığı ilə mübarizə yalnız hüquqi tədbirlərlə deyil, həm də ictimai şüurun dərin şəkildə dəyişdirilməsi ilə mümkündür.

Uğurlu kvizin sirri                      14 iyul — Dünyada İntellektual Oyunlar Günü kimi qeyd olunur. Bu kateqoriyaya m...
15/07/2025

Uğurlu kvizin sirri

14 iyul — Dünyada İntellektual Oyunlar Günü kimi qeyd olunur. Bu kateqoriyaya müxtəlif viktorinalar və turnirlər daxildir. Son onilliklər ərzində ölkəmizdə intellektual oyunlar dedikdə daha çox televiziya verilişləri və real şəraitdə keçirilən bilicilər turnirləri nəzərdə tutulurdu. Lakin son illərdə bu sahədə liderliyi kvizlər ələ alıb.Kviz formatı ilk olaraq xaricdə yaranıb. Əvvəllər kvizlər sadə sual-cavab yarışları olub və əsasən pab, kafe və restoranlarda keçirilən axşam toplantılarının bir hissəsi kimi nəzərdə tutulurdu. Müasir kvizlər isə sürətlə təkmilləşir, müxtəlif auditoriyaların zövqünə uyğunlaşdırılır, daha rəngarəng və çətin olur. Bəzən hətta “Nə? Harada? Nə zaman?” səviyyəsinə yaxınlaşan kvizlərə rast gəlmək olur.Lakin kvizlərin əsas üstünlüyü bu deyil. Ən vacibi odur ki, bu format müasir insanı — daim smartfon və planşetlərə fokuslanmış, öz “qabığına” çəkilmiş insanı — bu vəziyyətdən çıxmağa, bir neçə saatı maraqlı oyun və canlı ünsiyyətdə keçirməyə sövq edir.Bəs kvizə necə auditoriya cəlb etmək olar? Kviz təşkilatçısına bu iş nə verir (gəlirdən savayı)? Bu və bir çox digər sualları cavablandırmaq üçün hazırda şəhərimizdə fəaliyyət göstərən dörd kviz təşkilatçısı ilə həmsöhbət olduq. Onlar öz layihələrinin yaranma tarixindən, formatlarından, auditoriyalarından danışdılar və hər birinin minnətdar iştirakçılardan aldığı ən dəyərli rəylərin nə olduğunu bizimlə bölüşdülər.

«Mənim musiqimdə Azərbaycan yaşayır!» — Səadət FərziyevaSəadət Fərziyeva — yaradıcılığını əsasən uşaq mövzusuna həsr etm...
15/07/2025

«Mənim musiqimdə Azərbaycan yaşayır!» — Səadət Fərziyeva

Səadət Fərziyeva — yaradıcılığını əsasən uşaq mövzusuna həsr etmiş istedadlı bəstəkar, sənətə və ailə dəyərlərinə dərin bağlılıq göstərən  bir pedaqoqdur. Musiqi təhsili sahəsində zəngin təcrübəyə malik olan Səadət xanım həyatını yeni nəslin yetişdirilməsinə, parlaq və yadda qalan uşaq mahnıları və pyeslərinin yazılmasına, sonralar isə elmi-tədqiqat fəaliyyətinə həsr edib. Uşaqlıqdan yaranan musiqiyə sevgi onun həyat yolunu bəstəkar, müəllim və tədqiqatçı kimi müəyyənləşdirib. Xalq musiqisinə və xalqına olan sevgi onun şəxsiyyətinin ayrılmaz hissəsi olub.Onun professor Gülnaz xanım Abdullazadənin elmi rəhbərliyi ilə yazdığı “Cənubi Azərbaycanın "Xalay" mahnı və rəqsləri” adlı dissertasiya işi musiqi folkloru sahəsində ciddi bir tədqiqatdır. Bu iş bu gün Azərbaycan folklorunun öyrənilməsində dərs vəsaiti kimi istifadə olunur.Xalq musiqisinə və xalqına olan sevgi onda xüsusilə xaricdə yaşadığı dövrdə daha da güclü şəkildə özünü göstərib. Vətənindən uzaqda olsa da, sənətlə yaşamağa davam edib: Azərbaycan dilində mahnılar bəstələyib, uşaqları mahnılar və mədəniyyət vasitəsilə öyrədib. Onun və ailəsinin Londonda özəl musiqi məktəbi yaratması qəlbdən gələn bir iş olub. Bu addımı atan ilk azərbaycanlılardan biri kimi, onlar bu məktəbi musiqinin mədəniyyətlə qovuşduğu, ənənələrin yaşadığı və nəsildən-nəslə ötürüldüyü bir məkana çevirə biliblər.Bununla yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü və Azərbaycan diasporunun dəstəyi ilə yaradılmış “Karabakh School” Onlayn Məktəbi bütün Böyük Britaniyada fəaliyyətə başlayaraq ingilisdilli uşaqlarla iş üçün önəmli bir platformaya çevrilib. Bu layihə Səadət Fərziyevanın mədəniyyətə, maarifçiliyə və xalqına xidmətə olan dərin bağlılığının parlaq təzahürüdür.Səadət Fərzieva o nadir müəllimlərdəndir ki, musiqi onun üçün sadəcə bir peşə deyil, bir həyat fəlsəfəsidir.

Məişət zorakılığı günümüzün ən aktual və həssas sosial problemlərindən biridir. Bütün dünyada olduğu kimi, Azərbaycanda ...
15/07/2025

Məişət zorakılığı günümüzün ən aktual və həssas sosial problemlərindən biridir. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlara və uşaqlara qarşı baş verən zorakılıq halları cəmiyyətin sağlam inkişafına, ailə institutuna və sosial sabitliyə ciddi zərbə vurur.
Bu kontekstdə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin tam maliyyə dəstəyi ilə “İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Məişət zorakılığı əleyhinə uğurlu təcrübələrin təşviqi” layihəsi xüsusi aktuallıq kəsb edir. Layihənin rəhbəri və birliyin sədri Səidə Musayeva bu təşəbbüsü cəmiyyətin sosial təhlükəsizliyinin təmin olunmasına və qadın hüquqlarının müdafiəsinə yönəlmiş strateji addım kimi qiymətləndirir.Səidə Musayeva öz çıxışında bu mövzunun daim gündəmdə saxlanılmasının vacibliyini vurğulayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti və dəstəyi nəticəsində ölkəmizdə qadınların və uşaqların müdafiəsinə yönəlmiş bu cür mühüm layihələrin həyata keçirilməsi üçün geniş imkanlar yaradılıb.
Eyni zamanda, o, ölkəmizin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya onun humanist yanaşmasına, daim göstərdiyi qayğı və dəstəyə, qadınların sosial-iqtisadi inkişafına və ailə dəyərlərinin qorunmasına verdiyi böyük töhfələrə, eləcə də bu mövzuya göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlığını ifadə edib.

Məhz bu tədbirdə birliyin sədr müavini Cəmalə Naxçıvani moderator qismində çıxış edərək peşəkar yanaşması, dərin analitik baxışı və cəmiyyətə ünvanladığı açıq çağırışları ilə iştirakçıların diqqətini cəlb edib.
Layihənin eksperti, hüquqşünas-psixoloq Natiq Babayev öz çıxışında maarifləndirmənin, sosial dəstəyin və cəmiyyətin birgə fəaliyyətinin zorakılığın qarşısının alınmasında mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, məişət zorakılığı ilə mübarizə yalnız hüquqi tədbirlərlə deyil, həm də ictimai şüurun dərin şəkildə dəyişdirilməsi ilə mümkündür. Onun çıxışı da auditoriyanı düşünməyə və mövzu ətrafında fəal müzakirələrə təşviq edən interaktiv formatda təqdim olunub.

Gələcəyimiz üçün sağlam nəsillər: Qan qohumu evliliklərinin fəsadları və maarifləndirmə tədbirləriBir uşağın dünyaya gəl...
04/07/2025

Gələcəyimiz üçün sağlam nəsillər: Qan qohumu evliliklərinin fəsadları və maarifləndirmə tədbirləri

Bir uşağın dünyaya gələndə, onun gözlərində saysız xəyal, könlündə səssizcə böyüyən ümid çiçəkləri olur.
Qohum evlilikləri genetik xəstəliklərin toxumu deyil, hər iki tərəfin seçimini, gələcək yolunu əlindən alan görünməz divardır.
Bu divarların arxasında həm qəlblər sönür, həm gələcəkləri zədələnir, içlərindəki işıq tədricən sönür.
2 iyul 2025-ci il tarixində baş tutan görüş isə, sadəcə bir sənədin imzalanması deyildi — bu, insan həyatına dəyər verməyin, gələcək nəsillərə sevgi və məsuliyyətlə yanaşmağın səmimi bir ifadəsi idi. “Qan Donorları Assosiasiyası” ,“İnnovativ Proqress və Ekologiya” Sosial-İqtisadi İnkişafa Dəstək İctimai Birliyi, və Adalia Beynəlxalq Qadın Platformasının bir araya gəlməsi, həmrəyliyin, gücün və böyük məqsədlərə inamın təntənəsi kimi yadda qaldı. Burada əsas məqsəd həm qan qohumları arasında nikahların mənfi fəsadlarının qarşısının alınmasına, həm də ailələrin daha sağlam gələcək qurmasına, oğlan və qız uşaqlarının öz xəyallarına çatmasına, onların həyat yolunda daha möhkəm addımlarla irəliləməsinə açılan bir ümid qapısı idi.
Bu tədbir qan qohumları arasında bağlanan nikahların yaratdığı genetik təhlükələri aradan qaldırmağa xidmət etməklə, maarifləndirci tədbirlər həyata keçirməklə gələcək nəsillər üçün daha sağlam, daha parlaq bir sabah vəd edir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Fortuna magazine posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fortuna magazine:

Share

Category