Sizin Şou

Directions

Sizin Şou Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sizin Şou, Media/News Company, Şərifzadə 189, Baku.

31/07/2026

Sadiq Məmmədov “Kimə Nə?” klipini təqdim etdi: “Bu mahnı yayın hiti olacaq”

Müğənni Sadiq Məmmədov dinləyicilərini yeni musiqi layihəsi ilə sevindirib. İfaçı bu dəfə “Kimə Nə?” adlı mahnısına çəkdirdiyi klipi təqdim edərək izləyicilərinin ixtiyarına verib.

Sənətçinin sözlərinə görə, “Kimə Nə?” bu yay mövsümünün ən çox sevilən və dinlənilən mahnılarından birinə çevriləcək. Mahnının sözləri meyxanaçı Baləliyə, musiqisi isə Fərid Kərimliyə məxsusdur.

Mahnıya ekran həyatı verən klipin rejissoru Roman Yaşardır. Müasir üslubda və rəngarəng görüntülərlə ərsəyə gətirilən ekran işi bu gündən etibarən Sadiq Məmmədovun rəsmi YouTube kanalında yayımlanıb.

İfaçı yeni işinin qısa zamanda geniş auditoriyanın rəğbətini qazanacağına və yay mövsümünün hitlərindən birinə çevriləcəyinə inandığını bildirib.

Qeyd edək ki, “Kimə Nə?” mahnısının rəsmi klipi artıq Sadiq Məmmədovun YouTube kanalında izləyicilərin ixtiyarındadır.

24/06/2026

Kəmalə Şahbazi: “Yeni nəsil xanəndələr müasir qəzəlxan şairlərə laqeyd yanaşırlar”

Qəzəlxan-şair Kəmalə Şahbazi yeni nəsil xanəndələrin repertuarında əsasən eyni və şablon qəzəllərin yer aldığını bildirib. O, müasir qəzəlxan şairlərin yaradıcılığına kifayət qədər müraciət edilmədiyini vurğulayıb.

Şairin sözlərinə görə, bəzi gənc ifaçılar əruz vəznini dərindən öyrənməyə maraq göstərmir, bu isə qəzəl sənətinin inkişafına mənfi təsir edir. Kəmalə Şahbazi hesab edir ki, klassik irslə yanaşı, çağdaş qəzəl nümunələrinə də diqqət ayrılmalı və gənc xanəndələr bu sahədə biliklərini artırmalıdırlar.

17/03/2026

??

Address

Şərifzadə 189
Baku
1000

Website

Alerts

Be the first to know and let us send you an email when Sizin Şou posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share