Bashara TV

Bashara TV BASHARA TV! - Müstəqil Televiziya və Media Yayım.

13/03/2026

Əziz Xaçmazlılar özəl günlərinizi daha gözəl və yadda qalan etmək istəyirsiniz?

O zaman doğru ünvandasınız – SOFIA DECOR!

Toy və nişan xonçaları,
Göz oxşayan ad günü dekorları,
Rəngarəng helium şarlar,
Zövqlə bəzədilmiş şirniyyatlar,
Lentdən hazırlanmış zərif gül buketləri,
Unudulmaz xəstəxana çıxışı dekorları,
Ad günlərinin təşkili,
Avtomobillərin bəzədilməsi,
Kiçik toyların dekorasiyası,
Zövqünüzə uyğun stol və stullar,
Müxtəlif növ suvenirlər.

Bütün bunlar SOFIA DECORDA!

SOFIA DECOR – Keyfiyyətimiz Fərqimizdir!

Ünvanımız: Xaçmaz şəhəri, Üzeyir Hacıbəyov küçəsi, Nəriman Nərimanov küçəsindən bazara gedən yolun 5 addımlığında.

Buyurun, gəlin …
Sizin məmnuniyyətiniz bizim uğurumuzdur!

Şəhid anaları və şəhid xanımları başda olmaqla bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən tə...
08/03/2026

Şəhid anaları və şəhid xanımları başda olmaqla bütün xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sizlər fədakarlığın, səbrin və müqəddəs analıq duyğusunun ən ali nümunəsisiniz. Şəhidlərimizi yetişdirən analarımıza və onların əmanətini yaşadan xanımlarımıza dərin ehtiramımı bildirirəm.

Bütün xanımlara möhkəm can sağlığı, sevgi, hörmət və xoşbəxtlik arzulayıram. Bayramınız mübarək olsun! 🌸

26 Fevral – Xocalı Soyqırımı1992-ci il 26 fevral gecəsi Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhəri insanlığa...
25/02/2026

26 Fevral – Xocalı Soyqırımı

1992-ci il 26 fevral gecəsi Azərbaycanın Qarabağ bölgəsində yerləşən Xocalı şəhəri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən birinə səhnə oldu. 25-dən 26-na keçən gecə şəhər müxtəlif istiqamətlərdən hücuma məruz qaldı, dinc əhali – qadınlar, uşaqlar və qocalar – mühasirədən çıxmağa çalışarkən atəşə tutuldu. Rəsmi məlumatlara görə 613 nəfər qətlə yetirildi, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. 1275 nəfər əsir götürüldü, 150 nəfərin taleyi uzun müddət naməlum qaldı, 8 ailə isə tamamilə məhv edildi.

Bu hadisə təkcə hərbi əməliyyat deyil, mülki əhaliyə qarşı yönəlmiş kütləvi qırğın idi. Azərbaycan dövləti bu faciəni soyqırımı kimi tanıyır və hər il 26 fevral ölkə üzrə anım günü kimi qeyd olunur. Bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar da Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verərək onu qətliam və insanlığa qarşı cinayət kimi tanıyıblar.

Xocalı faciəsi yalnız keçmişin ağrısı deyil, beynəlxalq hüququn və insan haqlarının kobud şəkildə pozulmasının simvoludur. Hər il ölkənin müxtəlif bölgələrində keçirilən anım mərasimlərində şəhidlərin xatirəsi ehtiramla yad edilir. Xocalı sadəcə bir şəhər adı deyil, yarımçıq qalmış ömürlərin, anaların fəryadının və atasız böyüyən uşaqların taleyinin adıdır.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

20/02/2026

Azərbaycan Tibb Universitetinin Oftalmologiya kafedrasının tədris işləri üzrə müdir müavini, tibb üzrə fəlsəfə doktoru, dosent Vəfa Məmmədova ölkə rəhbərliyinə ünvanladığı ikinci müraciətdə ciddi iddialar səsləndirib.
Dosent bildirir ki, ilk müraciətindən sonra kafedra müdiri Paşa Qəlbinur tərəfindən ona qarşı təzyiq və təqiblər daha da güclənib. Onun sözlərinə görə, birbaşa ölkə rəhbərliyinə üz tutması rəhbərlik tərəfindən “narazılıqla” qarşılanıb və bu addımından sonra hədəfə çevrilib.
Vəfa Məmmədova iddia edir ki, xəstəlik səbəbindən qanuni bülletenlə işdə olmadığı halda, bu vəziyyət süni şəkildə “qanunsuzluq” kimi təqdim olunur və vəzifədən uzaqlaşdırılması üçün əsas kimi istifadə edilməyə çalışılır. Halbuki, o, rəsmi tibbi arayış təqdim etdiyini və buna baxmayaraq sənədin etibarlılığı ilə bağlı əsassız sorğular göndərildiyini qeyd edir.
Daha diqqətçəkən məqam isə dövlət büdcəsi ilə bağlı səsləndirilən iddiadır. Müraciətdə bildirilir ki, Paşa Qəlbinurun oğlu Tural Qəlbinur kafedrada dosent vəzifəsində çalışsa da, təxminən 9 ildir işə gəlmir, lakin maaş almaqda davam edir. Bu faktla bağlı indiyədək hər hansı araşdırmanın aparılmadığı vurğulanır.
Dosent isə cəmi bir həftəlik qanuni xəstəlik məzuniyyətinə görə vəzifədən azad olunmaq təhlükəsi ilə üzləşdiyini bildirir. Onun sözlərinə görə, rəsmi şəkildə vəzifədən azad edilməsinə dair əmr təqdim olunmasa da, səlahiyyətləri artıq başqa şəxsə həvalə edilib.
Müraciətdə qeyd olunur ki, vəzifədən “öz xahişi ilə” getməsi üçün ona təzyiq göstərilsə də, belə bir ərizə yazmayıb və yazmaq niyyətində deyil.
Dosent Vəfa Məmmədova ölkə rəhbərliyindən məsələnin nəzarətə götürülməsini, ona qarşı təqib və təzyiqlərin dayandırılmasını, qanuni hüquqlarının qorunmasını xahiş edir.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

09/02/2026

Xaçmazda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücülər aşkarlanıb

Bashara TV-nin əldə etdiyi məlumata görə, Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü - Hikmət Əsədov və Nicat Qafarovu saxlayıblar. Hər iki şəxs tibbi müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib. Məhkəmənin qərarı ilə H.Əsədov və N.Qafarov inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, ilin əvvəlindən polisin həyata keçirdiyi profilaktik tədbirlərlə Xaçmaz rayonu ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 19 sürücü müəyyən edilib .

04/02/2026

“Danışaraq həll etmək mümkündür.”


Xaçmazda “Qayalı Gold Market”: qəbzlər danışır, qanun susmurXaçmazda fəaliyyət göstərən “Qayalı Gold Market” ətrafında s...
22/01/2026

Xaçmazda “Qayalı Gold Market”: qəbzlər danışır, qanun susmur

Xaçmazda fəaliyyət göstərən “Qayalı Gold Market” ətrafında son vaxtlar səslənən vergidən yayınma iddiaları artıq şayiə yox, sənədlərlə təsdiqlənən fakt təsiri bağışlayır. Məsələ ondadır ki, 22 yanvar 2026-cı il tarixli iki ayrı qəbz eyni məbləği – 148.34 manat vəsaiti əks etdirir, lakin ödəniş forması bir-birinə zidd şəkildə göstərilib. Marketin təqdim etdiyi daxili qəbzdə ödənişin qeyri-nağd, yəni kart vasitəsilə həyata keçirildiyi qeyd olunur. Ancaq eyni əməliyyat üzrə təqdim edilən ƏDV qəbzində həmin məbləğ nağd ödəniş kimi rəsmiləşdirilib.

Bu ziddiyyət təsadüf sayıla bilməz. Çünki mövcud qanunvericiliyə əsasən, nağdsız ödəniş zamanı fiskal qəbzdə mütləq qaydada QR-kod əks olunmalı və ödəniş forması real əməliyyata uyğun göstərilməlidir. Nağdsız ödənişi nağd kimi rəsmiləşdirmək isə dövriyyənin süni dəyişdirilməsi, vergi uçotunun saxtalaşdırılması və açıq şəkildə vergidən yayınma əlamətidir. Qəbzin ayrı-ayrı formada təqdim edilməsi də məsuliyyəti aradan qaldırmır, əksinə, pozuntunun şüurlu xarakter daşıdığını göstərir.

Ortaya haqlı suallar çıxır. Bu üsulla gün ərzində neçə əməliyyat “nağdlaşdırılır”? Dövlət büdcəsinə ödənilməli olan ƏDV hansı həcmdə gizlədilir? Vergi orqanları bu marketin real dövriyyəsini nə vaxtdan nəzarətsiz buraxıb?

Bu yazı kimisə qaralamaq üçün deyil. Ortada konkret qəbzlər, tarixlər və rəqəmlər var. Qanun hamı üçün eynidir və selektiv tətbiq olunmamalıdır. Əgər aidiyyəti qurumlar susmağa davam edəcəksə, görünən odur ki, qəbzlər danışmaqda davam edəcək. Bu isə artıq təkcə bir marketin yox, ümumi nəzarət mexanizminin problemidir.

Dövlət Vergi Xidməti

Xaçmazda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edilibXaçmaz rayonunda 20 Yanvar faciəsinin otuz altıncı ildö...
20/01/2026

Xaçmazda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi yad edilib

Xaçmaz rayonunda 20 Yanvar faciəsinin otuz altıncı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, yerli hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz şəhərindəki Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi önünə əklil qoyub.

Mərasim iştirakçıları Vətənimizin azadlığı uğrunda canından keçən qəhrəman oğul və qızlarımızın xatirəsini ehtiramla yad edib, xaçmazlı şəhidlərin, eləcə də 20 Yanvar şəhidi Zahid Abdullayevin xatirə lövhəsi önünə tər qərənfillər düzüblər. Milli Qəhrəman Yavər Şahbazovun büstü ziyarət olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev şəhid ailələri ilə söhbət edib, onların qayğıları ilə maraqlanıb. Bildirib ki, 20 Yanvar faciəsi təkcə ümumxalq hüzn günü kimi deyil, eyni zamanda, öz azadlığına və müstəqilliyinə can atan xalqımızın mübarizliyini, məğrurluğunu nümayiş etdirən qəhrəmanlıq tarixi kimi qeyd olunur. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə xalqımızın milli azadlıq və dövlətçilik arzularını tam reallaşdırıb.

Saat 12:00-da Yanvar faciəsi şəhidlərinin, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon ərazisində avtomobillərin hərəkəti müvəqqəti olaraq dayandırılıb.

20/01/2026
28 aprel: işğal, yoxsa Sovet Azərbaycanı günü?1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, hak...
19/01/2026

28 aprel: işğal, yoxsa Sovet Azərbaycanı günü?

1920-ci il aprel ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, hakimiyyət bolşeviklərin əlinə keçdi. Bu tarixdən bu gün 97 il ötür. 28 aprelin həmişə işğal olduğunu qeyd etmişik və bu gün də bu fikirdəyik. Amma elələri də var ki, heç də bu tarixin işğal olmadığını qeyd edir. APA TV-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında 28 aprel tarixi ilə bağlı qızğın müzakirələr aparılıb.

Vahid Azərbaycan Kommunist Partiyasının Baş katibi vəzifəsini icra edən Musa Tukanov hesab edir ki, 28 aprel bütün zəhmətkeşlərin bayramıdır: “ Burada heç bir işğal yoxdur. Çünki rəsmi qaydada Azərbaycan dövləti adından dəvət olunub. Ordunun gəlməsində Türkiyənin də rolu olmuşdu. XI Ordu gələndə hakimiyyət bolşeviklərin əlində idi”. M. Tukanov onu da vurğulayıb ki, Azərbaycan xalqı, o cümlədən gənc nəsil Sovet İttifaqının yaxşı dövlət olduğunu bilməlidir.

Tarix elmləri doktoru, professor Anar İsgəndərov qeyd edib ki, əgər Azərbaycan Xalq Cümhuriyyəti müstəqil dövlət olmasaydı, dünya dövlətləri onu tanımazdı: “280 dənə milli anlayış bu dövlətin adı ilə bağlıdır. Bir Sovet Rusiyası ilə müqavilə bağlaya bilmədi, bir də Ararat Respublikası ilə. Lenin martın 17-də Qafqaz Hərbi Şurasının üzvlərinə nə yazırdı? Yazırdı Bakı zəbt edilməlidir. Əgər Bakı özgə şəhər deyildisə, niyə zəbt olunmalı idi?” A. İsgəndərov onu da qeyd edib ki, artıq aprel ayının 25-dən 26-na keçən gecə XI ordu sərhəddi keçmişdi: “Yalnız Yalama istiqamətində 200 nəfərlik ləzgi koprusu əmrə tabe olmadı və onlar şəhid oldular”. A. İsgəndərli onu da əlavə edib ki, XI ordunun qabağında qatarda gələn, hələ 1918-ci ildə Azərbaycanda olmuş Xəlil paşa idi.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının sözlərinə görə həmin dövrdə bolşeviklərin Azərbaycandakı sosial bazası zəif idivə onlar hakimiyyəti götürmək iqtidarında deyildilər: “XI Qızıl Ordu gəldi və hökumətə ultimatum verdi”. XI ordunun Azərbaycana gəlişində Türkiyə faktoruna toxunan A. Aşırlı onu da söyləyib ki, əslində Mustafa Kamal Atatürklə Sovet hərbi elitası arasında anlaşma var idi, amma bu anlaşma qətiyyən Azərbaycanın müstəqilliyinə qarşı deyildi.

Musa Tukanov o dövrdə müsavatçıların hakimiyyətə gəlməsinə baxmayaraq, hakimiyyəti idarə edə bilmədiklərini söyləyib: “Bunlarımn ən birinci səhvi o oldu ki, Tiflisdə ola-ola İrəvanı paytaxt kimi Ermənistana verdilər. 7000-ə yaxın insan oradan vəhşicəsinə qovuldu. Bu Azərbaycanda vəziyyəti p*sləşdirdi. Bundan başqa müsavatçılar nefti Rusiyaya satmaq istəmirdilər. Camaatın vəziyyəti çox p*s idi. Camaat qalxırdı ayağa. Bolşeviklərin müdafiə etdikləri sinif, fəhlə-kəndli sinfi idi”. M. Tukanov iddia edir ki, Qazax və Tovuz əhalisi həmin dövrdə Xalq Cümhuriyyətinin hakimiyyətindən imtina etmişdilər: “Əgər siz belə yaxşı dövlət idinizsə, niyə sizi bir nəfər müdafiə etmədi?”

Akif Aşırlı, Nəriman Nərimanovun Azərbaycana gəlişinə qədər, yəni 15 may tarixinə qədər 20.000 adamın qətlə yetirildiyi faktı qabardıb: “Niyə 20.000 insan qətlə yetirildi? Firudin bəy Köçərlinin nə günahı var idi ki, Qazaxda seminariyanın rəhbəri olduğu halda qətlə yetirdilər”. A. Aşırlı həmçinin Musa Tukanovun Qazax və Ağstafanın hakimiyyətə tabe olmadığı barədə səsləndirdiyi fikirlərlə razı olmadığını bildirib.

Anar İsgəndərov söyləyib ki, Xalq Cüumhuriyyəti nefti su qiymətinə təklif etsə də, Sovet Rusiyası onu almaqdan imtina etdi: “Çar Rusiyasının sərhədləri haranı əhatə edirdisə, Sovet Rusiyası da həmin əraziləri işğal etdi”. A. İsgəndərov onu da əlavə edib ki, Azərbaycan öz ərazilərini Sovet Rusiyası dövründə itirdi: “Qafqaz bürosunun qərarı ilə Qarabağ Ermənistanda verildi. Amma Nərimanovun sayəsində Qarabağ Azərbaycanın tərkibində muxtar vilayət kimi qaldı”.

Akif Aşırlı hesab edir ki, Azərbaycanın 70 illik sovetlər dönəminin üzərindən heç kim xətt çəkə bilməz.

Nərimanovun inqilabi fəaliyyətindən bəhs edən Anar İsgəndərov, sonda onun da peşiman olduğunu və öz peşimançılığını “dəhşətli məktub”da yazdığını qeyd edib.

Musa Tukanov hesab edir ki, 28 aprel hakimiyyətə əzilən sinfin gəldiyi tarixdir.

APA TV

Ödənişli avtomagistrallarda maksimum sürət həddi müəyyənləşir.Bununla bağlı "Yol hərəkəti haqqında qanun"a dəyişiklik tə...
19/01/2026

Ödənişli avtomagistrallarda maksimum sürət həddi müəyyənləşir.

Bununla bağlı "Yol hərəkəti haqqında qanun"a dəyişiklik təklif edilir.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Layihəyə əsasən, minik avtomobilləri və icazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobilləri yaşayış məntəqələrindən kənardakı ödənişli avtomagistrallarda - sürət həddi saatda 130 kilometrdən çox, digər avtobuslar, yedəyində qoşqu aparan minik avtomobilləri, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtomobilləri üçün isə ödənişli avtomagistrallarda maksimum sürət saatda 90 kilometrdən çox olmamalıdır.

Qeyd edək ki, yeni redaksiyada avtomagistral qanunla müəyyən edilmiş hərəkət rejiminə malik olan, başlanğıcı və qurtaracağı müvafiq olaraq 5.1 və 5.2 nişanları ilə işarələnən, biri-birindən ayırıcı zolaq va digər konstruktiv elementlərlə ayrılan və fərqli hərəkət istiqamətləri üçün nəzərdə tutulan hərəkət hissələrinə malik, digər yollarla, o cümlədən dəmiryol, tramvay, velosiped yolları və ya piyada zolağı ilə bir səviyyədə kəsişməsi olmayan, hər 50 kilometrdən çox olmayan məsafədə xüsusi istirahət yerləri və dayanacaq meydançaları ilə təchiz edilən yoldur.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Terapiya korpusunda yeni lift istifadəyə verilibXaçmaz Rayon Mərkəzi Xəstəxanasının ...
16/01/2026

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Terapiya korpusunda yeni lift istifadəyə verilib

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Terapiya korpusunda yeni quraşdırılmış lift artıq istifadəyə verilib. Müasir tələblərə cavab verən liftin işə salınması xüsusilə hərəkət məhdudiyyəti olan, eləcə də ağır vəziyyətdə olan xəstələrin daşınmasını xeyli asanlaşdıracaq.

Yeni lift tibb personalının işini də rahatlaşdırmaqla yanaşı, xəstələrin mərtəbələr arasında təhlükəsiz və operativ şəkildə hərəkətinə imkan yaradır. Bu yenilik xəstəxanada göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinə və pasiyent məmnunluğunun artırılmasına xidmət edir.

Qeyd edək ki, səhiyyə müəssisələrində infrastrukturun yenilənməsi və əlçatanlığın təmin olunması ağır xəstələr, yaşlılar və fiziki məhdudiyyətli şəxslər üçün mühüm əhəmiyyət daşıyır. Terapiya korpusunda liftin istifadəyə verilməsi də bu istiqamətdə atılan müsbət addımlardan biri kimi dəyərləndirilir.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Bashara TV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Bashara TV:

Share

Category