Real Azərbaycan

Real Azərbaycan www.realazerbaycan.az saytının rəsmi səhifəsi

SON DƏQİQƏ! İmamoğluya HÖKM OXUNDUİstanbul bələdiyyəsinin həbsdə olan sabiq sədri Ekrem İmamoğlu Tuzla bələdiyyəsinin ke...
12/09/2026

SON DƏQİQƏ! İmamoğluya HÖKM OXUNDU

İstanbul bələdiyyəsinin həbsdə olan sabiq sədri Ekrem İmamoğlu Tuzla bələdiyyəsinin keçmiş rəhbəri Şadi Yazıcıya qarşı təhqiramiz ifadələr işlətməkdə təqsirli bilinərək 2 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

"Real Azərbaycan" xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.

Məhkəmə işinin mahiyyəti üzrə rəyini bildirən prokuror İmamoğlunun irəli sürülən ittiham əsasında 3 ay 15 gündən 2 il 4 aya qədər həbs cəzasına məhkum edilməsini istəyib.

Müdafiə çıxışlarından sonra məhkəmə yekun qərarını elan edib.

Məhkəmənin çıxardığı bu hökm apellyasiya mərhələsində ləğv edilməzsə, İmamoğlu barəsindəki “siyasi qadağa” qərarı tam qətiləşəcək və İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyi üçün məclis üzvləri arasında yenidən seçki keçiriləcək.

11/09/2026

“KFC”də müştəri narazılığı: “Kartof çiy, saqqız kimi idi” – “Personal da xoş münasibət göstərmədi”

“Real Azərbaycan”a müraciət edən Mehby Axmedovskaya 28 Mall-da yerləşən “KFC” restoranında qarşılaşdığı vəziyyətdən şikayətlənib.

Müştərinin sözlərinə görə, restorandan aldığı fri kartof gözlədiyi keyfiyyətdə olmayıb. O, kartofların çiy və “saqqız kimi” olduğunu iddia edib.

Şikayətçi bildirib ki, vəziyyətlə bağlı restoranda personalın diqqətinə çatdırsa da, ona qarşı münasibətdən narazı qalıb:

“Etirazımı bildirdim, amma personal tərəfindən xoş münasibət göstərilmədi. Narazılığımı özlərinə desəm də, bununla bağlı heç bir tədbir görülmədi”.

Mehby Axmedovskaya qeyd edib ki, məsələni əvvəlcə öz sosial media hesabında paylaşsa da, problemin daha geniş auditoriyaya çatdırılmasını istəyir.

Onun sözlərinə görə, məqsədi “KFC” rəhbərliyinin məsələni görməsi və müvafiq tədbir görməsidir.

Şikayətçi həmçinin restoranda təqdim olunan çörəklərin görünüşü ilə bağlı da narazılığını ifadə edib.

Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Xanım TikToker içkili halda hotel işçisinə qeyri-etik ifadələr işlətdi – 10 sutka həbs edildi“TikTok” platformasında “Z ...
11/09/2026

Xanım TikToker içkili halda hotel işçisinə qeyri-etik ifadələr işlətdi – 10 sutka həbs edildi

“TikTok” platformasında “Z aa997” adı ilə tanınan Aytən Fətullayeva inzibati qaydada 10 sutka müddətinə həbs edilib.

“Real Azərbaycan”ın əldə etdiyi məlumata görə, 1999-cu il təvəllüdlü, Saatlı rayon sakini Aytən Fətullayeva hoteldə mübahisə yaradıb və orada çalışan Mübariz Qəhrəmanlıya qarşı qeyri-etik ifadələr səsləndirib.

Mübariz Qəhrəmanlı izahatında qeyd edib ki, hadisə günü saat 04:46 radələrində işlədiyi hotelə üç nəfər yaxınlaşıb:

“Xanımlardan biri spirtli içkinin təsiri altında hoteldə səs-küy salmağa başladı. Onlara bu vəziyyətdə hotelə daxil ola bilməyəcəklərini bildirdim. Bu zaman həmin xanım şəxsiyyətimə qarşı qeyri-etik və küçə söyüşləri işlətdi”.

Bundan sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları çağırılıb. Toplanmış materiallar araşdırılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.

Məhkəmə iclasında Aytən Fətullayeva hadisədən peşman olduğunu bildirib və hakimdən onu bağışlamasını istəyib. Lakin müşavirədən qayıdan hakim onun barəsində 10 sutka müddətinə inzibati həbs qərarı verib.

11/09/2026

Park Bulvar”da yanğın təhlükəsi yaradan görüntülər: “Çağ Baku” restoranında nə baş verir?

Səbail rayonu, Neftçilər prospekti 42 ünvanında, Dənizkənarı Milli Park ərazisinə yaxın yerləşən “Park Bulvar”da fəaliyyət göstərən “Çağ Baku” restoranı ilə bağlı “Real Azərbaycan”a narahatedici məlumat daxil olub.

Mənbənin iddiasına görə, restoranda gənclərin əyləncəsi zamanı qapalı məkanda fişənglərdən istifadə olunur. Əldə olunan video kadrlarda da əyləncə zamanı yandırılan fişənglərin ətrafa qığılcım saçdığı görünür.

Sözügedən görüntülər isə şəhərin mərkəzində, insanların sıx olduğu və böyük sərmayə hesabına inşa edilmiş “Park Bulvar” kimi məkanda təhlükəsizliklə bağlı ciddi suallar yaradır.

Mənbənin sözlərinə görə, bu halın hər gün təkrarlanması da iddia olunur. Əgər bu məlumat doğrudursa, qapalı məkanda pirotexniki vasitələrdən istifadə olunmasına hansı əsasla icazə verildiyi və bununla bağlı aidiyyəti qurumlardan rəsmi razılığın olub-olmaması sual doğurur.

“Real Azərbaycan” olaraq aidiyyəti qurumların məsələyə aydınlıq gətirməsini gözləyirik: “Çağ Baku” restoranında qapalı məkanda fişənglərdən istifadəyə icazə verilibmi və obyektin yanğın təhlükəsizliyi baxımından yoxlanışı aparılıbmı?

Fəhlənin “Bomba xəyalları”, büdcəyə yağan “Leysan”: Milyonluq yeyinti və “ailə imperiyası”Mətbuatda yayılan bioqrafik mə...
11/09/2026

Fəhlənin “Bomba xəyalları”, büdcəyə yağan “Leysan”: Milyonluq yeyinti və “ailə imperiyası”

Mətbuatda yayılan bioqrafik məlumatlara əsasən, Leysan Məmmədov əmək fəaliyyətinə 1980-ci illərdə Bakı Baş Tikinti İdarəsində sıravi fəhlə olaraq başlayıb, daha sonra usta, iş icraçısı və rəis vəzifələrini tutub . Sonrakı fəaliyyəti dövründə Gənclər və İdman Nazirliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinə 15 il rəhbərlik edən, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini olan Məmmədov, daha sonra Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru postuna gətirilib . Onun iri dövlət büdcələrini idarə etdiyi bu uzunmüddətli idarəçilik dövrü mətbuatda şəffaflıq prinsiplərinin pozulması və genişmiqyaslı maliyyə yeyintisi iddiaları ilə müşayiət olunub.

"Kasıbın nəyi olmasa da, 'bomba' xəyalları olur" deyirlər. Amma bəzən bu xəyallar dövlət büdcəsinə yol tapanda, ortaya milyonluq yeyintilər və "ailə imperiyaları" çıxır...

Olimpiya Kompleksləri skandalı və istintaq İddiaları

Onun Gənclər və İdman Nazirliyində çalışdığı dövr ölkə mətbuatında idman komplekslərinin tikintisində yol verilən maxinasiyalarla əlaqələndirilir. Hesablama Palatasının audit yoxlamalarına istinadən Şəmkir, İsmayıllı, Göyçay, Hövsan və Şağan kimi rayonlarda inşa edilən obyektlərdə bütövlükdə 14 milyon manatdan çox dövlət vəsaitinin mənimsənildiyi və təyinatından kənar xərcləndiyi qeyd olunub. Bu maliyyə pozuntuları fonunda hüquq-mühafizə orqanları tərəfindən barəsində istintaq hərəkətlərinin başladığı və ölkədən çıxışına müvəqqəti qadağa qoyulması barədə iddialar yayılsa da, onun sonradan Qarabağdakı bərpa layihələrinə rəhbər təyin edilməsi mediada kəskin tənqid edilib.

Qarabağdakı Tikinti tenderləri və qiymət şişirdilməsi maxinasiyaları

Onun Qarabağda fəaliyyətə başlamasından dərhal sonra Xocavənd və Füzuli istiqamətində elan olunan satınalma tenderlərinə qanunsuz müdaxilələr etdiyi irəli sürülür Xocavənd rayonunun Qarakənd kəndində cəmi 40 fərdi yaşayış evinin təmiri üçün birmənbə metodu ilə "İmza Construction" MMC-yə 2,3 milyon manatlıq layihənin ötürüldüyü və təmirin hər kvadratmetrinin sənədlərdə süni şəkildə 349 manata qaldırıldığı bəyan edilib. Həmçinin Füzuli şəhərində orta yaşayış məhəllələrinin layihələndirilməsi işlərinin rəsmi nizamnamə kapitalı cəmi 10 manat olan şübhəli bir firmaya həvalə edilməsi, eləcə də deputat Ülvi Quliyevin oğluna məxsus "Diler İnşaat" QSC-yə maraqların toqquşması fonunda 8 milyon manatlıq sifariş verilməsi şübhəli sövdələşmə kimi təqdim edilib. Bunlarla yanaşı, xidməti avtomobillərin təmiri adı altında büdcədən 5 milyon manat vəsaitin silinməsi də medianın gündəminə gəlib.

"Platin" MMC və Qurulan Milyonluq "Ailə İmperiyası" İddiası

Mətbuat araşdırmalarında Leysan Məmmədovun idarə etdiyi büdcələrin formal olaraq öz qohumlarına və ailə üzvlərinə istiqamətləndirildiyi qeyd olunur. Ümumi dəyəri 25 milyon manatdan çox olan üç böyük Qarabağ layihəsinin birmənbə metodu ilə birbaşa "Platin" MMC-yə verildiyi aşkar edilib.

Şirkətin kağız üzərindəki rəsmi rəhbəri başqa bir yaxın qohum olsa da, layihələrin gizli maliyyə idarəçiliyinin və pul axınının birbaşa icraçı direktorun oğlu Elnur Məmmədov tərəfindən həyata keçirildiyi vurğulanır. Dövlət vəsaitlərinin müxtəlif yollarla nağdlaşdırılması üçün isə "Amirşin" MMC, "Kənanşin" MMC və "MNR Construction and Equipment" MMC kimi bir-biri ilə sıx bağlı olan subpodratçı şəbəkələrdən istifadə edildiyi iddia olunur

Oğlu Elnur Məmmədovun "Sea Breeze" davası və məhkəmə təfərrüatları

Məmur oğlunun paytaxtın dəbdəbəli "Sea Breeze" istirahət mərkəzində yerləşən "Rose Bar" əyləncə məkanında törətdiyi iddia olunan kütləvi dava mətbuatın ən çox işıqlandırdığı kriminal hadisələrdəndir. Söyüş söyülməsi zəminində başlayan əlbəyaxa dava ərazidəki avtomobillərin əzilməsinə və asayişin tamamilə pozulmasına səbəb olub. Sabunçu Rayon Məhkəməsində baxılan cinayət işində davanı törətməkdə ittiham olunan Elnur Məmmədov "zərərçəkmiş" statusu alıb, onunla əlbəyaxa olan digər sıravi gənclər və hətta bir məktəbli isə təqsirləndirilən şəxs qismində həbs ediliblər.

Məhkəmə iclaslarında müttəhimlər Leysan Məmmədovun və digər vəzifəli oğlunun vəzifə nüfuzundan istifadə edərək əsl günahkarı gizlətdiklərini və sifarişli həbs həyata keçirdiklərini iddia ediblər. Davanın əsas fiqurantı Elnur Məmmədov isə rəsmi çağırışlara baxmayaraq məhkəmələrə gəlməkdən yayınıb.

Hesablama Palatasının rəsmi audit qərarı və təyinatdan kənar xərclər

Büdcə vəsaitlərinin idarə edilməsindəki problemlər ali yoxlama orqanının rəsmi aktlarında da öz təsdiqini tapıb. Hesablama Palatasının apardığı dövlət auditi zamanı rəsmən müəyyən edilib ki, Leysan Məmmədovun idarə etdiyi Qarabağdakı Tikinti və İdarəetmə Xidməti dövlət əmlakının satışından əldə olunan sərbəst vəsaitləri digər layihələrin maliyyələşdirilməsinə düzgün yönəltməyib.
Bəyanatda onun rəhbərliyi altında təyinatdan kənar maliyyə əməliyyatlarına geniş yol verildiyi və ştat cədvəllərində qanunsuz olaraq artıq maaş ödənişlərinin edildiyi vurğulanıb.

Yoxlamalar zamanı ümumilikdə yüz milyonlarla manatlıq maliyyə təhrifləri qeydə alınaraq toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib.

Fəhlələrin sərt etirazı və Baş Prokurorluğun təftiş qərarı

Milyonluq satınalmaların fonunda tikinti sahələrində çalışan sıravi fəhlələrin sosial hüquqlarının pozulması da mətbuatda geniş əks olunub. Xocavənd rayonundakı bərpa işlərində aylarla maaş ala bilməyən subpodratçı şirkət fəhlələri işi dayandıraraq kütləvi etiraz aksiyası keçiriblər.

Aldadılan işçilərin sosial şəbəkələrdə dövlət başçısına ünvanladıqları kollektiv hüquqi şikayətlər böyük rezonans doğurduqdan sonra Baş Prokurorluq tərəfindən xüsusi araşdırma komissiyası yaradılıb və hazırda qurumun bütün podratçı müqavilələri prokurorluq tərəfindən rəsmən təftiş edilir (Bakunews.az)

“Sizin əxlaqsızlığınızı, şeytan işlərinizi gördüm” – Niyamdan Hacı Məhərrəmə ŞOK SÖZLƏRMüğənni Niyam Salami keçmiş çalış...
11/09/2026

“Sizin əxlaqsızlığınızı, şeytan işlərinizi gördüm” – Niyamdan Hacı Məhərrəmə ŞOK SÖZLƏR

Müğənni Niyam Salami keçmiş çalışdığı məkanın rəhbərliyi ilə bağlı bir sıra ciddi iddialar irəli sürüb.

“Real Azərbaycan” xəbər verir ki, sənətçi bir neçə gün əvvəl iki nəfərin həyatını itirdiyi kanat qəzası ilə gündəmə gələn “Şəki Yaylası” istirahət mərkəzinin sahibi Hacı Məhərrəmi sərt şəkildə tənqid edib.

Niyam Salami sosial şəbəkədə yayımladığı çıxışında Hacı Məhərrəmin Şəkidəki obyektində kanat sisteminin qurulması ilə bağlı ittihamlar səsləndirib və hadisəyə görə onu məsuliyyət daşımaqda günahlandırıb:

“İndi də eşitdim Şəki yaylağında açdığın yerdə kanat çəkirsən. Kanatı işi bilənlərə çəkdir. Öz qaynına kanat çəkdirdin, 100 min ayırdın, hərə bir az cibinə qoydu, bu gün də kanat çəkildi. Camaatın balasını öldürdün. Sənin ucbatından camaatın balası öldü. Nə kanata, nə başqa şeyə baxan var. Pul gözünü örtüb”.

Sənətçi bununla kifayətlənməyərək Hacı Məhərrəmlə bağlı daha əvvəl yaşadığını bildirdiyi problemləri də ictimailəşdirib. O, Novxanıda yerləşən istirahət məkanında fəaliyyət göstərdiyi dövrdə müxtəlif çətinliklərlə qarşılaşdığını deyib.

“3 ildir mənə əzab verildi. Nə efirdə, nə dost yanında danışa bildim. Səbr etdim, Allaha tapşırdım. Novxanıda bir obyektdə çalışırdım. Müdiriyyətin başıma gətirdiyi oyunlardan danışa bilmirdim. Bir il çalışdım, ikinci il qışa düşdü. Qışda dəniz kənarında məkanlar işləmir. Orada 1 manata qutab reklamı verirdilər. Getdim böyük heyətlə. Sizin əxlaqsızlığınızı, şeytan işlərinizi gördüm. Dedim, yayı yola verim, qışda gedim”.

Niyam Salami iddia edib ki, həmin dövrdə üzərinə müxtəlif borclar qoyulub və işdən ayrıldıqdan sonra da bu məsələ ilə bağlı təzyiqlərlə üzləşib:

“Hər ay üstümə adam göndərib faizi qaldırırdın. Fəhlə işləyirdim? Qırğınlarımız başladı. Mənə zülm verməyə başladılar. Çıxmaq istəmirdim, borclar qalmışdı. Düşünürdüm ki, çalışım, ödəyib çıxım. Rəhbərlik dedi, ödəyəcəyik. Mən gedən kimi bütün şirkətləri mənim üstümə göndərdilər. Hər gün mənə şirkət zəng edir, pul istəyir”.

Müğənni çıxışında daha bir iddia ilə çıxış edərək ad günü münasibətilə ona ev hədiyyə olunacağının bildirildiyini, lakin sonradan təqdim edilən sənədlərlə bağlı problem aşkar etdiyini söyləyib.

“Mənə ad günümdə guya ev hədiyyə verir, sənət gətirdi. İmza atdım, guya ev verildi. Sən demə, saxta imiş. Mənə zülm etdiklərin üçün iş otağın yandı, cavan qardaşın rəhmətə getdi. Restoranda camaata zülm verirsən, işçilərin maaşını kəsirdin”.

Qeyd edək ki, Hacı Məhərrəm “Şəki Yaylası” istirahət mərkəzinin, eləcə də Novxanıda yerləşən “My Beach” istirahət kompleksinin sahibidir. Niyam Salami uzun müddət sözügedən məkanda “Mybeach Restaurant& Hotel By Niyam Salami” adlı restoranı idarə edib. Müğənni bir müddət əvvəl həmin restoranın fəaliyyətini dayandırıb.

Nizami rayonunda yağışlı və küləkli havada işçilər yollara çıxarıldı – “Biabırçılıqdır”Nizami rayon İcra Hakimiyyəti yağ...
09/09/2026

Nizami rayonunda yağışlı və küləkli havada işçilər yollara çıxarıldı – “Biabırçılıqdır”

Nizami rayon İcra Hakimiyyəti yağışlı və küləkli gündə işçilərə avtomobil yollarını süpürtdürür.

"Real Azərbaycan" xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında ictimai fəal Haldun Novruzzadə yazıb. O bildirib ki, küçəni süpürənlər təhlükəli şəraitdə işləyir:

“Çöldə leysan var, amma Nizami rayon Mənzil Komunal İdarəsi insanları töküb Heydər Əliyev prospektinə yol süpürtdürür. Gəlib keçən avtomobillər suyu vurur üstlərinə, göz-gözü görmür. Gedib bir maşın bu adamlardan birini vursa, təqsir bir başa Nizami rayon icra başçısının olacaq. Biabırçılıqdı vallah”.

Məhərrəm Novruzovun istirahət mərkəzində faciə: 2 nəfər həyatını itirdi“Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsə...
09/09/2026

Məhərrəm Novruzovun istirahət mərkəzində faciə: 2 nəfər həyatını itirdi

“Şəki yaylası” istirahət mərkəzində əyləncə məqsədilə istifadə olunan trosun qırılması nəticəsində 2 nəfər həyatını itirib.

“Real Azərbaycan" xəbər verir ki, sözügedən istirahət mərkəzi Masazır qəsəbəsindəki məşhur “Qurtuluş-93” yaşayış kompleksinin və Novxanıdakı “My Beach” istirahət mərkəzinin sahibi Məhərrəm Novruzova məxsusdur.

Qeyd edək ki, “Şəki yaylası”nda baş verən faciədə Qax rayon Zərnə kənd sakini Coşqun Məmmədov və onun Bakıdan Şəkiyə istirahətə gələn dostu Ucal Bayramov həlak olub. (Mia.az)

Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay – Ciddi suallar yaranırSon günlər sosial şəbəkələrdə tanınmış mü...
07/09/2026

Zahir Nurəliyev ətrafında 50 min manatlıq müəmmalı olay – Ciddi suallar yaranır

Son günlər sosial şəbəkələrdə tanınmış müğənnilərdən birinin şəhid anası və qardaşı ilə əlbir olaraq iş adamından hədə-qorxu yolu ilə 50 min manat aldığı barədə məlumatlar yayılır.

İddialar hələlik rəsmi şəkildə təsdiqlənməsə də, məsələ ilə bağlı ortaya çıxan bəzi məqamlar ciddi suallar yaradır.

Məlumata görə, 50 min manatın alındığı iddia edilən şəxs “Qızıl-Açar” kanesdraşının rəhbəri Zahir Nurəliyevdir. Maraqlıdır ki, Zahir Nurəliyev məsələyə media qarşısında deyil, birbaşa adı hallanan müğənninin özünə verdiyi video açıqlama ilə münasibət bildirib.

Videoda Zahir Nurəliyevin kifayət qədər gərgin və sıxılmış danışması da diqqətdən yayınmayıb. Təbii ki, bu görüntü onun hər hansı təzyiq altında olduğunu sübut etmir. Lakin ortaya haqlı sual çıxır: Əgər belə bir hadisə baş verməyibsə, bu açıqlamanın məhz həmin şəxsə verilməsinin səbəbi nədir?

Digər diqqətçəkən məqam isə Zahir Nurəliyevin həmin şəxsləri uzun müddətdir tanıdığını bildirməsidir. Bu fakt da tərəflər arasındakı münasibətlərin araşdırılmasını zəruri edir.

Burada daha bir məsələ ortaya çıxır. Bəzi müğənnilərin nümayiş etdirdiyi dəbdəbəli həyat tərzi, bahalı avtomobillər və mülklər onların açıqlanan gəlirləri ilə nə dərəcədə uzlaşır?

Əlbəttə, bahalı həyat yaşamaq özü-özlüyündə qanunsuzluq deyil. Lakin gəlir və əmlak arasında ciddi uyğunsuzluq varsa, bunun mənbəyinin araşdırılması normaldır.

Biz media olaraq heç kimi günahkar elan etmirik. Bizim işimiz sual vermək və məsələni ictimailəşdirməkdir. Hadisənin həqiqət olub-olmamasına isə hüquq-mühafizə orqanları aydınlıq gətirməlidir.

Əgər 50 min manatlıq hədə-qorxu iddiası əsassızdırsa, bu da rəsmi araşdırma ilə ortaya qoyulmalıdır. Əks halda, məsələnin arxasında daha ciddi faktların olub-olmadığı araşdırılmalıdır.

Bir sözlə, 50 min manatlıq bu müəmmalı olayın üzərinə işıq salınmasına ehtiyac var.

Şəhid Xudayarın anası Bərdəni boğaza yığıb – Onun xatirəsinə hörmətsizlik edən əslində kimdir?Şəhidlərə və onların xatir...
06/09/2026

Şəhid Xudayarın anası Bərdəni boğaza yığıb – Onun xatirəsinə hörmətsizlik edən əslində kimdir?

Şəhidlərə və onların xatirəsinə hörmət edilməlidir. Bu hörmət birinci növbədə şəhid ailələrindən gözlənilir. Övladının, qardaşının, atasının şəhid statusundan istifadə edərək haqsız işlərə qoşulmaq və ədalətsiz tələblər irəli sürmək isə yolverilməzdir.

"Real Azərbaycan" xəbər verir ki, bunu jurnalist Samir Feyruzov feysbuk hesabında yazıb.

O, fikirlərinə belə davam edib:

Mən illərdir eşidirəm ki, şəhid Xudayar Yusifzadənin anası Radə xanım bütün Bərdə rayonunu boğaza yığıb. İnsanlar da abrına qısılıb onu incitmirlər. Radə xanım Kral Arturun məşhur qılıncını əlinə alıb hamını asıb kəsir. “Papaq” filmindəki Həsənağa kimi, Bərdə rayonunda heç kəs onun sözünün üstünə söz deyə bilməz, o, hər yeri dağıdar, yandırar, insanı kəsib-doğrayar, tikəsini də tapaq bilməzlər. Bu nə acı mənzərədir? Məgər Bərdə rayonunda başqa şəhid anası yoxdur?

Bu ölkədə elə şəhid anaları var ki, abrına, ismətinə sığışdırıb kimsənin qapısını döymür, heç bir məmuru, iş adamını divara dirəmir. Elələri də var ki, işdüəzltmə, vəzifəyə adam qoyma, torpaq alveri, sələm və s. nə desən, onunla məşğuldur.

Dövlət şəhid ailələrinin evini verib, onları işlə təmin edib, adlarını əbədiləşdirib, hər yerdə də onlara “yaşıl işıq” yandırıb. Bəli, narazı qalan şəhid ailələri də ola bilər, bu, istisnadır və mən də istənilən halda həmin haqlı şəkildə narazı qalan şəhid ailələrinin mövqeyini dəstəkləyirəm. Amma bu - o deyil axı…

Nə baş verib? Deməli, Şuşaya səfər edən ziyarətçilər şəhidlərimizin adlarını küstar üsullarla Cıdır düzündəki qayalıqlara yazıblar. Boya ilə yazılan şəhid adları aidiyyəti qurumlar tərəfindən silinib. Həngamə də bundan sonra başlayıb. Radə xanım aləmi bir-birinə vurub ki, mənim oğlumun adını qayalıqlardan niyə silmisiniz…

Əziz Radə xanım, bu ölkədə övladının şəhid statusundan ən yüksək səviyyədə yararlanan valideynlərdən biri də məhz sizsiniz və buna görə heç kəs sizə bir söz demir.

Sabah hansısa başdanxarab gəlib sizin də övladınızın adı yazılan o qayalıqlarda qeyri-etik hərəkətlər etsə, bunun məusliyyətini kim daşıyacaq? Dövlət boya ilə yazılan hər bir qayalığa da keşikçi qoymalıdır? Bu nə düşüncədir?

Elə şəhid anaları var ki, 6 ildir başına qara bağlayıb ağlayır, heç kəsdən də hədiyyə qəbul etmir ki, övladının ruhu narahat olar. Qapısına məmurlar minnətə gəlir, yenə də onlardan heç nə istəmir. Halbuki, dövlətin verdiklərini də heç kəsdən məcbur qoparmayıb. Şəhid anası var ki, qardaşını işdən çıxarıblar, gedib heç kəsdən xahiş etmir, “mən oğlumun adını minnətli işlərə qoşmaq istəmirəm” deyir.

Xudayar Yusifzadənin adı və xatirəsi artıq kifayət qədər geniş şəkildə əbədiləşdirilib. Qayalıqda onun adının küstar üsullarla yazılmasına nə gərək var?

Şəhid ailəsi kimi onun yaxınları dövlətin tam himayəsinə götürülüb:
Sığorta ödənişləri, ev təminatı, aylıq dövlət təqaüdləri, sosial ehtiyacların ödənilməsi və s. həyata keçirilib.

X.Yusifzadə “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Zəngilanın azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.

2021-ci il fevralın 18-də onun təhsil aldığı Bərdə şəhərindəki Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbində büstünün açılışı olub.

Azərbaycanın müxtəlif şəhərlərində onun bulaq-abidə kompleksləri inşa edilib. Abşeron rayonunda adına küçə verilib.

Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunda Xudayarın büstü, hərbi gödəkçəsi və fotoşəkilləri qorunur.
Onun döyüşdən öncə oxuduğu “Vətən yaxşıdır” təsnifi ustad sənətkar Əlibaba Məmmədovun xeyir-duası ilə “Xudayar təsnifi” kimi məşhurlaşıb, bu ifa dövlət səviyyəli və rəsmi tədbirlərdə mütəmadi olaarq xatırlanır.

Radə xanım, qalanlarını da bir özünüz bilirsiniz, bir də Allahınız. Yerli-yersiz insanlara zülm etmək, sizə aid olmayan işlərə müdaxilə etmək, insanları cəzalandırmaq iştahı heç kəsə başucalığı gətirmir.

Address

Bakı şəhəri, Bül-Bül 30
Baku
AZ1000

Telephone

+994507352020

Website

Alerts

Be the first to know and let us send you an email when Real Azərbaycan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Real Azərbaycan:

Shortcuts

Share