APA

Call Directions Website Contact the business

APA APA - XƏBƏR BİZİM İŞİMİZDİR!

🇺🇸🇮🇷 ABŞ-ın İrana qarşı əməliyyatlarında 21 hərbçi ölüb, 865-i yaralanıb "The Washington Post" qəzetinin məlumatına görə...
10/10/2026

🇺🇸🇮🇷 ABŞ-ın İrana qarşı əməliyyatlarında 21 hərbçi ölüb, 865-i yaralanıb

"The Washington Post" qəzetinin məlumatına görə, Pentaqon əvvəllər açıqlanmayan daha 2 ölüm faktını statistikaya əlavə edib.

İraqda keçirilən hərbi təlim zamanı baş vermiş qəza da nəzərə alındıqda, fevralın 28-dən bəri Yaxın Şərqdə ölən ABŞ hərbçilərinin ümumi sayı 22-yə çatıb.

🇺🇸🇺🇦 Tramp: Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıbABŞ Prezidenti Donald Tramp Zelenskini müharibəni başa çatdı...
10/10/2026

🇺🇸🇺🇦 Tramp: Ukraynanın yeni prezident seçməsinin vaxtı çatıb

ABŞ Prezidenti Donald Tramp Zelenskini müharibəni başa çatdırmaq istəməməkdə ittiham edib.

Tramp bildirib ki, Ukraynanın sülh razılaşması əldə etmək üçün çoxsaylı imkanları olub, lakin Zelenski bunlardan istifadə etməyib.

Tramp həmçinin Ukraynanın Rusiyanın neft emalı zavodlarına hücumlarını tənqid edərək Kiyevdən dizel yanacağı infrastrukturuna toxunmamağı istədiklərini açıqlayıb.

10/10/2026

⚡️🇺🇦🇷🇺 Ukrayna Rusiyanın Samara vilayətindəki neft obyektini yenidən vurub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, obyekt oktyabrın 2-si və 7-də də hücuma məruz qalıb. Əvvəlki zərbələr nəticəsində 4 böyük neft rezervuarının məhv edildiyi və güclü yanğın baş verdiyi bildirilir.

10/10/2026

⚡️ Salyanın Arbatan kəndində qatarla avtomobil toqquşub.

Sürücü son anda özünü avtomobildən ataraq xilas ola bilib - ANBAAN GÖRÜNTÜLƏR

2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir ...
10/10/2026

2024-cü ilin dekabrında Bakı-Qroznı təyyarəsinin qəzaya uğraması ilə əlaqədar öz adımdan, bütün çeçen xalqı adından bir daha dərin hüznlə başsağlığı vermək istəyirəm. Bu, bizim ortaq kədərimizdir.

Bu sözləri Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Bakıda Prezident İlham Əliyevlə görüşdə deyib.

“Biz qardaş Azərbaycan xalqının kədərini səmimi-qəlbdən bölüşürük və həlak olanların hamısının ruhuna dualar edirik”, - deyə o qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov...
10/10/2026

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovu qəbul edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

10/10/2026

📸🌧 Bu gün səhər saatlarından başlayaraq Lənkəran rayonunun kəndlərinə dolu yağıb.

Təxminən 4-5 dəqiqə davam edən dolu əsasən Separadi, Tükəvilə, Zövlə, Şağlaser, Boladi kəndləri, Nərimanabad qəsəbəsi və Liman şəhərində müşahidə olunub.

10/10/2026

⚡️🇺🇦🇷🇺 Ukrayna ordusu Rusiyanın Rostov şəhərinə dron hücumu edib.

• Hücum nəticəsində Novoşaxtinsk Neft Emalı Zavoduna məxsus neft terminalında güclü yanğın başladığı bildirilir.

Azərbaycanda qeyri-infeksion xəstəliklərin payı artır.Bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik ...
10/10/2026

Azərbaycanda qeyri-infeksion xəstəliklərin payı artır.

Bunu Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev deyib.

O bildirib ki, son illərin tibbi-bioloji mənzərəsinə nəzər saldıqda, qeyri-yoluxucu xəstəliklərin üstünlük təşkil etdiyini görmək mümkündür:

“Bununla yanaşı, digər bir tibbi tendensiyanın da şahidi oluruq. Belə ki, dünyada orta ömür uzunluğu son illərdə 73 ili ötüb. Azərbaycanda isə bu göstərici 2025-ci ilin sonuna 77 ili ötüb. Bununla belə, düşünməliyik ki, qazandığımız əlavə ömür illərini nə dərəcədə sağlam yaşayırıq. Ömür uzunluğunun artması ilə yanaşı, xüsusilə qeyri-yoluxucu xəstəliklərin də rolu artıb”, – deyə o qeyd edib.

🇺🇸🇷🇺 Tramp Putinlə Azərbaycan və Ermənistan münaqişəsi barədə danışıb.Trampın sözlərinə görə, Putin ona belə deyib:“Bu m...
10/10/2026

🇺🇸🇷🇺 Tramp Putinlə Azərbaycan və Ermənistan münaqişəsi barədə danışıb.

Trampın sözlərinə görə, Putin ona belə deyib:

“Bu münaqişəni həll etdiyinizə inana bilmirəm. Mən 10 il ərzində buna çalışmışam, amma bacarmamışam”.

Address

Nəcəfqulu Rəfiyev Küç. Məhəllə 11/45
Baku

Alerts

Be the first to know and let us send you an email when APA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to APA:

Shortcuts

Share