“Space" Müstəqil Teleradio Şirkətinin rəsmi səhifəsi
28/05/2025
❗Bu gün Azərbaycanda Müstəqillik Günüdür!
✔️1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 107 il ötür.
Dövlətimiz, dövlətçiliyimiz əbədi olsun!
Bayramınız mübarək!
15/04/2025
Bu gün görkəmli oftalmoloq alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın əbədiyyətə qovuşmasından 40 il ötür.
Azərbaycan oftalmologiya elminin inkişafında Akademik Zərifə Əliyevanın müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, həmçinin oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Azərbaycanda Tibbi deontologiyanın inkişafında da akademik Zərifə Əliyevanın böyük rolu olmuşdur. Onun tibbi etika və deontologiyaya dair baxışları “Yüksək əqidə” həkimlik etikası əsərində ətraflı əks olunmuşdur.
Şərəfli ömür yaşamış Zərifə xanım Əliyevanın nurlu xatirəsi xalqımız tərəfindən hər zaman hörmət və ehtiramla anılır.
Ruhu şad olsun!
02/04/2025
✔️ Space TV-də yeni layihə❗
Həyəcanlı və dinamik "Yaxşı yol" verilişi tezliklə efirdə yayımlanacaq.
01/04/2025
26/03/2025
Ötən il olduğu kimi, bu il də "İnam" dövlət-din münasibətlərinin möhkəmlənməsində müstəsna rol oynadı. Dünyəvi dövlət olmasına baxmayaraq, dini dəyərlərin əsl himayəçisinin Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin olduğunun dünyaya göstərə bildi. Qürurverici haldır ki, başqa ölkələrdə yaşayan həmvətənlərimiz, eləcə də müsəlman aləmi "İnam" verilişi vasitəsilə Azərbaycanda dinin doğrularının rahatlıqla izləyə bildilər. "İnam" da bir ay ərzində insanlar tək Ramazan ayı ilə yox, bütövlükdə İslam dinin və onun doğruları barədə din ailmərinin, ilahiyyatçıların elmi-nəzəri yanaşmasına şahidlik etdilər.
Bütövlükdə Seyid Camal Əzimbəyliinin rəhbərliyi ilə "İnam" komandası gecə-gündüz bilmədən, hətta telekanalın binasından çıxmadan gələn on minlərlə sualı hətta yazılı şəkildə cavablandırmağa çalışdı.
Beləliklə, "İnam"ın timsalında dünya Azərbaycanda tolerantlığın, vəhdətin nümunəsini bir daha görmüş oldu. "Space" televiziyası isə "İnam" verilişinə geniş efir imkanı yaratmaqla Azərbaycanın dövlət-din siyasətinə dəstəyini vermiş oldu.
26.03.25 - "İnam" yenə də efir məkanında ilkə imza atdı...
26/12/2024
Qəzada həlak olanlara rəhmət, yaralılara şəfa diləyirik.
25/12/2024
24/12/2024
Bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin doğum günüdür. Dövlət başçımızın 63 yaşı tamam olur.
17/11/2024
17 Noyabr - Milli Dirçəliş Günü
08/11/2024
Bu gün Azərbaycanın Qarabağda qazandığı tarixi Qələbənin dördüncü ildönümü - Zəfər Günü qeyd olunur.
Zəfər Günü Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla təsis edilib
17/09/2024
❗Tezliklə Space TV-də "PUBG" çempionatı keçiriləcək.
13/09/2024
🔴 TEZLİKLƏ!
❗"Xəbər adamı"
🎙️Amil Xəlilin təqdimatında
📺 Space TV-də
Be the first to know and let us send you an email when Space TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.
SPACE Müstəqil Teleşirkətinin ilk televerilişi 12 oktyabr 1997-ci ildə nümayiş olunub.
Yayım şəbəkəsi respublikanın sosial, siyasi və mədəni həyatını əks etdirən müəllif proqramlarından ibarətdir. Gündəlik informasiya buraxılışları və informasiya-analitik verilişləri ilə yanaşı SpaceTV maraqlı tok-şou, musiqili-əyləncəli, intellektual oyun və maarifləndirici proqramları ilə də seçilir. Hal-hazırda şirkətdə 365 işçi çalışır. 1997-ci ildən başlayaraq ümumiyyətlə SpaceTV-də bir çox telelayihələr dəfələrlə Milli Mükafatlara layiq görülüb. Yayım ərazisi Avrasiya və Şimali Afrikadır. SpaceTV sutka ərzində orta hesabla 20 saat yayımlanır.
Müstəqil “SPACE” televiziya kanalı Azərbaycan Respublikasının bir çox Nazirlikləri ilə birgə layihələri var. “Siqnal” verilişi – Daxili İşlər Nazirliyi tərəfindən dəstək verilən və yaranan verilişdir. “Abituriyent” verilişi – SPACE telekanalının və DİM-in birgə yaratdığı layihələrdir. “Azərlotereya” verilişi – SPACE telekanalının və İqtisadi İnkişaf Nazirliyinin birgə yaratdığı layihədir.
2001-ci il 12 oktyabr tarixi Space Radiosunun ilk efir günüdür. Fm 104 Mhz dalğasında yayımlanır. Yayım 24 saatdır və verilişlərin 70%-i milli məhsuldur. Space Radiosunun müxtəlif janrlı verilişləri Azərbaycan hüdudlarından kənard da dinləyicilərin məhəbbətini qazanıb. Space 104 Fm dalğasında hər saat xəbərlər informasiya buraxılışı yayımlanır. Space Radiosu dəfələrlə beynəlxalq tenderlər qalibi olub. Həmçinin beynəlxalq Avrasiya fondunun tenderi də bu siyahıdadır. “SPACE” MRTŞ Avrasiya Televiziya və Radio Akademiyası ilə sıx əməkdaşlıq edir.
Bizim kontaktlarımız
Ünvan: Azərbaycan, AZ 1073 Bakı, H.Cavid pr., 8
Tel.:: +994-(12)-510-0003
FAX:: +994-(12)-492-7665
WWW::www.spacetv.az
E-mail:: [email protected]