Fakt Yoxla

Fakt Yoxla “Fakt Yoxla” siyasət, hüquq, insan hüquqları, sosial və iqtisadiyyat sahələrində faktların yoxlanmasını həyata keçirir.

“Fakt Yoxla” (Fact Check) Azərbaycan cəmiyyətinə siyasi xəbər və informasiyaların tərəfsiz çatdırılması vasitəsilə ictimaiyyətin manipulyasiyaya məruz qalmasının qarşısının alınmasını qarşısına məqsəd qoyan müstəqil qeyri-hökumət təşkilatıdır. 2019-cu ildə təşəbbüs olaraq Demokratik Təşəbbüslər İnstitutu tərəfindən irəli sürülsə də, hazırda müstəqil təşkilat olaraq fəaliyyət göstərir. Hazırda “Fak

t Yoxla” siyasət, hüquq, insan hüquqları, sosial və iqtisadiyyat sahələrində faktların yoxlanmasını həyata keçirir. Layihənin hədəflərinə aşağıdakılar daxildir:

1. İctimai fiqurların səsləndirdiyi ifadələrin həqiqətəuyğun olub-olmadığını, siyasətçilərin vədlərinə əməl edib-etmədiklərini yoxlamaq;
2. Qanunvericiliyin monitorinqi və qanunların praktikada nə dərəcədə səmərəli tətbiq edildiyinə nəzarət etmək;
3. Azərbaycanın beynəlxalq səviyyədə üzərinə götürdüyü öhdəlikləri hansı səviyyədə yerinə yetirdiyini və ölkədə qəbul olunmuş qanunların ümumbəşəri dəyər olan insan hüquqlarına uyğun olub-olmadığını araşdırmaq;
4. Mediada, müxtəlif internet resurslarda gedən yalan xəbərləri aşkarlamaq və ictimaiyyəti məlumatlandırmaq:

“Fakt Yoxla” Beynəlxalq “Fact-checker” şəbəkəsinin Prinsiplər kodeksini öz faktyoxlama meyarlarına daxil etmişdir. Lakin kodeksin prinsipləri ölkə şərtləri nəzərə alınmaqla tətbiq olunur. Həmçinin “Fakt Yoxla” öz fəaliyyətində www.politifact.comwww.factcheck.ge resurslarının təcrübələrinə istinad edir.

İctimai şəxslərin ifadələrində deyilmiş faktların düzgünlüyü aşağıdakı mümkün informasiya resursları vasitəsilə yoxlanılır:

1. Rəsmi dövlət qurumlarının veb-saytlarını istifadə etməklə;
2. “Fakt Yoxla” üzvü tərəfindən ictimai məlumat almaq üçün göndərilmiş rəsmi sorğu vasitəsilə;
3. İnternetdə hökumət və qeyri-hökümət təşkilatlarının, xəbər agentliklərinin, media qurumlarının, tədqiqat institutlarının və digər oxşar qurumların hesabatlarını, araşdırmalarını və ifadələrini axtarmaqla;
4. İctimai şəxslərdən, həmçinin onların media əlaqələndiricilərindən müsahibə götürməklə.

“Fakt Yoxla”nın komandası ictimaiyyətə, seçicilərə, həmçinin siyasətçilərə ölkə gündəmində doğruları müəyyən etməyə yardımçı olur. Bu da siyasətçilərin ictimai hesabatlılığının artırılmasına, faktlara əsaslanan və faktlarla dəstəklənən siyasi ritorikanın inkişafına kömək edir.

“Fakt Yoxla”nın güman olunan aktiv istifadəçiləri aşağıdakılardır: Parlament, hökumət üzvləri, nazirliklər və digər dövlət qurumlarının əməkdaşları, yerli özünüidarəetmə strukturlarının üzvləri və qulluqçuları, siyasətçilər, diplomatlar, xarici missiyaların rəhbərləri, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələri, mütəxəssislər, tələbələr, gənc sahibkarlar, təhsil və digər sahələrdə fəaliyyət göstərən gənclər.

“Fakenews”

Saxta xəbər təbliğatının tərkib hissəsidir və onu həyata keçirmək üçün zəruri bir vasitə kimi qəbul edilir. Saxta xəbərin hamı tərəfindən qəbul edilmiş hər hansı bir tərifi yoxdur, lakin ümumi rəyə əsasən müəyyən bir məlumat mənbəyinin populyarlaşması və ya bəlli bir qrupun siyasətinin həyata keçirilməsi məqsədi ilə kütləvi informasiya vasitələrinin yaydığı yalan və ya yanlış məlumatdır.

❓Deputat Azay Quliyev iddia edib ki, Donald Tramp NATO-ya üzv ölkələrin öz ÜDM-lərinin 5 faizini NATO-ya verməsini istəy...
25/07/2026

❓Deputat Azay Quliyev iddia edib ki, Donald Tramp NATO-ya üzv ölkələrin öz ÜDM-lərinin 5 faizini NATO-ya verməsini istəyir.

❎İddia yanlışdır.

🔗Daha ətraflı şərhdə.

24/07/2026
❓Sosial mediada paylaşılan videoda iddia edilir ki, İspaniya millisinin futbolçusu Mark Kukureyya Dünya Çempionatı kubok...
23/07/2026

❓Sosial mediada paylaşılan videoda iddia edilir ki, İspaniya millisinin futbolçusu Mark Kukureyya Dünya Çempionatı kubokunu sellofan paketdə aparıb.
❌Xəbər saxtadır.
🔗Daha ətraflı şərhdə

❓Deputat Elman Nəsirov iddia edib ki, Avropa Şurası Ermənistana qarşı heç bir qətnamə qəbul etməyib.❌İddia yanlışdır.✅AŞ...
22/07/2026

❓Deputat Elman Nəsirov iddia edib ki, Avropa Şurası Ermənistana qarşı heç bir qətnamə qəbul etməyib.
❌İddia yanlışdır.
✅AŞPA qəbul etdiyi qətnamələrdə Ermənistanın Azərbaycan ərazilərini işğal etdiyi faktını təsdiqləyib, Ermənistanın işğal etdiyi ərazilərdən çıxmalı olduğunu bildirib.
🔗Daha ətraflı şərhdə.

❓Ölkə mediasında Fransa Azərbaycana qarşı qərəzli xarici siyasət yürüdən dövlət olaraq təqdim və tənqid edilir. Bu tənqi...
18/07/2026

❓Ölkə mediasında Fransa Azərbaycana qarşı qərəzli xarici siyasət yürüdən dövlət olaraq təqdim və tənqid edilir. Bu tənqidlər əsasən Ermənistan-Azərbaycan münasibətləri fonunda səsləndirilir. Bəs real faktlar Fransanın “Dağlıq Qarabağ”, Azərbaycanın ərazi bütövlüyü barədə nə göstərir?

🔗Daha ətraflı şərhdə.

❓Prezident İlham Əliyev iddia edib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçimlərində iştirak et...
14/07/2026

❓Prezident İlham Əliyev iddia edib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin hakimlərinin seçimlərində iştirak etməyib.
❌ İddia yanlışdır
✅ Hazırda AİHM-də hakim olan 45 nəfərin 28-i Azərbaycanın da iştirak etdiyi seçkilərlə seçilib.
🔗Daha ətraflı şərhdə.

❓Prezident İlham Əliyev iddia edib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tanımır.❎İddia yanlışdır...
14/07/2026

❓Prezident İlham Əliyev iddia edib ki, Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin qərarlarını tanımır.
❎İddia yanlışdır.
✅Azərbaycan 2002-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiya etməklə AİHM-in qərarlarını tanımaq öhdəliyi götürüb. Milli Məclis bu konvensiyanın ratifikasiyasını ləğv etmədiyi müddətcə Azərbaycan AİHM-in qərarlarını tanımaq məcburiyyətindədir.
🔗Daha ətraflı şərhdə.

📌"Report.az" məlumat verib ki, Türkiyə NATO-ya ÜDM-nin 6,3 %-i səviyyəsində maliyyə vəsaiti ödəyir.❌Xəbər yanlışdır.✅Son...
13/07/2026

📌"Report.az" məlumat verib ki, Türkiyə NATO-ya ÜDM-nin 6,3 %-i səviyyəsində maliyyə vəsaiti ödəyir.
❌Xəbər yanlışdır.
✅Son 5 ildə Türkiyənin hərbi xərclərinin ÜDM-də payının ən yüksək həddi 1,91 faiz olub.
❓Bəs 6,3 faiz nədir?
🔗Daha ətraflı şərhdə.

❓"TV Müsavat" xəbər verib ki, İndoneziyada ev sahibi oğruları tutaraq "skoçlayıb", sonra da polisə təhvil verib. ❌Xəbər ...
05/07/2026

❓"TV Müsavat" xəbər verib ki, İndoneziyada ev sahibi oğruları tutaraq "skoçlayıb", sonra da polisə təhvil verib.

❌Xəbər saxtadır.

✅Video "Batre TV" tərəfindən əyləncə məqsədilə hazırlanıb və orijinal video hələ də "YouTube" platformasında qalır. Videonu hazırlayan şəxslərdən biri bildirib ki, heç bir oğurluqdan söhbət gedə bilməz, video əyləncə məqsədilə hazırlanıb.

🔗Daha ətraflı şərhdə.

02/07/2026

"Bizim.Media" feysbuk səhifəsinin paylaşdığı Erling Haaland videosu süni intellektlə düzəldilib.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Fakt Yoxla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share