Gözətçi

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilibNoyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” ü...
24/11/2025

“Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Noyabrın 24-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə iş üzrə şahidlərin dindirilməsi davam edib.

Şahid qismində dindirilən Fidan Əlicanova və Cəmilə Əzimova ibtidai istintaqda təzyiq altında ifadə verdiklərini deyiblər. Cəmilə Əzimova bildirib ki, müstəntiq onun üstünə qışqırıb və onu səhərə qədər polis bölməsində saxlamaqla hədələyib. Şahidlərin hər ikisi telefonlarının müsadirə olunduğunu və hələ də qaytarılmadığını, bununla bağlı heç bir hüquqi sənəd təqdim olunmadığını qeyd edib.

Şahidlərin dindirilməsi zamanı təqsirləndirilən şəxslərdən “Toplum TV” jurnalisti Fərid İsmayılovla dövlət ittihamçısı Rauf Malışov arasında mübahisə yaranıb. Jurnalist Rauf Malışovun şahidə verdiyi suala etiraz edib, dövlət ittihamçısı isə ona “otur aşağı” deyib və əlavə edib ki, “onunla belə danışa bilməz”. Mübahisə nəticəsində Fərid İsmayılovun halı pisləşib və o, məhkəmə zalından müvəqqəti çıxarılıb.

Fərid İsmayılov məhkəmə zalına qayıtdıqdan sonra Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırovun məhkəməyə gəlib ifadə verməsi tələbilə vəsatət verib. O bildirib ki, sonuncu dəfə ölkə xaricindən gələrkən könüllü şəkildə gömrük orqanlarının yoxlamasından keçib və üzərində qanunsuz əşya və ya pul vəsaiti olmaması barədə sənəd alıb. Buna görə də, o, qaçaqmalçılıqda ittiham edilməsinin ziddiyyətli olduğunu və Ş.Bağırovun buna aydınlıq gətirməli olduğunu deyib.

Ətraflı: https://bitly.cx/QzhZe

Azər Qasımlının işi: ‘Bu adamlar heç nəyə şahidlik etməyiblər…’Siyasi Menecment İnstitutunun direktoru, bir ilə yaxındır...
20/11/2025

Azər Qasımlının işi: ‘Bu adamlar heç nəyə şahidlik etməyiblər…’

Siyasi Menecment İnstitutunun direktoru, bir ilə yaxındır həbsdə olan politoloq Azər Qasımlının vəkilləri onun məhkəməsində şahid kimi tanınan şəxslərdən bir neçəsinin adının sübutlar siyahısından çıxarılmasını istəyirlər. Vəkillərin sözlərinə görə, həmin adamlar birbaşa heç nəyə şahidlik etməyiblər, onlar Azər Qasımlının onu hədələdiyini iddia edən Qurbanəli Yusifov adlı şəxsin yaxınlarıdır, onun adından danışırlar.

Noyabrın 19-da keçirilən məhkəmə iclasında da Qurbanəli Yusifovun anası Səlminə Yusifova dindirilib. Şahid qismində ifadə verən Səlminə Yusifova bildirib ki, ötən ilin yazında Azər Qasımlı ilə oğlu arasında borc problemi yaşanmasından xəbər tutub. Həyat yoldaşı ona xəbər verib ki, məhkəmə oğlunun Azər Qasımlıya borcu ödəmək öhdəliyi qoyması barədə qərar çıxarıb:

“Biz qorxduq ki, bu məsələyə görə evimizi satdırarlar. Bir evimiz var”.

Prokuror Səlminə Yusifovanın yadına salıb ki, istintaqda fərqli fikirlər səsləndirib və deyib ki, Azər Qasımlı onun oğlu Qurbanəlini təhdid edirdi.

Cinayət işinin materiallarında iddia olunur ki, Azər Qasımlı Qurbanəli Yusifovu azyaşlı oğlunu oğurlamaqla hədələyərək ondan 45 min dollar pul tələb edib. Hakim məhkəmədə bu üzdən Qurbanəli Yusifovun anasından soruşub ki, istintaqa ifadəsində yer alan “təhdid” sözünün mənasını bilmirmi? Səlminə Yusifova “bilmirəm” cavabını verib.

Ətraflı: https://bitly.cx/xr2rP

Saleh Rüstəmovun ölkədən çıxışına “stop” qoyulubGədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ölkədə...
19/11/2025

Saleh Rüstəmovun ölkədən çıxışına “stop” qoyulub

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmovun ölkədən çıxışına qadağa qoyulduğu bildirilir.

Bu barədə onun yaxınları sosial mediada məlumat yayıblar.

Onların sözlərinə görə, Rusiyada yaşayan Saleh Rüstəmov bacısı qızının vəfatı ilə əlaqədar Azərbaycana gəlib:

“İndi çıxıb getmək istəyir, çıxışına qadağa qoyublar.”

Xatırladaq ki, 1997-ci ildən Rusiyada yaşayan Saleh Rüstəmov sahibkarlıq fəaliyyəti göstərib. O, 1992–1993-cü illərdə icra başçısı işləyib.

2018-ci il mayın 8-də o, müvəqqəti olaraq gəldiyi Azərbaycanda həbs olunub.

O, Rusiyada qanunsuz sahibkarlıqla məşğul olmaqda və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üç üzvü ilə birgə qanunsuz sahibkarlıqda, pul vəsaitlərini qanunsuz leqallaşdırmaqda təqsirləndirilib.

İttihama görə, Saleh Rüstəmov AXCP-ni qanunsuz maliyyələşdirib.

Saleh Rüstəmov ittihamları qəbul etməyib və həbsinin siyasi sifariş olduğunu bildirib. O deyirdi ki, “Bandotdel”də saxlanılarkən ona işgəncə verilib və AXCP sədri Əli Kərimlinin əleyhinə ifadə verməsi tələb olunub.

2019-cu il fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Saleh Rüstəmov 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Saleh Rüstəmov 2022-ci ilin mayında əfv sərəncamı ilə azadlığa buraxılıb.

Toplum TV

Ali Məhkəmə üç ilə yaxındır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin kassasiya şikayətini rədd edib“Azadlıq Radiosu”n...
18/11/2025

Ali Məhkəmə üç ilə yaxındır həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevin kassasiya şikayətini rədd edib

“Azadlıq Radiosu”nun məlumatına görə, qərar noyabrın 18-də hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda elan olunub.

Bəxtiyar Hacıyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilib. Onun kassasiya şikayəti üzrə ilk məhkəmə iclası noyabrın 5-də baş tutub.

Prosesdə çıxış edən Hacıyev bildirib ki, həbsinin siyasi sifarişlə həyata keçirildiyini düşünür. Onun sözlərinə görə, əvvəlcə ona “xuliqanlıq” və “məhkəməyə hörmətsizlik” ittihamları verilsə də, daha ağır cəza tətbiq etmək üçün istintaq gedişində əlavə maddələr, o cümlədən Cinayət Məcəlləsinin 193-1-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddəsi əlavə olunub.

“Mən Apellyasiya Məhkəməsində çıxış etmədim, çünki oradan ədalət gözləmirdim. Amma Ali Məhkəmədən, tam olmasa da, müəyyən gözləntim var idi”, – deyə fəal bildirib.

Ətraflı: https://bitly.cx/zgkim

📢 Anar Məmmədli işi: Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Avropa Məhkəməsi yanında rəsmi nümayəndəsindən məlum...
18/11/2025

📢 Anar Məmmədli işi: Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanın Avropa Məhkəməsi yanında rəsmi nümayəndəsindən məlumatların əldə edilməsinə dair vəsatət verilib

Noyabrın 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) sədri Anar Məmmədli və ictimai fəal Anar Abdullayevin işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Məhkəmə iclasına Hakim Aygün Qurbanovanın sədrlik edib.

Məhkəmə iclasında Anar Məmmədlinin vəkili Cavad Cavadov Məhkəməyə ittihamların hüquqi və faktiki əsaslarını hərtərəfli şəkildə mübahisələndirən və ittihamlarıın tamamilə əsassız olduğunu sübut edəcək məlumatların və təsdiq edici sənədlərin əldə edilməsini tələb edən vəsatət təqdim edib.Vəsatətdə Avropa İnsan Hüquqları Məhkəməsi yanında Azərbaycan Respublikasının Səlahiyyətli Nümayəndəsindən (Hökümətin nümayəndəsindən) rəsmi sorğu ilə bir sıra məlumat və təsdiqedici sənədlərin əldə edilməsi tələb edilmişdir.

Müdafiəçi tərəfindən təqdim edilən vəsatətdə Məmmədliyə qarşı irəli sürülən ittihamların Avropa Məhkəməsinin Məmmədlinin əvvəlki həbsi və onun rəhbərlik etdiyi ictimai birliyin (Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi) qeydiyyatından imtina ilə bağlı qəbul etdiyi qərarların icra edilməməsi ilə birbaşa əlaqəli olduğu əsaslı şəkildə göstərilmişdir. Vəsatətdə göstərilmişdir ki, Azərbaycan dövlətinin AİHM-nin həmin qərarlarını icra etməməsi Anar Məmmədliyə qarşı təkrar eyni ittihamların, üstəlik ağırlaşdırıcı halları ilə irəli sürülməsinə səbəb olub.

Vəsatətdə Avropa Məhkəməsinin “Məmmədli Azərbaycana qarşı” işi üzrə 19 aprel 2018-ci il tarixli qərarına istinad edilib. Qeyd edilib ki, Avropa Məhkəməsi həmin işdə Anar Məmmədlinin 2013-cü ildəki həbsini hüquqa zidd, əsassız və siyasi motivli hesab edərək Konvensiyanın 5-ci maddəsinin 1-ci və 4-cü bəndlərinin, həmçinin 18-ci maddənin 5-ci maddə ilə birlikdə pozulduğunu müəyyən etmişdir. Həmin qərarda Məmmədliyə qarşı açılan cinayət işi Azərbaycan dövlətinin cinayət hüququnda sui-istifadə edərək siyasi məqsədlərlə Anar Məmmədlini susdurmaq və cəzalandırmaq məqsədi daşıdığı açıq şəkildə göstərilib və dövlətdən həmin ittihamın və məhkumluğun mənfi hüuqi nəticələrinin tam aradan götürülməsi və Məmmədliyə bəraət verilməsi istənilib.

Ətraflı: https://rb.gy/nge0nm

“Azadlıq” qəzetinin baş redaktoru, Fransada yaşayan Qənimət Zahid Baş Prokurorluğa çağırılıb.Bununla bağlı Baş Prokurorl...
17/11/2025

“Azadlıq” qəzetinin baş redaktoru, Fransada yaşayan Qənimət Zahid Baş Prokurorluğa çağırılıb.

Bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti noyabrın 17-də İTV-də yayımlanıb.

Bildirilib ki, o, barəsində açılmış cinayət işi üzrə bu gün bitmiş ibtidai istintaqla bağlı ittiham aktı ilə tanış olması üçün noyabrın 24-də Baş Prokurorluğun İstintaq Baş İdarəsinə çağırılır.

Ona öz seçdiyi müdafiəçi ilə idarəyə gəlməsi və digər hüquqları izah olunub, ittiham aktı ilə tanış olmaq üçün idarədə tam şərait yaradılacağı bildirilib.

Baş Prpkurorluq bildirir ki, Qənimət Zahid barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.

Məlumatda o da qeyd olunub ki, onun barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq qiyabi həbs qətimkan tədbiri seçilib.

İttihama görə, Qənimət Zayidov 4 iyul və 18 iyul 2018-ci il tarixlərində “Youtube” platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.

Toplum TV

Tarixçi alim, tarix elmləri doktoru Altay Göyüşov və siyasi şərhçi Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb.Bu barəd...
14/11/2025

Tarixçi alim, tarix elmləri doktoru Altay Göyüşov və siyasi şərhçi Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb.

Bu barədə qurumun müraciəti İctimai Televiziya vasitəsilə yayımlanıb.

Məlumata görə, hər iki şəxs noyabrın 21-də Baş Prokurorluğun Binəqədi rayonunda yerləşən İstintaq Baş İdarəsinə gəlməlidir. Qurum bildirir ki, Göyüşov və Oruclu barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində qərar qəbul edilib. Ölkə hüdudlarından kənarda olduqları üçün onlar barəsində axtarış elan olunub və Binəqədi Rayon Məhkəməsinin 2025-ci il 23 fevral tarixli qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.

Qeyd olunub ki, sentyabrın 17-də ittihamda dəyişikliklər edilib və Altay Göyüşov və Ərəstun Oruclu barəsində Cinayət Məcəlləsinin 220.2-ci və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Prokurorluq iddia edir ki, Altay Göyüşov 2020-ci il aprelin 20-də “YouTube”da “Düz Danışaq” kanalında, 2024-cü il sentyabrın 2-də və 2025-ci il yanvarın 1-də isə “Altay Göyüşov” adlı Facebook səhifəsində digər şəxslərlə qabaqcadan əlbir olaraq mövcud hakimiyyətə qarşı zor tətbiqinə çağırış edən çıxışlar yayıb.

Qurumun digər iddiasına görə, Ərəstun Oruclu 4 yanvar 2023-cü ildə “YouTube” internet platformasında “Ərəstun Oruclunun kanalı” adlı kanalda və 24 oktyabr 2024-cü ildə “Azərfreedom TV” adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar edib və yayıb.

Noyabrın 13-də xaricdə yaşayan jurnalist Sevinc Osmanqızı, eləcə də ictimai fəallar Abid Qafarov və Vaqif Allahverdiyevin də Baş Prokurorluğa çağırılması barədə müraciət yayılıb.

Bundan əvvəl də müxtəlif bloger və jurnalistlər barəsində oxşar ittihamlarla cinayət işləri açılıb, qiyabi hökmlər qəbul edilib.

AbzasMedia

📢 Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevin 30 sutka inzibati qaydada həbs ...
13/11/2025

📢 Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Xətai rayon şöbəsinin sədri Faiq Nağıyevin 30 sutka inzibati qaydada həbs edildiyi bildirilib

Bu barədə noyabrın 12-də partiyadan məlumat verilib. AXCP nümayəndələri bildiriblər ki, hələlik həbsin detalları bəlli deyil.

Partiya sədri Əli Kərimli “Facebook” hesabında yazıb ki, həmin gün Faiq Nağıyev onu maşını ilə Milli Şuranın iclasına aparmalı imiş, lakin bir neçə saat sonra ondan xəbər almaq mümkün olmayıb.

Əli Kərimli bildirib ki, bu, son vaxtlar partiya fəallarının ardıcıl şəkildə saxlanılmasının davamıdır:

“Cəmi beş gün əvvəl məni məhkəməyə və digər tədbirlərə aparan AXCP fəalları Fərid Quliyev və Vəlişan Həsənov oğurlanmışdı. Bir neçə gün sonra məlum oldu ki, Fərid Quliyev 30 sutka inzibati qaydada həbs olunub. Daha sonra Vəlişan bəyin də eyni qaydada həbs edildiyini öyrəndik. Amma bu günə qədər onun ailəsinə həbs müddəti barədə məlumat verilmir. Ölkədə hüquq və məhkəmə sisteminin yalnız adı qalıb,” – deyə Kərimli qeyd edib.

Daxili İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməyib.

Əli Kərimli daha əvvəl də bildirib ki, bu il ona ictimai əsaslarla sürücülük və mühafizəçilik edən təxminən on nəfər AXCP üzvü əsassız yerə saxlanılıb.

Hazırda partiyanın 15-ə yaxın üzvü uzunmüddətli və ya inzibati qaydada həbsdədir. AXCP onların hamısının siyasi sifarişlə həbs edildiyini bəyan edib.

Rəsmilər isə ölkədə siyasi məhbusun olmadığını bildirir, bu şəxslərin konkret cinayətlərə görə mühakimə olunduğunu vurğulayırlar.

Bəzi hüquq müdafiəçilərinin hesablamalarına görə, hazırda Azərbaycanda 400-ə yaxın siyasi məhbus var.

AbzasMedia

📢 Jurnalist Əfqan Sadıqov yenidən inzibati qaydada həbs olunub“AzelTV” YouTube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqo...
12/11/2025

📢 Jurnalist Əfqan Sadıqov yenidən inzibati qaydada həbs olunub

“AzelTV” YouTube kanalının rəhbəri, jurnalist Əfqan Sadıqov Gürcüstanda yenidən inzibati qaydada saxlanılıb.

Bu barədə məlumatı onun həyat yoldaşı Sevinc Sadıqova yayıb.

Onun sözlərinə görə, noyabrın 12-də Tbilisi Şəhər Məhkəməsində keçirilən iclasda Əfqan Sadıqova qarşı “qanunsuz olaraq yol bağlamaq” ittihamı irəli sürülüb. Məhkəmə qərarına əsasən, jurnalist 7 gün müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Sadıqov oktyabrın 23-də eyni ittihamla Tbilisidə inzibati qaydada saxlanılmış və 14 sutkalıq həbs, eləcə də 270 min lari (təxminən 99 min ABŞ dolları) məbləğində cərimə ilə cəzalandırılmışdı.

Sevinc Sadıqova "Abzas Media"ya bildirib ki, bu ittihamla 55 dəfə cərimələnən jurnalistə bununla bağlı polisdən heç bir xəbərdarlıq edilməyib və yalnız məhkəməyə çıxarılanda cərimələndiyini öyrənib.

Jurnalistin xanımının sözlərinə görə, Əfqan Sadıqov 14 sutkalıq həbsdən çıxdıqdan sonra ona noyabrın 12-də eyni ittihama görə yenidən məhkəməyə gəlməsi tapşırılıb.

Sevinc Sadıqova əlavə edib ki, bu iş üzrə üç məhkəmə prosesi təyin edilib və noyabrın 12-də keçirilən iclas onlardan ikincisidir.

“Eyni ittiham olduğuna görə əslində bunlara bir yerdə də baxmaq olardı. Bundan öncə 14 sutka vermişdilər, indi də 7 sutka verdilər. Çıxandan sonra nə baş verəcək, bilmirəm. Nə baş verəcək bəlli deyil. Artıq bunu adət halına çeviriblər. Təəssüflər olsun ki, özləri necə istəyirlərsə, elə də qərar qəbul edirlər,” – Sevinc Sadıqova bildirib.

Qeyq edək ki, Əfqan Sadıqov 2023-cü ilin dekabrında ailəsi ilə birlikdə Gürcüstana köçüb. O, ötən ilin iyulunda Gürcüstandan Türkiyəyə buraxılmadığını açıqlamışdı. 2024-cü il avqustun 3-də isə Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi ilə Tbilisidə saxlanılıb.

Azərbaycan tərəfi jurnalisti pul tələb etməkdə ittiham edib və onun ekstradisiyasını tələb edib. Gürcüstan hakimiyyəti isə Sadıqova siyasi sığınacaq verməkdən imtina edib. 2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi onun Azərbaycana təhvil verilməsi barədə qərar çıxarsa da, bu qərar icra olunmayıb.

Sadıqov ittihamları siyasi motivli və qurama adlandırıb. O, 2025-ci il aprelin 16-da təxminən səkkiz aylıq həbsdən sonra 5 min lari (təqribən 3 min manat) girov qarşılığında azadlığa buraxılıb.

📢 Afiəddin Məmmədovun telefon danışığına qadağa qoyulub“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, işç...
10/11/2025

📢 Afiəddin Məmmədovun telefon danışığına qadağa qoyulub

“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının sədri, işçi hüquqları fəalı Afiəddin Məmmədovun saxlandığı 2 saylı Cəzaçəkmə Müəssisəsində telefonla danışmaq hüququnun məhdudlaşdırıldığı bildirilir.

Bu barədə onun yaxınları məlumat yayıb.

Onların sözlərinə görə, qadağaya səbəb kimi fəalın sonuncu müsahibəsi göstərilib. Müsahibə yayımlandıqdan sonra müəssisə rəhbərliyi Afiəddin Məmmədovun telefon danışıqlarını dayandırıb və onunla əlaqə qurmaq mümkün olmur.

Fəalın “Meydan TV işi” çərçivəsində həbs edilən jurnalist Ülviyyə Əliyə verdiyi müsahibədə təcridxanadakı şəraitin ağır olduğunu, xəstə məhbuslara tibbi yardım göstərilmədiyini deməsi rəhbərliyin narazılığına səbəb olub.

“İşçi Masası”ndan verilən məlumata görə, müəssisənin əməkdaşı Vüsal Aslanov fəalın telefon danışıqlarına mane olur, ona qarşı təzyiq göstərir və digər məhbusları onunla mübahisəyə təhrik edir.

Yaxınları bildirir ki, artıq bir neçə gündür Afiəddin Məmmədovla əlaqə saxlamaq mümkün deyil və onun səhhəti barədə məlumat əldə olunmayıb.

Hazırda Penitensiar Xidmət məsələ ilə bağlı açıqlama verməyib.

Meydan TV

📢 Hafiz Babalı: “Əlillik pensiyam mənim yeganə yaşayış mənbəyimdir, amma artıq bir ildən artıqdır ki, bloklanıb”“Abzas M...
04/11/2025

📢 Hafiz Babalı: “Əlillik pensiyam mənim yeganə yaşayış mənbəyimdir, amma artıq bir ildən artıqdır ki, bloklanıb”

“Abzas Media işi” çərçivəsində 9 il azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalı Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi əlillik pensiyasına qoyulan blokun götürülməsini tələb edir

Həbsdə olan jurnalistin “Facebook” hesabında bu barədə məlumat paylaşılıb. Hafiz Babalı paylaşımında bildirib ki, qanunsuz olaraq onun bütün bank hesablarına, o cümlədən pensiya hesabına da həbs qoyulub:

“Həbs olunduğum zaman bütün bank hesablarıma, o cümlədən pensiya hesabıma da həbs qoyuldu. Halbuki qanunvericiliyə görə pensiya hesablarına həbs qoymaq yolverilməzdir, çünki bu vəsaitlər yalnız Dövlət Sosial Müdafiə Fondu vasitəsilə idarə olunur və şəxsin minimum yaşayışını təmin edən mənbə hesab olunur”.

Babalının sözlərinə görə, məhkəmə qərarında bu istisna nəzərə alınmadığı üçün pensiya hesabı bir ildən artıqdır ki, bloklanmış vəziyyətdə qalır.

“Oktyabrın 14-də vəkilim vasitəsilə həm Bakı Ağır Cinayətlər Məhkəməsinə, həm də Bakı Apellyasiya Məhkəməsinə hesabın açılması ilə bağlı rəsmi ərizə təqdim olunub. Lakin bu günə qədər heç bir cavab və ya addım atılmayıb”.

O bildirir ki, əlillik pensiyası yalnız sosial müdafiə məqsədilə təyin olunur və hazırda onun yeganə yaşayış mənbəyidir.

Ətraflı: https://bitly.cx/p7XoO

📢 Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilibOktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində siyasətçi Azər Qası...
31/10/2025

📢 Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib

Oktyabrın 29-da Bakı Ağır Cinayətlər Məhkəməsində siyasətçi Azər Qasımlının növbəti məhkəmə prosesi keçirilib.

Prosesə hakim Telman İsmayılov sədrlik edib.

Azər Qasımlının həyat yoldaşı Samirə Qasımlı Meydan TV-yə bildirib ki, bu dəfə şahid kimi zərərçəkmiş qismində göstərilən Qurbanəli Yusifovun atası dindirilib.

Daha sonra zərərçəkən kimi tanınan şəxsin xalasıoğlu Ramazan Yusifzadə şahid qismində ifadə verib. O deyib ki, 2023-cü ilin martında işlə əlaqədar Antalyada olub və Qurbanəli Yusifovla eyni mənzildə qalıb. Onun sözlərinə görə, Qurbanəli Yusifov bir dəfə telefon zəngi qəbul edib və bu zəngdən sonra “əhvalı dəyişib”. Lakin Ramazan Yusifzadə bildirib ki, “aralarında pərdə olduğuna görə” zəngin nədən getdiyini soruşmayıb.

Samirə Qasımlının sözlərinə görə, bu zaman prokuror Ramazan Yusifzadəyə içində hazır cavablar olan yönləndirici suallar verməyə başlayıb. Vəkil Rövşanə Rəhimli buna etiraz edib və sualların açıq-aşkar yönləndirici olduğunu qeyd edib. Hakim də etirazı əsaslı sayaraq qəbul edib.

Samirə Qasımlı bildirib ki, prokurorun bütün cəhdlərinə baxmayaraq, Ramazan Yusifzadə dəfələrlə vurğulayıb: hər hansı hədə-qorxudan xəbəri olmayıb, yalnız xalasıoğlunun “kefinin pozulduğunu” görüb.

Ətrfalı: https://bitly.cx/AMg62

Address

Azerbaijan Str
Baku
1007

Alerts

Be the first to know and let us send you an email when Gözətçi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Gözətçi:

Share

Avropa Məhkəməsinin hüquqşünasların şikayəti ilə bağlı qərarı

https://bit.ly/2YeA2MN