Sancaq Media

Mayın 5-də saat 13:00 da Tofiq bəyin oğlu Rahim Yaqublu Vaşınqtonda Azərbaycan səfirliyinin qarşısında aksiya edəcək! Ra...
05/05/2025

Mayın 5-də saat 13:00 da Tofiq bəyin oğlu Rahim Yaqublu Vaşınqtonda Azərbaycan səfirliyinin qarşısında aksiya edəcək!
Rahim bəyə iştirakımızla dəstək verək!

Mayın 5-də saat 13:00 da Tofiq bəyin oğlu Rahim Yaqublu Vaşınqtonda Azərbaycan səfirliyinin qarşısında aksiya edəcək!
Rahim bəyə iştirakımızla dəstək verək!

Mehman Hüseynov.

Yatan xalqın deputatı da yatır 😁
24/09/2024

Yatan xalqın deputatı da yatır 😁

PAYLAŞ! Biabırçılıq! Prezident danışır, deputatlar isə yatır! Milli Məclisdə hörmətsizlik! Deputatlar niyə yatır?

31/08/2024

Mehman Hüseynovdan növbəti çox maraqlı araşdırma

"Bahalı maşınlara görə, Villalara görə Neftçaladan vaz geçermiyim

Çoxları Neftçalada baş verənləri yaxşı görür. Amma sizin görmədiyiniz və bilmədiyiniz çox şeylər var. Dedim sizlə bölüşüm. Sabir və Tənzilə Rüstəmxanlı haqda bilmədikləriniz!

Mən son baş verənləri görüb bəzi məqamları yazmağı borc bildim. Bu xalq hər şeyi bilməlidir, ələlxüsus da, NEFTÇALA camaatı... Çünki bu ailə özündən başqa heç kəsi düşünmür. Onların Şamaxıdakı və Gənclikdə "Milyonerlər məhəlləsində"ki milyonluq villaları ilə bütün Neftçalanın su problemini həll etmək olardı...

Tənzilə Rüstəmxanlı bütün gün Qarabağ savaşlarından, şəhid olan əsgərlərdən danışır. Amma mənim Tənzilə Rüstəmxanlıya və Sabir Rüstəmxanlıya sualım var: xalqın balası müharibədə iştirak edəndə, şəhid olanda, qazi olanda sizin övladınız Cəmil Rüstəmxanlı harada idi bəs? Təkrar soruşuram, oğlunuz Cəmil Rüstəmxanlı harada idi? Bəlkə, o da döyüş zonasında idi? Bilirəm, siz bu sualın cavabını verə bilməzsiniz. Amma mən sizə deyə bilərəm ki, övladınız Cəmil Rüstəmxanlı harada idi.

Tənzilə və Sabir Rüstəmxanlının oğlu Cəmil Rüstəmxanlı həmin müddətdə Azərbaycan Avtomobil Yollarının sədr muavini işləyib. Cəmil Rüstəmxanlı "Azəravtoyol"da işləyə-işləyə 800-900 manat dövlət maaşı alıb, amma necəsə bu xırda-xuruş pullarla milyonlarla dəyəri olan maşın qarajına sahib olub. Mətbuatda dəfələrlə bu xəbər gedib!

Bəli, Cəmil Rüstəmxanlı "Azəravtoyol"a işə gedib-gəlmək üçün "99-AA-290" və "77-AA-290" nömrələri istifadə edirdi. "77-AA-290" nömrəsi 150 min manatlıq "Toyota Land Cruiser" markasının üstündə idi, "99-AA-290" nömrə nişanı isə qiyməti 250 min manat olan "BMV x7" markalı maşının üstündə olub.
Gördüyünüz kimi, Tənzilə Rüstəmxanlının oğlu Cəmil də arxa cəbhədə "döyüşüb", həm də “zerkalnı” nömrələr uğrunda savaşda. Tipik məmur balası. Bunlar hələ işə gedib gəldiyi maşınlardır...
İşdən kənarda isə asudə vaxtı o, "10-YY-002", "10-OY-010" və "10 YY 007" nömrələri ilə şəhərdə fırlanırdı. Misal üçün, "10-OY-010" dövlət nişanı qiyməti 200 min manat olan "Mersedes Galenvagen" markalı maşına taxılıb. "10-YY-002" dövlət nişanı isə qiyməti 250 min olan "Range Rover" markalı maşınına taxılıb, arada həmin bu nömrəni "Nisaan Patrul" markalı maşınına da taxıb. "10-YY-007" nömrəsinin qiyməti isə 300 min olan "Bentley markalı" maşına taxılıb.

İndi gördünüz xalqın övladları müharibədə olanda Cəmil Rüstəmxanlı harada olub? Ona görə də xalq kimin kim olduğunu tanımalıdır. Tənzilə Rüstəmxanlı indi başa düşürsünüz o söydükləriniz, “qanqal” adlandırdıqlarınız niyə müharibəyə qarşı idi? İndi dərk edirsiniz ki, niyə ədalətli cəmiyyət qurmaq üçün mubarizə aparırlar?

Qarabağı əlinizdə bayraq edib xalqın hisslərilə oynamağa çalışırsınız, amma Qarabağ savaşında xalqın övladları şəhid olanda, sizin övladınız gündə bir maşın dəyişirdi".
Tam mətn şərhdə

Belə ölkə olar?😁 Bunlar nə edir axı?
13/08/2024

Belə ölkə olar?😁 Bunlar nə edir axı?

Bu adamların maskası da belə cırıldı! DƏHŞƏT! Bu nə biabırçılıqdır? Bu nə etiraflardı?😁 Kürdaxanı türməsinin rəisi Elnur İsmayılov düstaqlardan pulları alıb...

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Sancaq Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sancaq Media:

Share