Melanxolik

Melanxolik Melanxolik Jurnalı © 2016

15/12/2019
Petra Nəbatilər dövləti paytaxtı.Nəbatilər dövləti paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" dem...
27/07/2016

Petra Nəbatilər dövləti paytaxtı.
Nəbatilər dövləti paytaxtı Petra olmuşdur. Yunan mənşəli olan bu sözün mənası "daş" deməkdir. Nəbatilər öz evlərini dağın qoynunu oyaraq düzəltdiklərinə görə ora belə adlandırılmışdır. Deyilənə görə ərəbcə o məhəllənin adı "hisni səl’", yəni "qaya divar (sıldırm qala)" olmuşdur. Onların evlərinin qalıqları hələ də Musa vadisində Harun dağının yüksəkliklərində (İordaniya ərazisindədir) qalmaqdadır.
Nəbatilərin hakimiyyəti miladi tarixinin ikinci yüz illiyinə qədər davam etmişdir. 106-cı ildə Roma imperiyası bu ərazini işğal edərək öz torpaqlarına qatmışdır.
Petra nəbatilər hakimiyyətinin qüdrətli dövründə mühüm ticarət mövqeyinə malik idi. O Fars körfəzi ilə Aralıq dənizini ticarət baxımından bir-birinə birləşdirən bir nöqtə idi.
İordaniyanın Lut gölü ilə Akabe körfəzi arasındakı şəhər, e.ə 400 ilə eramızın 106-cı illəri arasında Bitkisilərin paytaxtı olub.
Roma imperatorluğunun işğalının ardından eramızın. 400-cü illərində itən şəhər, əsrlər sonrasında 1812-ci ildə İsveçrəli bir səyyah olan Johann Burkhardt tərəfindən tapıldı. Petra UNESCO tərəfindən Dünya Mədəniyyət Mirasına daxil edilmiçdir.
[https://az.wikipedia.org/wiki/Petra]

Kozuay sahili və ya Nəhənglər keçidi — İrlandiyanın şimalında Antrim qraflığında, Başmills qəsəbəsindən təqribən 3 km şi...
22/07/2016

Kozuay sahili və ya Nəhənglər keçidi — İrlandiyanın şimalında Antrim qraflığında, Başmills qəsəbəsindən təqribən 3 km şimalda yerləşən və İrlandiyanın şimal-şərqi sahili boyunca yayılmış olan vulkanik mənşəli bazalt geoloji quruluş.
Vulkanik püskürmələr nəticəsində yaranmış olan, bir-birinə bağlı 40.000 bazalt sütununun yan-yana düzüldüyü bir yerdir. Bölgənin ən xarakteristik xüsusuyyəti olan bazalt sütunlar, 50-60 milyon il əvvəlki vulkanik fəaliyyətlərin nəticəsidir. Antrim tavası, təxminən 3800 km2-lik sahəsi ilə Avropanın ən böyük lava tavasıdır.

Dənizdən yüksəkliyi orta hesabla 100 metr olan bu qayalıq bölgə, geoloji dönəmdən qalma bir neçə lava hərəkəti səbəbi ilə pilləkənli bir görünüşə sahibdir. Bazalt sütunlardan ən yüksəyi 12 metrdir. Sütunların üst hissəsi pilləkən şəklində olarkən, alt hissəsi isə dənizin altına enməkdədir. Böyük hissəsi altıbucaqlı şəklində olsa da bəzıları yeddi ya da səkkiz bucaqlıdır. Lavalar 28 metr qalınlığa çata bilməkdədir.

1986-ci ildə Kozuay sahili 369-cu üzv kimi YUNESKO-nun Dünya irsi siyahısına salınmışdır.
[https://en.wikipedia.org/wiki/Giant%27s_Causeway]

Avstraliyalı alimlər avtoqəzadan sağ qurtula bilən ideal insan modeli yaradıblar.Avstraliya Avtomobil Qəzaları Komissiya...
22/07/2016

Avstraliyalı alimlər avtoqəzadan sağ qurtula bilən ideal insan modeli yaradıblar.
Avstraliya Avtomobil Qəzaları Komissiyasının mütəxəssislərinin bildirdiyinə görə avtomobil sənayesinin inkişafı göz önündədir. Lakin insan bədəni bu inkişafla ayaqlaşa bilmir. Avtomobillərin çəkisinin artması ilə əlaqədar avto qəza zamanı sərnişinlərin həyatda qalma faizini aşağı salır. Alimlər tərəfindən yaradılan bu manikenin baş həcmi böyükdür, həmçinin də boynu yoxdur. Qrem adı verilən bu manikenin dərisi də normal insanın dərisindən qalındır.
Hal hazırda bu maniken Avstraliya Milli Kitabxanasında nümayiş etdirilir.
[http://motor.ru/news/2016/07/22/graham/]

Land Rover Series 1Uinston Çörçil  bu maşını xüsusi versiyada 80 illik yubileyi münasibəti ilə əldə etmişdir.Maşının qey...
21/07/2016

Land Rover Series 1
Uinston Çörçil bu maşını xüsusi versiyada 80 illik yubileyi münasibəti ilə əldə etmişdir.
Maşının qeydiyyat nömrəsində xüsusi abreviaturanın mənası United Kingdom Empire və 80 yaş mənasını verir.
Ölümündən sonra maşın 160 funta satılmışdı.
Maşının yeni sahibi onu bir müddət istifadə etdikdən sonra qaraja yerləşdirdi və bir daha istifadə etmədi.
2012-ci ildə isə maşın tapılaraq hərrac da 129 min funt sterlinqə satıldı.

[http://motor.ru/gallery/2016/07/19/youcandrivemycar/ #6]

Address

Bakı
Baku
AZ1000

Website

Alerts

Be the first to know and let us send you an email when Melanxolik posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category