Xalq qəzeti

Xalq qəzeti Gündəlik ictimai-siyasi qəzet

🛰️Amerikanın qlobal internet əhatə dairəsinə malik "Starlink" orbital qruplaşmasında fəaliyyət göstərən peyklərin sayı 1...
13/09/2026

🛰️Amerikanın qlobal internet əhatə dairəsinə malik "Starlink" orbital qruplaşmasında fəaliyyət göstərən peyklərin sayı 11,1 mini ötüb.

👉 https://shorturl.at/LuHp8

12/09/2026

Diplomatlar Ağdərə rayonunda yerləşən Gəncəsər monastırını ziyarət ediblər

11/09/2026

Şuşada Meksikanın Müstəqilliyi Günü qeyd olunub

2027-2028-ci tədris ilindən etibarən xarici ölkə vətəndaşları Gürcüstanın ali məktəblərinə imtahansız qəbul ola biləcəkl...
11/09/2026

2027-2028-ci tədris ilindən etibarən xarici ölkə vətəndaşları Gürcüstanın ali məktəblərinə imtahansız qəbul ola biləcəklər.

"XQ" xəbər verir ki, bununla bağlı Gürcüstan hökuməti qərar qəbul edib.

Yeni qaydalara əsasən, tam ümumi təhsil almış əcnəbi abituriyent universitetə təhsil proqramı üzrə dil biliklərini təsdiqləyən beynəlxalq sertifikat təqdim etməli və yaxud Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzində dil üzrə imtahan verməlidir. Gürcü dilində tədris olunan proqramlar üçün isə dövlət dili üzrə biliklərin təsdiq edilməsi tələb olunacaq.

Dil bilikləri üzrə minimal tələb olaraq bakalavr proqramları üçün B1, magistratura proqramları üçün isə B2 səviyyəsi müəyyən edilib. Təqdim olunan beynəlxalq sertifikat etibarlı olmalı, sənədin verilməsindən üç ildən çox vaxt keçməməlidir.

Magistr dərəcəsinə iddialı bakalavrlardan xarici ölkədə əldə edilmiş ali təhsil üzrə müvafiq akademik dərəcəni təsdiq edən sənəd də tələb olunacaq.

Qeyd edək ki, bu ildən Gürcüstanın dövlət ali məktəblərində ölkə vətəndaşları üçün təhsil ödənişsiz olduğundan 2026-2027-ci tədris ili üzrə əcnəbi tələbələrin qəbulu aparılmayıb. Təhsil islahatları çərçivəsində tətbiq olunan yeni qayda özəl univeristetlərə şamil olunmayıb.

Qonşu ölkədə xarici ölkə vətəndaşları üçün ali təhsil ödənişlidir. Orta illik təhsil haqqı universitet və seçilmiş proqramın dilindən asılı olaraq 1 500 – 8 000 ABŞ dolları təşkil edir.

Bəzi müəllimlərin qız uşaqlarına təhsildən uzaqlaşdıran və erkən nikaha təşviq edən fikirlər səsləndirdiyi bildirilir. M...
11/09/2026

Bəzi müəllimlərin qız uşaqlarına təhsildən uzaqlaşdıran və erkən nikaha təşviq edən fikirlər səsləndirdiyi bildirilir. Müəllim hazırlığında fənn biliyi ilə yanaşı, psixoloji və insani keyfiyyətlərin də nəzərə alınması təklif olunur.

“XQ” xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova komitənin payız sessiyasındakı ilk iclasında bildirib.

Komitə sədri gələcəyin müəllimlərinin yetişdirildiyi universitetlərdə maarifləndirici görüşlərin keçirilməsinin vacibliyini vurğulayıb.

“Şəxsi təcrübəmdən və müxtəlif söhbətlərdən görürəm ki, bir çox hallarda müəllimlər uşaqlara psixoloji cəhətdən düzgün təsir göstərə bilmirlər. Ola bilər ki, müəllim öz fənnini çox yaxşı bilir. Lakin insani keyfiyyətlər baxımından qız uşağına deyir: ‘Niyə bu qədər əziyyət çəkib oxuyursan? Onsuz da tezliklə ərə getməlisən’”, – Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, belə düşünən müəllimlər hələ dünyagörüşü tam formalaşmamış uşaqlara mənfi təsir göstərə bilirlər:

“Biz mütəxəssisin yaxşı kadr olmasına və fənnini mükəmməl bilməsinə diqqət yetiririk. Lakin onun bir insan, müəllim və psixoloq kimi auditoriyada uşaqlara müsbət təsir göstərib-göstərməyəcəyini əvvəlcədən müəyyən edə bilmirik. Problem də məhz buradan qaynaqlanır”.

Komitə sədri dini icmalarla əməkdaşlığın da vacib olduğunu bildirib. O qeyd edib ki, qız və oğlan uşaqlarının eyni səviyyədə təhsil almasını dəstəkləyən, cəmiyyətə müsbət mesajlar verən din xadimləri var.

Hicran Hüseynova universitetlərdə və bölgələrdə keçiriləcək görüşlərə müəllimlərlə yanaşı, müasir düşüncəli dini icma nümayəndələrinin də dəvət olunmasını təklif edib.

11/09/2026

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin “Qarabağ universiteti”nin tələbəsi ilə səmimi söhbəti.

11/09/2026

🇦🇲 Paşinyan Köçəryanı trolladı: “Bir ay əvvəl turnikdə hərəkətlər edirdi, ittihamları görəndə isə ölümcül xəstəyə çevrildi”

Ermənistanın baş naziri Nikol Paşinyan keçmiş prezident Robert Köçəryanın ona qarşı irəli sürülən ittihamlardan sonra səhhəti ilə bağlı vəziyyətinə istehza edib.

11/09/2026

🚑 Sosial şəbəkələrdə küçədə infarkt keçirən şəxsin həyatının xilas olunmasını əks etdirən görüntülər yayılıb.

Hadisənin Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən avtobus dayanacağında baş verdiyi bildirilib.

Belə ki, marşrut avtobusu gözləyən kişinin halı qəfil pisləşib və o, yerə yıxılıb.

Həmin vaxt ərazidən keçən həkim Nicat Cahangirli ona ilkin tibbi yardım göstərib və ürək masajı edib.

İlkin məlumata görə, həkimin vaxtında müdaxiləsi həmin şəxsin həyatının xilasına səbəb olub.

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 6 dollardan çox artıb.“XQ” xəbər verir ki, dünya bazarında “Azeri Ligh...
11/09/2026

“Azeri Light” markalı Azərbaycan neftinin qiyməti 6 dollardan çox artıb.

“XQ” xəbər verir ki, dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 6,22 ABŞ dolları və ya 5,49 % artaraq 119,54 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Xalq qəzeti posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Xalq qəzeti:

Shortcuts

Share